Məhkəmə qərarları › İş №2(103)-2674/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2674/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2674/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(010)-324/2020 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2978,20 manat məbləğində dəymiş ziyanın, 102,89 manat əvvəlki borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 3111,09 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFTBİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələbinə dair İddiaçı 17.03.2016-cı il tarixli, 12/7789 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00610 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəyəkə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan aktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 11.03.2016-cı il tarixli 080901 saylı akt əsasında 462,60 manat, 19.01.2018-ci il tarixli ******* saylı akt əsasında 955,20 manat, 19.02.2018-ci il tarixli ******* saylı akt əsasında 133,80 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 168,40 manat, 31.07.2018-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat, 28.09.2018-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 64.80 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 168,40 manat, 30.04.2019-cü il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 30.05.2019-cü il tarixli, ******* saylı akt əsasında 14,40 manat, 30.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, cəmi 2978,20 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2978,20 (iki min doqquz yüz yetmiş səkkiz manat, iyirmi qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır (dəymiş ziyanın hesablanması barədə qərar işə əlavə edilir). Bundan əlavə olaraq cavabdehin əvvəldən 102,89 manat borcu olmuş və karta keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 3081,09 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(010)-324/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.07.2018-ci il tarixil ******* saylı akt əsasında 388,80 (üç yüz səksən səkkiz manat səksən qəpik) manat məbləğində dəymiş ziyan, 102,89 (bir yüz iki manat səksən doqquz qəpik) əvvəldən olan borcun, ümumilikdə 491,69 (dörd yüz doxsan bir manat altmış doqquz) tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hissəsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, tərəflər arasında imzalanmış müqavilənin 2.3.5ci bəndinə əsasən istehlakçı (iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə, bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində qazpaylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı qərarın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan aktları sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir, belə ki, materialları mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Belə olan halda, işin müəyyən edilmiş hallarından və iş materiallarında olan sənədlərdən də göründüyü kimi, İddiaçı İB tərəfindən tələb olunan məbləğ qanuni və əsaslıdır. Birlik hesab edir ki, istehlakçı qazın alğı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və belə olan halda öhdəlikləri icra etmədiyi və pozduğu üçün məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız qeyd olunan hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(010)-324/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 17.03.2016-cı il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqaviləsindən görünür kı, İddiaçı Bakı RQSD-nin rəisi ilə Zığ qəsəbəsində yaşayan Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Bakı RQSD müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının gğstəricisinə uyğun olaraq İddiaçı Bakı RQSD tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərəri ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarında olan **********00610 saylı abonent Cavabdeh saldosundan və Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” tərtib edilmiş aktlardan görünür ki, İddiaçı İstehsalat Birliyi tərəfindən cavabdehə 11.03.2016-cı il tarixli 080901 saylı akt əsasında 462,60 manat, 19.01,2018-ci il tarixli ******* saylı akt əsasında 955,20 manat, 19.02.2018ci il tarixli ******* saylı akt əsasında 133,80 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 168,40 manat, 31.07.2018-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat, 28.09.2018-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 30.11,2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; 31.01,2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 64.80 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 168,40 manat, 30.04.2019-cü il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 30.05.2019-cü il tarixli, ******* saylı akt əsasında 14,40 manat, 30.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, 31,07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, cəmi 2978,20 manat dəymiş zərər hesablamışdırİş materiallarında olan İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30.09.2017-ci il tarixli qərarından görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,3 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 150 gün, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün; QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 150 gün, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmış və müəyyən olunmuşdur ki, sayğaca müdaxilə nəticəsində yaranmış qaz itkisinin həcmi 1884 m3 təşkil edir. İş materiallarında olan foto şəkillərdən və aktlardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən nömrəsiz evə quraşdırılmış qaz sayğacına cavabdeh müdaxilə edərək özbaşına olaraq qaz xəttinə qeyri-qanuni qoşulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə mübahisələndirilən hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı tərəf 31.07.2018-ci tarixli aktın tərtib olunmasından sonrakı 2 il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını, və yaxud ondan əvvəlki 2 il ərzində həqiqətən qanunsuz qoşulmanın mövcud olduğunu və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilmir. Beləliklə də iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulduğu üçün aktları tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən borcun hesablandığını iddia edir. Lakin borcun hesablanmasına əsas olan aktlara əlavə olunmuş fotoşəkillərdən aydın olur ki, mübahisəli ünvanda kənar xəttin qoşulmuş vəziyyəti 2018-ci ilə təsadüf edir. Məhkəmə qeyd etmişdir ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdir. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. İddiaçı tərəfin cavabdehin kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Buna görə də, məhkəmə hesab etmişdir ki, 31.07.2018-ci il tarixil, ******* saylı akt əsasında 388,80 manat dəymiş zərərin tutulması istisna olmaqla, digər aktlar əsasında dəymiş zərərin tutulması hissəsində isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(103)-2674/2021 saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2021-ci il tarixli, 10/4636 saylı rəyinə əsasən, ünvan 2 ünvanındakı tədqiqat obyektinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi. Baxış zamanı iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əlavə edilmiş fotoşəkillərlə faktiki vəziyyət arasında mübahisəli analiz aparıldıqda müəyyən edildi ki, fərdi yaşayış evində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”a əlavə edilmiş fotoşəkillərdə göstərilən şəraitdə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Cavabdeh tərəfindən, qeyd olunan aktlar əsasında, 2.978,20 manat İddiaçı İB-a ziyan dəymişdir. Cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş, sayğac göstəricisinə əsasən, əvvəlki illərdən 102,89 manat borcu qalmışdır. Cavabdeh tərəfindən ödənilməli məbləğ 3.081,09 manat təşkil edir. Həmin məbləğ İddiaçı İB-nin təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizalarının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd olunanlara əsasən mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Kollegiya həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulduğunu sübut etməlidir. İddiaçı tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş aktlarla bağlı məhkəmə bir daha qeyd edir ki, həmin aktlar cavabdeh tərəfindən imzalanmamış, aktların bir nüsxəsi cavabdehə təqdim edilməmiş, istehlakçı iştirak etmədiyi halda aktın tərtib edilməsinə bitərəf şəxslər (hal şahidləri) dəvət edilməmiş, dəfələrlə qanunsuz qoşulma halları həqiqətəndə aşkar edildiyi halda, qazın verilməsi dayandırılmaqla, hüquq-mühafizə orqanlarına müraciət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə apellyasiya mərhələsində keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizalarının tədqiqatı dəyəri olan 100 manatın 85 manatı iddiaçı ”zaq̇ ırəzA“ İBdən, 15 manatı Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ”zaq̇ ırəzA“ İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(010)-324/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya mərhələsində keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizalarının tədqiqatı dəyəri olan 100 (yüz) manatın 85 (səksən beş) manatı iddiaçı ”zaq̇ ırəzA“ İB-dən, 15 (on beş) manatı Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar