Məhkəmə qərarları › İş №2(103)-2776/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2776/2024

10.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2776/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş (Açar sözlər: “beh müqaviləsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3689/2012 saylı, 20 iyul 2012-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Yasamal rayonu Zaur Kərimov küçəsi 141 a saylı fərdi yaşayış evinin 1/3 hissəsi ilk dəfə xx.xx.1978-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına həmin ildə, sonradan isə Bakı şəhəri Yasamal rayonu Zaur Kərimov küçəsi 141 a saylı fərdi yaşayış evi kimi xx.xx.2010-cu ildə Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Zaur Kərimov küçəsi 141 a saylı fərdi yaşayış evinin(7 otaq, y/s 92.0 kv.m, k/s 64.4 kv.m, ü/s 156.4 kv.m) 3 otağını ( y/s 37.3 kv.m) 4Ə-1-248 reyestr nömrəli xx.xx.2010-cu il tarixli Bakı şəhəri 19 saylı DNK tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X4 və 4 otağını(y/s 54.7 kv.m) X1.

2. Cavabdeh2 adından xx.xx.2010-cu il tarixdə 19 BŞNK tərəfindən verilmiş 7E-01-312 saylı etibarnamə əsasında Cavabdeh1 ilə İddiaçı arasında notariat qaydasında təsdiq edilmiş 07 yanvar 2010-cu il tarixli beh müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri 1-ci Yasamal küçəsi 41 saylı evin Cavabdeh2 məxsus 1/3 hissəsini ondan 50.400 manata almaq məqsədilə 34.400 manat məbləğində pulu beh qismində nümayəndəsi Cavabdeh1 verib. Cavabdeh1 həmin göstərilən məbləği qəbul edir və Cavabdeh2 məxsus yuxarıda qeyd olunan əmlakı öz aralarında razılaşdıqları müddət ərzində 50400 manata İddiaçı satmağı öz öhdəsinə götürür. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqda İddiaçı tərəfindən Cavabdeh1 əlavə olaraq qalan 16000 manat ödəniləcəkdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə, iddia tələbinin həcminin azaldılması və yekun olaraq iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Zaur Kərimov küçəsi 141 a saylı fərdi yaşayış evinin 1/3 hissəsnin alqı-satqısı məqsədilə notarial müqavilə əsasında beh məbləği olaraq ödənilmiş pulun iki misli miqdarında - 68800(altmış səkkiz min, səkkiz yüz) manatın müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, Cavabdeh2 nümayəndəsi olan Cavabdeh1 ilə evin alqı-satqısı ilə bağlı danışıqlar getmiş və evin qiyməti 50.400 manat məbləğində razılaşdırılmışdır. Bununla əlaqədar Cavabdeh1 34.400 manat məbləğində beh vermiş, bu barədə 07 yanvar 2010-cu il tarixdə beh müqaviləsi bağlanılmışdır. Aralarında olan razılığa əsasən qeyd edilən evə müəyyən müddət keçdikdən sonra köçmək istəmiş, lakin Cavabdeh1 müxtəlif bəhanələrlə öhdəliyin yerinə yetirilməsindən yayınmışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2011-ci il tarixli, 2(004)- 3561/2011 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 68800 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. 6.Cavabdeh2 ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2011-ci il tarixli, 2(004)-3561/2011 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, tərəflərə məlumat verilməklə işə mahiyyəti üzrə baxılması təmin edilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3689/2012 saylı, 20 iyul 2012-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 34.400 manat məbləğində behin iki misli miqdarında 68.800 manat məbləğində pulun alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında şahid qismində X10 ifadə verərək təsdiq etdi ki, onun yanında qeyd edilən evin alqı-satqısı ilə əlaqədar beh müqaviləsi bağlanandan sonra İddiaçı Cavabdeh1 34.400 manat məbləğində beh vermişdir. Tərəflər arasında Bakı şəhəri Z.Kərimov küçəsi 141 saylı evin 1/3 hissəsinə dair alqısatqı müqaviləsinin bağlanması öhdəliyin icrası behlə təmin edilmişdir. Məhkəmə işin faktiki hallarını və iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, hesab etmişdir ki, tərəflər arasında 07 yanvar 2010-cu il tarixli beh müqaviləsi bağlandığından və beh müqaviləsinin şərtlərini təmsil edilən Cavabdeh2 bəyəndiyindən, lakin sonradan mübahisəli evin İddiaçı ilə alqı-satqısına dair müqavilənin icrası təmin edilmədiyindən müqavilənin icra edilməməsi üçün məsuliyyət yaranmışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 təmsilçisi Cavabdeh1 tərəfindən beh müqaviləsi əsasında alınmış behin ona çatdırılmamasını, lakin bağlanmış əqdin bəyənməsini göstərdiyindən, İddiaçı isə behin iki mislinin birdəfəlik qaytarılmasını tələb etdiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşısında beh müqaviləsinin icra olunmaması üçün birgə məsuliyyət daşımalı, iddiaçıya dəymiş zərərin əvəzini birgə ödəməlidirlər, bununla da iddia təmin olunmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş edib şikayətində göstərib ki, sözügedən xx.xx.2010-cu il tarixli beh təqdim edilən sübutlara məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Cavabdeh2 Cavabdeh1 etibarnaməni 2011-ci ildə vermişdir, məhkəmə onun adından beh müqaviləsinin 2010-cu ildə necə bağlanması halını, hansı səlahiyyət müəyyən edən sənədlər əsasında verildiyini araşdırmamışdır. Halbuki, Cavabdeh2 dəfələrlə etibarnamənin ilk dəfə 2011-ci il tarixində verilməsini vurğulamışdır. 2010-cu il 7 yanvar tarixli beh müqaviləsi onun Cavabdeh1 tərəfindən Cavabdeh2 hansı sənədlər əsasında səlahiyyət verməsi, ümumiyyətlə Cavabdeh1 Cavabdeh2 tərəfindən verilən etibarnamədə məhz hansı səlahiyyətlərin verilməsi araşdırılmamışdır. İstər beh müqaviləsinin, istərsə də onun bağlanmasına əsas olmuş sənədlərin məhkəmə texniki və məhkəmə xətşünaslıq ekspertizaları keçirilməmişdir. Sənədlərin saxta və ya orijinal olması araşdırılmamışdır. Lakin işin vəziyyətindən görünür ki, Cavabdeh1 2010-cu ilin yanvar ayında Cavabdeh2 evin rəsmişlədirilməsi ilə əlaqədar almış olduğu etibarnamənin məqsədlərindən kənar istifadə etməklə sonuncunun adından İddiaçı adlı şəxslə evin satılması ilə əlaqədar beh müqaviləsi bağlamışdır. Belə çıxır ki, ya xx.xx.2010-cu il tarixli beh müqaviləsi saxta olmuşdur, yada ki, Cavabdeh1 həmin müqavilənin bağlanması üçün etibarnaməni saxtalaşdırmışdır. Hər bir halda Cavabdeh2 dəqiq xatırlayır ki, onun Cavabdeh1 vermiş olduğu etibarnamədə beh müqaviləsinin bağlanması kimi bir səlahiyyət verilməmişdir. Məhkəmə tərəfindən istər xx.xx.2010-cu il tarixli beh müqaviləsinin Cavabdeh2 adından bağlanmasına səlahiyyət verən etibarnamənin mötəbər sənəd olub-olmaması yoxlanılmamışdır. Fakt budur ki, Cavabdeh2 Cavabdeh1 2010-cu il ərzində hər hansı etibarnamə vermədiyini bildirdiyi halda məhkəmə tərəfindən həmin etibarnamə məhkəmə texniki-ekspertiza edilməmiş, imzanın həqiqətənmi Cavabdeh2 məxsus olub-olmaması yoxlanılmamışdır. Hətta elə bir etibarnamə olmuş olsa idi belə həmin etibarnamənin salahiyyətlər müəyyən edən mətni yoxlanılmamış, orada hansı hüquqların verilməsi araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh2 və nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunaraq qətnamənin ləğv edilməsini, iddianın isə rədd olunmasını xahiş etdilər.

11. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X2 nümayəndəsi və vəkili Vəkil2 da apellyasiya şikayətinə etiraz etmədiklərini bildirdi və məhkəmədən şikayətin təmin olunmasını, iddianın rədd edilməsini xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı və Cavabdeh1 hüquqi varisləri kimi işə cəlb edilmiş X11 və X6 məhkəmə iclasında iştirak etmədi və onların anası - müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 Rza və Nəsir Rzazadələrin ölkə ərazisində olmadıqları, Ukrayna Respublikasında olduqları barədə məlumat verdi. Məhkəmə tərkibi Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2 (xx.xx.2022-ci ilədək olan redaksiyada). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (xx.xx.2022-ci il tarixli qanunla bu normaya 2 və 3-cü cümlə əlavə edilmişdir: Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir). Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddianın Cavabdeh2 münasibətdə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik Cavabdeh2 etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia ona aid hissədə haqlı sayılır.

22. Belə ki, apellyasiya şikayətinin dəlillərinin həqiqiliyinin yoxlanılması məqsədi ilə apellyasiya baxışı zamanı məhkəmə iclasında aparılan dəqiqləşdirmələrlə xx.xx.2010-cu il tarixdə 19 saylı Bakı şəhəri Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 7E-01-312 nömrə ilə qeyd edilmiş etibarnamənin(bax.i.v.17-18) həqiqətən Cavabdeh2 tərəfindən Cavabdeh1 verildiyi (sənədləri Cavabdeh2 göstərib ondan təsdiq almaqla), məhz həmin etibarnamə əsasında Cavabdeh1 Cavabdeh2 adından İddiaçı arasında notariat qaydasında təsdiq edilmiş 07 yanvar 2010-cu il tarixli beh müqaviləsinin bağlandığı və İddiaçı Bakı şəhəri 1-ci Yasamal küçəsi 41 saylı evin Cavabdeh2 məxsus 1/3 hissəsini ondan 50.400 manata almaq məqsədilə 34.400 manat məbləğində pulu beh qismində nümayəndəsi Cavabdeh1 verdiyi, Cavabdeh1 isə həmin göstərilən məbləği qəbul etdiyi və Cavabdeh2 məxsus yuxarıda qeyd olunan əmlakı öz aralarında razılaşdıqları müddət ərzində 50400 manata İddiaçı satmağı öz öhdəsinə götürməsi təsdiq olundu. Buna baxmayaraq, Cavabdeh2 İddiaçı yaxud Cavabdeh1 əvvəllər tanıyıb-tanımamasının da beh müqaviləsinin bağlanmasına heç bir təsiri ola bilməzdi. 23.Başqa sözlə, Cavabdeh2 xx.xx.2010-cu il tarixdə 19 saylı Bakı şəhər Notariat Kontorunda, reyestrdə 7E-01-312 nömrə ilə qeyd edilmiş etibarnamənin həqiqətən də onun tərəfindən Cavabdeh1 verildiyini təsdiqlədi və beləliklə də, bu fakt işin mübahisəsiz halına çevrildi. Deməli, etibarnamənin xx.xx.2010-cu ildə həqiqətən Cavabdeh2 tərəfindən Cavabdeh1 verildiyi müəyyən edildiyindən, etibarnamənin həqiqətən həmin tarixdə deyil 2011-ci ildə verilməsi, beh müqaviləsinin necə və hansı səlahiyyət verən sənədlər əsasında bağlanması, etibarnamədəki imzanın Cavabdeh2 məxsus olub-olmamasının yoxlanılması barədə dəlillərin əlavə yoxlanılması, eləcə də həmin sənədlərin saxta və ya orijinal olmasının araşdırılması üçün məhkəmə texniki və xətşünaslıq ekspertizasının keçirilməsinə də əsas və zərurət aradan qalxmış oldu.

24. Bundan əlavə, xx.xx.2010-cu il tarixdə 19 saylı Bakı şəhər Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 7E-01-312 nömrə ilə qeyd edilmiş etibarnamədə(bax.i.v.18) həqiqətən Cavabdeh2 tərəfindən Cavabdeh1 mübahisəli evə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov)qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Buna görə də, Cavabdeh1 həmin etibarnamənin məqsədlərindən kənar istifadə etməsi də təsdiq olunmur. Başqa sözlə, etibarnamədə beh müqaviləsinin bağlanması səlahiyyətinin xüsusi olaraq qeyd edilməməsi, bu cür müqavilə bağlanmasını istisna etmirdi. Çünki beh müqaviləsi fərdi yaşayış evinin üzərində sərəncam verilməsinin, o cümlədən satılmasının tərkib hissəsinə aid müqavilə sayılır.

25. Bundan əlavə, Cavabdeh2 28 iyun 2012-cı il tarixli məhkəmə iclasında(bax.i.v.128) ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus yaşayış evinin İddiaçı satılması məqsədilə nümayəndə Cavabdeh1 32 saylı Dövlət Notariat Kontorunda bağlamış olduğu beh müqaviləsinin şərtlərini bəyəndiyini və bu məqsədlə tərəfin ödədiyi pul vəsaitinin mövcudluğunu qəbul etdiyini bildirmişdir. Demək ki, Mülki Məcəllənin 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən olaraq beh müqaviləsinin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaratmışdır.

26. Göstərilənlərdən başqa, hazırki iddianın irəli sürülməsinə səbəb məhz iddiaçının cavabdehlərin beh müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmuşdur. Mülki Məcəllənin 492.2-ci maddəsinin ikinci cümləsinin dispozisiya şərtləri iddia tələbinin qanuni əsasını təşkil edir. Çünki müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Müqavilənin icra edilməməsi üçün də cavabdeh məsuliyyət daşıdığından qarşı tərəfə behin iki mislini ödəməyə borcludur.

27. Bununla yanaşı, Cavabdeh2 mövqeyi və davranışı da həyatda həmişə baş verən hallara uyğun deyildir. Çünki qətnamənin qəbul edildiyi məhkəmə iclasında iştirak edib və bundan 12 ilə yaxın bir müddət keçdikdən sonra apellyasiya şikayəti verməsinin səbəblərini ciddi dəlilərlə göstərməli idi. Ancaq bunu göstərməyib, apellyasiya baxışı zamanı da əsaslı arqumentlərlə məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Belə çıxır ki, bu vəziyyət onu qane etmişdir yaxud da qətnamə üzrə tutma pensiyasına(təqaüdünə) yönəlməsəydi apellyasiya şikayəti vermək yadına da düşməyəcəydi. Əks halda bu müddətdə faktiki olaraq “fəaliyyətsiz” qalmasının səbəbləri də inandırıcı və ağlabatan olmalı idi.

28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, Cavabdeh2 tərəfindən o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, təmsilçilik və hüquqdan başqalarına zərər vurmaq məqsədilə pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3689/2012 saylı, 20 iyul 2012-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3689/2012 saylı, 20 iyul 2012-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar