Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2679/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X4, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 cavabdehlər Bakı şəhəri 16 saylı notariat ofisi və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və KAZımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı3, X8 və X2 İddiaçı2 nümayəndəsinin iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5187/2022 nörməli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar X4, İddiaçı2, İddiaçı3, İddiaçı4, X8 cavabdehlər Bakı şəhəri 16 saylı notariat ofisi və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 16 saylı notariat ofisində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Çaplin (hAZırkı Bakıxanov küçəsi) küçəsində yerləşən 58 nömrəli fərdi yaşayış evinin X10 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli, 936-16 nömrəli müqavilənin etibarsız hesab edilməsi, AR ƏMDK DƏDRX-nin Cavabdeh2 adına verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə və cavabdehlərin əməlində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etirAZ ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçıların tələbi əssasızdır və subyektiv hüququ olmayan şəxslər tərəfindən verildiyindən rədd edilməlidir. Bundan başqa, qeyd edilən bağışlama müqaviləsinin etibarsız olmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulan halların heç biri mövcud deyildir. Mülki qanunvericilik əqdin etibarsız hesab edilməsinin real əsaslarını müəyyən edərək onların siyahısını müəyyən etmişdir. İddiaçılar isə iddia ərizəsində formal olaraq normaları sadalamaqla kifayətlənmiş, indiki bağışlama müqaviləsində bu hallardan hər hansı birinin mövcudluğuna dair heç bir mötəbər sübut təqdim etməmişlər. İddiaçıların iddia ərizəsində qeyd etdiyi bağışlama müqaviləsi notariat kontorunda qüvvədə olan Notariat hərəkətlərinin aparılmasına dair Təlimata uyğun şəkildə, mənzildə qeydiyyatda olan şəxslərin notarial qaydada verdiyi rAZılığa əsasən həyata keçirilmişdir. Bağışlama müqaviləsinin həyata keçirildiyi gün qeydiyyatda olan şəxslər barədə notarius tərəfindən yoxlanılmış və həmin şəxslər könüllü şəkildə notariat ofisinə gedərək rAZılıqlarını vermişlər. HAZırkı iddia ərizəsi iddiaçıların cavabdehə (əsasən də anasına, yəni gəlinlərinə) qarşı qərəzli davranışdan başqa bir şey deyildir. Cavabdehin atasının ölümündən sonra iddiaçılar mərhuma məxsus olan evə qanunsuz şəkildə daxil olaraq bugünədək mərhumun həyat yoldaşını və övladını həmin fərdi yaşayış evinə buraxmırlar. Odur ki, mülki iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5187/2022 nörməli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
4. İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, digər iddiaçılar qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:
5. Həmin qətnamədən İddiaçı2 apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, həmin ev iddiaçıların şəxsi vəsaitləri hesabına alınmış və İddiaçı1 Yusif qızı ilə rəsmi nikahda olan ataları X5 adına rəsmiləşdirilmişdir. Mübahisələndirilən əmlak üzrə analarının mirasda məcburi payı olmuşdur. Ataları yalnız evin özünə aid olan hissəsini bağışlaya bilərdi. Beləliklə, Mülki Məcəllənin 666.1, 667.1-ci maddələri pozulmaqla qətnamə qəbul edilmişdir.
6. Onlar qeyd olunan evi aldıqdan uzun illər sonra Rusiyadan qayıtmış, hAZırda isə vəfat etmiş qardaşları onların rAZılığı ilə həmin evdə yaşamışlar. X14 və anası İddiaçı1 heç vaxt həmin evi ondan başqa kimə isə vermək, bağışlamaq, satmaq fikri , niyyəti olmamışdır. Bu barədə dəfələrlə onlar danışıqlar aparmış, həmçinin videogörüntülər, fotoşəkillər çəkilmişdir. Evi öz adına rəsmiləşdirməsi üçün bütün sənədlərini ona vermişdilər. Notariat qaydasında tərtib edilmiş müqavilə isə atasının ağır xəstəliyə salınmasından, atasının və anasının əqli durumlarını, zəif olmasından, özlərini sərbəst idarə edə bilməmələrindən, anasının eşitmə qusurlu olmasından istifadə edən vəfat etmiş qardaşının həyat yoldaşı evi ələ keçirmək niyyəti olmuşdur. Köhnə tarixlərə həmin evə qohum-əqrabasını qeydiyyata saldırmış, evi öz oğlunun adına keçirmişdir. Gəlin məqsədinə nail olduqdan sonra atası müəmmalı şəkildə vəfat etmişdir. O, onların aldadıldığını, ata-anasının ağır vəziyyətə düşməsindən istifadə etməklərini görərək dərhal yaşı çatmayan cavabdehlə bağlanmış müqavilənin və ərizələrin etibarsız sayılmalarını və mirası qəbul etmək üçün rəsmi ərizə ilə notariat ofisinə müraciət etmişdir. Atalarna məxsus olan mirası faktiki olaraq qəbul etmiş və ona sahiblik etməyə başlamışdır. Həmin vaxt qeyd olunan ev atalarının müıkiyyətində olmuşdur. Notariat ofisində baxdıqda sistemdə bu açıq görünürdü. DƏDRX-ə getdikdə isə orada onlara məxsus əmlakın başqa şəxsin adına keçirildiyi bildirilmişdir. Həmin müqavilədən o, məlumatsız olmuşdur. Onun yaşlı atasının ölümündən sonra Cavabdeh2 onun xəstə olan 87 yaşlı həyat yoldaşına övladları tərəfindən qulluq göstərməsinə maneələr törətməyə başlamış, mübahisə və münaqişələr törətmiş, polis əməkdaşlarını çağırmış və onları evə buraxmamışdır. Sonra isə evin qapılarının açarlarını dəyişmiş, onun anasını evə buraxmamışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı3, X8 və X2 İddiaçı2 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, həmin mübahisələndirilən evi 1988-ci ildə ata və anası Ermənistandan gələndə onun və qohumların köməyi ilə alıblar. Atası evi ona vəsiyyət etmək istəyirdi, lakin qardaşı karonavirusdan qəfil rəhmətə getdiyi üçün onun arvadı xahiş etdi ki, onların ehtiyacı olduğuna görə, oğlunun adına keçməsinə rAZılıq verilsin, onlar da ata və anasının o evdə rahat yaşaması şərtilə rAZılıq verdilər, lakin atası xəstələnəndən sonra həkim çağırmadılar, anasını da küçəyə atdılar. Eyni zamanda digər bir məsələ də odur ki, bağışlama zamanı qardaşı oğlunun heç 18 yaşı olmayıb, buna görə müqavilə etibarlı hesab oluna bilməz.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər İddiaçı4 və cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, yalnız Bakı şəhəri 16 saylı notariat ofisi ərizə ilə mürciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası AZərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Bakı şəhəri 16 saylı notariat ofisində təsdiqlənmiş 12 oktyabr 2021-ci il tarixli DaşınmAZ əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X10 tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Çaplin (hAZırkı Bakıxanov küç) küçəsində yerləşən 58 nömrəli fərdi yaşayış evi Cavabdeh2 bağışlanmışdır.
11. X1, X9, X6, X11, İddiaçı2 və İddiaçı3 notarial qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, X7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Çaplin (hAZırkı Bakıxanov küç) küçəsində yerləşən 58 nömrəli fərdi yaşayış evinin Cavabdeh2 bağışlanmasına etirAZ etmirlər.
12. AZ-İİ № 217309 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.
13. AR ƏMDK DƏDRX-nin Cavabdeh2 adına verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, X10 tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhməd Bakıxanov küçəsində yerləşən 58 saylı ev Cavabdeh2 xüsusi mülkiyyətindədir. Tətbiq edilən hüquq Mülki Məcəllə
14. Maddə 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (AZyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.
15. Maddə 29.1. bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.
16. Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yAZılı rAZılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.
17. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
18. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
19. Maddə 324.2. əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
20. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin rAZılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin rAZılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
21. Maddə 329.2. Əqdlər şifahi və ya yAZılı (sadə və ya notarial) formada bağlanır.
22. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
24. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
25. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
26. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən rAZılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin rAZılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
27. Maddə 390.1. fiziki və hüquqi şəxslər AZad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
29. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən AZad edilməsi ola bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
36. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
37. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirAZlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
43. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
44. HAZırkı halda Məhkəmə kollegiyası AZərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı N.Əsədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası, iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Kollegiya iddiaçı N.Əsədovun bağışlama müqaviləsinin onların aldadılaraq bağlanması barədə dəlilinə, yəni cavabdehin anasının onların ata-anasına baxmaması, nəticədə evin bağışlanmasına rAZılıq verilməsinə əsas olan vədi yerinə yetirməməsi barədə dəlilinə münasibətdə bildirir ki, iddiaçı MPM-in 77.1-ci madəsininin tələblərinə uyğun olaraq bu halı təsdiq edə biləcək sübutlar təqdim edə bilməmişdir.
47. İddiaçı N.Əsədov bağışlama müqaviləsindən xəbərsiz olduğunu bildirsə də, mülki iş materiallarında olan X1, X9, X6, X11, İddiaçı2 və İddiaçı3 notarial qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, X7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Çaplin (hAZırkı Bakıxanov küç) küçəsində yerləşən 58 nömrəli fərdi yaşayış evinin Cavabdeh2 bağışlanmasına etirAZ etmirlər.
48. Kollegiya iddiaçının bağışlama müqaviləsi bağlanan zaman Cavabdeh2 18 yaşı tamam olmamasına dair dəlilinə münasibətdə isə bildirir ki, Mülki Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yAZılı rAZılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.
49. HAZırkı işin hallarından aydın olur ki, mübahisələndirilən əqd bağlananan zaman cavabdehin qanuni nümayəndəsi İddiaçı3 yetkinlik yaşına çatmayan Cavabdeh2 bağışlama müqaviləsinə imza etməsinə yAZılı rAZılıq vermişdir (i/v 118), həmin əqd yetkinlik yaşına çatmayanın valideyni tərəfindən bəyənilmişdir, həmçinin həmin vaxt yetkinlik yaşına çatmayan Cavabdeh2 mənafelərinə də tam uyğun olmuşdur. Bu halda aydın olur ki, iddiaçının apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Nəticə:
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
52. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı2 özünə aid edilməlidir.
53. Şərh edilənlərə əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5187/2022 nörməli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə AZərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən KAZımov