Məhkəmə qərarları › İş №2(103)-2675/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2675/2021

05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2675/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh, cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələblərə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3206/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 51 ünvanda yerləşən mənzilinə ünvan 1, 53 nömrəli mənzildən Cavabdeh tərəfindən suyun axıdılması nəticəsində təmirə görə yaranan maddi zərərin, ümumilikdə 1200 manat, mənəvi sarsıntı və stress keçirtdiyindən ona dəymiş mənəvi zərərə görə 1000 manat, Azərbaycan Respublikası “xxxx” MMC-yə xx xxxxxx 2020-ci il tarixdə ödədiyi 100 manat, məhkəmə xərclərinə görə, çıxarışın surətini təsdiq etmək üçün 5 manat və iddia tələbinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 5, mənzil 51 iddiaçının xüsusi mülkiyyətindədir, o, bu yaxınlarda həmin mənzili əsaslı təmir etmişdir, mənzili təmir etməmişdən əvvəl yuxarı mərtəbədə, yəni Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 5, 53 nömrəli mənzildə yaşayan Cavabdeh xəbərdarlıq etmişdir ki, mənzili təmir edir, mənzilinə çirkab su axıtmasın, əgər belə bir hal baş versə, onu məhkəməyə vermək məcburiyyətində qalacaqdır, üstündən bir neçə ay keçdikdən sonra üst mərtəbədə yaşayan Cavabdeh onun evinə güclü çirkab su axıtmışdır, iddiaçının təzə təmirdən çıxmış Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 5 saylı evin, 51 nömrəli mənzili demək olar ki, tam su içində idi, hesab edir ki, onun mənzilinə üst mənzildə yaşayan Cavabdeh tərəfindən suyun axıdılması nəticəsində təmirə görə yaranan maddi zərər ödənilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3206/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilə vurulmuş maddi ziyana görə 1200 (min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir (sədrlik edən: Şəhriyar Əliyev). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər barışıq sazişini təqdim etmişlər. Tərəflər aşağıdakı məzmunda barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər: «Cavabdeh 1000 (bir min) manat pulu 5 ay müddətində ayda 200 (iki yüz) manat olmaqla iddiaçıya verməyi, İddiaçı nümayəndəsi X2 5 ay müddətində hər ay 200 manat olmaqla pulu cavabdehdən almağı öhdəsinə götürürlər və barışıq sazişi ilə mülki işi başa çatdırırlar.». Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2, Cavabdeh və cavabdehin vəkili X3 barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3206/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbindən imtina etməsi, Cavabdeh iddiaçıya hər ay 200 (iki yüz) manat olmaqla cəmi 1000 (bir min) manat ödəməyi öhdəsinə götürməsinə dair barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3206/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar