Məhkəmə qərarları › İş №2(103)-2770/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2770/2020

04.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2770/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X14 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı Məmmədov Nərı̇ man Əlı̇ əkbər oğlunun, Cavabdeh “X2 Mərkəzi” MMC-nin qanuni təmsilçisi X5, Cavabdeh “xxxx” ASC-nin (əvvəlki adı Cavabdeh2 İKB ASC) nümayəndəsi X15 iştirakı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-3111/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC (əvvəlki adı Cavabdeh2 İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X2 Mərkəzi” MMC-yə, Cavabdeh2 İKB ASC-yə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X2 Mərkəzi” Hərracın nəticələri haqqında Y-127/1 nömrəli protokolun etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə iddiaçı Cavabdeh2 İKB ona, X9, X10, Məmmədova \/üsalə Üzeyir qızına və X11 qarşı iddia ilə məhkəməyə müraciət edərək ondan xx.xx.2014-cü il tarixli 24-G-1-0-794-14 nömrəli kredit müqaviləsi üzrə 20604 manat məbləğində əsas borcun, 3990 manat məbləğində faiz borcunun, 6182 manat məbləğində dəbbə pulunun borcunun, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manatın, 20 manat məbləğində xidmət haqqının, habelə məhkəməyə iddia ilə müraciət edilməsi üçün dövlət rüsumu ödənilmiş 30 manatın tutulmasına, tutmanın cavabdehlər İddiaçı və X9 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi küçəsində” yerləşən 2 nömrəli evin, 3 nömrəli mənzilinə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına, hərracda ilkin satış qiymətin 48000 manat məbləğində müəyyən edilməsinə, satışda əldə olunan məbləğin iddiaçıya ödənilməsinə, həmin mənzildən cavabdehlər İddiaçı, X9, X10, Məmmədova Vüsalə Üzeyir qızına və X6 istifadə hüquqlarına xitam verilməklə, onların mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi qismən təmin edilmiş və qətnamə çıxarılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 nömrəli evin, 3 nömrəli mənzilin açıq hərracdan ilkin satış qiyməti 55000 manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi tam ödənildikdən sonra satışda qalan məbləğ İddiaçı qaytarılması qət edilmişdir. Bundan sonra o, apellyasiya şikayəti və Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Sonra qardaşı X13 apellyasiya şikayəti və Ali Məhkəməyə şikayət vermişdir. Bu müddət ərzində icra və hərrac dayandırılmışdır. xx.xx.2019-cu il tarixdə onların ünvanına 2-ci hərracın xx.xx.2019-cu il tarixdə keçirilməsi barədə bildiriş daxil olmuşdur. O, xx.xx.2019-cu il tarixdə hərraca gəlib 1-ci hərracın keçirilməsi barədə məlumat almaq istəmiş və həmin işlə bağlı olaraq materialın Ali Məhkəmənin icraatında olduğundan və yekun qərar qəbul edilmədiyindən dayandırma barədə məktub təqdim etmişdir. Həmin tarixdə hərrac rəsmi olaraq dayandırılmış və onlara hərracın keçirilməsi barədə bildiriş göndəriləcəyi bildirilmişdir. Bundan sonra onlar heç bir bildiriş almamışlar və xx.xx.2019-cu il tarixdə Suraxanı rayon İcra və Probasiya şöbəsinin əməkdaşları yaşadığı ünvana qanunsuz gələrək mənzil artıq Cavabdeh2 İKB satıldığını bildirmişlər. O, icra şöbəsinə gəlib bildirmişdir ki, hərracın keçirilməsi dayandırılıb və hərracın birinci mərhələsi keçirilmədən ikinci mərhələ keçirilə bilməz. Hərracın keçirilmə qaydası var, o, həmin hərracda iştirak etməlidir və onun üstün alıcılıq hüququ var. O, “X2 Mərkəzi”nin yerləşdiyi (Yasamal rayonu, C.Cabbarlı küçəsi, 44) ünvana getmişdir. Orda kompyutorda nə 1-ci, nə də 2-ci hərracın keçirilməsi barədə məlumat yox idi. Orada dayandırılma işarəsi var idi. O, hərracın keçirilməsi barədə protokol və akt tələb etmiş, belə bir protokolun və aktın olmadığını bildirmişlər. O, xx.xx.2019-cu il tarixdə rəsmi ərizə ilə müraciət edərək hərracın keçirilməsi barədə protokol və akt tələb etmiş və xx.xx.2019-cu il tarixdə ona X2 Mərkəzi hərracın xx.xx.2019-cu il tarixli nəticələri haqqında protokol təqdim etmişlər, halbuki əvvəlki 7-8 oktyabr tarixlərində ona belə bir protokolun və aktın mövcud olmadığını bildirmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-3111/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı məxsus olmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin, 3 saylı mənzilə dair keçirilmiş hərrac və həmin hərraca dair tərtib edilmiş hərracın nəticələri haqqında Y-127/1 saylı protokolun etibarsız hesab edilməsi və həmin hərracın hüquqi nəticələrinin ləğv edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxx” ASC (əvvəlki adı Cavabdeh2 İKB ASC) tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-3111/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğuna görə, aşağıdakı əsaslarla ləğv edilməli, İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnamədə göstərir ki, “...Hərrac mərkəzi tərəfindən ilkin hərrac xx.xx.2019-cu il tarixə təyin edilsə də və bu barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilsə də, tərəflərə bildirişlərin göndərilməsi və onlar tərəfindən həmin bildirişlərin alınmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilə bilməmişdir. xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərrac baş tutmadığı üçün təkrar hərrac xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Təkrar hərrac barədə tərəflərə göndərilən bildirişlər onlara çatdırılmışdır. Lakin təkrar hərrac xx.xx.2019-cu il tarixə təyin edilsə də, hərrac mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə hərracın dayandırılması barədə 046 № protokol tərtib edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Hərracın dayandırılması barədə iddiaçıya məlumat verildikdən sonra hərrac mərkəzi hərracın dayandırılması barədə xx.xx.2019-cu il tarixli protokolu ləğv etmiş və xx.xx.2019-cu il tarixdə təkrar hərrac keçirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bu hərəkətləri onunla izah etmişdir ki, iddiaçı tərəfindən onlara təqdim edilmiş məktub köhnə və əvvəlki hərracın dayandırılması ilə bağlı olmuşdur. Bu səbəbdən də həmin halı aşkar etdikdən sonra onlar tərəfindən hərracın dayandırılması barədə xx.xx.2019-cu il tarixli 046 saylı protokol ləğv edilərək hərrac keçirilmiş, lakin hərracın dayandırılması barədə qərarın ləğv edilməsi və hərracın təyin olunmuş vaxtda keçiriləcəyi barədə iddiaçıya məlumat verilməmişdir. Hərracın dayandırılması barədə xx.xx.2019-cu il tarixli protokolda həmin hərracın Suraxanı rayon İcra və probasiya şöbəsinin 18-2485 saylı xx.xx.2019-cu il tarixli məktubu əsasında dayandırılması göstərilsə də, sonradan məlum olmuşdur ki, belə bir məktub yoxdur, təqdim edilmiş məktub isə əvvəl dayandırılmış hərracla bağlıdır. Hərrac Mərkəzi tərəfindən hərracın dayandırılmasının ləğv edilməsi əsaslı olsa da, bu barədə iddiaçıya da məlumat verilməli idi. Lakin cavabdeh hərracın dayandırılmasının ləğv edilməsi barədə iddiaçıya məlumat verilməmiş və bu səbəbdən iddiaçı hərracın davam etdirilməsi və təkrar hərracın keçirilməsini bilməmişdir. Yəni hərrac təşkilatı hərracın dayandırılmasının ləğv edilməsi barədə iddiaçıya məlumat verilmədiyi üçün, iddiaçı təkrar hərracda iştirak etməmiş və bununla da onun hüquqları pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, hərrac mərkəzi tərəfindən təkrar hərrac qanuni əsaslarla keçirimiş hesab edilə bilməz...” Lakin, xxxx İKB ASC-nin hərracın və hərracın nəticələri haqqında Y-127/1 saylı protokolun etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. xxxx İKB ASC hərracın keçirilməsi ilə bağlı müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilmiş, hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən, hərracın nəticələri haqqında protokol etibarsız hesab edilə bilməz. Bundan başqa, qeyd olunmalıdır ki, İddiaçı bütün məhkəmə proseslərindən məlumatı olmuşdur. Hakim özüdə qətnamdə qeyd edir ki, xx xxxxx 2019-cu il tarixinə təyin edilmiş hərrac barədə iddiaçının məlumatı olmuşdur. Bildirişlər ona çatdırılmışdır. Tərəf məhkəmədə qeyd edir ki, hərracın dayandırılması barədə məlumat ona qeyri-rəsmi şəkildə çatdırılmışdır. Lakin bu məlumatı təsdiq edən hər-hansısa sənədi məhkəməyə təqdim etməmişdir. Qanunda hərracın keçirilməsinin dayandırılması ilə bağlı və ya dayandırılmanın ləğvi ilə bağlı hərhansı bildirişin və ya məlumatın tərəfə göndərilməsi nəzərdə tutulmamışdır. Bu hal “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi üçün əsasdır. Eyni zamanda məhkəmə kollegiyasının diqqətinə bir məsələni də çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam deyil və anlaşılmazdır. Yəni, “xxxx” İKB ASC-nin hərracın nəticələri haqqında protokolun etibarsız hesab edildikdən sonrakı hərəkətlər, əmlakın yenidən qiymətləndirilib-qiymətləndirilməməsi, yaxud hansısa qiymətlə yenidən hərracın keçirilməsi və sair bu kimi hallar qətnamə ilə müəyyən edilməmişdir. Bu isə birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin icrası zamanı anlaşılmamazlıqlara səbəb ola bilər. Həmçinin bu hal iş üzrə qüvvədə olan digər məhkəmə qətnaməsinin də icrasına maneə olacaq. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Göründüyü kimi, məhkəmə İddiaçı iddia tələbini təmin etməkdə haqlı olmamış və qərar qəbul edərkən səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 İKB-nin nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Məmmədov Nərı̇ man Əlı̇ əkbər oğlu apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasnı xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, onun ilkin hərracın 2019-cu ilin mart ayının 19-da keçirilməsindən xəbəri olmamışdır. Bu bardə onlara hər hansı bildirişlər göndərilməmişdir. Aprel ayının 16-na təyin edilmiş təkrar hərrac barədə bildiriş alan kimi hərrac mərkəzinə gedib icra şöbəsinin hərracın dayandırılması barədə məktubunu onlara təqdim etmiş və hərrac mərkəzi təkrar hərracın keçirilməsindən 1 həftə qabaq–xx.xx.2019-cu il tarixdə hərracın dayandırılması barədə qərar qəbul etmiş və bu səbəbdən onlar ehsab etmişlər ki, təkrar hərrac keçirilməyəcəkdir. Məhkəmə araşdırması zamanı onlara məlum olmuşdur ki, hərrac mərkəzi xx.xx.2019-cu il tarixli dayandırma qərarını ləğv etmiş, lakin təkrar hərracın elan edilmiş vaxtda keçiriləcəyi barədə onlara məlumat verilməmişdir. Onlar belə güman etmişlər ki, təkrar hərrac keçirilməyəcəkdir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X2 Mərkəzi” MMC-nin qanuni təmsilçisi X16 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı “X2 Mərkəzi” MMC-nin əvvəlki rəhbərinə yaxınlaşmış, onlar arasında hansısa danışıq olduqdan sonra, hərracın dayandırılması barədə xx.xx.2019-cu il tarixli 046 saylı protokol hərrac işinə süni olaraq əlavə edilmiş, gözdən pərdə asmaq xarakteri daşımışdır. xx.xx.2019-cu il tarixli protokolda həmin hərracın Suraxanı rayon İcra və probasiya şöbəsinin 18-2485 saylı xx.xx.2019cu il tarixli məktubu əsasında dayandırılması göstərilsə də, sonradan məlum olmuşdur ki, belə bir məktub yoxdur. İddiaçı izahatında qeyd edir ki, həmin məktubu hərrac mərkəzinə özü təqdim edib. İcra məmurunun dayandırma ilə bağlı məktubu xx xxxx 2018-ci il tarixdə, 18-2485 saylı olmuşdur. Bundan sonra, İcra məmuru xx.xx.2019-cu il tarixdə hərracın keçirilməsi barədə Sifariş göndərmişdir. Dayandırma ilə bağlı heç bir məktub olmamışdır. Göründüyü kimi, “X2 Mərkəzi” MMC-nin əvvəlki rəhbərinin iddiaçı ilə yaxın münasibəti olduğu üçün, xx.xx.2019-cu il tarixli 046 saylı protokol işə əlavə olunmuşdur. Əgər həmin protokol həqiqi idisə, digər tərəflərə və icra məmuruna da göndərilməli idi. Bu hallar iş materialları ilə müəyyən olunmur. Birinci hərracla bağlı bildirişlər olub, lakin həmin bildirişlər iş materiallarından çıxarılıb, qəzet məlumatları var. xx.xx.2019-cu il tarixə təyin edilmiş ikinci hərracla bağlı xəbərdarlıq qəbzləri və qəzet məlumatları da vardır. İkinci hərrac baş tutmadığı üçün, ipoteka predmetinin alınması tələbkara təklif olunmuşdur. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin, qətnamə ləğv olunaraq, iddia rədd olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-3111/2019 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1129/2017 saylı xx.xx.2017-ci il tarixli qərarın kserosurətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-451/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, İddiaçı 20.604 manat məbləğində əsas, 2790 manat faiz, 50 manat dəbbə pulu borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq Cavabdeh2 İKB-yə ödənilməsi, qeyd olunan məbləğlərin ödənişinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 nömrəli evin 3 nömrəli mənzilinin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, həmin mənzilin açıq hərracda ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin İddiaçı qaytarılması, mənzil satıldıqda İddiaçı, X7, X3 və Məmmədova Vüsalə Üzeyir qızının mənzili ən geci 1 ay ərzində tərk etmələri, qeyd olunan müddətdə mənzili könüllü olaraq tərk etməyəcəkləri təqdirdə onların məcburi qaydada çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2016-cı il tarixli, 2(103)- 6907/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi İddiaçı, X9 və Məmmədova Vüsalə Üzeyir qızına münasibətdə və onların mübahisələndirdiyi hissələrdə - “əsas borcun 20.604 manatmüəyyənləşdirilməsi”, habelə “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzili satıldıqdan sonra cavabdehlərin həmin mənzili ən geci 1 ay ərzində tərk etmələri, könüllü olaraq tərk etməyəcəkləri təqdirdə məcburi qaydada çıxarılmaları” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı, X7 və Məmmədova Vüsalə Üzeyir qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Suraxanı rayon İcra Şöbəsi tərəfindən X18 Keçirilən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli sifarişin kserosurətindən görünür ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 nömrəli evin 3 nömrəli mənzilinin hərracda satılması barədə sifariş göndərilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon icra şöbəsinə, tələbkar Cavabdeh2 İKB-yə, borclular İddiaçı, X9, X8, Məmmədova Vüsalə Üzeyir qızına göndərilmiş xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli bildirişlərdən görünür ki, onlara Suraxanı rayon İcra Şöbəsinin xx/xx-7389s saylı xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzilinin ilkin satış qiyməti 55.000 manata satılması ilə bağlı xx.xx.2016-cı il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon icra şöbəsinə, tələbkar Cavabdeh2 İKB-yə, borclular İddiaçı, X9, X8, Məmmədova Vüsalə Üzeyir qızına göndərilmiş xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, onlara Suraxanı rayon İcra Şöbəsininxx/xx-7389s saylı xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzilinin satış qiyməti 46.750 manata satılması ilə bağlı xx.xx.2016-cı il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin X9, X8, Məmmədova Vüsalə Üzeyir qızına göndərilməsi barədə poçt qəbzlərindən görünür ki, onlara göndərilmiş məktublar geri qaytarılmışdır. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı təqdim edilməsi barədə poçt qəbzindən görünür ki, ona hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə Suraxanı rayon İcra Şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli xx/xx-10256 saylı məktubun kserosurətindən görünür ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-451/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclular İddiaçı, X17, X13 və Məmmədova Vüsalə Üzeyir qızı məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verdiyindən Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı qəbul olunanadək açıq hərracın keçirilməsini müvəqqəti olaraq dayandırılmasını xahiş olunmuşdur. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş hərracın dayandırılması barədə 045 Noli, xx.xx.2016-cı il tarixli protokolun kserosurətinə əsasən Suraxanı rayon İcra Şöbəsinin xx/xx- 10256 saylı, xx.xx.2016-cı il tarixli məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzilin satılması ilə bağlı hərrac dayandırılmışdır. İş üzrə Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X2 mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli 18-1074 saylı məktubun kserosurətindən görünür ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-451/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 2 nömrəli evin 3 nömrəli mənzilinin satılması üçün başlanmış hərracın davam etdirilməsi xahiş olunur. Sözügedən mənzilin ilkin satış qiyməti məhkəmə tərəfindən 55.000 manat məbləğində müəyyən edilmişdir və hərracın baş tutması üçün xx.xx.2016-cı il tarixdə X18 keçirən “xxxx” MMC-nə xx/xx-7389 saylı məktubla sifariş göndərilmişdir. Sonradan borclu İddiaçı məhkəmə qərarını mübahisələndirdiyindən hərracın keçirilməsinin müvəqqəti dayandırılması üçün Hərrac Mərkəzinə rəsmi məlumat verilmişdir. Artıq yekun məhkəmə qətnaməsi qəbul edildiyindən hərracın keçirilməsini davam etdirib nəticəsi barədə məlumat verilməsini xahiş olunmuşdur. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon icra şöbəsinə, tələbkar Cavabdeh2 İKB-yə, borclular İddiaçı, X9, X8, Məmmədova Vüsalə Üzeyir qızına göndərilmiş xx.xx.2018-cı il tarixli və xx.xx.2018-ci il tarixli bildirişlərdən görünür ki, onlara Suraxanı rayon İcra Şöbəsinin xx/xx- 7389s saylı xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzilinin ilkin satış qiyməti 55.000 manata satılması ilə bağlı xx.xx.2018-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı, X9, X8, Məmmədova Vüsalə Üzeyir qızına təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, onlara hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə Suraxanı rayon İcra Şöbəsi tərəfindən “X2 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli 18-2485 saylı məktubun kserosurətindən görünür ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-451/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra edilməsi üçün xx.xx.2018-ci il tarixdə “X2 Mərkəzi” MMC-nə göndərilmişdir. Borclular İddiaçı, X17, X13 və Məmmədova Vüsalə Üzeyir qızı məhkəmə qərarından BakıApellyasiya Məhkəməsinə şikayət verdiyindən Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı qəbul olunanadək açıq hərracın keçirilməsini müvəqqəti olaraq dayandırılmasını xahiş olunmuşdur. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş hərracın dayandırılması barədə 024 Noli, xx.xx.2018-ci il tarixli protokolun kserosurətinə əsasən Suraxanı rayon İcra Şöbəsinin 18-2485 saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzilin satılması ilə bağlı hərrac dayandırılmışdır. İş üzrə Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X2 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli 18-105956-1 saylı məktubun kserosurətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsi, 2 saylı evin, 3 saylı mənzilinin hərracda satılması barədə sifariş göndərilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon icra və probasiya şöbəsinə, tələbkar Cavabdeh2 İKB-yə, borclular İddiaçı, X9, X8, Məmmədova Vüsalə Üzeyir qızına göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara Suraxanı rayon İcra Şöbəsinin xx/xx-7389 saylı xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzilinin satış qiyməti 46.750 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı, X9, X8, Məmmədova Vüsalə Üzeyir qızına təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, onlara hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş materiallarından olan qəzet məlumatlarından görünür ki, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli hərraclarla bağlı məlumatlar verilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş hərracın dayandırılması barədə 046 Noli, xx.xx.2019-cu il tarixli protokolun kserosurətinə əsasən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 18-2485 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzilin satılması ilə bağlı hərrac dayandırılmışdır. İş materiallarından xx.xx.2019-cu il tarixli, 415 saylı bildirişdən görünür ki, ikinci hərrac baş tutmadığından, xx.xx.2019-cu il tarixədək əmlakı almaq Cavabdeh2 İKB-yə təklif olunmuşdur. İş üzrə “X2 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli Y-127/1 No-li protokolun kserosurətinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-451/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrası ilə əlaqədar Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 18-105956-1 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzili ilkin satış qiyməti 50.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 35.062 manata Cavabdeh2 İKB ASC-yə satılmışdır. Kollegiya iş üzrə sübutlara qiymət verərək qeyd edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-451/2016 saylı qətnaməsi ilə İddiaçı 20.604 manat məbləğində əsas, 2790 manat faiz, 50 manat dəbbə pulu borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq Cavabdeh2 İKB-yə ödənilməsi, qeyd olunan məbləğlərin ödənişinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 nömrəli evin 3 nömrəli mənzilinin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, həmin mənzilin açıq hərracda ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin İddiaçı qaytarılması, mənzil satıldıqda İddiaçı, X12, X3 və Məmmədova Vüsalə Üzeyir qızının mənzili ən geci 1 ay ərzində tərk etmələri, qeyd olunan müddətdə mənzili könüllü olaraq tərk etməyəcəkləri təqdirdə onların məcburi qaydada çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və ev açıq hərracdan satılması üçün “X2 Mərkəzi” MMC-yə təqdim edilmişdir. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli məktublara əsasən borclular tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə bağlı “X2 Mərkəzi” MMC tərəfindən xx.xx.2016-cı il tarixdə və xx.xx.2018-ci il tarixdə hərracın dayandırılması barədə iki protokol tərtib olunmuşdur. İş üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə mübahisəli mənzilin satılması üçün başlanılmış hərracın davam etdirilməsi barədə Hərrac Mərkəzinə sifariş məktubu göndərilmişdir. Həmin məktub əsasında hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi davam etdirilmiş və ilkin hərrac xx.xx.2019-cu il tarixə təyin edilmiş, həmin hərrac baş tutmadığından, ikinci hərrac xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, hərrac mərkəzi tərəfindən ilkin hərrac xx.xx.2019-cu il tarixə təyin edilsə də və bu barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilsə də, tərəflərə bildirişlərin göndərilməsi və onlar tərəfindən həmin bildirişlərin alınmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilə bilməmişdir. xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərrac baş tutmadığı üçün təkrar hərrac xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Təkrar hərrac barədə tərəflərə göndərilən bildirişlər onlara çatdırımlışdır. Lakin təkrar hərrac xx.xx.2019-cu il tarixə təyin edilsə də, hərrac mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə hərracın dayandırılması barədə 046No-li protokol tərtib edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Hərracın dayandırılması barədə iddiaçıya məlumat verildikdən sonra, hərrac mərkəzi hərracın dayandırılması barədə xx.xx.2019-cu il tarixli protokolu ləğv etmiş və xx.xx.2019cu il tarixdə təkrar hərrac keçirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bu hərəkətləri onunla izah etmişdir ki, iddiaçı tərəfindən onlara təqdim edilmiş məktub köhnə və əvvəlki hərracın dayandırılması ilə bağlı olmuşdur. Bu səbəbdən də həmin halı aşkar etdikdən sonra onlar tərəfindən hərracın dayandırılması barədə xx.xx.2019-cu il tarixli 046No-li protokol ləğv edilərək hərrac keçirilmiş, lakin hərracın dayandırılması barədə qərarın ləğv edilməsi və hərracın təyin olunmuş vaxtda keçiriləcəyi barədə iddiaçıya məlumat verilməmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, hərracın dayandarılması barədə xx.xx.2019-cu il tarixli protokolda həmin hərracın Suraxanı rayon İcra və probasiya şöbəsinin 18-2485 saylı, xx.xx.2019-cu il tarixl məktubu əsasında dayandırılması göstərilsə də, sonradan məlum olmuşdur ki, belə bir məktub yoxdur, təqdim edilmiş məktub isə əvvəl dayandırılmış hərracla bağlıdır. Məhkəmə qeyd edir ki, hərrac mərkəzi tərəfindən hərracın dayandırılmasının ləğv edilməsi əsaslı olsa da, bu barədə iddiaçıya da məlumat verilməli idi. Lakin cavabdeh hərracın dayandırılmasının ləğv edilməsi barədə iddiaçıya məlumat verilməmiş və bu səbəbdən iddiaçı hərracın davam etdirilməsi və təkrar hərracın kençirilməsini bilməmişdir. Yəni hərrac təşkilatı hərracın dayandırılmasının ləğv edilməsi barədə iddiaçıya məlumat vermədiyi üçün, iddiaçı təkrar hərracda iştirak etməmiş və bununla da onun hüquqları pozulmuşdur. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərrac barədə iddiaçıya məlumatın verilməsi sübut olunmadığından (ilkin hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsini və alınmasını təsdiq edən sübutlar olmadığından), həmçinin dayandırılmış hərracın ləğv edilməsi və hərracın təyin edilmiş vaxta keçirilməsi barədə iddiaçıya məlumat verilmədiyindən, keçirilmiş hərraclar qanuni hesab edilə bilməz və bu səbəbdən də etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. , Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqilliyin 20 illiyi” küçəsində yerləşən 2 saylı evin, 3 saylı mənzilinə tutmanın yönəldilməsi məqsədilə “X2 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “X2 Mərkəzi” MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. xx.xx.2019-cu il tarixə təyin edilmiş ilkin hərracla bağlı tərəflərə bildirişlərin göndərilməsi iş materialları ilə müəyyən edilməsə də, bu barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilmiş və tərəflər məlumatlı olmuşlar. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərracla bağlı kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilmiş, xx.xx.2019-cu il tarixli təkrar hərracla bağlı həm bildiriş, həm də kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə, tərəflər məlumatlı olmuşlar. Kollegiya xx.xx.2019-cu il tarixdə hərracın dayandırılması barədə 046No-li protokolla bağlı qeyd edir ki, həmin protokol iddiaçının iddia ərizəsində, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsində izahatında qeyd etdiyi kimi, onun təqdim etdiyi heç bir hüquqi qüvvəsi olmayan məktub əsasında tərtib edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə hərracın dayandırılması barədə 046 No-li protokol iddiaçı tərəfindən təqdim olunmuş Suraxanı rayon İcra və probasiya şöbəsinin xx xxxx 2018-ci il tarixli, 18-2485 saylı məktubu əsasında tərtib olunmuş, həmin protokolda səhvən Suraxanı rayon İcra və probasiya şöbəsinin 18-2485 saylı, xx.xx.2019-cu il tarixli məktubu əsasında dayandırılması göstərilmişdir. Göründüyü kimi, iddiaçı xx xxxx 2018-ci il tarixli, 18-2485 saylı məktubu təqdim edərkən bilirdi ki, həmin məktub əvvəlki dayandırmaya aid olmaqla, hazırda heç bir qüvvəsi yoxdur. Yəni, icra məmuru artıq xx.xx.2019-cu il tarixdə hərracın keçirilməsi barədə Sifariş göndərmiş, dayandırma ilə bağlı heç bir məktub olmamışdır. Qeyd olunanlar onu təsdiq edir ki, iddiaçı məhkəmə qərarını uzun müddət mübahisələndirməklə, sonda süni surətdə hərracın keçirilməsinə mane ola biləcək hesab etdiyi, heç bir hüquqi qüvvəsi olmayan xx.xx.2019-cu il tarixdə hərracın dayandırılması barədə 046 No-li protokola istinad etməklə, hərracın nəticəsinin etibarsızlığını tələb etmişdir. Qeyd olunanlara əsasən kollegiya iddiaçının iddia tələbini əsassız hesab edərək, təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh “xxxx” ASC (əvvəlki adı Cavabdeh2 İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)- 3111/2019 saylı qətnamə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar