Məhkəmə qərarları › İş №2(103)-2721/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2721/2023

24.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2721/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə qarşı; həmçinin Cavabdeh1 İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğvi; özgənin sahibliyində olan əmlakın geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X13 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili X6 və vəkili və nümayəndəsi Vəkil1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə qarşı "yalan əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğvi" tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “özgənin sahibliyində olan əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-371/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən 3912 ABŞ dolları məbləğində pulun müştərək qaydada (iddiaçı) İddiaçı, X10 və X4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir.

2. Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru Anar Qurbanov tərəfindən qəbul edilən xx.xx.2018-ci il tarixli qərar surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri üzrə icraat başlanılmışdır.

3. “Lexus LX570” markalı, ban nömrəsi JTJHY00W804084672 olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə komisyon mağazada satılması üçün onun adından qeydiyyatdan çıxarılmış və 695TR18 tranzit nişanı təhkim edilmişdir. Həmin tarixdə, **-SJ-*** qeydiyyat nişanı gömrük bəyannamə 745458 nömrəli hesab-arayış əsasında “Lexus NX200” markalı, ban nömrəsi: JTJYERBZ702035446 olan nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

4. "xxxx" ASC tərəfindən Yasamal rayon İcra Şöbəsinə ünvanlanan icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2536/2018 saylı məhkəmə əmri üzrə borc ödənildiyindən icraata xitam verilməsi xahiş edilmişdir.

5. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Qurbanov tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus NX 200” minik markalı, universal tipli, qara rəngli, **- SJ-*** dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, JTJYERBZ702035446 ban nömrəli avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlərin və sənədləşmə işlərinin etibarsız hesab edilməsi, habelə DİN BDYPİ tərəfindən verilmiş AD seriyalı 285001 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin şəhadətnamənin ləğvi, sözügedən avtomobilə dair nəqliyyat vasitələrinin reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və həmin avtomobilin oun adına rəsmiləşdirilməsinin cavabdeh DİN BDYPİ-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İlkin iddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonla barter razılaşması apararaq aralarındakı şifahi razılığa əsasən mülkiyyətindəki avtomobili artıq köhnəldiyindən və təmir xərcləri artdığından üzərində əlavə pul məbləği verməklə həmin avtosalona verib əvəzində onlardan “Lexus NX 200” minik markalı, **-SJ- *** dövlət nömrə nişanlı 2018-ci il buraxılışlı avtomobili almışdır. Qeyd olunan faktı həmin avtosalonun sahibi və əməkdaşları təsdiq edə bilər. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan avtomobil alınarkən ona təhkim edilən dövlət nömrə nişanı (10SJ400) onun barter üçün avtosalona verilən əvvəlki avtomobilinin ona məxsus dövlət nömrə nişanı olmuş və xahişi ilə yeni avtomobilə təhkim edilmişdir. Lakin ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığından, bu münaqişələr məhkəmə mübahisəsi həddinə çatdığından, boşanma və s. hallarla müşayiət olunduğundan sözügedən avtomobilin gələcəkdə bu mübahisələrin predmetinə çevrilməməsi üçün avtomobili şərti olaraq qızı Cavabdeh1 adına rəsmiləşdirmiş və bununla bağlı onun adına AD 285001 saylı 14 iyul 2018-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi almışdır. Bununla yanaşı həmin avtomobili idarə etmək üçün ondan özünə nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 18 iyul 2018-ci il tarixli etibarnamə almışdır. Məlumat üçün bildirir ki, qızı Cavabdeh1 heç vaxt həmin avtomobili idarə etməmişdir. Bu faktı şahidlər və zərurət yarandığı halda DYP-dəki məlumatlar da təsdiq edə bilər. Avtomobil daim onun istifadəsində və faktiki sahibliyində olmuşdur. Eyni zamanda avtomobili aldığı avtosalonun sahibi və əməkdaşları da onun dəyərinin əvvəlki avtomobili və pulla məhz tərəfindən ödənildiyini təsdiq edə bilər. Bütün bunlar onu göstərir ki, qeyd olunan avtomobillə bağlı aparılmış əqd əsl əqdi, yəni onunla həmin avtosalon arasındakı barter və alqı-satqı müqaviləsini pərdələmək məqsədi daşımış, əqdin bu formada pərdələnməsinin əsas məqsədi isə onu mövcud və perspektiv ailə-nikah və məişət əmlak mübahisələrinin predmetinə çevrilməkdən kənarlaşdırmaq olmuşdur. Qızının heç vaxt həmin avtomobili idarə etməməsi, faktiki sahibliyində saxlamaması, əmlakın dəyərini ödəmək üçün zəruri maddi imkana malik olmaması, əmlakın dəyərinin avtomobil və pul müqabilində məhz özü tərəfindən ödənilməsi, həmçinin avtomobilə qeydiyyat şəhadətnaməsi verilərkən ona təhkim edilən dövlət nömrə nişanının məhz əvvəlki avtomobilinin nömrə nişanı olması, habelə avtomobilin ötən müddətdə məhz onun faktiki sahibliyində və istifadəsində olması, yalnız tərəfindən idarə olunması qeyd olunan halları və mübahisələndirilən əqdin həqiqətən də yalan əqd olmasını təsdiq edir. Məhkəmə prosesində zərurət yarandığı halda istinad olunan ailə-məişət mübahisələri ilə bağlı məhkəmə qərarlarını da təqdim etməyə hazırdır. Məsələ burasındadır ki, qızı Cavabdeh1 onunla münaqişə şəraitində olan və ona qarşı əmlak iddiaları olan digər ailə üzvlərinin təsiri altında avtomobilin idarə olunması ilə bağlı sözügedən etibarnaməni ləğv etdirmiş və avtomobili tələb etməyə başlamışdır. Belə olan halda o, aralarındakı yalan əqdin onun pərdələdiyi əsl əqdlə əvəz olunması və etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmağa məcbur qalmışdır. Ona görə də hesab edir ki, “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı 2018-ci il buraxılışlı avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı bütün əqdlər və aparılmış sənədləşmə işləri etibarsız hesab edilməli və avtomobil onun mülkiyyətinə qaytarılmalıdır.

8. Daha sonra ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili iddianın əsaslandırılmasına dəqiqləşdirmə ərizəsi təqdim edərək qeyd etmişdir ki, İddiaçı ilə vəkil xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanması çərçivəsində hazırki mülki iş üzrə mübahise predmeti olan münasibətləri və epizodları müzakirə edərkən aralarında anlaşılmazlıq yaranmış, İddiaçı hadisələri rabitəsiz, qeyriardıcıl və emosional nəql etməsi, eyni zamanda müzakirə əsnasında hazırki mübahisə predmeti ilə bilavasitə əlaqəsinin olub-olmamasından asılı olmayaraq gündəlik həyatında qarşılaşdığı bütün hüquqi problemlərdən, habelə şəxsi ailə münaqişəsindən bəhs etməsi nəticəsində onda belə bir yalnış qənaət formalaşmışdır ki, sanki İddiaçı ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığından, bu münaqişələr məhkəmə mübahisəsi həddinə çatdığından, boşanma, eyni şəxslə yenidən nikah ve s. hallarla müşayiət olunduğundan hazırki mübahisə predmeti olan avtomobilin gələcəkdə bu mübahisələrin predmetinə çevrilməməsi üçün şərti olaraq onu qızı Cavabdeh1 adına rəsmiləşdirmişdir. Məhz belə yalnış qənaət nəticəsində tərəfindən iddia ərizəsi tərtib edilərkən mübahisələndirilən yalan əqdin bağlanması və əsas əqdin pərdələnməsi motivi kimi qeyd olunan əsas göstərilmişdir. Lakin, proseslerin sonrakı axarı və hüquqlarını müdafiə etdiyi şəxslə hadisələrin ve epizodların təkrar müzakirələri nəticəsində ona aydın olmuşdur ki, salondan aldığı “Lexus NX 200” minik markalı, 10- SJ400 dövlət nömrə nişanlı 2018-ci il buraxılışlı avtomobilin alqı-satıqısını qızı Cavabdeh1 adına rəsmiləşdirməklə əslində özü ilə bağlanmış alqı-satqını bu formada pərdələməkdə İddiaçı əsas motivi və məqsədi həmin nəqliyyat vasitəsini borclu qismində müştərək borclu olduğu ödənilməmiş kredit öhdəliyi üzrə məhkəmə qərarının icrası çərçivəsində həyata keçirilən məcburi icra tədbirlərindən yayındırmaqdan ibarət olmuşdur. Belə ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə borclu olmuş, lakin kredit öhdəlikləri icra olunmadığından bank tərəfindən borcun müştərək qaydada X5, X4 və İddiaçı tutulması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmə tərəfindən e2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri çıxarılmış, həmin məhkəmə əmrinə əsasən İddiaçı və digərlərindən cəmi 3912 ABŞ dolları məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. Qeyd: Yuxarıda göstərilən kredit müqavilesi üzrə borcalan İddiaçı olsa da faktiki kredit vəsatini Emilin dostu və kredit müqaviləsi üzrə zamini X10 tərəfindən istifadə edilmişdir. Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru Anar Qurbanovun 14 mart 2018-ci il tarixli qərarı ilə icraata başlanılmış, qərarın 2-ci hissəsinə əsasən İddiaçı 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmiş, qərarın 2-ci hissəsinin b) bəndinə əsasən əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin tarixdə İddiaçı icra məmuru tərəfndən könüllü icra bildirişi də göndərilmişdir. İddiaçı deməsinə görə öz mülahizələri əsasında kredit müqaviləsi üzrə pulu özü deyil, məhz dostunun götürməsini, dostuna onun xahişi ilə zamin durmasını, bununla bağlı heç bir maddi marağının olmamasını, götürülən məbləğdən yalnız dostunun bəhrələnməsini və belə olan halda borcu da onun qaytarmalı olmasını əsas gətirərək, prinsipial olaraq məhkəmə əmri üzrə borcu ödəməmiş, lakin əmlakının da məcburi icra tədbirlərinə - siyahıya alınmaya, üzərinə həbs qoyulmasına, tələbkara təklif olunması və s. məruz qalmaması üçün aldığı yeni avtomobil üzrə sənədləşmə işlərini qızının adına aparmış, bununla da faktiki olaraq özü ilə bağlı olan alqı-satqını qeyd olunan məqsədlə qızının adına bağlanmış əqd kimi pərdələmişdir. Həmçinin bildirilir ki, kredit borcu yalnız 17 sentyabr 2019-cu il tarixdə ödənilmiş və bununla bağlı tələbkar "xxxx" ASC borcun ödənilməsi ilə əlaqədar icra sənədi üzrə icraata xitam verilməsi barədə icra şöbəsinə müraciət ünvanlamışdır. Beləliklə, müştərək qaydada həm də İddiaçı bankın xeyrinə müvafiq borcun ödənilməsinin qət edildiyi sözügedən icra sənədi 14 mart 2018-ci il tarixdən 17 sentyabr 2019-cu il tarixə kimi məcburi icra mərhələsində olmuş ve İddiaçı əmlak mənsubiyyəti də qeyd olunan tarix intervalında potensial məcburi icra tədbirləri predmetinə çevrilmişdir. Təsadüfi deyildir ki, AD 285001 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də göründüyü kimi mübahisəli nəqliyyat vasitəsinin alğısatqısı məhz 14 İyul 2018-ci il tarixdə, yəni qeyd olunan məhkəmə əmrinin icrası üzrə icra məmuru tərəfindən başladılmış icraatdan, könüllü icra müddətinin başa çatmasından və məcburi icra tədbirlərinin başlanmasından sonra (25 mart 2018-ci il tarixdən sonra) aparılmışdır. Bununla da qeyd olunan yalan əqdlə İddiaçı öz vəsaiti hesabına aldığı nəqliyyat vasitəsinin qeyd olunan məhkəmə əmrinin icrası ilə bağlı məcburi icra tədbirlərinə məruz qalmaması üçün qızının adına rəsmiləşdirmişdir. Həmçinin, iddiaçı Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonla barter razılaşması apararaq aralarındakı şifahi razılığa əsasən mülkiyyətindəki avtomobili artiq köhnəldiyindən və təmir xərcləri artdığından üzərində əlavə pul məbləği verməklə həmin avtosalona verib, əvəzində onlardan “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobili 2018-ci il buraxılışlı avtomobili almışdır. Qeyd olunan faktı həmin avtosalonun sahibi və əməkdaşları təsdiq edə bilər. Hemçinin qeyd etmeyi zəruri hesab edir ki, mübahisə predmeti olan avtomobil alınarkən ona təhkim edilən dövlət nömrə nişanı (10SJ400) iddiaçının barter üçün avtosalona verilən, yəni əvvəlki avtomobilinin sonuncuya məxsus dövlət nömrə nişanı olmuş və iddiaçının xahişi ilə avtomobilə təhkim edilmişdir. Lakin sözügedən avtomobilin gələcəkdə Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin icrası ilə əlaqədar məcburi icra tədbirlərinin predmetinə çevrilməməsi üçün avtomobili şərti olaraq qızı Cavabdeh1 adına rəsmiləşdirmiş və bununla bağlı onun adına AD 285001 saylı 14 iyul 2018-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi almışdır. Bununla yanaşı həmin avtomobili idarə etmək üçün ondan özünə nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 18 iyul 2018-ci il tarixli etibarnamə almışdır. Bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qızı Cavabdeh1 heç vaxt həmin avtomobili idarə etməmişdir. Bu faktı şahidlər və zərurət yarandığı halda DYP-dəki məlumatlar da təsdiq edə bilər. Avtomobil daim iddiaçının istifadəsində və faktiki sahibliyində olmuşdur. Bütün bunlar onu göstərir ki, qeyd olunan avtomobillə bağlı aparılmış formal əqd əsl əqdi, yeni iddiaçı ilə həmin avtosalon arasındakı barter və alqı-satqı müqaviləsini pərdələmək məqsədi daşımış, əqdin bu formada pərdələnməsinin esas məqsədi isə onu müvafiq icra sənədi üzrə məcburi icra tərdbirlərinin predmetinə çevrilməkdən kənarlaşdırmaq olmuşdur.

9. Həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının təmin edilməməsinə, qarşılıqlı iddianın təmin edilməsinə, İddiaçı qanunsuz sahibliyində olan **-SJ-*** dövlət nömrə nişanlı, 2018ci il buraxılışlı, “Lexus NX 200” markalı minik avtomobilinin işlək vəziyyətdə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonla barter razılaşması apararaq aralarında şifahi razılığa əsasən mülkiyyətindəki avtomobiln köhnəldiyindən və təmir xərcləri artdığından üzərində əlavə pul məbləği verməklə həmin avtosalondan 10-SJ -400 dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, “Lexsus NX 200” markalı minik avtomobili almışdır. Eyni zamanda bildirir ki, ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığından, bu münaqişələr məhkəmə mübahisələrinin predmetinə çevirilməməsi üçün avtomobili şərti olaraq onun adına rəsmiləşdirmiş və bununla bağlı adına AD 285001 saylı 14 iyul 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi almışdır. Həmçinin avtomobilin idarə edilməsi üçün ondan nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında 18 iyul 2018ci il tarixli etibarnamə almışdır. Məhkəmənin diqqətinə çatdırır ki, həmin avtomobil alınarkən atasının nikahı olmamış və babası X2 olduğundan hansısa vərəsəlik məsələsindən və ailədaxili problemdən söhbət gedə bilməzdi. Qeyd edir ki, sözügedən avtomobil ona və digər avtomobil **-SV-*** dövlət nömrə nişanlı, 2019-cu il buraxılışlı, MAZDA 3 minik avtomobili xx.xx.2019-cu il tarixdə bacısı X8 mərhum babaları X11 tərəfindən hədiyyə kimi alınmışdır. Babası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atası onun maşınını sürmək istədiyi üçün ona etibarnamə vermişdi. Hal-hazırda bacısı öz avtomobilini idarə edir. Lakin bir müddət keçdikdən sonra onun evinin yaxınlığında yerləşən və onlara məxsus olan qeyri-yaşayış sahəsini (obyekti) icarəyə götürən şəxs anasına zəng vurararaq bildirmişdir ki, “Emil avtomobili idarə etmir, atıb hǝyǝtə, avtomobil pis vəziyyətdədir, bəzi hissələrini satıb, gəlin əmlakınıza sahib çıxın heyfdir”. Bundan sonra atasının onun mülkiyyətində olan avtomobilin beynini və ötürücü qutusunu satdığına görə məcburiyyət qarşısında qalaraq xx.xx.2021-ci il tarixdə ona verdiyi etibarnamǝni ləğv etdirərək avtomobilin işlək vəziyyətə gətirilməsini ondan tələb etsə də, atası maşını təmir etdirmək əvəzinə yaşadığı evdən qeydiyyatdan çıxarılması ilə bağlı Suraxanı Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, hətta avtomobili həmin vəziyyətdə evdən götürülməsinə razılıq verməmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-371/2023 saylı, 31 yanvar 2023cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək “Lexus NX 200” minik markalı, universal tipli, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, JTJYERBZ702035446 ban nömrəli avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlər və sənədləşdirilmələr etibarsız hesab edilməsi və həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə həvalə edilməsi; qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həqiqətən də mübahisəli avtomobilin nömrə nişanı hər zaman iddiaçının mülkiyyətində olduğu avtomobillərə təhkim edilmişdir. Həqiqətən də LPO "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi (kreditin müddəti:xx.xx.2015-xx.xx.2016) üzrə iddiaçı zamindir və həmin kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə borclulardan 3912 ABŞ dolları məbləğində pulun tutulması barədə məhkəmə tərəfindən əmr verilmişdir. Bundan başqa icra orqanı tərəfindən icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Bundan əlavə tərəflərlə qohumluq münasibəti və mübahisənin həllində marağı olmayan neytral şəxs kimi məhkəmə iclaslarında dindirilmiş şahidlər Kadir Kuzu və X7 ifadələrində məhz mübahisəli avtomobilin faktiki olaraq iddiaçıya məxsus olduğunu təsdiq etmişlər. Belə ki, şahid qismində dindirilən Kadir Kuzu bildirmişdir ki, “Lexus NX 200” markalı avtomobilin pulu ona ödənilmiş və o, avtomobilin sənədlərini iddiaçıya təqdim edərək Lexus rəsmi servisdən birbaşa öz adına rəsmiləşdirilə biləcəyini izah etmişdir. Belə ki, onun "xxxx" MMC ilə razılaşması bu formada olmuşdur ki, avtomobillərin dəyərini ödəməklə rəsmi servisdən alıb digər şəxslərə satmaq və rəsmiləşdirməni birbaşa rəsmi servisə həvalə etmək. Eyni zamanda o, iddiaçının digər "xxxx" markalı avtomobilini barter edərək, üzərində əlavə vəsait əldə etməklə iddiaçıya satdığını təsdiqləmişdir.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarxdə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirdiyi “Lexus LX570” minik markalı, **-SJ- *** nömrə nişanlı, Ban nömrəsi JTHY00W804084672 olan, ağ rəngli avtomobili xx.xx.2018-ci il tarixdə Kadir Kuzu adlı şəxsə satmış və həmin tarixdə faktiki olaraq onun vasitəçiliyi ilə "xxxx" rəsmi servisi ilə alqı-satqı müqaviləsi əsasında “Lexus LX 200” minik markalı, **-SJ-*** nömrə nişanlı avtomobili qızının adına rəsmiləşdirmişdir. Yenə eyni tarixdə özünə avtomobili idarə etmək üçün cavabdehdən etibarnamə almışdır. Göründüyü kimi iddiaçının Kadir Kuzunun vasitəçiliyi ilə "xxxx" rəsmi servislə bağladığı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi (faktiki olaraq Kadir Kuzu ilə dəyişdirmə və "xxxx" MMC ilə alqısatqı müqaviləsi) Cavabdeh1 ilə "xxxx" rəsmi servisi arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ilə pərdələnmişdir.

14. Məhkəmə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin uydurma əqd olduğu, görüntü yaratmaq üçün bağlandığı qənaətinə gəlmiş, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsini yalan əqd olmaqla əhəmiyyətsiz saymışdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 340.1, 340.2, 405.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

16. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1 ilə "xxxx" rəsmi servisi arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və bu işin mübahisəsiz halıdır. Cavabdeh1 əvvəllər mülkiyyətində olmuş nəqliyyat vasitəsini təqdim etməklə, mübahisəli **-SJ-*** dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, “Lexus NX 200” markalı minik avtomobili almışdır. Bu zaman, hər hansı ikinci əqd mövcud olmamışdır. Əqdin, yalan əqd hesab edilməsi üçün, oxşar olsa da, məhz iki ayrı əqd mövcud olmalı və bu əqdlərdən biri digərini pərdələməlidir. Bir daha qeyd etmişdir ki, məhkəmə tərəfindən "xxxx" rəsmi servisinə aidiyyəti aydınlaşdırılmayan Kadir Kuzu adlı şəxsin iddiaçı ilə hər hansı ikinci əqd bağlamaları, sonuncuların izahatlarından başqa heç bir sübutla təsdiq olunmur. Əslində iddiaçı da, öz tələbləri ilə onun qeyd etdiklərini təsdiq edir, sonuncu öz doğma qızı ilə bağlanılmış əqdin etibarsızlığını tələb etsə də, əslində məhz həmin əqdin, yəni eyni alqısatqı müqaviləsinin onunla bağlanmış hesab edilməsini xahiş etmişdir. Hakim də eyni əqdin iddiaçı ilə bağlanmış hesab edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. İddianın əsaslarının həqiqətə uyğun olmadığını təsdiq edən mühüm hallardan biri də, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirildiyi gündən 4 ildən artıq vaxt keçdikdən sonra, 2022-ci ilin sentyabr ayında iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsidir. O da qeyd edilməlidir ki, iddiaçı, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Qurbanov tərəfindən icraata xitam verilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən 2 (iki) ildən artıq müddət keçdikdən sonra əqdin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin hakimi belə vəziyyətdə müddətlərlə, xüsusən kəsici müddətlə bağlı qanunvericiliyin və məhkəmə təcrübəsinin tələblərini diqqətdən kənarda qoymuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsinin 37-ci bəndində qeyd edir ki, “Baxmayaraq ki, Kadir Kuzu adlı şəxsin Lexus rəsmi servisi ilə hansı müqavilə münasibətlərində olduğu qeyri-müəyyən olsa da, tədqiq edilmiş sübutlar onu göstərir ki, iddiaçının tələbinin dəlilləri həqiqətə uyğundur.” O, vəsatət vermişdir ki, "xxxx" MMC işə cəlb edilsin. Kadir Kuzu adlı şəxs nə etibarnamə, nə də digər sənədləri olmadan gələrək "xxxx" MMC-nin nümayəndəsi olduğunu bildirmişdir. Cavabdehin adına bu maşından əvvəl maşın olmuşdur, həmin maşını verərək yeni maşını almışdır. Qətnamədə yazılır ki, cavabdehin sürücülük vəsiqəsi yoxdur. Cavabdehin 2016-cı ildən sürücülük vəsiqəsi vardır. Sürücülük vəsiqəsinin ikinci dəfə dublikatını almışdır. Hakim bildirir ki, bu maşının nömrəsi əvvəllər başqa maşınlarda olmuşdur, hansı ki həmin maşınlar iddiaçıya məxsus olmuşdur, bunlar kifayət edir ki, mübahisəli maşın iddiaçıya məxsusdur. Hakim MM-nin 340-cı maddəsini tətbiq edir, maddəyə görə iki əqd olmalıdır, bir əqd digər əqdi pərdəməlidir, lakin işin içində əqd yoxdur. Ona görə qətnamənin nəticə hissəsi mücərrəddir. Guya cavabdehin adına olan maşını verib başqa maşın alıblar. Bəs sənədlər haradadır? Cavabdeh bildirir ki, iddiaçı doğma atasıdır, ona təsir vardır. İddiaçı bildirir ki, avtomobillər dəyişdirilmiş, əlavə olaraq pul verilmişdir. Konstitusiya Məhkəməsinin qərarına əsasən əqd etibarsız sayıldığı halda kim nə qədər veribsə geri qaytarmalıdır, bu hal məcburidir. Deməli cavabdehin adına olan avtomobil dəyişdirilmişdirsə o cavabdehə qaytarılmalıdır. Lakin birinci instansiya məhkəməsi əqdi etibarsız saymış, ilkin iddianı təmin etmiş, iddiaçı ilə “Lexsus” arasında müqavilə bağlanmış sayılmışdır. Cavabdeh adına olan maşını “Lexsus”a verərək əvəzində başqa bir maşın alımışdır. Bundan başqa bildirir ki, icra işinə xitam verildiyindən iki il keçdikdən sonra tərəf əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Burada iddia müddəti tətbiq olunmalı idi, ərizə verilibverilmədiyindən asılı olmayaraq məhkəmə kəsici müddəti tətbiq edərək iddianı təmin etməməli idi. Bundan başqa vəkil işə yeni qoşulursa vəkilə işlə tanış olması üçün şərait yaradılmalıdır. Cavabdehin etibarnaməni ləğv etdirməsinin səbəbi iddiaçı məhkəməyə ərizə verərək cavabdehi qeydiyyatda olduğu evdən qeydiyyatdan çıxartdırması idi. Əgər iddiaçı məhkəməyə gəlsə bu məsələlər öz həlli yolunu tapa bilər. Həmçinin bildirmişdir ki, birinci maşını, ağ “Lexsus”u babası cavabdehə almışdır. Əvvəlcə atasının adına olmuş daha sonra qızının adına rəsmiləşdirilmişdir. Hazırda isə maşın dəyişdirilmişdir. Burada söhbət birinci maşından gedir, lakin mübahisələndirilən avtomobil ikinci alınandır. İş materiallarında nə birinci, nə də ikinci maşınla bağlı alğı-satqı müqavilələri mövcud deyildir. Cavabdeh bildirir ki, maşını atası alıb, etiraf edir bunu. Lakin maşının kimdən alınmasına dair sənədlər işin içində mövcud deyildir. Maşın cavabdeh üçün alınaraq onun adına rəsmiləşdirilmişdir. Maşınlarla bağlı alğı-saqı olduğu halda X21 İdarəsində həyata keçirilməlidir. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, ikinci maşın alınan vaxtı atasının maşını yox idi. Avtomobili o sürmüşdür. Lənkərana gedən zaman maşını o, sürmüşdür. Birinci, 570 markalı maşın atasının adına idi. Daha sonra atası avtomobili onun adına keçirdi. Atası ilə onun arasında alğı-satqı müqaviləsi bağlanmışıdr. Deyəsən həmin müqavilə bağışlama müqaviləsi idi. Həmin vaxt o, atasına pul verməmişdir. Alğı-satqı kimi rəsmiləşdirilməsinin səbəbi yadında deyil, çoxdan olmuşdur. 570 markalı maşını atası özü almışdı. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 bildirmişdir ki, iddia ərizəsi qısa zaman ərzində yazılmış, daha sonra iddia ərizəsinə əlavə və dəqiqləşdirmələr verilmişdir. Bundan başqa şahid ifadələri ilə də təsdiq olunur ki, maşını iddiaçı almışdır. Cavabdeh tərəf maşını özünün idarəetməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi Kadir Kuzunu məhkəməyə cəlb etdi, çünki İddiaçı maşını Kadir Kuzudan almışdı. “Lexsus” sürən hər kəs Kadir Kuzunu yaxşı tanıyırlar, çünki Kadir Kuzunun rəsmi, yaxud qeyri-rəsmi şəkildə "xxxx" MMC ilə müqaviləsi vardır. Azərbaycana gələn bütün Lexsus-ları Kadir Kuzu alır, öz salonunda saxlayır, alıcılar həmin salona gələrək maşını ondan alır və rəsmiləşdirirlər. Bundan başqa, cavabdehin atasına verdiyi etibarnaməni birdən-birə ləğv etməsi səbəbindən bu hadisələr baş vermişdir. Emil maşının üzərinə həbs qoyularaq cərimə meydançasına qoyulmaması üçün bu addımı atmışdır. Cavabdeh özü bir dəfə də olsa həmin avtomobili idarə etməmişdir. İddiaçı heç bir təzyiq altında deyildir, əksinə cavabdeh anasının təsiri altındadır. Maşının mülkiyyətçisi faktiki olaraq İddiaçı özüdür. Lakin İddiaçı avtomobili Cavabdeh1 adına keçirərək həmin o əqdi, mülkiyyət məsələsini pərdələməyə çalışmışdır. Kimlər arasında müqavilənin bağlandığını bilmirdilər. Daha sonra iddia ərizəsi dəqiqləşdirildi. Avtomobil Emilin adına olmalı idi, amma avtomobil cavabdehin adına keçirilərək həmin əqd pərdələnmişdir. Cavabdeh ilə “Lexsus” arasında bağlanmış alğı-saqı müqaviləsi üzrə pul ödənilməmişdir. Maşınlar dəyişdirilmişdir. 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X12 bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır; birinci instansiya məhkəmsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 23.İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 bildirmişdir ki, qeyd edilən hadisənin özündən, avtomobilin satışından artıq 5 il müddət keçmişdir. Bu məsələ ilə bağlı şirkətlə də əlaqə saxlanılmış və bildirdilər ki, artıq hadisədən 5 il keçmişdir, kimlərin gəlməsi, necə gəlməsi barədə məlumatları yoxdur. Yalnız sənədləşməni kimlər həyata keçirib o barədə məlumat verə bilər. O vaxt alğısatqılar ancaq hesab arayışı əsasında həyata keçirilirdi. Hesab arayışları tərəfə verilirdi və tərəf həmin sənədlər əsasında X21nə gedərək avtomobili rəsmiləşdirirdilər. Hesab arayışını alğı-satqı müqaviləsinə bərabər tutmaq mümkündür, çünki o vaxtı qanunvericiliyin tələbləri də elə idi. Daha sonra qanunvericiliyə dəyişiklik oldu, hesab arayışı yox, alğı-saqının özü tələb olunmağa başlanıldı. Hesab-arayışı tam olaraq müqaviləni əvəz edir. Elza xanımın kimə yaxınlaşmağından, pulu kimin verməsindən məlumatı yoxdur. Kimin adına sənədləşmə olacaqsa onun əsasında həmin şəxsin adına sənəd verirlər. 24.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 28.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh1 şikayət verərək onun ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

29.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 30.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 31.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 32.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 33.340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 34.340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 35.354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 36.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin üçüncü şəxslərdəhüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur;- gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir;- yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansıbir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.”

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

37. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 40.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. 43.Belə ki, iddiaçının istinad etdiyi hallara görə LPO "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi (kreditin müddəti:xx.xx.2015-xx.xx.2016) üzrə iddiaçı zamindir və həmin kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyi üçün borclulardan 3912 ABŞ dolları məbləğində pulun tutulması barədə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən 3912 ABŞ dolları məbləğində pulun müştərək qaydada (iddiaçı) İddiaçı, X10 və X4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra və barəsində xx.xx.2018-ci il tarixdə başlanılmış icra icraatı aparılan zaman tətbiq edilə biləcək məcburiyyət tədbirlərindən əmlakını yayındırmaq üçün, iddiaçı mülkiyyətində olan “Lexus LX 570” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qızının adına qeydiyyata aldırmışdır. 44.İddia “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobili ilə əlqədar edilmiş hərəkətlərin və sənədləşmənin etibarsız hesab edilməsi və s. tələblərindən ibarət olmasına baxmayaraq kollegiya hesab edir ki, tərəflər arasında “Lexus LX 570” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinə də (əlaqəli əqd kimi) münasibət bildirilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan “Lexus LX 570” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin avtomobilin Cavabdeh1 adına qeydiyyata alınmasına əsas tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi olmuşdur. İşdə olan sübutlara əsasən həmin əqdin əhəmiyyətsiz əqd olması öz təsdiqini tapmışdır. 45.Belə ki, iddiaçı tərəfin bildirdiyi və qarşı tərəfin dəqiq cavab verə bilmədiyi məsələ üzrə müəyyən edilmiş hallara görə bağlanmış alqı-satqı müqaviləsi üzrə bu kateqoriyadan olan müqavilənin mühüm şərtlərindən biri olan alıcının mülkiyyətinə qəbul etdiyi əmlak müqabilində pul ödəmək şərtinə riayət edilməmiş, həmin müqavilə üzrə “Lexus LX 570” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvəzinə hər hansı məbləğdə pul ödənilməmişdir.

46. Halbuki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Beləliklə nə iddiaçı, nə də ki cavabdeh “Lexus LX 570” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq və digər tərəfdən həmin əmlakı mülkiyyətinə qəbul etmək niyyətində olmamışdır, əsas məqsədləri bu əmlakın üzərində cavabdehin hüquqlu olması görünüşü yaratmaqdan ibarət idi. Belə ki, həmin avtomobil üzərində hüquqların qeydiyyatı müqavilə əsasında cavabdehə keçsə də, iddiaçının bu əmlakdan sərbəst istifadə etmək və sahiblik etmək imkanları məhdudlaşdırılmamışdır. Belə ki, əqdin bağlandığı tarixdə müqavilə predmeti olan avtomobilə dair cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilmişdir. 47.Həmçinin “Lexus NX200” markalı nəqliyyat vasitəsi barədə eyni nəticəyə gəlmək olar. Belə ki, hər iki halda əqdlərin iştirakçılarının əsl iradələri müvafiq mülki-hüquq münasibətlərinin yaranmasına yönəldilməmiş, məqsədləri isə üçüncü şəxslərə münasibətdə onlara lazım olan hüquqi nəticələri yaratmaqdan ibarət olmuşdur. Belə şəraitdə bağlanan əqd görünüş üçün bağlanmış əqd kimi qiymətləndirilir və əhəmiyyətsizdir. Başqa sözlə, “Lexus LX 570” minik markalı və “Lexus NX200” markalı avtomobillərə dair bağlanmış əqdlər uydurma əqd hesab edilməli və tərəflər arasında real vəziyyət bərpa olunmalıdır. Belə ki, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. 48.Gəldiyi qənaətlə əlaqədar kollegiya işdə olan digər sübutlara da istinad edir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin sorğuya cavabına əsasən müəyyən edilir ki, **-SJ-*** dövlət qeydiyyat nişanı 2006, 2009, 2012-ci illər ərzində İddiaçı mülkiyyətində və istifadəsində olan avtomobillərin üzərində olmuş, “Lexus LX 570” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobili satılan zaman həmin avtomobil onun yeganə nəqliyyat vasitəsi olmuşdur. Hər iki avtomobilin iddiaçının sahibliyində və istifadəsində olması halı iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır (kollegiya şahid qismində dindirilən Kadir Kuzu ifadəsini, onun “Bakı Lexus” şirkətinə aidliyi müəyyən edilmədiyi üçün sübutlar siyahısından çıxarılmalı olması qənaətinə gəlmişdir). 49.İş materiallarından göründüyü kimi ilkin iddia üzrə cavabdeh isə yuxarıda qeyd edilənləri təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, iddia ərizəsində irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə mülahizə xarakter daşıyır. 50.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin görüntü yaratmaq üçün bağlandığına dair gəldiyi qənaətlə razılaşaraq həm də “Lexus LX 570” minik markalı avtomobilin “Lexus NX 200” markalı avtomobilin dəyişdirilməsinə və həmin avtomobilin yenidən cavabdehin adına rəsmiləşdirilməsinə dair tərəflərin (iddiaçı ilə cavabdehin) gəldiyi razılaşmanın əvvəlki alqısatqı müqaviləsinin davamı kimi qəbul edir və həmin razılaşmanın da uydurma əqd olması əsası ilə əhəmiyyətsiz olduğunu qeyd edir. Belə ki, alqı-satqı müqaviləsi bağlanan zaman üçüncü şəxslərdə yalnış təssəvvür yaratmaq üzrə güdülən məqsəd iddiaçı ilə cavabdeh tərəfindən başqa subyektiv tərkibdən istifadə edilməklə təkrarlanmışdır. 51.Baxmayaraq ki, ilkin iddia üzrə iddiaçı iddia tələblərinin qanuni əsası kimi, “Lexus NX 200” markalı avtomobil barəsində aparılmış hərəkətlərin yalan əqd olaraq qiymətləndirilməsinə dair dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsi bu istinadı ilə razılaşmış, işin faktiki halları mübahisələndirilən əqdlərin uydurma əqd olmasına dəlalət edir. Çünki yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir və bu işdə bunların hamısının (tərəflər özləri üçün hər hansı hüquqi nəticə yaratmaq niyyətində olmaları, onların pərdələmək istədikləri əqdin mövcud olması) aşkar edilməsi mümkün olmamışdır. 52.Belə ki, yalan əqd - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur;- gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir;- yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. 53.Məhkəmənin "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin (hesab-arayışın) yalan əqd hesab edilməsinə dair mövqeyi ilə əlaqədar də qeyd edilməlidir ki, bu əqdin də yalan əqd əsası ilə etibarsız hesab edilməsi üçün iş üzrə araşdırılmış faktiki halların istinad olunan qanuni əsasın (340.2) zəruri dispozisiya şərtlərinə uyğunluğu müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi müqavilə tərəflərinin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Halbuki müqavilə tərəfi olan "xxxx" MMC-nin tərəflərin güddükləri məqsəddən məlumatlı olması faktı öz təsdiqini tapmamışdır. Bu da əslində razılaşmanın tərəflərinin - iddiaçı ilə cavabdeh olmasına, MMC tərəfindən verilmiş hesab-arayışın həmin razılaşmanın nəticəsi olmasına dəlalət edir. 54.Məhkəmə kollegiyası apellyasiya şikayətində məhkəmənin əqdlərin əhəmiyyətsiz olması əsası ilə etibarsız olmasına dair nəticəyə gəlməsinə baxmayaraq kəsici müddətin keçməsinə istinad etməməsinə dair dəlili ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 55.Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. 56.Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. 57.Mübahisə predmeti olan“Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobil öz hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyadır və bu barədə müvafiq müddətin tətbiq edilməsinə dair ilkin iddia üzrə cavabdehin dəlili əsaslı sayıla bilməz. 58.Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisədə ilkin iddianın əsaslılığı qarşılıqlı iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından və ilkin iddia qismən təmin edildiyindən qarşılıqlı iddianın rədd edilməli olmasına dair nəticə əsaslıdır. 59.Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə qarşı "yalan əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğvi" tələbinə dair ilkin iddiası qismən təmin edilməlidir. 60.Belə ki, kollegiya iddia tələblərinin qeyri-müəyyən olduğunu və ilkin iddianın əsas mahiyyətini nəzərə alaraq hesab edir ki, “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı tərtib edilmiş 745458 nömrəli, 14 iyul 2018-ci il tarixli arayış-hesab etibarsız hesab edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsində onun adına aparılmış qeydiyyat, habelə DİN BDYPİ tərəfindən verilmiş AD seriyalı 285001 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməli, həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə həvalə edilməli, ilkin iddia digər hissədə rədd edilməlidir.

61. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-371/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilkin iddiaya aid hissədə qismən ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə qarşı "yalan əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğvi" tələbinə dair ilkin iddiası qismən təmin edilsin. “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı tərtib edilmiş 745458 nömrəli, 14 iyul 2018-ci il tarixli arayış-hesab etibarsız hesab edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən rəsmi reyestrdə onun adına aparılmış qeydiyyat, habelə DİN BDYPİ tərəfindən verilmiş AD seriyalı 285001 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilsin. “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilin İddiaçı adına rəsmiləşdirilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə həvalə edilsin. İlkin iddia digər hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar