Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2685/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), X12 və X13 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi, maddi və mənəvi zərərin ödənilməsitələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı işi üzrə 21.11.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 20000 manat məbləğində pulun və 10000 ABŞ dolları pulun (ödəniş gününə manatın məzənnəsi ilə), 10000 manat məbləğində maddi zərərin, 10000 manat məbləğində mənəvi zərərin və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X3 ifadə verərək bildirmişdir ki, iddiaçı onun oğludur, İslam isə onların ailəvi dostlarıdır. O, İslamdan xahiş etmişdir ki, oğlu üçün ev tapmağa kömək etsin. İslam ev tikintisi işi ilə məşğul idi. Onlar İslama 52000 manat pul vermişlər ki, onlara ev alsın. O, oğlu ilə evin sənədini götürməyə getdikdə məlum olmuşdur ki, İslam ev sahibinə 52000 manatdan yalnız 40000 manat pul verib. Oğlu Tural halhazırda kiraydə qalır. Onlar ev əldən çıxmasın deyə 5000 manat və cərimə olaraq 1000 manat pul vermişlər. Polis idarəsində araşdırma olub, İslam hər dəfə fərqli izahatlar verib (səh.63); məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, o 2010-cu ildən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal "X20” MMC-nin təsisçisi vəzifəsində çalışır. Onların şirkətin həmin ünvanda 2 bloklu, 25 mərtəbəli, 320 mənzilli binaları inşa edilir və artıq tikinti başa çatdığından mənzillərin satışı başlanılmışdır. İslam adlı şəxsi o mənzillərin satışı zamanı tanımış, belə ki, təxminən 2016-cı ilin sonlarında İslam adlı şəxs onlara müraciət edərək öz qohumu üçün MTK-dan mənzil almaq istədiyini bildirmişdir. Bundan sonra İslam onların binasının 20-ci mərtəbəsində yerləşən 96.3 kvadrat metr ölçüdə mənzili qohumu İddiaçı adlı şəxs üçün almaq istədiyini bildirmişdir. Həmin vaxt İslam mənzilin əvvəlki sahibi ilə 45000 manata danışıb ona 40000 manat pul köçürmüş, qalan 5000 manatı isə sonra köçürəcəyini bildirmişdir.İddiaçı isə özü MTK-ya gəlməmişdir. İslamla həmin mənzil sahibi arasında olan razılığa əsasən pulun qalan hissəsi bir ay ərzində köçürülməli idi. Lakin 40000 manat pul köçürülmüşdür. 2017-ci ilin aprel ayının əvvəlində İddiaçı özü İslamla birlikdə onların ofisinə gəlmiş və o evin alqısatqı müqaviləsində cəmi 40000 manat pulun köçürüldüyünü görüb İslama müraciət edərək niyə onu aldadıb mənzili 52000 manata aldığını bildirib ondan həmin məbləğdə pulu aldığı halda mənzilə görə cəmi 40000 manat pul köçürdüyünü soruşanda İslam Turaldan üzrxahlıq edərək pulun qalan hissəsini öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmiş və borcunu həmin evi özü tərəfindən təmir etməklə bağlayacağını demişdir (səh.77); məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X4 ifadə verərək bildirmişdir ki, təxminən 2012-2013-cü illərdə özünə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Meqa Siti” MTK-ya məxsus yeni tikilmiş binanın 20-ci mərtəbəsindən 3 otaqlı, 96.3 kvadrat metr sahəyə malik olan mənzil almış və rəsmi qaydada MTK ilə müqavilə bağlayıb pulunu da tam şəkildə ödəmişdir. Lakin 2016-cı ilin sonlarında pula ehtiyacı yarandığından həmin mənzili satmaq qərarına gəlmiş və bu barədə MTK-nın rəhbərliyinə də məlumat vermişdir. MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən onlardan almış olduğu mənzili satma qərarına gəldikdə mənzilin pulunu özü götürsə də, alqı-satqı müqaviləsi mənzili alan şəxslə MTK arasında bağlanmalı idi. Bu səbəbdən də MTK-nın rəhbərliyinə mənzili 45000 manata satmaq fikrində olduğunu, alıcı çıxarsa onunla görüşdürmələrini xahiş etmişdir. Təxminən 2016-cı ilin dekabr ayının ortalarında onunla İslam adlı şəxs əlaqə saxlayaraq mənzili almaq istədiyini bildirəndə İslamla görüşmüş və o, mənzili öz yaxın qohumuna almaq istədiyini, həmin qohumunun bütün alqı-satqı məsələlərini ona həvalə etdiyini bildirmişdir. O, etiraz etməmiş və 45000 manat müqabilində mənzili sata biləcəyini bildirmişdir. Bundan 1-2 gün sonra İslam onunla görüşərək ona 35000 manat pul verib qalan pulu bir ay ərzində çatdıracağını qeyd edərək evi artıq satması barədə MTK rəhbərliyini məlumatlandırmasını xahiş etmiş, MTK-nın rəhbəri Maksim adlı şəxsə mənzilini satdığını bildirib yeni sahibi ilə alqı-satqı müqaviləsi bağlaya biləcəkləri barədə məlumat vermişdir. Bundan sonra İslam mənzili almaq istəyən Tural adlı şəxsin adından evin alqı-satqısı barədə müqavilə bağlamış, İslamı bir ay ərzində ona qalmış 10000 manatı verməyəcəyi halda müqaviləni ləğv etdirib evi istədiyi şəxsə satacağı barədə xəbərdarlıq etmişdir. İslam razılaşmış və təxminən 2017-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəllərində ona 5000 manat verərək qalan 5000 manatı da tezliklə verəcəyini bildirib ona bir qədər də möhlət verməsini xahiş etmişdir. Daha sonra Tural tərəfindən ona 5000 manat əvəzinə 6000 manat ödənilmiş, çünki artıq gecikməyə görə o, evi satmaq istəyirdi. Söhbəti şiritməmək üçün ona 1000 manat da əlavə vermişlər. Sonradan ona məlum olmuşdur ki, onun 45000 manata satdığı evə görə İslam alıcıdan 52000 manat almışdır (səh.64); məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, o, Turalı İslam tərəfindən tanımışdır. İslam onun bacanağıdır. O, iddiaçını və atasını İslamın evində görmüşdür. O, İslamın müalicəsi ilə bağlı pula ehtiyacı olduğundan Turaldan pul götürmüşdür. Belə ki, İslam yoldaşı ilə Moskvaya müalicəyə getmək istədiyi üçün hamıdan faizə pul istəyirdi (səh.83); materialın aidiyyəti üzrə göndərilməsi haqqında 13 sentyabr 2018-ci il tarixli qərarın surətinə əsasən, İddiaçı İslam adlı şəxsin onu aldadaraq etibarından sui-istifadə edərək 10000 ABŞ dolları və 20000 manat pulunu ələ keçirməsi barədə şikayət ərizəsi üzrə qərarın təsviri hissəsində qeyd olunanlara əsasən toplanmış material aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. Qeyd olunan qərarla müəyyən edilmişdir ki, iş üzrə izahatı alınmış İsmayılov X15 Əmirmətovu tanıdığını, 2016-cı ilin sonlarında Emil Bakı şəhərində yaşayan oğlu Turalın özünə yeni mənzil almaq istədiyini, özünün Qusar rayonunda yaşaması ilə əlaqədar ona mənzil almaqda köməklik etməsini xahiş etdiyini, Emillə ailəvi yaxın olduğundan Turala makler vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən "Meqa siti” MTK-nın 20-ci mərtəbəsindən 45000 manat dəyərində 96.3 kvadrat metr sahəyə malik təmirsiz üç otaqlı mənzil tapdığını və məzilin sahibi Rəşad adlı şəxslə qiymətdə razılaşdıqdan sonra evin sənədləşməsinə çəkilməli olan digər xərclərlə birlikdə 52000 manat pulu Emilin oğlu Turaldan alıb 45000 manat mənzil sahibinə, 2000 manat müqavilə haqqı kimi Maksimə, 3000 manat maklerə verərək, qalan pulu özünə saxladığını, bundan başqa müalicəyə təcili ehtiyacı olduğundan Turaldan 2017-ci ilin əvvəllərində ümumilikdə 10000 ABŞ dolları və 4000 manat borc pul aldığını həmin pulu götürüb öz müalicəsinə xərclədiyini, hal-hazırda maddi vəziyyəti çətin olduğundan Turaldan borc aldığı pulu qaytara bilmədiyini bildirmişdir. Həmin qərarla, eyni zamanda, müəyyən edilmişdir ki, iş üzrə izahatı alınmış X4 hazırkı məhkəmə iclasındakı ifadəsinə uyğun izahat vermişdir. Həmin qərarla, eyni zamanda, müəyyən edilmişdir ki, İddiaçı iştirakı ilə sonuncunun Cavabdeh pulları vermiş olduğu ərazilərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İddiaçı 2016-cı ilin dekabr ayında 52000 manat və 10000 ABŞ dolları pulu Yasamal rayonu ərazisində yerləşən "İnşaatçılar” metrostansiyasının, 2017-ci ilin fevral ayının əvvəllərində isə 7000 manat pulu Yasamal rayonu Şərifzadə küçəsində yerləşən "Günəş Petrol” YDM-nin qarşısında vermişdir. Həmin qərarla, eyni zamanda, müəyyən edilmişdir ki, Cavabdeh Qüdrət oğlu 2016-cı ilin dekabr ayından, 2017-ci ilin fevral ayının əvvəllərinədək olan müddətdə İddiaçı etibarından suiistifadə edib sonuncuya Yasamal rayonu Xiyabani küçəsində yerləşən "Meqa Siti” MTK-nin binasının 20-ci mərtəbəsində 96.3 kvadrat metr ölçüdə, 3 otaqlı mənzilin alınması və təmiri adı ilə aldadıb bu məqsədlə sonuncunun 19000 manat və 10000 ABŞ dolları pulunu ələ keçirmiş və bununla da Cavabdeh Qüdrət oğlunun əməlin Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsinin tərkibi vardır (səh.10); cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 sentyabr 2018-ci il tarixli qərarın surətinə əsasən, İddiaçı İslam adlı şəxsin onu aldadaraq etibarından sui-istifadə edərək 10000 ABŞ dolları və 2000 manat pulunu ələ keçirməsi barədə şikayət ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, tərəflər arasında yaranmış mübahisəli pul məsələsi mülki xarakterlidir və məhkəmə instansiyaları tərəfindən araşdırılması aparılaraq hüquqi qiymət verilməlidir. Qeyd olunan qərarla müəyyən edilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh Qüdrət oğlu göstərmişdir ki, Emil Əmirmətovu 2011 -ci ildən tanıyır və onunla münasibəti yaxşı olub. Onunla həmin vaxtlarda ümumi dostları vasitəsilə tanış olmuşdur. 2016-cı ilin sonlarında Emil ona zəng vuraraq Bakı şəhərində yaşayan oğlu Turalın özünə yeni mənzil almaq istədiyini bildirərək, özü Qusar rayonunda yaşadığı üçün mənzil almaqda Turala köməklik etməyini xahiş etmişdir. Emil ilə ailəvi yaxın olduqlarından o, etiraz etməyib razılaşmışdır. Bir neçə gün sonra Tural ona zəng vuraraq Yasamal rayonu ərazisində yerləşən "Mega City” yaşayış kompleksinin 96.3 kvadrat metr sahəyə malik 58000 manat dəyərində mənzil tapdığını bildirib birlikdə həmin mənzilə baxmaq üçün getmələrini xahiş etmişdir. O, onunla razılaşıb görüşmüş və birlikdə həmin yaşayış kompleksinə gedərək 20-ci mərtəbədə yerləşən mənzilə baxıb bəyənmişlər. Mənzilə baxıb oradan çıxan zaman orada özünü vasitəçi kimi təqdim edən Vəli adlı şəxslə razılaşmış, həmin vasitəçinin orada olan başqa ucuz satılan mənzillərdən daha çox məlumatı olduğunu nəzərə alıb ona baxdıqları mənzil haqda məlumat vermişdir. Vəli adlı vasitəçi 20ci mərtəbədə 102 kvadrat metr mənzilin 45000 manata satıldığını, əlavə olaraq 2000 manat sənədləşmə üçün, 5000 manat isə ona verilməklə sata biləcəyini bildirmişdir. Onlar həmin mənzilə baxdıqdan sonra oranı bəyənmişlər. Tural da bəyəndiyi üçün həmin mənzili almaq istədiyini bildirmiş və bir neçə günə pulu düzəldib mənzili alacağını demişdir. Bundan bir neçə gün sonra Tural ona zəng vuraraq 52000 manat pulu düzəltdiyini bildirib görüşmələrini təklif etmişdir. Tural ilə Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında görüşüb ondan götürdükdən sonra həmin yaşayış kompleksinə gedib MTK-nın rəhbəri olan Maksimlə görüşmüşlər. Maksimə həmin evə görə 35000 manat pul verərək müqaviləni götürən zaman da qalan 10000 manatı verəcəyini bildirmişdir. Maksim razılaşdıqdan sonra 2000 manat da sənədləşmə üçün ona ödəmiş, 5000 manat isə Vəli adlı vasitəçiyə ödəmişdir. Həmin puldan Vəli ona hörmət kimi 2000 manat vermişdir. Bir neçə gün sonra müqavilə hazır olduğu üçün Tural ilə birlikdə gedib müqaviləni götürüb qalan 10000 manatı da ödəmişdir. Bundan sonra müalicəyə təcili ehtiyacı olduğundan Turaldan 2017-ci ilin əvvəllərində ümumilikdə 10000 ABŞ dolları və 4000 manat borc almışdır. Tural ona pulu verən zaman demişdir ki, həmin borcu qaytaranda üstündə əlavə ya 4000, ya da 5000 manat da ödəyəcəkdir. O, razılaşıb Turaldan pulu götürmüş və öz müalicəsinə xərcləmişdir. Lakin ondan aldığı borcu uzun müddət qaytara bilmədiyinə görə 2018-ci ilin aprel-may aylarında Turala özünə məxsus Binə qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin sənədlərini də girov kimi vermişdir ki, özündə saxlasın ki, borcunu qaytaracağına inansın (səh.14). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı işi üzrə 21.11.2019cu il tarixli qətnaməsi iləiddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 20000 (iyirmi min) manat və qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı məzənnəsi ilə 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1091, 1092, 1096, 1097; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh 10000 ABŞ dolları və 7000 pul vəsaitini iddiaçıdan adlığını etiraf etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Bundan əlavə, işin məhkəmə iclasında araşdırılan halları, cavabdehin izahatı və iş materialları ilə müəyyən olundu ki, ilkin olaraq cavabdeh iddiaçıdan 52000 manat, daha sonra 10000 ABŞ dolları və 7000 manat pul almışdır. İş materiallarından və şahid ifadələrindən müəyyən olunur ki, 52000 manat puldan yalnız 40000 manat cavabdeh tərəfindən "X20” MMC-yə ödənilmişdir. Bundan əlavə 10000 ABŞ dolları və 7000 manat pul cavabdehə verilmiş və hara xərclənməsi məlum olmamış, iddiaçı tərəfindən cavabdehin günahı ucbatından pulun gecikməsinə görə əlavə 1000 manat pul MMC-yə ödənilmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının 52000 manatdan 12000 manatın, daha sonra 10000 ABŞ dolları və 7000 manatın, cavabdehin günahı ucbatından gecikməyə görə 1000 manat, cəmi 20000 manat ziyan vurmuşdur. İddiaçı kirayədə qalmağı ilə əlaqədar ona 10000 manat maddi ziyanın dəyməsini iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri və X14 tərəfindən məhkəməyə göndərilmiş izahatla əsaslandırmışdır. İş materialları ilə təsdiq olunmayan X14 tərəfindən yazılmış izahatı iddiaçının tələbini həmin hissədə təsdiq edən sübut kimi qəbul etmir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən edilmiş ödənişlərə dair qəbzlərdə qeyd olunan vəsaitin kimə və hansı səbəbdən ödənilməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır.Məhkəmə bu hallarla bağlı iddiaçının dəlillərinin iddia tələbinin təmin edilməsi üçün yetərli olmadığı qənaətinə gəlir.Belə ki, iddiaçı 10000 manat kirayə haqqı verməyinə dair hər hansı sübut təqdim etmədiyindən, iddia tələbinin heç bir hüquqi əsası yoxdur və təmin edilməməlidir.Beləliklə, iş materialları və işin məhkəmə iclasında araşdırılan halları ilə evin dəyəri kimi artıq ödənilmiş 12000 manat, ödənişin gecikdirilməsi səbəbindən iddiaçı tərəfindən ödənilmiş 1000 manat, mənzilin təmiri üçün verilmiş 10000 ABŞ dolları və 7000 manat pul vəsaiti olmaqla, cəmi 20000 manat və 10000 ABŞ dolları məbləğində iddiaçıya maddi ziyan vurulduğu müəyyən olunmuşdur.İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.məhkəmə xərcləri cavabdehə aid edilməli və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, ondan iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək,Bakı şəhər Xəzər rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli 2(003)-2959/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və bu barədə yeni qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 52, 217, 362, 384, 385, 739-cu maddələrinə istinadən qeyd edilmişdir ki, Xəzər Rayon Məhkəməsi öz qətnaməsində cavabdeh 10000 ABŞ dolları və 7000 manat pul vəsaitinin iddiaçıdan alındığını etiraf etmiş və bu barədə məhkəməyə ərizə təqdim edildiyini və işin məhkəmə iclasında araşdırılan halları ilə tamamlandığına görə, cavabdehin etirafına əsasən iddia tələbi həmin hissədə təmin olunmalı olduğunu qeyd etmişdir.Lakin qətnamənin nəticə hissəsində isə 20000 manat pul məbləği və 10000 ABŞ dolları məbləği pul vəsaitinin tutulmalı olduğunu qeyd etmişdir, lakin hansı əsasa görə 20000 manat pul məbləğinin tutulmalı olduğunu bildirməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, cavabdehə evin alınması üçün 52000 manat pul verdiyini, bir müddət sonra onun zəng edərək evin qalan məbləğindən 5000 manat və gecikdirilməyə 1000 manat dəbbə pulu ödəməli olduğunu bildirdiyini, MMMC-yə gedib müqavilə ilə tanış olan zaman evin qiymətinin 45000 manat olduğunu, caabdeh tərəfindən isə ora 40000 manat ödənildiyini, özünün 6000 manat MTK-ya ödədiyini, həmçinin cavabdehə evin təmir işləri üçün 10000 ABŞ dolları ödədiyini, sonradan cavabdehin ona evində oğurluq edildiyini, oğruların onun pullarını oğurladığını bildirdiyini, sonra başqa bəhanələrlə pulu geri qaytarmadığını bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X9 apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin 10000 ABŞ dolları pul məbləğini iddiaçıdan alması ilə bağlı Polis bölməsində izahat verdiyini, həmçinin iş üzrə şahidlərin də iddiaçının birbaşa 10000 ABŞ dolları pul məbləğini cavabdehə verdiyini bildirdiklərini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, iddiaçı Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı araşdıran məhkəmə kollegiyası MM-in 21, 1091, 1092, 1096, 1097; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni nəticəyə gəlmiş və apellyasiyanın təkzibedici sübutları olmayan dəlilləri üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Apellyasiya əsassız olduğundan önun verilməsi üçün ödənilmiş dövlət rüsümuna görə məhkəmə xərci cavabdehin özünə aid olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı işi üzrə 21.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2685/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2685/2020
04.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver