Məhkəmə qərarları › İş №2(103)-2742/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2742/2020

10.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2742/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, X6 və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət X1rşı imtina məktubunun qanunsuz sayılması və məktuba mahiyyəti üzrə rəsmi cavab verilməsi tələbinə dair Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3088/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin verdiyi xx.xx.2018-ci il tarixli, 308/5 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi və onun məktubuna mahiyyəti üzrə rəsmi cavabın verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirir ki, xx.xx.2017-ci il tarixdə onun oğlu 1993-cü il təvəllüdlü İmanlı Cavidi sağ qolunun çiyin nahiyəsindən arı sancmışdır. Hadisədən 3 gün keçəndən sonra oğlu Cavid şişin tez çəkilməsi üçün Bakı şəhəri 3 saylı X7 Qəbul Şöbəsinə müraciət etmişdir. Xəstəxananın qəbul şöbəsinin göstərişi əsasında C.İmanlı cərrahiyyə şöbəsinə yerləşdirilmiş və həkim Tağı Əliyev şiş olan nahiyəyə iynə batıraraq çirkin olub-olmadığını yoxlamış, çirkin olmaması səbəbi ilə ertəsi gün evə buraxacağını demişdir. Lakin Cavid bir gün orada qalmış, növbəti günü isə iddiaçının arvadı oğlunu çıxarmaq məqsədilə xəstəxanaya getmişdir. Həkimlər xəstəni evə buraxmamış və onun təcili əməliyyat olunması barədə məlumat vermişlər. Cavidin anası buna etiraz bildirsə də, həkim əməliyyatına təkid edərək, xəstənin qanqrena olacağını bildirmişdir. Həkimlər iddiaçının yoldaşının sonrakı etirazlarına məhəl qoymamışlar. O, əməliyyat otağının qabağında durub oğlunun əməliyyata gətiriləcəyini gözləmişdir. Lakin, oğlu əməliyyat otağında deyil, kifayət qədər xəstəsi olan palatada gizli şəkildə əməliyyat edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, Cavid xx.xx.2017-ci il tarixdə saat 16:30 radələrində vəfat etmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli aktında Cavidin ölümünə səbəb sağ bazunun irinli iltihabı (absesləşmiş fleqmonası) və orqanizmin ümumi intoksikasiyası olması göstərilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixli komission məhkəmə tibbi ekspertizası keçirilərək rəy verilmişdir. Aparılmış araşdırma nəticəsində Cavidin ölümündə həkim səhvinin olmaması müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, oğlu Cavid həkimlərin səhlənkarlığı nəticəsində ölmüş və bunun səbəblərini şəxsən araşdırmaq istəmişdir. Buna görə də o, cavabdehə müvafiq suallarla müraciət etmiş və həmin suallara peşəkar cavabların verilməsini istəmişdir. Lakin cavabdeh onun müraciətinə mahiyyəti üzrə cavab verməmiş, qeyri-peşəkar, məzmunsuz bir məktub göndərmişdir. Belə ki, cavabdeh xx.xx.2018-ci il tarixli məktubunda onun müraciətində göstərdiyi suallara Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən cavab verildiyini qeyd etmişdir. O, öz konstitusion hüququndan istifadə edərək, dövlət orqanında müraciət etmişdir, institut isə ona verilmiş səlahiyyətlərindən istifadə edərək, qanunvericiliklə üzərinə qoyulmuş vəzifəsinin icra etməmiş, onun müraciətinə mahiyyəti üzrə cavab verməmişdir. Cavabdeh iddiya etiraz edərək bildirir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə oğlu Cavidin ölümündən sonra X2 müraciət edərək, bir sıra suallara elmi cəhətdən cavab verilməsini xahiş etmişdir. Bu suallardan bəziləri ümumi xarakter daşıyır və birmənalı cavaba malik deyildir, digərləri isə müəyyən konkret sahədə xüsusi elmi tədqiqatların aparılmasını tələb edir. Bu tip sualların cavablandırılması üçün məhkəmə tibbi ekspertizası mövcüddur və məsələ ilə bağlı araşdırmalar artıq aparılmış, müvafiq məlumatlar iddiaçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuşdur. İnstitut bu sahədə kompetent ekspert komissiyası tərəfindən iddiaçının qeyd etdiyi sualları cavab verildiyinə görə, onun nəticələrini yenidən sadalamamış və xx.xx.2018-ci il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçının məktubunda göstərilmiş suallara müvafiq ekspert komissiyası tərəfindən cavab verilmişdir. İddiaçının qoyduğu suallara Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ekspert Komissiyası və ya Məhkəmə Tibbi Ekspertizası cavab vermək səlahiyyətinə malikdir. İddiaçı suallarına digər məzmunlu məktubla cavab verilməsini İnstitutdan tələb edə bilməz. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9627/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7952/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşin mübahisə edilməyən hallarına görə iddiaçının oğlu, 1993-cü il təvəllüdlü İmanlı Cavid sağ çiyin nahiyəsində olan ağrılarla bağlı xx.xx.2017-ci ildə Bakı şəhəri 3 saylı şəhər klinik xəstəxanasına müraciət etmişdir. xx.xx.2017-ci il tarixdə saat 16:30-da C.İmanlı həmin xəstəxanada vəfat etmişdir. İddiaçı prokurorluğa şikayət edərək oğlunun ölümünün həkimlərin səhvi nəticəsində baş verdiyini qeyd etmişdir. İlkin olaraq Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmiş, iddiaçının şikayəti əsasında həmin qərar məhkəmə tərəfindən ləğv edilmiş, yenidən cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı həmin qərardan da şikayət vermiş, Bakı şəhər prokurorunun müavininin qərarı ilə Sabunçu rayon Prokurorluğunun qərarı ləğv edilmiş, əlavə araşdırma aparılması Bakı şəhər X3 həvalə olunmuşdur. Bakı şəhər Prokurorluğunun qərarı ilə cinayət işinin başlanması yenidən rədd edilmiş və iddiaçı həmin qərardan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət vermiş və sonuncunun qərarı ilə Bakı şəhər Prokurorluğunun qərarı ləğv edilmişdir. Bundan başqa o da mübahisə olunmur ki, iddiaçı oğlu Cavidin ölümü ilə bağlı onu maraqlandıran 7 suala cavab verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli məktubla iddiaçıya “burada qaldırılan bütün suallar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən cavablandırılmışdır” məzmununda cavab vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Həmin Qanunun 7.7-ci maddəsinə əsasən vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. Qanunun 12.2-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddiaçının müraciətinə cavabdeh tərəfindən əsaslandırılmış cavab verilməli və ya həmin suallar cavabdehin səlahiyyətinə aid deyilsə iddiaçının aidiyyəti üzrə müraciət etməli olduğu subyekt göstərilməli idi. Lakin cavabdeh müraciətdə nəzərdə tutulmuş bütün sualların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən cavablandırıldığını əsas gətirərək sualları cavablandırmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdeh öz məktubunda iddiaçının müraciətindəki sualların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən cavablandırıldığını vurğulasa da, iş materiallarından görünür ki, həmin komissiya tərəfindən verilmiş rəydə iddiaçının müraciətindəki suallara cavab verilməmiş, yalnız ölüm faktı ilə aparılmış müalicə arasında səbəbli əlaqənin olub-olmaması müəyyənləşdirilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3088/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı yazılı müraciətinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət X4 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 308/5 nömrəli cavab məktubu qanunsuz hesab edilsin. İddiaçı müraciətinə mahiyyəti üzrə rəsmi cavab verilməsi vəzifəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət X2 həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar