Məhkəmə qərarları › İş №2(103)-2683/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2683/2024

05.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2683/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “paylı əmlakın naturada bölünməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mənzillərin naturada ayrılması, açıq hərracda satılması və əldə edilmiş məbləği bölünməsi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “paylı əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birlikdə paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə olan ½ hissədə paylarının naturada ayrılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzillərin naturada ayrılması, açıq hərracda satılması və əldə edilmiş məbləği bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməklə, iddiaçı Cavabdeh müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzildəki və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilindəki 1/2 hissədəki paylarının cavabdeh İddiaçı həmin mənzillərdəki paylarından naturada ayrılması, ümumi əmlakdan (mənzillərdən) payın ayrılması açıq- aşkar məqsədəuyğun olmadıqda, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23- də yerləşən 57 saylı mənzil açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti mənzillərin paylı mülkiyyətçiləri Cavabdeh və İddiaçı arasında onların həmin mənzillərə olan paylarına mütənasib surətdə, yəni bərabər hissələrdə bölünməsinə və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlə birlikdə paylı mülkiyyətdə olan, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-dəyerləşən 57 saylı mənzilə olan ½ hissədə paylarının naturada ayrılması və ödənilmiş dövlət rüsumunun xeyrinə cavabdehdən tutulması, əlavə olaraq müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 (on) manat, müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardaddan şikayət verilməsi ilə bağlı 50 (əlli) manat miqdarında ödənilmiş dövlət rüsumlarının məbləğinin iddia tələbinə əlavə edilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlə birlikdə paylı mülkiyyətdə olan, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23- dəyerləşən 57 saylı mənzilə olan ½ hissədə paylarımın naturada ayrılması və ödənilmiş dövlət rüsumunun öz xeyrinə cavabdehdən tutulması, əlavə olaraq müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 (on) manat, müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardaddan şikayət verilməsi ilə bağlı 50 (əlli) manat və müvəqqəti təminat tədbirlərinin görülməsinə dair, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilməsi ilə bağlı 10 (on) manat miqdarında ödənilmiş dövlət rüsumlarının məbləğinin iddia tələbimə əlavə edilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə kompleks tikintitexniki və əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İlk iddia üzrə İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, e-2(005)- 438/2024 nömrəli qərardadının tam ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə hazırlıq iclasının təxirə salınması ilə əlaqədar olaraq İddiaçı Şırxan qızı, səhhətində yaranmış sıxıntı ilə əlaqədar təcili tibbi yardımın təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən vəsatət tərtib edərək iclasın təxirə salınmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi barədə gəlinən nəticə əsassızdır. Belə ki, iş üzrə ekspertizanın təyin edilməsi üçün zəruri əsasların mövcudluğu məhkəmə tərəfindən araşdırılmamışdır. Bu xüsus məhkəmə qərardadında heç bir əsaslandırma olmadan sadəcə “Məhkəmə vəsatəti, ilkin və qarşılıqlı iddia ərizəsini, mülki işin materiallarını tədqiq edib, mülki iş üzrə təqdim olunmuş sübutları araşdırıb, hesab edir ki, iş üzrə obyektiv, ədalətli və qanuni qərar qəbul etmək üçün həmin işlə bağlı mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməlidir” formasında qeyd olunmaqla əsaslandırılma edilməsində öz təsdiqini tapmaqla, iş üzrə məhkəmə icraatının müddətinin kifayət qədər uzun müddətə, lüzum olmadan uzadılmasına gətirib çıxaracağına düzgün qiymət verilməmiş, həmçinin ilkin iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə bununla bağlı ünvanlandığı vəsatətdə ekspertizanın təyin edilməsi üçün müvafiq əsasların öz əksini tapmaması nəzərə alınmamış, bununla da mülki prosessual qanunvericiliyin müddəalarına zidd olaraq məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ilk iddia üzrə İddiaçı şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. İlk iddia üzrə İddiaçı tərəfindən işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olaraq tərəflərin barışıq sazişi ərizəsinin təmin edilməsi üçün işə məhkəmə baxış iclasında baxılması ilə əlaqədar qərardad qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən isə şikayətə qarşı etiraz daxil olaraq İddiaçı tərəfindən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin geri qaytarılmasını və yaxud əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 98.1-ci maddəsinə görə ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. 255.0.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı mülki iş üzrə ekspertiza təyin edilməsinin “məhkəmə icraatının müddətinin kifayət qədər uzun müddətə, lüzum olmadan uzadılmasına gətirib çıxaracağını“ bildirsə də, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024cü il tarixdə və xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizələrlə müraciət edərək məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmişdir. Bununla da, çoxsaylı məhkəmə iclasları ilk iddia üzrə İddiaçı iştirakının təmin edilməsi məqsədilə təxirə salınmışdır. Bununla belə ilk iddia üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmiş, habelə nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin ilk iddia üzrə İddiaçı tərəfindən “məhkəmə iclasının üzürlü səbəbdən təxirə salınması” əsası kimi məhkəməyə təqdim edilmiş Dr.Qəmər Quliyevanın möhürü ilə təsdiq edilmiş həkim məsləhəti məzmunlu sənədin həqiqiliyinə şübhə yarandığından, məhkəmə tərəfindən X1 sorğu ilə müraciət edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 45331 saylı məktuba əsasən, İddiaçı pasient kimi xəstəxanaya müraciət etməməsi, onun barəsində hər hansı bir məlumatın müəssisənin mərkəzləşdirilmiş bazasında mövcud olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, sənəd vurulan möhürün əməkdaşa məxsus olmasına baxmayaraq, onun tərəfindən hazırlanmaması və verilmədiyi qeyd edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, ilk iddia üzrə İddiaçı çoxsaylı məhkəmə iclaslarında iştirak etməməklə işə məhkəmədə baxılma müddətinin əsassız uzadılmasına, məhkəmə iclaslarının təxirə salınmasına səbəb olmuş, habelə məhkəmə iclaslarında iştirak etməməsinin üzürlü səbəbi kimi məhkəməyə təqdim etdiyi sənədin isə həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Digər tərəfdən ilk iddia üzrə İddiaçı birgə əmlakların naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etsə də, əmlakların naturada bölünə bilməsi ilə bağlı sübutlar təqdim etməmiş bununla da qarşı tərəfin vəsatətinə əsasən, xüsusi bilik tələb olunan sualları izah etmək, mülki iş üzrə obyektiv, ədalətli və qanuni qərar qəbul etmək üçün məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq MPM-in 255-ci maddəsi ilə icraatı dayandırmaq hüququndan istifadə edərək, qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaq üçün iş üzrə icraatı ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar