Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2712/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-18/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 50.000 manat dəymiş maddi ziyan və 20.000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-18/2024 nömrəli, 02 fevral 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 maddi ziyana görə 1.740 ( min yeddi yüz qırx) manat, mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 18 mart 2024-cü il tarixdə mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək məhkəməyə xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-18/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin daxil olduğunu və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən şikayət ərizəsinə baxılması məsələsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhər Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2712/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2712/2024
28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver