Məhkəmə qərarları › İş №2(103)-276/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-276/2021

12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-276/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, onun və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Səfərov Siyafət Səfərəli oğlunun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-268/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Süleyman Rüstəm küç., 59 saylı evin 107 saylı mənzilinə dəymiş 500.000 manat maddi, 500.000 manat mənəvi zərəri və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC cavabdehlər İddiaçı1, İddiaçı2, X7, X9 və X5 qarşı qarşılıqlı iddia ərizəsi, qarşılıqlı iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 59 nömrəli evin 107 nömrəli mənzilinin "Cavabdeh” MMC tərəfindən sökülməsi; İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 59 nömrəli evin 107 nömrəli mənzilin əvəzinə ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 115,2 kv. metr ümumi sahəsi olan təmirli, yeni mənzilin X1 xüsusi mülkiyyətinə verilməklə əvəzləşdirilməsi; yeni mənzillə təmin edilənədək Cavabdeh MMC tərəfindən İddiaçı1 hər ay 500 manat kirayə haqqı ödənilməsi; cavabdehlər İddiaçı2, İddiaçı1, X7, X8 və X6 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 59 nömrəli evin 107 nömrəli mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-268/2020 nömrəli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvandakı daşınmaz əmlak və qanunsuz əlavə tikililərin Cavabdeh MMC tərəfindən sökülməsi, İddiaçı1 mülkiyyətində olan ünvan 2 əvəzinə ünvan 1 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 115,20 kv.m ümumi sahəsi olan təmirli, yeni mənzil İddiaçı1 xüsusi mülkiyyətinə veriməklə əvəzləşdirilməsi, yeni mənzillə təmin edilənədək Cavabdeh MMC tərəfindən İddiaçı1 hər ay 500 manat kirayə haqqı ödənilməsi, cavabdehlər İddiaçı2, İddiaçı1, X2, X4 və X6 ünvan 2-dən çıxarılması qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçılar birgə apellyasiya şikayəti vermişlər. Apellyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, onun və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Səfərov Siyafət Səfərəli oğlunun nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin predmetinə görə: Cavabdeh” MMC Səfərov Siyafət Səfərəli oğlunun mülkiyyətində olan ünvan 2-nin əvəzi olaraq həmin ünvanda inşa edilən yaşayış binası N 4-də ümumi sahəsi 148,9 m2 təmirsiz mənzil və 35000(otuz beş min) manat məbləğində kompensasiya ödəyir. İddiaçı1 oğlu mülkiyyətində olan ünvan 2 sökülməsinə icazə verir. Aralarında mübahisə yoxdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, onun və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Səfərov Siyafət Səfərəli oğlunun nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə idə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-268/2020 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, onun və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Səfərov Siyafət Səfərəli oğlunun nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. Cavabdeh MMC Səfərov Siyafət Səfərəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 59 nömrəli evin 107 nömrəli mənzilinin əvəzi olaraq həmin ünvanda inşa edilən yaşayış binası N 4-də ümumi sahəsi 148,9 m2 təmirsiz mənzil və 35000(otuz beş min) manat məbləğində kompensasiya ödəyir;

2. İddiaçı1 oğlu isə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 59 nömrəli evin 107 nömrəli mənzilinin sökülməsinə icazə verir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-268/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Cavabdeh məhdud məsuliyyətli cəmiyyətdən iş üzrə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına və qiymətləndiricinin xidmət haqqı 600 (altı yüz) manat alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ**********6792716216 "xxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar