Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2759/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh Cavabdeh1 Fəxrəddı̇ n oğlunun iştirakları ilə, İddiaçı "İddiaçı" Siğorta Şı̇ rkəti Açiq Səhmdar Cəmı̇ yyətinin ċavabdehlər Cavabdeh1 Fəxrəddı̇ n oğlu və Əlı̇ yev Zahı̇ d Vəlix oğluna qarşı "subroqasiya qaydasında pul tələbi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3864/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “xxxx” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1800 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 1830,40 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yeni Günəşli qəsəbəsində hərəkət edərkən yol hərəkəti qaydasını pozaraq X1 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “xxxx” markalı, **-RN-*** dövlət qeydiyyat nışanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “Mercedes Benz” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdir. Hətta həmin sığorta şəhadətnaməsi mövcud olsa da belə, həmin şəhadətnamə icbari sığortalar haqqında sistemə işlənməmişdir. İcbari sığortalar haqqında Qanunun 25-ci maddəsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki, həmin Qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhərİ DİN BDYPİ AYP 243200 saylı X8 Protokolunda öz əksini tapmışdır. Zərərin qiymətləndirməsinə dair “xxxx” MMC-nin təqdim etdiyi akta uyğun olaraq, “xxxx” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2100 manat zərər təyin edilmişdir. MİP-116318-B05 saylı sığorta müqaviləsinin 2912/2012 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 300 manat azad olma məbləği çıxmaqla 1800 manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1800 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3864/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bayramov X3 Benz markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili təqdim etdiyi AA437608 saylı sığorta şəhadətnaməsinin surəti ilə icbari qaydada sığorta etdirmişdir, lakin məhkəmənin bu mülahizəsi düzgün olmamışdır. Belə ki, AR MPM-nin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi, məhkəmənin cavabdeh tərəfindən təqdim edilən sənədin nə əsli, nədə ki lazımi qaydada təsdiq olunmuş surəti olmadığı təqdirdə surət olan vərəqə sübüt kimi qiymət verməsi prosessual hüquq normasının tələbini pozmuşdur. İş materiallarında olan inzibati tənbeh vermək haqqında qərara əsasən məhz Cavabdeh1 barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Cavabdehlərin icbari sığorta şəhadətnaməsinin olmaması faktı (qanunvericilikdə lazımı qaydada sistemdə mövcud olması nəzərdə tutulur) is mataeriallarında olan müvafiq İSB sistemindən çıxarışla da sübut olunmuşdur. Həmçinin, Cavabdeh1 təqsirli olaraq zərər vurdquna görə (hərəkət) və Cavabdeh2 avtomobili icbari sığorta qaydasında sığorta etdirmədiyinə görə (hərəkətsizlik) vurulmuş ziyana görə birgə qaydada mülki məsuliyyətləri yaranır. Belə ki, Cavabdeh2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, nəqliyyat vasitəsi satılmışdır. Lakin hüquqi cəhətdən onun nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ saxlanılmışdır və nəqliyyat vasitəsi satılsa da, o, öz növbəsində onu icbari qaydada nəqliyyat vasitəsini sığorta etdirmək hüququndan azad etməmişdir. Bu faktlar da məhkəmənin diqqətindən yayındığı üçün məhkəmə isin bu kimi faktiki hallarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Fəxrəddı̇ n oğlu etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Əlı̇ yev Zahı̇ d Vəli oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “xxxx” markalı **-RN-*** dövlət qeydiyyat nışanlı avtomobil sığortalamışdır. İş materiallarına əlavə olunmuş ABN seriyalı 598662 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “xxxx” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X2r. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində X1 məxsus “xxxx” markalı, ** RN *** dövlət qeydiyyat nışanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. İş materiallarında olan sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilə maddi ziyanın vurulması müəyyən edilmiş və 1800 manat sığorta məbləği hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 1800 (bir min səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan AYP № 243200 saylı xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan ƏN-İİ № 651257 saylı etibarnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Cavabdeh2 məxsus “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməyi və digər səlahiyyətləri Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən İddiaçı Sığortaya ünvanlanmış məktubundan müəyyən olunur ki, “Mercedes Benz” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş AA 437608 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 məxsus “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə kimi«xxxx» Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta olunmuşdur. İşin araşdaralın halları və tərəflərin verdikləri izahatlarla mübahisəsiz qaydada müəyyən edilir ki, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Yeni Günəşli qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz” markalı **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobillə X1 məxsus “xxxx” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya məxsus avtmobilə ümumilikdə, 2100 manat ziyan dəymişdir. Həmin sığorta hadisənin baş verməsində təqsirli Cavabdeh1 olmuşdur. Hadisə baş verən vaxt X1 məxsus “xxxx” markalı avtomobil İddiaçı SŞ ASC tərəfindən sığortalı olmuş və Şirkət tərəfindən sığortalı X1 1800 manat sığorta ödənişi edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Belə ki “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 20.6-cı maddəsinə görə, sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Həmin Qanunun 23.1.6-ci maddəsinə görə sığortaçı sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. Həmin Qanunun 63.5-ci maddəsinə görə, bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Həmin Qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində (subroqasiya hüququnun yaranması halları) nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarsı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin o halına əsaslanmışdır ki, sığorta hadisəsi baş verən zaman Cavabdeh1 idarə etdiyi “Mercedes Benz” markalı **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən işin hallarını düzgün müəyyən etməmiş, sübutlara düzgün qiymət verməmişdir. Belə ki, cavabdeh onun idarə etdiyi avtomobilin «xxxx» Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta olunduğunu bildirərək, sübut qisəmində məhkəməyə AA 437608 saylı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnaməsinin surətini təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa, cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatla da müəyyən edilir ki, onun sübut qismində təqdim etdiyi «xxxx» Sığorta Şirkəti ASC ilə bağlanmış sığorta şəhadətnaməsi icbari sığortalar üçün Qanunla nəzərdə tutulmuş informasyia ehtiyatında mövcud olmamışdır. “İcbari sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 8.1-1-ci maddəsinə görə icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Beləliklə, müəyən edilir ki, cavabdeh x oğlunun mülkiyyətində olmuş və hadisə baş verən vaxt digər Cavabdeh1 etibarnamə əsasında sahibliyində olan və onun idarə etdiyi “Mercedes Benz” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2012-ci il tarixdə sığorta hadisəsi baş verən vaxt “İcbari sığortalar haqqında” Qanunun tələblərinə uyğun surətdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası mövcud olmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini digər cavabdeh Əlı̇ yev Zahı̇ d Vəli oğluna münasibətdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, avtombilin mülkiyyətçisi olmuş Əlı̇ yev Zahı̇ d Vəli oğlu “Mercedes Benz” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil i notarial qaydada verilmiş etibarnamə əsasında digər cavabdeh Əlı̇ yev Zahı̇ d Vəli oğluna etibar etmişdir. Azərbaycan Respublikasıü Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, “Mercedes Benz” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi Əlı̇ yev Zahı̇ d Vəli oğlunun sahibliyindən qanuni əsaslarla çıxmışdır. Ona görə də, həmin avtomobillə yetirilmiş zərərə görə onun mülki məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T ET D İ : İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3864/2020 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Sığorta Şirkətində sığortalanmış “xxxx” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1800 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 1830,40 manat Cavabdeh1 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilsin. Qətnamə qalan hissədə (digər cavabdeh x oğluna münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2759/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2759/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver