Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2707/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-696/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdeh İmran Muhammada qarşı ( sonradan cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir) “ pul” tələbinə dair iddiası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-696/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1092.1; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinadən qeyd edilmişdir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, iddia ərizəsində ilkin olaraq cavabdeh qisminə qeyd olunan İmran Muhammadın ümumiyyətlə, faktiki olaraq işə aidiyyəti yoxdur. Həm İddiaçı, həm Cavabdeh məhkəmə iclaslarında verdikləri izahatlarda təsdiq etmişlər ki, İmran Muhammad sadəcə onların xahişi ilə əlində olan imkanlardan istifadə edərək Pakistana onların dediklərə şəxsə pulu göndərmiş və həmin şəxs Pakistanda pulu almışdır. İmran Muhammad nə pulun Pakistana göndərilib göndərilməməsində, nə də ki, Pakistandan malların göndərilib göndərilməməsində maraqlı olub. Cavabdeh məsuliyyətinə gəldikdə, onun iddiaçı ilə bərabər Pakistana malların alınması üçün öz pulunu da göndərməsi işin mübahisələndirilməyən halıdır. Yəni iddia ərizəsində iddiaçının İmran Muhammaddan (hazırda isə əsl cavabdeh - Cavabdeh) tələb etdiyi pulun 1200 manatı elə Cavabdeh özünə məxsusdur. Belə olan halda Cavabdeh əsassız varlanmış şəxs hesab edilə bilməz. Hazırkı vəziyyətdə əsassız varlanmış şəxs məhz Pakistanda malların göndərilməsi üçün pulu qəbul etmiş, lakin malları İddiaçı və Cavabdeh göndərməmiş şəxsdir. Yuxarıda qeyd edilən hallara əsasən, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. 3.İşin icraatı zamanı izahatlar və təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki: - iclasda iştirak edən İmran Muhammad izahatında məhkəməyə bildirmişdir ki, o, Mehman və Böyükkişi pulu ona verdikdə tərəddüd etdi və pulu bir gün özündə saxladı, göndərmədi. Çünki, o, Pakistanda olan pulu göndərməli olduğu adama etibar etmək mövzusunda əmin deyildi. Bu barədə Mehmana demişdir. Mehman ona "pul bizimdir, sən göndər, qalan işə qarışma” dedi. O, pulu göndərməyi öz öhdəsinə götürmüş, pulu Pakistana göndərmiş, göndərməli olduğu adam da bunu inkar etmir. O, Böyükkişinin bu məsələ ilə bağlı problemi olduğunu görüb onunla səfirliyə gedib köməklik göstərməyi də təklif etmişdir. Amma bu işlə Böyükkişi deyil, Mehman məşğul olmalıdır. Ona görə ki, Pakistanda olan adam heç Böyükkişini tanımır, Mehmanı tanıyır. Pul da ona Mehmanın adından göndərilib. Onu da Böyükkişi ilə Mehman tanış eləyib. Pulun da göndərilməsini Mehman deyib. Pulu Pakistana şəxslər vasitəsilə göndərib. Belə ki, o, pulu burada konkret şəxsə ödəmiş, qarşılığında isə Pakistanda lazımi şəxsə ödəniş edilmişdir;- Şahid qismində dindirilmiş Cavabdeh ifadəsində məhkəməyə bildirmişdir ki, pulu iddiaçı cavabdehə özü verib. Pakistanda olan şəxslə o, əvvəl işləmiş və həmin şəxs oradan mal göndərə biləcəyini bildirmişdir. Böyükkişi biznes qurmaq istədiyini ona bildirdikdə, o, Pakistana pul göndərib, oradan mal göndərilə biləcəyini ona təklif etmişdir. Böyükkişi pulu göndərə bilən İmrana pulu verdi və İmran pulu göndərdi. İmran həqiqətən də pulu göndərib. Pakistanda olan şəxs bizə pulu aldığını bildirib. O, malın niyə göndərilmədiyini ondan soruşduqda o, bildirdi ki, müflis olub və pulu geri vermək imkanı yoxdur. Böyükkişi Pakistanda olan adamı tanımır. İmranla da Böyükkişini o tanış etmişdir. Böyükkişiyə 4280 manat pulu qaytara bilməz. Ona görə ki, ondan aldığı heç 800 manatı bir ildir ki, qaytara bilmir. Pakistandakı adama pul onun adından göndərilib. Hətta sonradan başqa bir tanışı gedib ona Pakistanda demişdir ki, Mehmanın sənə borcu var ki, malı göndərmisən və pulu qaytarmısan? O da demişdir ki, yox, Mehmanla heç bir problemim yoxdur, sadəcə maddi durumum indi pulu qaytarmağa yol vermir. Bundan sonra İddiaçı məhkəmədən cavabdehin əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir.08 fevral 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh İmran Mahmudinin əsl Cavabdehla əvəz edilməsi qərara alınmışdır;- İddiaçı tərəfindən Binəqədi Rayon Polis İdarəsinin rəisinə xx.xx.2023-cü il tarixində şikayət ərizəsi ünvanlanımışdır. Həmin şikayət ərizəsinin cavab məktubuna əsasən, İddiaçı xx.xx.2023-cü il tarixli şikayət ərizəsinə baxıldığı, qeyd olunan xüsusatlarla bağlı tərəflərindən araşdırılma aparıldığı, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. ( iş səh 55-58) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-6962024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 442, 1091.1,1092, 1096.1.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 77.1, 88; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudov Rusiyaya qarşı" işi üzrə 26 iyul 2007-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Cavabdeh ona borcu olmuş, borc verdiyi 1000 ABŞ dollarını almağa gedəndə Mehman ona təklif etdi ki, pul versə, Pakistandan ona satmaq üçün pal-paltar və geyim əşyaları göndərilə bilər. O, başqa şəxslərdən borc pul alıb, Mehmanın istədiyi pul məbləğini tamamladı. Daha sonra cavabdeh M.X3 adlı şəxslə pulu Pakistana göndərəcəyini vəd etmiş və pulu göndərmişdir. Beləliklə, onlar arasında şifahi əqd bağlanmışdır. Sözü gedən razılaşma üzrə cavabdeh pal-paltar və geyim əşyalarını ona göndərmək öhdəliyini öz üzərinə götürmüşdür. Pakistanda pulu almalı olan adam da, pulu aldığını bildirmişdir. Lakin cavabdeh sözü gedən əşyaları gətirməmiş, öz üzərinə düşən öhdəlikləri icra etməmiş, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq hər dəfə müxtəlif bəhanələr gətirərək çoxsaylı vədlər vermiş, lakin onlara da əməl etməmiş, ondan aldığı pul vəsaitini geri qaytarmamışdır. Belə olan təqdirdə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə tərəfindən rəsmi şikayət ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə müraciət edilmiş, həmin şikayət ərizəsi sözügedən İdarədə araşdırılmış, mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. M. Məmmədov onun hesabına, onun pul vəsaiti hesabına əsassız olaraq varlanmış, ondan pul vəsaiti alaraq onu başqa şəxslərə vermişdir. Daha sonra isə həmin pulu ona geri qaytarmamışdır. Məhkəmədə dindirilmiş cavabdeh özü də etiraf etmişdir ki, mübahisə predmeti olan pul vəsaitini ondan almış və pul vəsaitini geri qaytaracağını özü vəd etmişdir. Şəxsin özünün də, etiraf etdiyi kimi aralarında mövcud olan razılaşmaya əsasən onun tərəfindən verilmiş və geri qaytarılacağı vəd edilən pul vəsaiti ona geri qaytarılmamışdır. Belə olan halda, şəxsin əməlinə, onun hesabına əsassız varlanmasına məhkəmə düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq əsassız varlanma halının mövcud olmamasına istinad etmişdir. Beləliklə, maddi normanın tələbi məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Məhkəmə cavabdeh M. Məmmədovun pulu göndərdiyi şəxsin əsassız varlanmasına istinad etsə də, o faktiki olaraq həmin əcnəbi vətəndaşı tanımadığını da qeyd etmişdir. O, həmin əcnəbi vətəndaşı ümumiyyətlə, tanımamış, pulu da cavabdehə təqdim etmişdir. Beləliklə, məhkəmə ziddiyyətli mövqeyini nümayiş etdirərək, həm onun həmin əcnəbi vətəndaşı tanmıadığını təsdiq etmiş, həm də cavabdehə pul verməyinə rəğmən onu əsassız varlanan şəxs kimi qiymətləndirməmişdir. Belə olan halda, məhkəmənin yanlış qənaətinə gəldiyinin şahidi olur. Məhz bu səbəbdən də, birinci instansiya məhkəməsi tərəfindən pozulmuş maddi normalar apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən nəzərə alınamlıdır. Məhkəmə araşdırması zamanı isə işin halları məhkəmə tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmamış, baş verən hadisənin hallarını düzgün tövsif etməmiş, məfhumları yanlış əlaqələndirilmiş, onların sintezini əlaqəli formulə edə bilməmiş, işin hallarına uyğun olmayan yekun məhkəmə aktı çıxarılmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək , Cavabdehı uzun müddətdir tanıdığını, cavabdehlə birgə ticarət məqsədilə Pakistandan mal almaq qərarına gəldiklərini və bu məqsədlə cavabdehə inanıb 3080 manat pul verdiyini, həmin pulun İmran Mahmudi adlı şəxs vasitəsi ilə Pakistandan onlara mal göndərməli olan şəxsə çatdığını, lakin onlara heç bir mal verilmədiyini, sonradan cavabdehin özü də nə qədər adam göndərsə də həmin şəxs tərəfindən pulun geri qayıtmadığını bildirmiş, həmçinin iddia tələbində 4200 manat pul tələb etməsinə səbəb kimi əvvəlcə cavabdeh qismində Muhammad İmranı qoyması, sonradan məhkəmənin təklifi ilə cavabdehi dəyişərək Cavabdeh ilə əvəz edildiyini ,tələb edilən puldan 1200 manatın hazırkı Cavabdeh məxsus olduğunu bildirmiş,apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehlə birgə Pakistandan mal almaq məqsədi ilə özünün 1200 manat, cavabdehin isə 3080 manatı pul verdiyini, həmin pulun onun tərəfindən deyil, İmran adlı şəxs tərəfindən göndərildiyini, Pakistandakı şəxsə də həmin pulun çatdığını, sonradan dəfələrlə üçüncü şəxslər vasitəsi ilə Pakistanda onlara mal göndərməli olan adamla əlaqə yaratmağa çalışsa da bunun baş tutmadığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-390, 425.1, 427.3, 560, 1091-1095; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyənedən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. 391. Tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir.396. Öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir.555.Borclu və kreditor eyni şəxs olduqda öhdəliyə xitam verilir. 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 11.Göründüyü kimi, iddiaçının tələbi cavabdehin də 1200 manat pul vəsaitinin daxil olduğu pul tələbidir. Qeyd edilənləri hər iki tərəf təsdiq edərək birgə hərəkət edərək birgə pul vəsaitin başqa şəxslərə verildiyini bildirirsələr də, iddiaçı və cavabdeh arasında onların birgə hərəkət etdiyi hərəkətlər zamanı onların (cavabdehin) mülki məsuliyyətini müəyyən müqavilə mövcud deyildir. Ona görə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin şikayətə münasibətdə (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 12.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 696/2024 saylı işi üzrə 08 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2707/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2707/2024
29.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver