Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2676/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızının Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, "xxxx" MMC-nə və Cavabdeh5 qarşı (X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilənin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 Pənahova (Qasımova) Sevinc Camal qızına və Cavabdeh1 MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Açar sözlər: (müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X15 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Vətən Elçin oğlu Zeynalovun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Pənahova (Qasımova) Sevinc Camal qızının nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5, İlkin iddia üzrə Cavabdeh2, İlkin iddia üzrə Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, İlkin iddia üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(001)-268/2024 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Pənahova (Qasımova) Sevinc Camal qızı və ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" MMC-nin rəhbəri X11 (bundan sonra “İcraçı”) və X12 (bundan sonra “Payçı”) arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Binəqədi rayonu 9-cu mikrorayon H.Babaşov küçəsi 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok İ mərtəbə ümumi sahəsi 112 kv.m olan 62 nömrəli mənzilə izolə olunmuş 2 otaqdan ibarət payçının istifadəsinə verir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 430 AZN təşkil edir. Cəmi 112 kv.m sahə üçün 48.160 AZN təşkil edir. Ödəmə məbləği AZN hesabı ilə həyata keçirilir. Müqavilədə ödəmə xx.xx.2008, 48.160 AZN, dəyəri tam ödənildi qeydi aparılmışdır. 2."xxxx" MMC-nin direktoru Rüstəmov R.N. tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1-də yerləşən yaşayış binası Cavabdeh1 MMCyəməxsusdur. Bu binanın İİ giriş İ mərtəbəsində ümumi sahəsi 112 kv.m olan 2 otaqlı 62 saylı mənzilin pay dəyəri “Payçı” X12 tərəfindən ödənilib. Borcu yoxdur. 3."xxxx" MMC-nin rəhbəri X11 (bundan sonra “İcraçı”) və Cavabdeh5 (bundan sonra “Payçı”) arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Binəqədi rayonu 9-cu mikrorayon H.Babaşov küçəsi 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok İ mərtəbə ümumi sahəsi 112 kv.m olan 62 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət payçının istifadəsinə verir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 480 AZN təşkil edir. Cəmi 112 kv.m sahə üçün 53.760 AZN təşkil edir. Ödəmə məbləği AZN hesabı ilə həyata keçirilir. Müqavilədə ödəmə xx.xx.2008, 53.760 AZN, dəyəri tam ödənildi qeydi aparılmışdır. 4.www.e-taxes.gov.az saytından çıxarışdan görünür ki, Cavabdeh1 MMC xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçi X8r.
5. Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 MMC-nin arxiv sənədlərinə əsasən ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı 62 nömrəli mənzilinin satılmasına dair "xxxx" MMC-nin mərhum qanuni təmsilçisi X13 ilə X12 arasında 14 avqust 2008-ci il tarixli müqavilə bağlanmış və həmin mənzil sonuncunun istifadəsində olmuşdur. 6.ƏN-İ seriyalı 131531 nömrəli xx.xx.2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, X13 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X14 etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilib və xx.xx.2013-cü il tarixədək qüvvədədir. 7.xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh5 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 8.Bakı şəhər İcra Hakimiyyəti Başçısının 203 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli xx-xx/1129 saylı razılıq məktubu, Cavabdeh1 xx.xx.2005-ci il tarixli 017 saylı müraciəti və AzərbaycanRespublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2005-ci il tarixli 005407 saylı şəhadətnaməsi nəzərə alınaraq, Binəqədi rayonu 9-cu mikrorayon H.Babaşov küçəsində yerləşən özünə məxsus yarımçıq tikilinin sökülərək tutduğu 3306.3 kv.m torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
9.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) Pənahova (Qasımova) Sevinc Camal qızı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, "xxxx" MMC-nə və Cavabdeh5 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilənin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzilinin Cavabdeh5 istifadəsinə verilməsinə dair 27 dekabr 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi, cavabdehlər və digər şəxslər tərəfindən həmin mənzilə olan mülkiyyət hüquqlarına hər hansı müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X13 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqaviləyə əsasən ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2- ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzili ona 53760 manata satılmışdır. Mənzilin qiymətini tam ödəməsi barədə ona xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Vəkili vasitəsilə apardığı araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli mənzilin yerləşdiyi yaşayış binası Cavabdeh1 (MMC) balansında olmuş, Cəmiyyətin rəhbəri (qanuni təmsilçisi) isə X13 olmuşdur. 2011-ci ildə X13 vəfat etdikdən sonra Cəmiyyətin nizamnamə kapitalında olan payı həyat yoldaşı Cavabdeh2, övladları – Cavabdeh3 və Cavabdeh4 keçmiş, hazırda onlar Cəmiyyətin təsisçiləri kimi dövlət qeydiyyatına alınmışdırlar. Uzun müddətdir ki, o, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Həmin mənzili əlavə əmlak kimi alıb saxlamışdır ki, gələcəkdə daimi olaraq Azərbaycana qayıdacağı halda, təmir etdirib istifadə etsin. Arada Azərbaycana gəldikdə gedib mənzilinə baş çəkmiş və mənzillə bağlı hər hansı problemlə rastlaşmamışdır. Lakin bu yaxınlarda mənzili ilə maraqlandıqda binanın idarəçiliyini həyata keçirən Cavabdeh1 MMC-nin əsas paya malik təsisçisi Cavabdeh2 aldığı məlumata görə Cavabdeh5 bu yaxınlarda binanın komendantı X17 müqavilənin surətini təqdim edərək, həmin mənzilin ona məxsus olduğunu iddia etmiş, komendant və təsisçi Cavabdeh2 binada ona məxsus hər hansı mənzlin olmadığını bildirdikdə isə, o, onların tələblərinə məhəl qoymadan, özbaşına və qanunsuz olaraq onun mənzilə qoyduğu giriş qapısını sındırıb digər qapı ilə əvəz etmişdir. Bundan sonra isə o, bildirmişdir ki, yaxın günlərdə mənzildə təmir işlərinə başlayacaqdır. Cavabdeh5 binanın komendantına təqdim etdiyi 27 dekabr 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, guya həmin mənzil X13 tərəfindən ona satılmışdır. X20 mənzili ona satdıqdan 4 ay sonra yenidən başqa şəxsə satması inandırıcı deyildir. Bundan başqa, MMC-nin təsisçisi və komendantından aldığı məlumata görə Cavabdeh5 indiyədək bir dəfə olsun həmin mənzillə maraqlanmamış, müqaviləsinin surətini komendanta təqdim edən zaman isə hətta mənzilin yerini belə bilməmişdir. Bununla belə o, mənzilə 2013-cü ildə qapı qoyub kilidini bağlamışdır və mənzil həmişə faktiki olaraq onun sərəncamında olmuşdur. Ona görə də cavabdehin müqaviləsinin saxtalığına kifayət qədər şübhə vardır və hesab edir ki, həmin müqavilə X5 ölümündən sui-istifadə edilməklə saxtalaşdırılmışdır. Hətta cavabdehin təqdim etdiyi müqavilə saxta olmasa belə, mənzilə dair müqavilə cavabdehdən əvvəl onunla bağlandığından hazırda qüvvədə olan mülki qanunvericliyin tələblərinə görə cavabdehin müqaviləsi etibarsız hesab olunduğu üçün hər hansı hüquqi nəticə doğura bilməz. 11.20 noyabr 2023-cü il tarixli məhkəmə iclasında X19 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. 12.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Tağıyev X3 (Qasımova) Sevinc Camal qızına və Cavabdeh1 MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilinə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə cədvəlinin etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilinin ona təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması; ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilinin üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə müvafiq sənədlərin (MTK-nin yığıncağının protokolundan çıxarış və s.) verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması; tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 13.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızı ona və digərlərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələblər üzrə iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, özü ilə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləni təqdim edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin etibarlılığını mübahisələndirmişdir. Hesab edir ki, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilə etibarlıdır, digər müqavilə isə sonradan köhnə tarixlə tərtib edilmişdir. Bu səbəblə ekspertizanın təyin edilməsi barədə məhkəməyə vəsatətlə müraciət etmiş və məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 4/1510-5/1271 nömrəli 9 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC ilə Cavabdeh5 arasında bağlanmış müqavilədə möhür əksləri üzərində olan imzalar (MTK qrafası nəzərdə tutulur) X13 tərəfindən icra olunmuşdur; Cavabdeh1 MMC ilə X12 arasında bağlanmış müqavilədə möhür əksləri üzərində olan imzalar (MTK qrafası nəzərdə tutulur) X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspert rəyindən məlum olur ki, Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında güya bağlanmış müqavilə əslində saxtadır və etibarsızdır. Bu səbəblə də, həmin müqavilə etibarsız hesab edilməli, mənzilin ona təhvil verilməsi öhdəliyi MTK-nin üzərinə qoyulmalı, o cümlədən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə müvafiq sənədlərin ona təhvil verilməsi öhdəliyi MTK-nin üzərinə qoyulmalıdır. 14.Məhkəmə iclasında iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbini etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, tərəfindən aparılan müstəqil araşdırma zamanı məlum olmuşdur ki, Rövşən Rüstəmovun sahibkarlıq fəaliyyəti dövründə onun bir çox səlahiyyətləri etibarnamə əsasında X19 tərəfindən həyata keçirilmiş, o cümlədən, mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının demək olar ki, əksər mənzillərinin alğı-satqı müqaviləsi, eləcə də hazırkı iş üzrə mübahisə predmetinə aid olan 14 avqust 2008-ci il tarixli müqavilə Rövşən Rüstəmovun verdiyi etibarnamə əsasında məhz Rövşən Kazımov tərəfindən imzalanmışdır. Göründüyü kimi, Cavabdeh1n rəhbəri fiziki şəxs X11 və X6 adlarından olan 14 avqust 2008-ci il tarixli müqavilənin (i.v.58) arxa tərəfində 3 ədəd möhür əksləri üzərindəki imzalar X13 tərəfindən icra olunmasa da, onun etibarnamə üzrə səlahiyyət verdiyi nümayəndəsi X19 tərəfindən icra olunduğundan müqavilə mülki qununvericilikdə nəzərdə tutulmuş təmsilçilik qaydalarına uyğun bağlanmış və həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmamışdır. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 15.Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 ilkin iddianı qəbul etmiş, qarşılıqlı iddianı isə qəbul etməyərək, izahatında qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-dən tam məbləği ödəyərək mənzil almışdır. Hazırda MTK iddiaçını tanıyır və mənzil ona təhvil verilmişdir. Cavabdehin həmin mənzili sonradan alınması heç inandırıcı deyil. Belə ki, cavabdeh bu günə qədər mənzillə maraqlanmamış, mənzilin yerini belə bilmir. Ona görə də, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 16.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahatında bildirmişdir ki, X13 onun mərhum qaynıdır. Rövşən Rüstəmov xx.xx.2008-ci il tarixdə ona etibarnamə vermişdir. O, həmin etibarnamə əsasında bir çox müqavilələri imzalamışdır. Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış müqaviləni də Rövşən Rüstəmovun əvəzinə o imzalamışdır. O, müqavilələri yalnız Rövşən dediyi zaman imzalayırdı. Bəzən Rövşən Azərbaycan Respublikasının hüdudlarından kənarda olmayanda da, ona müqavilələri imzalanmasını bildirirdi, o da imza edirdi. 17.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 31 yanvar 2024-cü il tarixli, 2(001)-268/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Rəşad Qoşqarlı) ilkin iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun Pənahova (Qasımova) Sevinc Camal qızına aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilin Cavabdeh5 təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə üzrə ödənilmiş 48.160 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq Pənahova (Qasımova) Sevinc Camal qızına ödənilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Pənahova (Qasımova) Sevinc Camal qızından və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq Cavabdeh5 ödənilməsi, Məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizaları tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh5 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. 18.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1510- 5/1271 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh1 rəhbəri fiziki şəxs X11 və Cavabdeh5 adlarından olan 27 dekabr 2008-ci il tarixli müqavilənin (i.v.59) arxa tərəfində 2 ədəd möhür əksləri üzərindəki imzalar – X13 tərəfindən icra olunmuşdur. -Ekspertizaya təqdim olunmuş, Cavabdeh1 rəhbəri fiziki şəxs X11 və X6 adlarından olan 14 avqust 2008-ci il tarixli müqavilənin (i.v.58) arxa tərəfində 3 ədəd möhür əksləri üzərindəki imzalar – X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. -Tədqiqata təqdim edilmiş X12 və X13 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; Cavabdeh6 Məmmədcəfər və X13 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. -Təqdim edilmiş X12 və X13 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; Cavabdeh6 Məmmədcəfər və X13 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ X13” məzmunlu möhür əksləri ilə təqdim edilmiş xx.xx.2011-ci il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli müqavilələrin və maliyyə arayışlarının üzərlərində olan möhür əkslərinin, xx.xx.2009-cu il tarixli müqaviləyə(156 saylı mənzilə dair) aid maliyyə arayışının aşağı hissəsində Cavabdeh1 şirkətinin müdiri çap mətnli yazının üzərinə vurulmuş möhür əksinin sərbəst nümunələri eynilik təşkil edirlər. -Təqdim edilmiş X12 və X13 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; Cavabdeh6 Məmmədcəfər və X13 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ X13” məzmunlu möhür əksləri təqdim edilmiş xx.xx.2009-cu il tarixli müqavilədəki (156 saylı mənzilə dair) və həmin müqaviləyə əlavə edilmiş maliyyə arayışının əsas mətninin üzərinə vurulmuş möhür əkslərinin sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər. -Təqdim edilmiş X12 və X13 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; Cavabdeh6 Məmmədcəfər və X13 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrdə əvvəl mətin çap edilmiş, sonra isə möhür əksləri vurulmuşdurlar. -Təqdim edilmiş X12 və X13 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; Cavabdeh6 Məmmədcəfər və X13 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərində Cavabdeh1”nə məxsus möhür əksləri olmadığı üçün ekspert qarşısında qoyulmuş 2, 3-cü bəndlərindəki sualları üzrə tədqiqat aparılmadı. 19.İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh5 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 20.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzilinin satışına dair Cavabdeh1 MMC ilə X12 arasında xx.xx.2008-ci il tarixdə, Cavabdeh5 ilə isə xx.xx.2008-ci il tarixdə müqavilələr imzalanmış və hər iki müqavilədə bu mənzilin dəyərinin tam ödənilməsi barədə müvafiq qeydlər aparılmışdır. Hazırda Pənahova (Qasımova) Sevinc Camal qızı həmin mənzili daha əvvəl aldığını və dəyərini tam ödədiyini, mənzilə 2013-cü ildə qapı qoyub kilidini bağladığını və mənzilin həmişə faktiki olaraq onun sərəncamında olduğunu, Cavabdeh5 ilə bağlanmış müqavilənin saxta olduğunu, sonuncunun mənzilin harada yerləşməsini belə bilmədiyini iddia edir və xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, ona qarşı qaldırılmış iddianın isə rədd edilməsini tələb edir. 21.Məhkəmə hesab etmişdir ki, ilkin olaraq ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2- ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzilinin satışına dair Cavabdeh1 MMC ilə X12 arasında xx.xx.2008-ci il tarixdə, Cavabdeh5 ilə isə xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilələrin etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. 22.Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən göründüyü kimi hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə X12 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə MMCnin rəhbəri X13 tərəfindən deyil, başqa şəxs, yəni X19 tərəfindən imzalanmışdır. Bu hal ekspert rəyi və X10 məhkəmə iclasında vermiş olduğu izahatla təsdiq olunur. 23.Pənahova (Qasımova) Sevinc Camal qızı MMC adından bəzi müqavilələrin, o cümlədən, özü ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin Rövşən Rüstəmov tərəfindən verilmiş xx.xx.2008ci il tarixli etibarnamə əsasında (təmsilçilik qaydasında) X10 imzaladığını, sonuncunun müqaviləni imzalayarkən səlahiyyətli şəxs olduğunu və həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmadığını iddia etsə də, məhkəmə, Pənahova (Qasımova) Sevinc Camal qızının bu arqumentini əsassız hesab etmişdir. 24.Belə ki, iş materiallarında olan və X13 tərəfindən X14 verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, R.N.Rüstəmov həmin etibarnaməni Cavabdeh1 MMC-nin adından və MMC-nin təmsil edilməsi üçün deyil, fiziki şəxs olaraq öz hüquq və mənafelərinin təmsil edilməsi üçün vermişdir. Belə olan halda, X10 adıçəkilən etibarnamə əsasında Cavabdeh1 MMCnin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. 25.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmadığından etibarsız əqddir. 26.Pənahova (Qasımova) Sevinc Camal qızının mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə Cavabdeh5 arasında bağlanmış müqavilənin onunla müqavilə bağlandıqdan sonra bağlanması səbəbindən etibarsız olması dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki-hüquq münasibətlərində fərdi-müəyyən əşyanı mülkiyyətə və ya istifadəyə vermək barədə əmlak (hüquq) sahibinin bir neçə şəxslə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. 27.Müddət etibarı ilə Cavabdeh1 MMC ilə ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında müqavilə daha əvvəl, yəni xx.xx.2008-ci il tarixdə bağlanmasına baxmayaraq, bu hal Cavabdeh1 MMC-nin mübahisəli mənzilin Cavabdeh5 deyil, məhz Pənahova (Qasımova) Sevinc Camal qızına təhvil verilməsi barədə öhdəliyinin yaranması kimi qəbul edilə bilməz. 28.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müqavilə bağlanan zaman binada tikinti işləri aparılmış, binanın tikintisi başa çatdıqdan sonra mübahisəli mənzildə heç bir təmir işləri aparılmamış və yaşayış olmamışdır. Cavabdeh5 binanın tikintisinin başa çatdığını bildikdən sonra aldığı mənzili təmirsiz şəkildə qəbul etmiş, mənzilə qapı qoydurmuşdur. Bu hərəkətləri ilə də Cavabdeh5 mənzili təhvil aldığını nümayiş etdirmişdir. Daha sonra Pənahova (Qasımova) Sevinc Camal qızı mübahisəli mənzilə gələrək, Cavabdeh5 tərəfindən qoyulmuş qapını sındırmış və yeni qapı qoymuşdur. Eyni zamanda, məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. 29.Eyni zamanda, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 rəhbəri fiziki şəxs X11 və Cavabdeh5 adlarından olan 27 dekabr 2008-ci il tarixli müqavilənin (i.v.59) arxa tərəfində 2 ədəd möhür əksləri üzərindəki imzalar – X13 tərəfindən icra olunmuşdur. 30.Məhkəmə, qeyd olunanları nəzərə alıb belə qənaətə gəlmişdir ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilə ilk olaraq məhz Cavabdeh5 sahiblik etməyə başlamışdır. Buna uyğun olaraq, Cavabdeh1 MMCnin mübahisəli mənzilin Pənahova (Qasımova) Sevinc Camal qızına deyil, məhz Cavabdeh5 təhvil verilməsi barədə öhdəliyi yaranmışdır. Həm bu, həm də yuxarıda qeyd edilən səbəblərdən Cavabdeh5 "xxxx" MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə tam etibarlı müqavilədir. Bu da öz növbəsində Pənahova (Qasımova) Sevinc Camal qızının iddiasının rədd edilməsini, Cavabdeh5 isə iddiasının qismən, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə cədvəlinin etibarsız hesab edilməsi; mənzilin Cavabdeh5 təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması hissəsində təmin edilməsini şərtləndirir. 31.Bununla yanaşı məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən, müqavilə üzrə ödənilmiş 48.160 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq Pənahova (Qasımova) Sevinc Camal qızına ödənilməlidir. 32.Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilin üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə müvafiq sənədlərin (MTK-nin yığıncağının protokolundançıxarış və s.) verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması hissəsində əsassız olduğundan rədd edilməlidir. 33.Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, mənzilin yerləşdiyi binanın təhvil-təslim prosesi həyata keçirilməmiş, bu səbəbdən də mənzilin üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı qəbul edilməmişdir. 34.Qarşılıqlı iddia tələbinin ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, maliyyə arayışı hər hansı hüquqi nəticə yaratmayan bəyanat xarakterli sənəd növüdür. Başqa ifadə ilə, maliyyə arayışı hər hansı hüquq münasibətini yaradan, dəyişdirən və ya xitam edən əqd deyildir. Belə olan halda, maliyyə arayışının etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. 35.Məhkəmə xərcləri ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Pənahova (Qasımova) Sevinc Camal qızına aid edilməli, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Pənahova (Qasımova) Sevinc Camal qızından və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq Cavabdeh5 ödənilməli, məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizaları tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh5 tutulmalı və X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. 36.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 152.2, 152.3, 157.2, 157.8, 158.2, 324.1, 324.4, 337.1, 337.3, 337.4, 337.5, 385.1, 389.1, 425.1, 442, 452.1, 752.1, 762.1-ci; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri
37.Qətnamədən iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 38.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi olduqca qeyri-müəyyən olmuş, bir sıra hallarda yalnız şəxsi mövqeyindən çıxmış, işdə olan sübutların mahiyyətini təhrif etmişdir. Əvvəla məhkəmə çıxardığı qətnaməni əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə X12 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə MMCnin rəhbəri X13 tərəfindən deyil, başqa şəxs, yəni X19 tərəfindən imzalanmışdır. Bu hal ekspert rəyi və X10 məhkəmə iclasında vermiş olduğu izahatla təsdiq olunur. Pənahova (Qasımova) Sevinc Camal qızı MMC adından bəzi müqavilələrin, o cümlədən, özü ilə bağlanmış xx.xx.2008-ci il tarixli etibarnamə əsasında (təmsilçilik qaydasında) X10 imzalandığını, sonuncunun müqaviləni imzalayarkən səlahiyyətli şəxs olduğunu və həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmadığını iddia etsə də, məhkəmə, Pənahova (Qasımova) Sevinc Camal qızının bu arqumentini əsassız hesab edir. Belə ki, iş materiallarında olan və X13 tərəfindən X14 verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, R.N.Rüstəmov həmin etibarnaməni Cavabdeh1 MMC adından və MMC-nin təmsil edilməsi üçün deyil, fiziki şəxsolaraq öz hüquq və mənafelərinin təmsil edilməsi üçün vermişdir. Belə olan halda, X10 adıçəkilən etibarnamə əsasında Cavabdeh1 MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmadığından etibarsız əqddir. Lakin məhkəmə bu nəticəyə gələrkən Pənahova (Qasımova) Sevinc Camal qızına münasibətdə onun mənzili əldə edərkən Azərbaycan Respublikası MM-nin 182.1-ci maddəsinin müddəaları baxımından vicdanlı əldə edən olubolmaması məsələsinə aydınlıq gətirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 MMCnin qanuni təmsilçisi olmuş mərhum X13 Respublikanın bir çox yerlərində fərdi sahibkar qismində və hüquqi şəxs (MTK, MMC) yaratmaqla çoxmənzilli yaşayış binalarının tikintisini və həmin binalarda yerləşən mənzilllərin satışını həyata keçirmiş, bu fəaliyyətində onu etibarnamə əsasında X19 təmsil etmiş və demək olar ki, əksər mənzillərin alğı-satqı müqaviləsi məhz məhkəmənin istinad etdiyi etibarnamə əsasında sonuncu tərəfindən imzalanmışdır. Rövşən Kazımov bu işləri Rövşən Rüstəmova məxsus ofisdə əyləşib tək və Rövşən Rüstəmovla birlikdə gördüyü halda, təbii ki, alğı-satqı müqaviləsi əsasında mənzil əldə edən şəxslərdə, o cümlədən də Pənahova (Qasımova) Sevinc Camal qızında Rövşən Kazımovun səlahiyyətlərinin legtimsizliyi barədə hər hansı şübhə yarana bilməzdi. Ona görə də göstərilən hallara əsasən məhkəmə nəzərə almalı idi ki, mübahisəli mənzili X12 mülki qanunvericlikdə təsbit edilmiş vicdanlı əldə edən qismində aldığından onun bağladığı müqavilə ona münasibətdə etibarsız hesab edilə bilməzdi. Bundan başqa, məhkəmə, hər hansı sübuta əsaslanmayan, həqiqətə uyğun olmayan məlumatları qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən olunmuş halı kimi qeyd edərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müqavilə bağlanan zaman binada tikinti işləri aparılmış, binanın tikintisi başa çatdıqdan sonra mübahisəli mənzildə heç bir təmir işləri aparılmamış və yaşayış olmamışdır. Cavabdeh5 binanın tikintisinin başa çatdığını bildikdən sonra aldığı mənzili təmirsiz şəkildə qəbul etmiş, mənzilə qapı qoydurmuşdur. Bu hərəkətləri ilə də Cavabdeh5 mənzili təhvil aldığını nümayiş etdirmişdir. Daha sonra Pənahova (Qasımova) Sevinc Camal qızı mübahisəli mənzilə gələrək, Cavabdeh5 tərəfindən qoyulmuş qapını sındırmış və yeni qapı qoymuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Məhkəmə öz mülahizələrilə göstərdiyi yalan məlumatlar əsasında belə bir qənaətə gəlmişdir ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilə ilk olaraq məhz Cavabdeh5 sahiblik etməyə başlamışdır. Halbuki Cavabdeh5 mənzili nə Rövşən Rüstəmovdan, nə etibarnamə üzrə onun nümayəndəsi Rövşən Kazımovdan, nə də mərhum Rövşən Rüstəmovun vərəsələrindən təhvil almış, eləcədə o, heç zaman mənzilə faktiki sahiblik etməmişdir. Pənahova (Qasımova) Sevinc Camal qızı tərəfindən isə mübahisəli mənzilin qapısı sındırılmamışdır. Məhkəmənin göstərdiklərini iş materiallarında təsdiq edən hər hansı sübut olmamışdır. Həmin mənzilin qapısı müqavilə imzalandıqdan sonra məhz (Qasımova) Sevinc Camal qızı tərəfindən qoyulmuşdur. Bunu məhkəmə iclasında iştirak edən Rövşən Rüstəmovun vərəsəsi, eyni zamanda Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3 nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 məhkəməyə verdiyi izahatlarda təsdiq etmişdir. Çox maraqlıdır ki, məhkəmə yerində baxış keçirmədən yalan olaraq qeyd etmişdir ki, guya məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Halbuki, həmin mənzildə İddiaçı (Qasımovaya) məxsus əşyalar mövcuddur. Çox maraqlıdır ki, məhkəmə yerində baxış keçirmədən yalan olaraq qeyd etmişdir ki, guya məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Halbuki, həmin mənzildə İddiaçı (Qasımovaya) məxsus əşyalar mövcuddur. 39.Qətnamədən həmçinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv ediləsini ilkin iddia tələblərinin təmin, qarşılıqlı iddia tələblərinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişlər. 40.Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaətinə görə mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına aid mənzillərin üzərində sərəncam vermək hüququ, yəni onları satmaq hüququ Cavabdeh1 MMC-yə məxsus olduğundan həmin mənzillərə dair Rövşən Kazımova əqdlərin bağlanması səlahiyyətini verən etibarnamə Rövşən Rüstəmovun adından deyil, Cavabdeh1 MMC-nin adından verilə bilərdi. Lakin məhkəmə X12 ilə bağlanmış müqavilənin, Rövşən Kazımova verilmiş etibarnamənin həqiqi məzmununu Azərbaycan Respublikası MM-nin 324.5-ci maddəsinə uyğun olaraq ağlabatan mühakimə əsasında deyil, yalnız onun formal, hərfi mənasına əsasən qiymətləndirərək tərəflərin iradə ifadəsini düzgün təfsir etməmiş, işin diqqətəlayiq hallarından çıxış edərək S.C.Qasımovanın mənzili əldə edərkən Azərbaycan Respublikası MM-nin 182.1-ci maddəsinə əsasən vicdanlı əldə edən olmasını nəzərə almamışdır. Məhkəmə nəzərə almalı idi ki, mərhum X1 Respublikanın bir çox yerlərində - Gəncə və Bakı şəhərində fərdi sahibkar qismində və ya təsisçisi və qanuni təmsilçisi olduğu hüquqi şəxslərin (MTK, MMC) adından çoxmənzilli yaşayış binalarının tikintisini və həmin binalarda yerləşən mənzilllərin satışını həyata keçirmiş, bu fəaliyyətində onu etibarnamə əsasında X19 təmsil etmiş, istər mübahisəli mənzilin yerləşdiyi binada, istərsə də digər binalarda olan əksər mənzillərin alqısatqı müqaviləsi məhz məhkəmənin istinad etdiyi etibarnamə əsasında sonuncu tərəfindən imzalanmışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən şəxs qismində iştirak etmiş X10 və mərhum X5 ailə üzvləri olan, hazırda Cavabdeh1 MMC-nin təsisçiləri bildirmişlər ki, etibarnamə əsasında Rövşən Rüstəmovu təmsil edən Rövşən Kazımov öz səlahiyyətlərinə uyğun bütün işləri mübahisəli mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində olan Rövşən Rüstəmova məxsus ofisdə görmüş, hətta Rüstəmovla birlikdə olanda belə müqavilələri Rövşən Rüstəmov deyil, onun tapşırığı ilə Rövşən Kazımov imzalamışdır. Ona görə də mənzil sahibləri, eləc də mənzillərlə maraqlanan hər kəs X23 Rüstəmovun səlahiyyətli nümayəndəsi kimi tanıyıb qəbul etmişdirlər.Belə olduğu halda təbii ki, Pənahova (Qasımova) Sevinc Camal qızında və ya hər hansı mənzil alıcısında Rövşən Kazımovun səlahiyyətlərinin legtimsizliyi barədə hər hansı şübhə yarana bilməzdi. Ona görə də göstərilən hallara əsasən məhkəmə nəzərə almalı idi ki, mübahisəli mənzili X12 mülki qanunvericlikdə təsbit edilmiş vicdanlı əldə edən qismində aldığından onun bağladığı müqavilə ona münasibətdə etibarsız hesab edilə bilməzdi. Qeyd etdiyimiz kimi Rövşən Rüstəmov müxtəlif statuslarda müstəqil və ya şərikli formada bir çox yaşayış binasının tikintisi və satışı ilə məşğul olmuşdur. O əsasən müstəqil şəkildə fiziki şəxs qismində Gəncə şəhərində yerləşən çoxmənzilli yaşayış binasını, qanuni təmsilçisi olduğu Cavabdeh1 MMC-nin adından mübahisəli mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasını, qanuni təmsilçisi olduğu "xxxx" MTKnın adından ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasını inşa etmişdir. Diqqət edilməsi vacib olan haldır ki, Rövşən Rüstəmov hüquqi şəxs adından inşa etdiyi binalarda olan mənzillərə dair müqavilələri təmsil etdiyi hüquqi şəxsin adından deyil, öz adından bağlayıb imzalayaraq həmin müqavilələri hüquqi şəxsə məxsus möhürlə deyil, fiziki şəxs – fərdi sahibkar qismində özünə məxsus möhürlə təsdiq etmişdir. Təsadüfi deyildir ki, hazırkı iş üzrə təqdim edilmiş müqavilələrdə, eləcə də məhkəmənin etibarlı saydığı ilkin iddia üzrə cavabdehə məxsus müqavilədə müqavilə tərəfi kimi hüquqi şəxs – Cavabdeh1 MMC deyil, Rövşən Rüstəmovun şəxsən özü göstərilmiş, yəni onun təmsilçi statusuna istinad edilməmiş, müqavilənin bağlanması isə Cavabdeh1 MMC-nin möhürü ilə deyil, fiziki şəxs qismində Rövşən Rüstəmova məxsus möhürlə təsdiq edilmişdir. Məhkəmə əslində məhz göstərilən halları nəzərə almaqla tərəflərin əsl iradə ifadəsini təfsir etməli və X9 vicdanlı əldə edən kmi tanımalı idi. Məhkəmənin sübutetmə zamanı yol verdiyi nöqsanlardan biri də o olmuşdur ki, hər hansı sübuta əsaslanmayan və həqiqətə uyğun olmayan məlumatları qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən olunmuş halı kimi göstərmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müqavilə bağlanan zaman binada tikinti işləri aparılmış, binanın tikintisi başa çatdıqdan sonra mübahisəli mənzildə heç bir təmir işləri aparılmamış və yaşayış olmamışdır. Cavabdeh5 binanın tikintisinin başa çatdığını bildikdən sonra aldığı mənzili təmirsiz şəkildə qəbul etmiş, mənzilə qapı qoydurmuşdur. Bu hərəkətləri ilə də Cavabdeh5 mənzili təhvil aldığını nümayiş etdirmişdir. Daha sonra Pənahova (Qasımova) Sevinc Camal qızı mübahisəli mənzilə gələrək, Cavabdeh5 tərəfindən qoyulmuş qapını sındırmış və yeni qapı qoymuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Məhkəmə öz əsassız mülahizələrindən çıxış edərək sonda belə bir qənaətə gəlmişdir ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilə ilk olaraq məhz Cavabdeh5 sahiblik etməyə başlamışdır. Halbuki Cavabdeh5 ümumiyyətlə mənzili istər rəsmi, istərsə də faktiki təhvil almamış, o, heç zaman mənzilə hər hansı formada sahiblik etməmişdir. Pənahova (Qasımova) Sevinc Camal qızı tərəfindən isə mənzilin qapısı sındırılmamışdır. Mənzilin qapısı müqavilə imzalandıqdan sonra bilavasitə (Qasımova) Sevinc Camal qızının özü tərəfindən qoyulmuşdur. İşin bu halını məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 və Pənahova (Qasımova) Sevinc Camal qızının nümayəndəsi məhkəməyə verdiyi izahatlarda bir daha təsdiq etmişdirlər. Məhkəmə hər hansı sübut olmadan açıq-aşkar həqiqətə uyğun olmayan ifadələri qətnaməsinin məzmununa daxil edərək qeyd etmişdir ki, guya məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Halbuki işin bu halının təsdiqi üçün ən mötəbər sübut qismində yalnız yerində baxışın nəticələri çıxış edə bilərdi ki, məhkəmə tərəfindən də belə bir hərəkət həyata keçirilməmişdir. Hər bir halda yerində baxış keçirilsəydi, təbii ki, məhkəmə tamam göstərdiklərinə əks bir mənzərənin, yəni mübahisəli mənzildə İddiaçı (Qasımovaya) məxsus əşyaların mövcudluğunun şahidi olardı. Beləliklə də şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi qismində işə baxmış Bakı şəhəri, Binəqədi rayon məhkəməsi iş üzrə əqd (etibarnamə, müqavilə) tərəflərinin münasibətlərinə əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası MM-nin 182.1 və 324.5-ci maddələrini tətbiq etməyib ayrı-ayrı mənzil sahibləri ilə eyni formada bağlanmış çoxsaylı müqavilələrin etibarlılığını şübhə altına almaqla həmin mənzillərlə bağlı gələcək mübahisələrə və sui-istifadə hallarına rəvac vermişdir ki, bu da Cavabdeh1 MMC-nin və onun təsisçilərinin, eləcə də çoxsaylı mənzil sahiblərinin mənafeyini ciddi şəkildə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 41.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
42.Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərin məzmununa uyğun izahat verərək, hər iki apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Cavabdeh5 heç mənzilin yerini də tanımır, yerli baxış zamanı qoşular da onu tanımamışdır, o, həmin mənzildə yaşamamışdır. Cavabdehin qeyd etdiyi binada Taleh, yoxsa Təbriz adında komendant olmayıb. Binanın əksəriyyət sakinlərinin müqavilələrini mərhum həyat yoldaşı Rövşən Rüstəmovun əvəzindən Rövşən Kazımov imzalamışdır. Rövşən Rüstəmov özü buna icazə vermişdir. Onda belə çıxır ki, digər sakinlərin də müqavilələri etibarsızdır? ,Cavabdeh1 MMC-nin təsisçiləri olaraq iddiaçının müqaviləsini tanıyırlar. İddiaçının müqaviləsi etibarlı olmaqla, mənzil ona təhvil verilmişdir. Apellyasiya mərhələsində yerli baxış zamanı da müəyyən olundu ki, mənzil iddiaçıdadır. İddiaçı tərəf mənzilin qapısını açdı, orada iddiaçya məxsus əşyalar mövcuddur. Onun sonradan bildiyinə görə onun mərhum həyat yoldaşına təzyiqlər nəticəsində Cavabdeh5 həmin müqavilə verilmişdir. Cavabdeh5 özü də qeyd etdi ki, o vaxtı MTN-ə onları dəvət etmişlər. Göründüyü kimi, MTN-in qanunsuz hərəkətləri nəticəsində mərhum həyat yoldaşı Rövşən Rüstəmov cavabdehin adına həmin müqaviləni yazmışdır. Məsələ bununla da tam aydın olur. Sadəcə olaraq onlar MTN-lə bağlı araşdırmalar ararılanda, müraciət etməmişlər. 43.Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərin məzmununa uyğun izahat evrərək, hər iki şikayətin təmin edilməsini, ilkin iddianın təmin edilərək, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında qeyd etdi ki, birinic instansiya məhkəməsinə onlar bina sakinləri ilə bağlı müqavilələrin surətlərini təqdim etmişlər. Həmin müqavilələrdən də, görünür ki, əksəriyyət müqavilələri mərhum Rövşən Rüstəmovun əvəzindən onun qaynı Rövşən Kazımov imzalamışdır. Rövşən Rüstəmov özü buna icazə vermiş, həmin müqavilələri bəyənmişdir. Mənzil Cavabdeh1 MMC tərəfindən iddiaçıya verilmişdir. Bu yerli baxış zamanı da müəyyən olundu. Cavabdeh5 heç mənzilin yerini də tanımır, yerli baxış zamanı qoşular da onu tanımamışdır, o, həmin mənzildə yaşamamışdır. Cavabdehin qeyd etdiyi binada Taleh, yoxsa Təbriz adında komendant olmayıb. 44.Məhkəmə kollegiyasının iclasında iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa və ilkin iddia üzrə Cavabdeh2 izahatına uyğun izahat verərək, hər iki şikayətin təmin edilməsini, ilkin iddianın təmin edilərək, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 45.Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apellyasiya şikayətlərini qəbul etmədi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izhaat verərək şikayətlərin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, binanın komendantı Taleh, yoxsa Təbriz adında şəxs olub. Həmin şəxs onu tanıyırdı. O, bu evi alanda 2009-cu ilin iyul ayında iş MTN-nə düşdü. Orada mənzilin ona məxsus olması müəyyən olunub. Lakin MTN-nə 2 dəfə sorğu göndəriblər, materiallar yoxdur. 46.Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X19 izahat verərək qeyd etdi ki, X13 onun mərhum qaynıdır. Rövşən Rüstəmov xx.xx.2008-ci il tarixdə ona etibarnamə vermişdir. O, həmin etibarnamə əsasında bir çox müqavilələri imzalamışdır. Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış müqaviləni də Rövşən Rüstəmovun əvəzinə o imzalamışdır. O, müqavilələri yalnız Rövşən dediyi zaman imzalayırdı. Bəzən Rövşən Azərbaycan Respublikasının hüdudlarından kənarda olmayanda da, ona müqavilələri imzalanmasını bildirirdi, o da imza edirdi. 47.Məhkəmə kollegiyasını iclasında ifadə verən şahid X21 qeyd etdi ki, onun da həmin binanın İ korpusundan 57A saylı mənzili, İİ blokdan 119A saylı mənzilləri var. Mənzildə özü yaşamır. O, rəhmətlik Rövşən müəllimlə danışmışdı, onunla iş görürdü, onlar evin alğı-satqını, hər bir işi Rövşən müəllimlə bir yerdə görürdülər. Onun da müqavilələrini rəhmətlik Rövşən müəllimin qaynı Rövşən Kazımov imzalayıb. 48.Məhkəmə kollegiyasının iclasında ifadə verən şahid X22 qeyd etdi ki, 5 ilə yaxındır ki, Cavabdeh1 MMC də komendant işləyir.Cavabdeh5 1-2 il bundan əvvəl bir dəfə görüb.Əvvəlini isə bilmir.Cavabdeh5 gəldi ki, onun burda evi var, başladı evini, açarını axtarmağa. Axır ki, belə qərara gəldi ki, bu ev onundur. O, Cavabdeh5 demişdir ki, bu evin ayrı bir sahibi var, xanımdır, ev də bağlı idi, açar da xanımda idi. Buna baxmayaraq, Cavabdeh5 qohumları gəldi qapını dəyişdilər. Hətta həmin vaxtı söz-söhbət də oldu, polis gəldi. Onun məsələdə rolu odur ki, qapını qırmasınlar, evin sahibini də çağırsınlar, ev qanuni kimindirsə onun olsun. Mənzilin sahibinin xanım kimi tanıyırdı, açarı da onda idi, hazırda da mənzilin açarı xanımdadır. 49.Məhkəmə kollegiyasını iclasında ifadə verən şahid X7 qeyd etdi ki, onun binanın İİ blokundan 119 saylı mənzili vardır. X16 fərdi sahibkar idi, icra işini Rövşən Kazımov görürdü, onunla müqaviləni də Rövşən Kazımov imzalayıb. Rövşən Kazımov ofisdə otururdu. 50.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ilkin iddia üzrə digər cavabdehlər Cavabdeh4 və "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, ilkin iddia üzrə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 51.Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 52.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 53.Maddə 152.2.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 54.Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 55.Maddə 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 56.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 57.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 58.Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 59.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 60.Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 61.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 62.Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 63.Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 64.Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 65.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 66.Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 67.Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 68.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 69.Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 70.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 71.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
72.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 73.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın rədd edilən, qarşılıqlı iddianın isə qismən təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellyasiya şikayətləri üzrə qətnamə qeyd olunan hissələrdə mübahisələndirilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
74.Məhkəmə kollegiyası tərəflərin, onların nümayəndələrinin, 3-cü şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarının tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən-ilkin iddianın rədd edilən, qarşılıqlı iddianın qismən təmin edilən hissələrində ləğv edilərək həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməlidir. 75.Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 14 avqust 2008-ci il tarixdə icraçı "xxxx" MMC ilə X12 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzili payçı X6 istifadəsinə verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 430 manat təşkil edir. Cəmi 112 kv.m sahə üçün 48160 manat təşkil edir. Bu barədə X6 adına maliyyə arayışı olmaqla, mənzilin tam dəyərinin ödənilməsi barədə müqavilədə qeydiyyat aparılmışdır. 27 dekabr 2008-ci il tarixdə icraçı "xxxx" MMC ilə Cavabdeh6 Məmmədcəfər oğlu arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzili payçı Cavabdeh6 Məmmədcəfər oğlunun istifadəsinə verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 480 manat təşkil edir. Cəmi 112 kv.m sahə üçün 53760 manat təşkil edir. Bu barədə Cavabdeh6 Məmmədcəfər oğlunun adına maliyyə arayışı mövcud olmasa da, mənzilin tam dəyərinin ödənilməsi barədə müqavilədə qeydiyyat aparılmışdır. Hər iki müqavilə hüquqi şəxsə məxsus möhürlə deyil, fiziki şəxs – fərdi sahibkar qismində Rövşən Rüstəmova məxsus möhürlə təsdiq olunmuşdur. İddiaçı X12 ilə bağlanmış müqaviləni Rövşən Rüstəmov tərəfindən verilmiş etibarnamə əsasında qaynı Rövşən Kazımov imzalamışdır. Cavabdeh6 Məmmədcəfər oğlu ilə bağlanmış müqaviləni fiziki şəxs Rövşən Rüstəmov imzalamışdır. İddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızı həmin mənzili daha əvvəl aldığını və dəyərini tam ödədiyini, mənzilə 2013-cü ildə qapı qoyub kilidini bağladığını və mənzilin həmişə faktiki olaraq onun sərəncamında olduğunu, Cavabdeh5 ilə bağlanmış müqavilənin saxta olduğunu, sonuncunun mənzilin harada yerləşməsini belə bilmədiyini iddia edir və xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, ona qarşı qaldırılmış iddianın isə rədd edilməsini tələb edir. 76.Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanan müqaviləni etibarsız hesab edərkən qeyd etmişdir ki, Pənahova (Qasımova) Sevinc Camal qızı MMC adından bəzi müqavilələrin, o cümlədən, özü ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin Rövşən Rüstəmov tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli etibarnamə əsasında (təmsilçilik qaydasında) X10 imzaladığını, sonuncunun müqaviləni imzalayarkən səlahiyyətli şəxs olduğunu və həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmadığını iddia etsə də, məhkəmə, Pənahova (Qasımova) Sevinc Camal qızının bu arqumentini əsassız hesab edir. Belə ki, iş materiallarında olan və X13 tərəfindən X14 verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, R.N.Rüstəmov həmin etibarnaməni Cavabdeh1 MMC-nin adından və MMC-nin təmsil edilməsi üçün deyil, fiziki şəxs olaraq öz hüquq və mənafelərinin təmsil edilməsi üçün vermişdir. Belə olan halda, X10 adıçəkilən etibarnamə əsasında Cavabdeh1 MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmadığından etibarsız əqddir. 77.Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 78.Kollegiya iddia tələblərinin “müqavilələrin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə əqdin etibarsız sayıla bilməsinin müxtəlif əsasları müəyyən edilmiş və onların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır. 79.Təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Bu baxımdan "xxxx" MMC ilə X12 arasında 14 avqust 2008-ci il tarixdə və Cavabdeh6 Məmmədcəfər oğlu ilə 27 dekabr 2008-ci il tarixdə eyni mənzilə dair podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə "xxxx" MMC eyni mənzili inşa edərək, ayrı-ayrılıqda həmin şəxslərin istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Halbuki, eyni mənzilə dair belə bir öhdəliyin iki müxtəlif şəxsin xeyrinə icra edilməsi həm faktiki olaraq, həm də hüquqi baxımından qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqailə bağlamaqla üzərinə öhdəlik götürmüş "xxxx" MMC növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. 80.Bu baxımdan həm "xxxx" MMC ilə X12 arasında 14 avqust 2008-ci il tarixdə, həm də Cavabdeh5 ilə 27 dekabr 2008-ci il tarixdə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), sifarişçi qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır. 81.Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərarında qeyd olunanlara əsasən hazırkı iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 82.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. 83.Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. 84.Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. 85.Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 86.Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. 87.Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 88.Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 89.Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 90.Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. 91.Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. 92.Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan MMC-nin qanuni təmsilçisinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, onun imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. 93.Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. 94.Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığı Mülki Məcəlləinin 5.3-cü və 16.1-ci maddələrində təsbit edilmiş mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd olmaqla, həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən hüquqdan sui-istifadə halını yaradır. 95.Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə bağlanmış müqaviləni Rövşən Rüstəmov tərəfindən verilmiş etibarnamə əsasında qaynı Rövşən Kazımov imzalamışdır. Əqdin bağlanmasına zahirən razılığı olmayan "xxxx" MMC-nin qanuni təmsilçisi mərhum Rövşən Rüstəmovun bu əqddən xəbərdar olması və bəyəndiyi göstərən rəftarı işin araşdırılmış halları ilə müəyyən olunur. Buna görə də, bu müqaviləni bağlayan Rövşən Kazımovun əqdi bağlayan zaman səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. 96.Kollegiya qeyd edir ki, Rövşən Rüstəmov hüquqi şəxs adından inşa etdiyi binalarda olan mənzillərə dair müqavilələri təmsil etdiyi hüquqi şəxsin adından deyil, öz adından bağlayıb imzalayaraq həmin müqavilələri hüquqi şəxsə məxsus möhürlə deyil, fiziki şəxs – fərdi sahibkar qismində özünə məxsus möhürlə təsdiq etmişdir. Təsadüfi deyildir ki, hazırkı iş üzrə təqdim edilmiş hər iki müqavilədə müqavilə tərəfi kimi hüquqi şəxs – Cavabdeh1 MMC deyil, Rövşən Rüstəmovun şəxsən özü göstərilmiş, yəni onun təmsilçi statusuna istinad edilməmiş, müqavilələrin bağlanması isə Cavabdeh1 MMC-nin möhürü ilə deyil, fiziki şəxs qismində Rövşən Rüstəmova məxsus möhürlə təsdiq edilmişdir. 97.Göründüyü kimi, iddiaçı ilə müqavilə bağlanandan sonra, "xxxx" MMC tərəfindən müqavilənin etibarsızlığı tələbi irəli sürülməmiş, əksinə "xxxx" MMC mübahisəli mənzili iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Bunu "xxxx" MMC-nin hazırkı təsisçiləri də təsdiq edirlər. Mübahisəli mənzil cavabdehin sahibliyindən və istifadəsində olmamış, şahid qismində ifadə verən binanın komendantı bir neçə il əvvəl cavabdehin ora gəlməsini, mənzillə maraqlanmasını, mənzilin yerini belə dəqiq bilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərkən müəyyən olundu ki, mənzil iddiaçının sahibliyində və istifadəsindədir. Belə ki, iddiaçı tərəf mənzilin qapısını açmış, mənzildə iddiyaçıya aid tikinti materialları müəyyən olunmuşdur. 98.Digər tərəfdən məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid ifadələri və "xxxx" MMC ilə bina sakinləri arasında bağlanmış çoxsaylı müqavilələrdən müəyyən olunur ki, müqavilələri qanuni təmsilçi Rövşən Rüstəmovun adından onun qaynı Rövşən Kazımov imzalamışdır. 99.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə Cavabdeh5 binanın tikintisinin başa çatdığını bildikdən sonra aldığı mənzili təmirsiz şəkildə qəbul etməsi, mənzilə qapı qoyması, bu hərəkətləri ilə də mənzili təhvil aldığını nümayiş etdirdiyini, daha sonra Pənahova (Qasımova) Sevinc Camal qızı mübahisəli mənzilə gələrək, Cavabdeh5 tərəfindən qoyulmuş qapını sındırması və yeni qapı qoymasını, məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olmamasını qeyd etsə də, qeyd olunan hallar mülki işdə olan heç bir sübutla öz təsdiqin tapmamış, əksinə apellyasiya mərhələsində aparılmış yerli baxışla bu halların əksi təsdiq olunmuşdur. 100.Beləliklə kollegiya hesab edir ki, eyni mənzilə dair belə bir öhdəliyin iki müxtəlif şəxsin xeyrinə icra edilməsi həm faktiki olaraq, həm də hüquqi baxımından qeyri-mümkündür və belə bir müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqailə bağlamaqla üzərinə öhdəlik götürmüş "xxxx" MMC növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. 101.Buna görə də, ilk iddia cavabdehlə bağlanmış müqavilənin etibarsızlığı hissəsində əsaslı olmaqla, təmin edilməlidir. 102.Kollegiya qeyd edir ki, mənzilin iddiaçıya təhvil verilməsi, onun yalnız həmin mənzilə ixtiyari vaxt getməsi və mənzilə daxil olmasını özündə ehtiva etmir. Həmçinin, həmin mənzilə münasibətdə istifadə və sahiblikdən irəli gələn digər hərəkətlərin edilməsini, o cümlədən mənzildə təmir işlərinin aparılmasını, gələcəkdə orada şəxsən və ya mülahizəsinə əsasən müəyyən etdiyi şəxsin yaşamasına imkanın yaradılmasını, habelə mülkiyyət hüququnun əldə edilməsini nəzərdə tutur. Belə ki, bu mənzilə dair 14 avqust 2008-ci il tarixdə bağlanmış müqaviləyə artıq hüquqi qiymət verilmiş və nəticədə məhz iddiaçı ilə bağlanmış müqavilənin etibarlı olması və müddət etibarı ilə daha əvvəl bağlandığı qənaətinə gəlinmişdir. Həmin mənzilin giriş qapısının açarının məhz iddiaçıda olması, mənzillə bağlı onun müəyyən hərəkətlər etməsi, o cümlədən mənzilin daxilində öz istəyinə uyğun təmizləmə işlərinin aparılması mənzilin məhz ona təhvil verildiyinə dəlalət edir. Belə ki, iddiaçı 14 avqust 2008-ci il tarixli müqavilə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaitini tam ödəməklə müqavilə üzrə üzərinə götürmüş əsas öhdəliyini yerinə yetirmişdir və onun bu mənzilə münasibətdə hüquqları (istifadə, sahiblik və mülkiyyət hüququnun əldə edilməsində üstün hüququ) yaranmışdır. Bu da öz növbəsində müqaviləyə uyğun olaraq "xxxx" MMC-nin həmin mənzilin ona təhvil verilməsi öhdəliyini yaratmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və belə qənaətə gəlir ki, mənzil iddiaçıya təhvil verilməlidir. 103.Kollegiya ilk iddia tələbinin “cavabdehlər və digər şəxslər tərəfindən həmin mənzilə olan mülkiyyət hüquqlarına hər hansı müdaxilənin qadağan edilməsi” hissəsində ilk iddianın yuxarıda qeyd olunan hissələrdə təmin edilməsini nəzərə alaraq, hazırkı hissədə ilk iddianın təmin edilməməsi qənaətinə gəlir. 104.Kollegiya ilk iddianın qismən təmin edilməsini nəzərə alaraq, qarşılıqlı iddianı mübahisələndirilən hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. 105.“Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 dekabr 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə istifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM-nin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. 106.Göründüyü kimi mülki qanunvericilik əqdlərin etibarsızlığının hansı nəticələrə səbəb olduğunu qeyd etmiş, etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödənilməsini özündə ehtiva etmişdir. 107.Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh5 ilə "xxxx" MMC arasında xx.xx.2008-cü ildə bağlanmış müqavilə üzrə 53760 manat məbləğində pul vəsaitinin ödənilməsi iş materialları ilə təsdiq edildiyindən və tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzilə görə ödədiyi 53760 manat məbləğində pul vəsaiti ona qaytarılmalıdır. 108.Beləliklə qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(001)-268/2024 saylı qətnaməsi ilk iddianın rədd olunan və qarşılıqlı iddianın qismən təmin edilən hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzilə dair "xxxx" MMC ilə Cavabdeh6 Məmmədcəfər oğlu arasında 27 dekabr 2008-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzilin təhvil verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia mübahisələndirilən hissədə təmin edilməli, qətnamə ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, 27 dekabr 2008-ci il tarixli müqavilə üzrə ödənilmiş 53760 (əlli üç min yeddi yüz altmış) manat "xxxx" MMC-dən alınaraq Cavabdeh6 Məmmədcəfər oğluna ödənilməlidir. 109.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384,392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(001)-268/2024 saylı qətnaməsi ilk iddianın rədd olunan və qarşılıqlı iddianın qismən təmin edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzilə dair "xxxx" MMC ilə Cavabdeh6 Məmmədcəfər oğlu arasında 27 dekabr 2008-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzilin Pənahova (Qasımova) Sevinc Camal qızına təhvil verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia mübahisələndirilən hissədə təmin edilməsin. Qətnamə ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. 27 dekabr 2008-ci il tarixli müqavilə üzrə ödənilmiş 53760 (əlli üç min yeddi yüz altmış) manat "xxxx" MMC-dən alınaraq Cavabdeh6 Məmmədcəfər oğluna ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov