Məhkəmə qərarları › İş №2(103)-267/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-267/2020

20.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-267/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Cavabdeh firmasına qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, pul, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə Qaradağ Rayon Məhkəməsinin 2(002)-1663/18 saylı işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "Cavabdeh" fırması arasında bağanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehdən icarə müqaviləsi üzrə alınmış 17350 manat pulun, 30 manat dövlət rüsumunun, ona dəymiş maddi ziyanın əvəzi kimi 10000 manat, mənəvi ziyanın əvəzi kimi 10000 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 337, 385, 389, 391, 405, 700; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, yığaraq güzaranlarını yaxşılaşdırmaq üçün topladıqları pulla "Cavabdeh" firmasından yeni bazardan mağaza almaq üçün müdiriyyətə müraciət etmişdir. Onunla "Cavabdeh" fırması arasında bir kv.metri 550 manata hesablanmaqla 12-ci sırada 47-ci sırada 20 kv.m-lik anbarm icarəyə verilməsinə dair müqavilə yazılmışdır. O, 20 kv.mert 550 manatdan hesablayaraq 11000 manat pulu "Binə" Ticarət mərkəsinin müdiri Kəbirə xanıma vermişdir. Kəbirə xanım həmin pulu qəbul edərək ona 12-ci sırada 47 saylı anbarm icarəyə verilməsinə dair müqavilə vermişdir. Sonradan onları 2008-ci ilin yanvar ayınm 23-də çağıraraq ondan 2000 manat açar və 1000 manat jalyuz üçün pul istəmişlər və o da əlavə olaraq 3000 manat pulu vermişdir. Daha sonra isə bir müddətdən sonra yenidən ondan 3350 manat təmirə pul istədilər. O, həmin pulu da verməklə Kəbirə xanım öz xətti ilə müqavilənin arxasına qeydlər apararaq ondan cəmi 17350 manat almasını xx.xx.2009cu ildə təmirə 550 manat borcu qalmasını yazmışdır. Lakin indiyə kimi nə anbar tikilib ona təhvil verilməmiş, nə də pulunu qaytarmamışlar. Bundan sonra bir neçə dəfə Kəbirə xanımın yanına gedib gəlsə də, onu qəbul etməmiş və heç bir nəticəsi olmamışdır. İndiyə kimi nə müqavilədə göstərilən anbarı tikib onlara təhvil verməmişlər, nə də pulunu qaytarmamışlar. Göründüyü kimi, cavabdeh təşkilatın təqsiri üzündən ona həm maddi və həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh təşkilatla 2007-ci ildə müqavilə bağlayaraq anbar almaq üçün cəmi 17350 manat pul vermişdir. Lakin qarşı tərəf müqavilə şərtlərinə əməl etməyərək ona icarəyə verməli olduğu sahəni ona icarəyə verməmiş və həm də möcvud olmayan bir yerə qanunsuz olaraq onunla icarə müqaviləsi bağlayaraq ondan pul almışlar. Bundan başqa cavabdeh təşkilat onunla müqavilə üzrə mağaza verməməsi nəticəsində narahatlıq hissi keçirmiş müxtəlif xəstəliklər keçirmişdir. Ailəsində narahatçılıq yaranmışdır, böyrəyinin biri olmamaqla xəstəliklərə duçar olmuşdur. Pulu veməməsi səbəbindən müalicələrini apara bilməmişlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qarşı tərəf bilməliydi ki, əgər mağaza hazır deyilsə və həmin mağazada alver edib pul qazana bilmirsə, bu onun maddi ziyana düşməsilə nəticələnə bilər. Buna görə müqavilə şərtlərinin pozulması nəticəsində meydana çıxan çətinliklər ona yaşamaq həzzinin itirilməsinə səbəb olmuşdur. Belə ki, qarşı tərəf hazır olmayan mağazaya görə onda 17350 manat pul alaraq müəyyən fayda götürmüş, o isə bu məbləği itirməklə ziyana düşmüşdür. Əgər həmin pulu o, banka ən aşağı faizlə qoysaydı xeyli gəlir əldə etmiş olardı. Cavabdeh tərəf ona tam hazır vəziyyətdə verə bilməməklə müqavilə şərtini pozmuşdur. Cavabdeh təşkilatın 2007-2009-cu illərdə ondan cəmi 17350 manat pulu hazır olmamış mağazaya icarə verməsi adı altında ondan alaraq bu müddət ərzində icarəyə mağaza verməməklə və nə də pulunu qaytarmadığına görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin bu müddət ərzində ona dəymiş maddi ziyanın aradan qaldırılmasma cəhd etməməsi mənəvi sarsıntı və iztirab keçirməsinə və mənəvi zərər dəyməsinə səbəb olmuşdur. Demək olar ki, həm pulu, həm də canı gedibdir. Odur ki, dəymiş maddi zərəri 10000 manat və mənəvi zərəri 10000 manat kimi qiymətləndiririr. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Cavabdeh firmasının vəkili X5 məhkəmə iclasında iddianı qismən qəbul edərək etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi pul, maddi və mənəvi ziyan təbbinə dair iddiası ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə əsasən onunla MMC arasında imzalanmış icarə müqaviləsinə əsasən, Qaradağ rayonu Lökbatan qəsəbəsinin Cənub-şərqi Bakı-Salyan- Lökbatan dairəvi yolayrıcının qərbində yerləşən «BİNƏ» ticarət mərkəzinin 12 sırasının, 3-cü blokunun, 47 saylı sahəsi 20 kv.m olan ticarət obyektinin ona icarəyə verilməsinə dair razılığa gəlinmiş və ona bununla əlaqədar olaraq icarə müqaviləsi verilmişdir. Tərəflər müqavilə imzalayarkən ticarət mərkəzinin inşası başa çatmadığı üçün həmin muqavilədə tarix və sıra nömrəsi qeyd edilməmişdir. Məqsədi isə ondan ibarətdir ki, ticarət obyekti tam yararlı vəziyyətdə tərəfə təqdim edildiyi anda müqavilə üzrə öhdəliklərin icrası başlamalı idi və həmin tarixdə müqaviləyə nömrə və tarix qoyulmalı idi. Lakin dünyada və Respublikada baş verən iqtisadi problemlər həmin hissənin tikintisini ləngitmiş və ticarət sıralarında olan bir neçə ticarət obyekti tikilib hazır vəziyyətdə olsa da, sıralarda ticarət olmadığı üçün bu obyektlər baxımsız qalaraq yararsız hala düşmüşdür. İddiaçı firmaya müraciət etdikdə onunla icarə müqaviləsi üzrə göstərilən ticarət obyektinin mərkəzin fəaliyyətdə olan ərazisində eyni ölçülü ticarət obyekti ilə əvəzləşdirilməsi təklif edilmiş, lakin tərəf heç bir razılığa gəlməmişdir. İcarə müqaviləsi imzalayarkən müştərilərdən yalnız qapının quraşdırılması üçün və açarın qoyulması üçün cəmi birlikdə 2000 manat pul vəsaiti alınmışdır. Həmin pul vəsaitinin almmasına dair icarə müqaviləsinin üzərində əlyazma ilə «qapı pulu verdi» və «xxxxxxxxxxxxxxx» sözləri qeyd edilmişdir. MMC tərəfindən iddianı bu hissədə etiraf edir. Digər tərəfın iddia ərizəsində göstərdiyi pul vəsaitinə gəldikdə onu göstərə bilər ki, həmin ticarət obyekti təhvil verilsəydi və ona istifadə aktı təqdim edilsəydi kommunal ödənişlər və digər təmir pulu alınmış olardı. Alınmış pula dair "Kassa mədaxil orderi" verilməli idi. Lakin İddiaçı belə bir sənəd təqdim edilməmişdir və o, pulun verilməsinə dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddianı həmin hissədə təmin edilməsini xahiş edir. İddianın maddi və mənəvi hissəsinə gəldikdə isə pul vəsaiti ziyan vurulmamışdırsa, hansı maddi ziyandan söhbət gedə bilər. Tərəfin təqdim etdiyi iddia ərizəsindən də görünür ki, onlar hüquqlarının pozulmalarını, yəni ticarət obyektinin hazır olmadığını və onlara təhvil verilmədiyini 2008-ci ildə bilmişlər və həmin dövrdən məhkəməyə müraciət etməmişlər. Belə olduğu halda iddia müddəti tətbiq edilməli və bu əsasla da iddia rədd edilməlidir (səh.38); İddiaçı ilə Cavabdeh firması arasmda bağlanmış «İcarə müqavilələrinə əsasən, Cavabdeh firması Bakı şəhəri, Qaradağ rayonu, Lölcbatan Qəsəbəsinin cənub-şərq hissəsində "Yeni bazar" adlanan ərazidə, sahəsi 20 kv.m olan anbarı müddətsiz olaraq İddiaçı icarəyə verməyi öhdəsinə götürmüşdür. Həmin «İcarə Müqavilə»si «KM» X2 K.M.Məmmədovaya məxsus dairəvi möhürlə təsdiqlənmişdir. «İcarə Müqaviləsi»-nin 2.6cı bəndindən görünür ki, icarəçi müqavilədə göstərilən şərtlərlə əlaqədar müqavilə bağlandıqdan sonra, iddia qaldırmaq hüququna malik deyil (səh.7). Qaradağ Rayon Məhkəməsinin 2(002)-1663/18 saylı işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh fırması arasında bağlanmış icarə müqailəsi etibarsız hesab edilmiş, İddiaçı tərəfindən Cavabdeh fırmasına ödənilmiş 2000 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2030 (iki min otuz) manat Cavabdeh fırmasından tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 337, 389, 391, 405, 700; MPM-nin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi tərəflər arasında mövcud olmuş münasibətləri əks etdirməmişdir. Tərəflərin razılaşdığı müddət ərzində cavabdeh tərəfindən mağazanın inşası başa çatdırılmamış və iddiaçının istifadəsinə verilməmişdir. İddiaçı hazırki müqaviləni bağlayarkən hesab etmişdir ki, anbar razılaşdıqları müddət ərzində inşa olunaraq, onun istifadəsinə veriləcəkdir. Sonradan isə razılaşdıqları müddət ərzində anbar inşa edilməmiş, ona məlum olmuşdur ki, müqavilə bağlayarkən yanılmışdır. Qeyd olunan müqavilə bağlanarkən, cavabdehin sərəncamında nə mağaza, nə də anbar olmamışdır. Cavabdeh iddiaçının vəsaiti hesabına anbarı (mağaza) tikməyi planlaşdıraraq, həmin mağazanın açar pulunu da iddiaçıdan almışdır. Mövcud olmayan əmlakın icarəyə verilməsi qanunun tələblərinə ziddir. Tərəflər arasında müqavilə bağlanarkən qanunla müəyyən edilmiş şərtlərə riayət edilmədiyini, miiqavilənin vacib şərtləri ilə bağlı tərəflər arasında razılıq əldə olunmadığı və müqavilə tərəflərinin əsl niyyətlərini ifadə etmədiyinə görə həmin əqdin etibarsız hesab edilməsi barədə iddiaçının tələbini məhkəmə əsaslı hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, qeyd olunan əqd üzrə cavabdeh aldığı məbləği iddiaçıya geri qaytarmalı və vurulmuş ziyanı ödəməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakışəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1663/18 saylı 12 iyul ci il tarixli qətnaməsi qismən, yəni idda tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi və iddia tələbinin qalan hissədə də təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 337, 385, 389, 391, 405, 700; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, iddia tələbinin qismən təmin olunmasında məhkəmə düzgün nəticəyə gəlməyib; maddi və prosessual hüquq normalarını pozmaqla ədalətsiz və qanunsuz qətnamə qəbul edildiyindən həmin qətnamə ləğv edilməli, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnamə qəbul edərkən əldən çıxmış faydanı, müqavilənin arxa tərəfində "KM" X2 K.M.Məmmədovaya məxsus xətlə yazılmış nə qədər pulun alıınmasına və nə qədər iddiaçının borclu qalmasına dair yazılı qeydələri araşdırmamış, onlara hüquqi qiymət verməmiş, bununla bağlı olaraq cavabdeh təşkilatın təsisçisi K.M.Məmmədovanın özünün məhkəməyə dəvət edilərək izahatını almamış, həmin qedlərə dair xəttin kimə məxsus olması və kimin tərəfindən icra edilməsini araşdırmamış, bu xüsusatla bağlı olaraq xəttşünaslıq ekspertizası aparılması tələb edildiyi halda bunlara əməl edilməmiş, cavabdehin iddiaçını aldadaraq günü-günə sataraq aldatmasını nəzərə almamış və əsassız olaraq iddia müddətinin ötürülmüş hesab edilməsi qənaətinə gəlmişdir. Əgər müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilmişdirsə, müqavilə üzrə ödənilmiş bütün pullar, maddi-mənəvi ziyan, əldən çıxmış faydaya görə itirilmiş illik 5% də nəzərə alınmaqla iddiaçıya vurulan bütün ziyan tam ödənilməlidir. Belə ki, iş materiallarmda olan onunla, yəni İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış «İcarə müqavilələrindən göründüyü kimi, Cavabdeh firması Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərq hissəsində "Yeni bazar" adlanan ərazidə, sahəsi 20 kv.m olan anbarı müddətsiz olaraq İddiaçı icarəyə verməyi öhdəsinə götürmüşdür. Həmin «İcarə Müqavilə»si «KM» X2 K.M.Məmmədovaya məxsus dairəvi möhürlə təsdiqlənmişdir. «İcarə Müqaviləsi»-nin 2.6-cı bəndindən görünür ki, icarəçi müqavilədə göstəriləri şərtlərlə əlaqədar müqavilə bağlandıqdan sonra, iddia qaldırmaq hüququna malik deyil. Məhkəmə hesab edir ki, icarəçinin iddia qaldırmaq hüququnun olmaması barədə müqavilədə qeyd olunan müddəa etibarsızdır. Onunla cavabdeh arasında bağlanan icarə müqaviləsində müqavilənin nömrəsi, müddəti, hansı tarixdə bağlanması və icarənin qiyməti barədə heç bir məlumat yoxdur. Hətta onun tərəfindən cavabdehə ödənilməli olan məbləğ barədə müqavilədə heç bir qeyd aparılmamışdır. Həmin icarə müqaviləsinin şərtlərinə görə cavabdeh «Yeni Bazar» ticarət tompleksində fıziki şəxslərə işləmək üçün anbar, mağaza, iaşə obyektləri tikməyi, tikinti başa çatdıqdan sonra isə 20 kv.m anbarı müddətsiz icarəyə verməyi öhdəsinə götürmüşdür. O isə cavabdehə müəyyən ödəniş edərkən düşünmüşdür ki, gələcəkdə həmin mağaza onun mülkiyyətinə veriləcəkdir. Qeyd olunan müqavilə bağlanarkən, cavabdehin sərəncamında nə mağaza, nə də anbar olmamışdır. Cavabdeh onun vəsaiti hesabına anbarı (mağazanı) tikməyi planlaşdıraraq, həmin mağazanın açar pulunu da ondan almışdır. Cavabdeh onu bilərəkdən və qəsdən aldadaraq mövcud olmayan əmlakın icarəyə verilməsi adı altında pərdələnərək qanunun tələblərinə zidd hərəkət etmiş və bununla da etibardan sui istifadə etməklə həm də cinayət əməli törətmişdir. Tərəflər arasında müqavilə bağlanarkən qanunla müəyyən edilmiş və riayət edilmədiyini, müqavilənin vacib şərtləri ilə bağlı tərəflər arasında əldə olunmadığı və müqavilə tərəflərinin əsl niyyətlərini ifadə etmədiyinə həmin əqdin etibarsız hesab edilməsi barədə iddiaçının tələbini məhkəmə hesab edib. Bununla yanaşı məhkəmə hesab edir ki, qeyd olunan əqd üzrə cavabdeh məbləği iddiaçıya geri qaytarmalı və vurulmuş ziyanı ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10584/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırk iş üzrə Qaradağ Rayon Məhkəməsinin 2(002)-1663/18 saylı işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarı ilə 2(102)-2117/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10584/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən iddia təmin edilməyən hissədə ləğv edilmiş və işin ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 88, 372.1, 416, 417, 418-ci maddələrinə istinadən qeyd edilmişdir ki,iddianın təmin edilən hissələri cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. İddiaçı ilə cavabdeh firma arasında Qaradağ rayonu Lökbatan qəsəbəsinin Cənub- şərqi Bakı- Səlyan-Lökbatan dairəvi yolayrıcının qərbində yerbşən «BİNƏ» ticarət mərkəzinin 12 sırasının, 3-cü blokunun, 47 saylı sahəsi 20 kvadrat metr olan ticarət obyektinin iddiaçıya icarəyə verilməsinə dair razılığa gəlinməsi və bu barədə tərəflər arasında müqavilə bağlanması işin mübahisə edilməyən hallarıdır. İşin mübahisə edilən halı həmin müqavilə əsasında cavabdeh firmaya ödənilən pulla bağlıdır. İddiaçı müqaviləyə görə cavabdeh firmaya ümumilikdə 17350 manat pul ödədiyini bildirir. İddiaçı cavabdehdən həmin pulu, dəymiş maddi ziyana görə 10000 manat və mənəv ziyana görə isə 10000 manat pul tələb edir. Cavabdeh firmanın isə iddiaya etirazı ondan ibarətdir ki, dünyada və Respublikada baş verən iqtisadi problemlər ticarət mərkəzinin həmin hissəsinin tikintisin ləngitmiş və ticarət sıralarında olan bir neçə ticarət obyekti tikilib hazır vəziyyətdə olsa da sıralarda ticarət olmadığı üçün bu obyektlər baxımsız qalaraq yararsız hala düşmüşdür. İddiaçı firmaya müraciət etdikdə onunla icarə müqaviləsi üzrə göstərilən ticarət obyektinin mərkəzin fəaliyyətdə olan ərazisində eyni ölçülü ticarət obyekti ilə əvəzləşdirilməsi təklif edilmiş, lakin tərəf heç bir razılığa gəlməmişdir. İcarə müqaviləsi imzalayarkən müştərilərdən yalnız qapının quraşdırılması üçün və açarın qoyulması üçün cəmi birlikdə 2000 manat pul vəsaiti alınmışdır. Həmin pul vəsaitinin alınmasına dair icarə müqaviləsinin üzərində əlyazma ilə «qapı pulu verdi» və «xxxxxxxxxxxxxxx» sözləri qeyd edilmişdir. İşə baxan məhkəmələr iddia tələbini etiraf edilən hissədə təmin edərkən qalan hissədə iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini qeyd etmişlər. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işdə olan sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmışdır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini 2000 manat pulun tutulması hissədə qismən təmin edərkən cavabdehin nümayəndəsinin verdiyi izahata əsaslanmışdır. Cavabdeh tərəfındən birinci instansiya məhkəməsinə daxil olmuş yazılı etiraz ərizəsində qeyd olunmuşdur ki, həmin pul vəsaitinin alınmasına dair icarə müqaviləsinin üzərində əlyazma ilə «qapı pulu verdi» və «xxxxxxxxxxxxxxx» sözləri yazılmışdır. Cavabdehin nümayəndəsi də bu halı məhkəmə iclaslarında öz izahatı ilə təsdiq etmişdir. İşə baxan məhkəmələr həmin müqavilənin üzərində qeyd olunmuş digər qeydlərə diqqət verməmişdir. Belə ki, müqavilənin arxa tərəfində 3 ayrı hissədə aşağıdakı qeydlər aparılmışdır: "2007 = 11000", "xx.xx.2008 - 2000 açar, 1000 jalyuz, 800, 2000", 20x550 = 11000" 3000, 3350 =17350", "xx.xx.2009" "тəмир 550 ман борч". İddiaçı iddia ərizəsində göstərmişdir ki, 20 kvadrat metrə 550 manatdan hesablayaraq 11000 manat pulu "Binə" Ticarət mərkəzinin müdiri Kəbirə xanıma vermişdir. Kəbirə xanım həmin pulu qəbul edərək ona 12-ci sırada 47 saylı anbarın icarəyə verilməsinə dair müqavilə vermişdir. Sonradan 2008-ci ilin yanvar ayının 23-də ondan 2000 manat açar və 1000 manat jalyuz üçün pul istəmişlər və o, da əlavə olaraq 3000 manat pulu vermişdir. Daha sonra isə yenidən ondan 3350 manat təmirə pul istəmişlər. O, həmin pulu da verməklə Kəbirə xanım öz xətti ilə müqavilənin arxasına qeydlər apararaq ondan cəmi 17350 manat almasını xx.xx.2009-cu ildə təmirə görə 550 manat borcu qalmasını yazmışdır. Nə birinci instansiya məhkəməsi, nə də tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi həmin müqavilənin əslinin məhkəməyə təqdim edilməsini tərəflərə təklif etməmiş, həqiqətin müəyyən edilməsi üçün həmin müqavilədəki yazıların kimə məxsus olmasını, iddia edilən pulların ödənildiyi qeyd olunan "KM" X2 Kəbirə Məmmədova adlı şəxsin məhkəməyə dəvət edilməsini, bu halın aydınlaşdırılmasını, zərurət olduğu halda onun xətt nümunələrini götürərək məhkəmə-xətşünaslıq ekspertizasının keçrilməsini müzakirə etməmişdir. İddia tələbinin 1000 manat maddi ziyan və 1000 manat mənəvi ziyan hissədə təmin etməyən məhkəmə bu hissədə iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim etməməsini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu barədə heç bir əsaslandırma aparmamış, heç bir maddi hüquq normasına istinad etməmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi iddia tələbini təmin edilməyən hissədə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi X4pellyasiya şikayətini müdafiə etmiş, cavabdehlə barışıq yolu ilə razılığa gələ bilmədiklərini, iddia ərizəsinin təmin edilməsini, K.M.Məmmədovanın iaşə obyektinin dəyişdirilməsini ona təklif etdiyini, lakin Cavabdeh firmasına gedib-gəldiyini, Kəbirə Məmmədova ilə görüşə bilmədiyini bildirmiş, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli iclasında iştirak edən Cavabdeh firmasının nümayəndəsi vəkil X5 apellyasiya şikayətini qəbul etməmiş, iddiaçı obyekti işlətmədiyinə görə obyekti ona təhvil-təslim etmədiklərini, icarə müqaviləsinin Kəbirə Məmmədova tərəfindən imzalandığını və icarə haqqı almadıqlarını bildirmiş və qətnamənin qüvvədə qalmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7206/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli məlumata əsasən, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir (səh.188). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7206/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli məlumata əsasən, vəsatət təmin edilmədiyindən qərardad icra olunmadan mülki işin materialları geri qaytarılmışdır. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, İddiaçı, Cavabdeh firmasının nümayəndəsinin iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən (kassasiya instansıyası məhkəməsinin müəyyən etdiyi) hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) in 21, 324, 337-354, 385.1, 405, 697.1, 700.1-ci və MPM-in 14.2, 76.1, 77.1, 80, 81, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390, 420-cı maddələrinə istinadən hesab edir ki, qətnamə baxılan hissədə qismən əsassızdır. Belə ki, qanuni qüvvəsini almış kassasiya instansiya məhkəməsinin qərarında təmin edilmiş hissə mübahisələndirilmir və yalnız təmin edilməyən hissədə baxılmışdır. Ona görə ilk növbədə cavabdehdən tutulan 2000 manatdan əlavə məbləğin müzakirə edilməsi zəruridir. Kassasiya instansiyasının göstərişlərinə müvafiq cavabdeh tərəfindən (münasibətlərin etiraf edilməsinə baxmayaraq) sənədləşmənin təqdim edilməməsi və imza nümunələrinin təqdim edilməsi üçün məsul şəxsin gəlməməsi məhkəmənin mövcud sübutlar əsasında qərarın qəbul edilməsinə maneə deyildir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş (cavabdeh tərəfindən qismən etiraf edilmiş) məbləğin əsaslarının müəyyən edilməsi üçün maliyyə-mühasibat sənədlərinin təqdim edilməməsi mövcud tələbin cavabdeh tərəfindən araşdırılmasına maneə törədilən suiistifadəyə şərait yaradan hal kimi qiymətləndirilir. Ona görə iddiaçının təqdim etdiyi dəlil və sübutlar qismən qəbul edilməli, kassasiya instansiya məhkəməsinin qərarında əks edilmiş tələb edilən (ödənilmiş) 17350 manat pul vəsaitindən tutulan 2000 manat pul vəsaiti çıxılmaqla 15350 manat məbləğində pul vəsaiti əlavə olaraq cavabdehdən tutulmalıdır. İddiaçı öz risk dairəsindən kənar hərəkətlərə (mülki məsuliyyət həddinə) dair sübutlar təqdim etmədiyindən tələbin maddi və mənəvi zərər hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı mövcud olmayan əmlak üzrə icarə üzrə (etibarsız) münasibətlərə daxil olarkən müqavilədə zərərlə bağlı ətraflı şərtlər təsbit etməmiş və hər bir tərəf müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin yerinə yetirilmədiyinə görə öz hərəkətlərinə mütənasib həcmdə mülki məsuliyyətin olmalı olduğunu qabaqcadan görməli olmuşlar. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 118-119-cu maddəsinə əsasən apellyasiya şikayətinin üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılan (iddianın təmin edilməyən) hissəsində qismən təmin edilsin. Qeyd edilən hissədə Qaradağ Rayon Məhkəməsinin 2(002)-1663/18 saylı işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh firmasından 15350 (on beş min üç yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar