Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2732/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi Nümayəndə2 və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-256/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «kompensasiya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı mənzilin əvəzinə ona düşən 53000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı mənzildən çıxarıldıqları gündən bugünədək mənzillə təmin olunmamışlar. Səbail rayon Məhkəməsinin 09.11.2007-ci il tarixli qətnaməsi ilə İddiaçı və X3 ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı mənzilin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin olunmaları vəzifəsi Bakı şəhər İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə edilmişdir.Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin bu müddət ərzində icra başçısı onları mənzil sahəsi ilə təmin etmək üçün boş yaşayış sahəsinin olmadığını,əgər iddiaçılar kompensasiya tələbinə dair məhkəməyə müraciət edərlərsə, İcra Hakimiyyətinin bu tələbi qəbul edərək, kompensasiyanı ödəyəcəklərini bildirmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-256/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər ilə müraciət edilsə də onlar müraciətlərə laqeyd yanaşmışdırlar. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi Nümayəndə2 və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında öz nümayəndələrinin iştirakını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı evdə qeydiyyatda olmuşdur. Sözügedən ev əsaslı təmir üçün “Bərpaçı” baş idarənin planına salınmış və boşaldılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2009-cu il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın məzmunundan görünür ki, İddiaçı və X5 Bakı şəhər İcra Hakimiyyətinə və “İçərişəhər” X1rşı “başqa yaşayış sahəsi ilə təmin edilmələri vəzifəsinin həvalə edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin 09 noyabr 2007-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçıların ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə və “İçərişəhər” X6 Qoruğuna həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 09 noyabr 2007-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş və qətnamə iddiaçıların ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsi 25 noyabr 2008-ci il tarixdə icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və icra mərhələsindədir. Hazırki halda iddia tələbinin təmin olunması həmin qətnamənin icrasını lüzumsuz edə bilər ki, belə olan halda məhkəmə qətnaməsinin icrasının məcburiliyinə xələl gələ bilər. Beləliklə, iddiaçının ərizəsində dəyərinin tutulmasını xahiş etdiyi evin əvəzinə onun abad yaşayış sahəsi ilə təmin olunması vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edildiyi, habelə məhkəmə qətnaməsinin icrası məcburi olduğu üçün iddia tələbinin təmin olunması Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrasına manelər yarada biləcəyindən təmin olunmamalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsinə əsasən bu Məcəllənin 234.2ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı evdə qeydiyyatda olmuşdur. Sözügedən ev əsaslı təmir üçün “Bərpaçı” baş idarənin planına salınmış və boşaldılmışdır. Mənzil boşaldıqdan sonra İddiaçı heç bir mənzillə təmin olunmadığından məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə sökülmüş evlərinin əvəzinə onların yaşayış sahəsi ilə təmin olunmaları vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş və icra olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olur və bu səbəbdən iddia tələbini təmin etməməkdə məhkəmə haqlı olmuşdur. İddiaçıya izah edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə mane olan inzibati orqanların hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-256/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2732/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2732/2022
12.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver