Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2753/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı və Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci və 34-cü maddələrinin pozulduğu faktının tanınması və mənəvi zərər» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4647/2020 saylı qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci və 34-cü maddələrinin pozulduğu faktının tanınması və mənəvi zərər tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 4647/2020 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən iddia tələbləri iki fiziki şəxs (İddiaçı və Vəkil) tərəfindən irəli sürülmüş, eyni zamanda iddiaçılardan Vəkil digər iddiaçının nümayəndəsi (vəkili) kimi iştirak etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 4647/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbləri təmin olunmamış, iddiaçılar qətnamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti məhz İddiaçı nümayəndəsi kimi Vəkil tərəfindən imzalanmışdır. Belə olan halda isə, apellyasiya şikayətindən şikayətin hər iki iddiaçı tərəfindən verilməsi, yoxsa yalnız İddiaçı tərəfindən verilməsi aydın deyildir. Eyni zamanda, apellyasiya şikayətində iddianın tam təmin olunması xahiş edilmişdir (əgər hər iki iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdirsə, o zaman iddiaçı Vəkil şikayəti müstəqil iddiaçı kimi həm öz adından, həm də digər iddiaçının nümayəndəsi kimi sonuncunun adından imzalaya bilər). Göründüyü kimi, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmişdir. Apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunaraq, şikayəti vermiş şəxs(lər)in dairəsinin dəqiq müəyyən olunması apellyasiya baxışının həddi baxımından da zəruridir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci və 34-cü maddələrinin pozulduğu faktının tanınması və mənəvi zərər» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4647/2020 saylı qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2753/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2753/2021
28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver