Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2722/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-295/2022 saylı, 09 fevral 2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(001)- 295/2022 saylı qətnaməsinə əsasən, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, 0,098072 ha. ölçülü, 859a saylı bağ sahəsinə sərbəst daxil olmağa Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan əsassız maneələrin aradan qaldırılması, bağ sahəsinə giriş üçün qapı və darvaza qoyulması və həmin sahədə digər təmir-tikinti işlərinin görülməsi üçün müvafiq şəraitin yaradılmasının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə həvalə olunması qət edilmişdir. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-295/2022 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-295/2022 saylı, 07 mart 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-295/2022 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarında olan “məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsi”nə dair çıxarışdan görünür ki, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə 28 dekabr 2022-ci il tarixdə yerləşdirilmişdir. (iş v. 160). Lakin, cavabdeh tərəf sözügedən qətnamədən apelyasiya şikayətini elektron kabinet vasitəsilə 06 fevral 2023-cü il tarixdə vermişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, vəkil tərəfindən verilmiş hazırki apellyasiya şikayəti qətnamə onun elektron kabinetinə yerləşdirildiyi tarixdən 1 ay 10 gün sonra, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət buraxılmaqla verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-295/2022 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-295/2022 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2722/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2722/2023
04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver