Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2776/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-379/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Sifarişçi İddiaçı ilə icraçı Cavabdeh1 MMC arasında bağlanmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, icraçı “40 günlük intensiv proqram” üzrə 40 gün ərzində ingilis dili dərsləri tədris etməyi, Sifarişçi isə qarşılığında İcraçıya xidmətin haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılığı ilə ödənişin məbləği 1422 manat müəyyən edilmişdir.
2. İddiaçı Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə ödədiyi 1420 manat pulunun qaytarılmasının təmin edilməsini xahiş etmişdir.
3. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə 1420 manat ödəniş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1420 (bir min dörd yüz iyirmi) manat ödənilmiş pul, 102 (bir yüziki) manat faiz, 500 manat mənəvi zərər üçün kompensasiya, 45 manat dövlət rüsumu, 120 manat hüquqi xidmət xərci, cəmi 2187 (iki min bir yüz səksən yeddi) manat pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023 tarixli, 97 saylı ingilis dili kurslarının tədris edilməsilə bağlı 40 günlük xidməti müqavilə bağlanmışdır. Həmin Müqavilə xidmət haqqı olan 1420 (bir min dörd yüz iyirmi) manat Cavabdeh1 əməkdaşının tələbi əsasında onun whatsapp yolu ilə göndərdiyi Məmmədzadə X2 5239 1515 1149 6492 nömrəli kartın xx.xx.2023-cü il tarixində köçürülmüşdür. Lakin həmin müqavilə üzrə Cavabdeh1 iddiaçıya müqavilədə nəzərdə tutulan öhdəlikləri demək olar ki, icra etməmişdir. Belə ki, Müqavilənin “İcraçının Vəzifələri” adlanan 2.1.1-ci bəndində deyilir ki, “40 günlük İngilis dili proqramı üçün zəruri mövzularda, peşəkar müəllimin iştirakı ilə həftədə 7 (yeddi) dəfə, qrup şəkilində (həftə içi dərslərində qrupda ən çoxu iki, həftə sonu dərslərdə ən çox 3 nəfər ola bilər) olduğu halda hər dəfə 120 dəqiqə, qrupda tək olduğu təqdirdə 60 dəqiqə dərsləri tədris edərək Sifarişçiyə ingilis dili biliklərini qazandırmaq”. Bu öhdəliyə baxmayaraq cavabdeh cəmi 2 dərs keçmişdir. Bundan başqa Müqavilənin 3.2.4-cü bəndində qeyd edilən Sifarişçinin keçirilən tədrisin qiymətləndirilməsi üçün imtahan təşkil olunmamış və müəllim tərəfindən heç bir qiymətləndirilmə vərəqi təqdim edilməmişdir. İddiaçının xx.xx.2023-cü il tarixində Cavabdeh1nə göndərdiyi pretenziya məktubunda deyilir ki, “Sizin xx.xx.2023 tarixli, 97 saylı ingilis dili kurslarının tədris edilməsilə bağlı bağlanılmış 40 günlük xidməti müqavilədə göstərildiyi kimi 40 gün ərzində ardıcıl xidmətlər göstərilmədiyi, müqavilənin 3.2.4 cü bəndində qeyd edilən Sifarişçinin keçirilən tədrisin qiymətləndirilməsi üçün müəllim tərəfindən heç bir qiymətləndirilmə vərəqi təqdim edilməmişdir, eyni zamanda Müqavilənin xx.xx.2023-cü il tarixdə bağlanılması və 40 gün müddətində icra edilməsi qeyd olunmasına baxmayaraq xx.xx.2023-cü il tarixə qədərədək tədris hələ də bitməmişdir və cəmi 1 sınaq 2 dərs keçirilmişdir. Enverson şirkəti olaraq müəllimlərin düzgün dərs saatı tənzimlənməməsi, sifarişçinin öncədən təyin etdiyi dərs saatlarının şirkət tərəfindən planlaşdırılmaması və İcraçının müqavilə üzrə öhdəliyinin icrası ilə bağlı sifarişçiyə rəsmi heç bir məlumat verməməsini, 5.1-ci maddəsində göstərildiyi kimi icraçının xidmətə görə yalnız “keçirilən dərslərin müqabilində ödəniş edilməsini” nəzərə alaraq göstərilməyən xidmətə görə xx.xx.2023-cü il tarixdə 40 gün ərzində icrası edilməsilə bağlı bağlanımış müqavilənin öhdəliyinə əsasən tərəfindən təqdim edilmiş Cavabdeh2 adlı şəxsin kapital bank 5239 1515 1149 6492 nömrəli debet plastik kart hesabına xx.xx.2023-cü il tarixdə tərəfindən Milliön ödəniş terminalı vasitəsilə ödənilmiş 1420 manat vəsaiti keçirilməyən dərslərin ödənişləri kimi hesablamaqla geri qaytarılmasını təmin edəsiniz. Müqavilənin tərtibatında şirkət haqqında məlumatlar (hüquqi ünvan, MMC-direktoru, email ünvanı, əlaqə nömrəsi qeyd edilməmişdir) anonim saxlanıldığı, Şirkətə rəsmi müarciət etmək üçün aidiyyatı üzrə Dövlət Vergi xidmətinə müraciət etməklə şirkətin vöen üzərindən elektron ASAN imza vasitəsilə müraciətimiz mümkün olmuşdur”. Bu məktuba Cavabdeh1 tərəfindən bu gün qədər heç bir cavab verilməmişdir. Göründüyü kimi Cavabdeh1 həmin müqavilə üzrə götürdüyü öhdəlikləri demək olar ki, icra etməmişdir.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ərizəni onunla əsaslandırmışdır ki, müqavilə üzrə xidmət haqqı olan 1420 (bir min dörd yüz iyirmi) manat Cavabdeh1 əməkdaşının tələbi əsasında onun whatsapp yolu ilə göndərdiyi Məmmədzadə X2 5239 1515 1149 6492 nömrəli kartına xx.xx.2023-cü il tarixində köçürülmüşdür (qəbzin surəti məhkəməyə təqdim olunub). Aşağıdakılar əsasında hesab edir ki, həm Cavabdeh1, həm də Cavabdeh2 (hər iki cavabdeh) birgə qaydada iddiaçıya qarşı mülki hüquq pozuntusu törətmiş, ona qarşı birgə qaydada məsuliyyət daşıyırlar. Cavabdeh1 rəhbərliyi vergi qanunvericiliyin və nağdsız hesablaşmalar haqqında qanunun tələblərini pozaraq, vergidən yayınmaq məqsədi ilə ödənişin, 1420 manat ödənişin MMCnin bank hesabına deyil, Cavabdeh2 hesabına köçürülməsini tələb edib. Başqa bir ifadə Cavabdeh1 rəhbərliyi və Cavabdeh2 birləşərək (hər ikisi bilərək və istəyərək) vergi qanunvericiliyini və nağdsız hesablaşmalar haqqında qanunvericiliyi pozmuş, mülki hüquq pozuntusu törətmiş və bunun da nəticəsində İddiaçı 1420 manat məbləğində real zərər dəymişdir. Məhz bu əsasla hesab edir ki, hər iki cavabdeh birgə qaydada iddiaçıya qarşı mülki hüquq pozuntusu törətmiş, onu aldatmış və nəticədə isə ona 1420 manat ziyan dəyməsinə səbəb olmuşdur Cavabdeh2 kartına köçən 1420 manat puldan, Cavabdeh1 məlumatı olmayıbsa, onda demək ki, Cavabdeh2 əsassız olaraq varlanıb, həmin pulu iddiaçıya geri qaytarmalıdır. Bunlardan başqa hesab edir ki, cavabdehlər iddiaçının 1420 manat pulunu heç bir əsas olmadan, qanunsuz olaraq özlərində saxlayıblar. Bu isə məsuliyyətə səbəb olur və cavabdehlər həmin vəsaitin məbləğindən faizlər ödənilməlidirlər. Mərkəzi Bankın https://www.cbar.az/infoblocks/corridor_percent saytında olan məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixinə olan Bank uçot dərəcəsi illik 7,25%dir. 1420 manatın 7,25%-i isə 102 manat təşkil edir. Bundan başqa iddiaçı cavabdehlərin hərəkətləri səbəbi əsəb gərginliyi, mənən iztirab keçirmiş, xəstələnmiş, dəfələrlə bu səbəblə həkimə müraciət etmişdir. Bu durum iddiaçının mənəvi zərərə də məruz qaldığını təsdiq edir. İddiaçı mənəvi zərər üçün də cavabdehlərdən 500 manat kompensasiya tutulmasını xahiş edir. Cavabdehin hərəkətlərin səbəbi ilə iddiaçının xəstələndiyi barədə sənədlərin surəti əlavə olunur. Bunlardan başqa hesab edir ki, Cavabdeh1 rəhbərliyi ilə Cavabdeh2 birləşərək Cinayət qanunvericiliyini pozmuş və cinayət əməli törətmişdir. Bu səbəblə xahiş edir ki, Cavabdeh1 rəhbəri X3 və Cavabdeh2 barəsində xüsusi qərardad qəbul edilərək iş baxılması üçün prokurorluq orqanlarına göndərilsin. Belə ki, Cavabdeh1 rəhbərliyi ilə Cavabdeh2 birləşərək (hər ikisi bilərək və istəyərək) vergi qanunvericiliyini və nağdsız hesablaşmalar haqqında qanunvericiliyi pozaraq İddiaçı 1420 manat məbləğində real zərər vurması hərəkəti həm də Cinayət qanunvericiliyin görə cinayət əməli hesab olunur.
7. Cavabdeh1 iddia ərizəsinə etirazla müraciət edərək etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Aydın qızı iddia edir ki, onunla cavabdeh arasında xx.xx.2023 tarixində bağlanılmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı müqavilə üzrə İcraçı, yəni Cavabdeh1 MMC öz öhdəliklərini icra etməmişdir. Buna əsas olaraq isə müqavilənin 2.1.1-ci bəndinin icraçı tərəfindən icra edilmədiyi və nəticə olaraq müqavilə üzrə ona 40 gün dərs keçirilməli olduğu halda cəmi 2 dərs keçirildiyini bildirir. İddia tamamilə əsassızdır və müqavilə üzrə sifarişçi, İddiaçı İcraçı Cavabdeh1 MMC tərəfindən tədris olunan, ümumilikdə, 40 dərsdə iştirak etmişdir. Keçirilən dərslər tarixləri ilə birgə elektron sistemdə qeyd olunmuşdur. Proqramda iştirak etdiyi müddət ərzində Sifarişçi İddiaçı bir neçə dəfə şəxsi məsələlər ilə bağlı dərsləri dondurduğu üçün proqramın ardıcıllığı pozulmuşdur. Sifarişçi tərəfindən ilk dəfə dərslərin dondurulması tələbi xx.xx.2023-cü il tarixində olunmuş və dərslər müqavilənin 4.4-cı bəndinə əsasən kurs tərəfindən dondurulmuşdur. Dərslərə yenidən xx.xx.2023-cü il tarixində başlamış və xx.xx.2023-cü il tarixinə qədər iştirak etdikdən sonra şəxsi məsələlər ilə bağlı yenidən fasilə vermək istəmişdir, bu tələbi yenidən qəbul olunmuşdur. Sifarişçi dərslərə yenidən xx.xx.2024-cü ildə başlamış və xx.xx.2024-cü il tarixinə qədər davam etmişdir. Həmin tarixdən etibarən dərslərini yenidən dondurmuş və 3 ay sonra, xx.xx.2024-cü il tarixində dərslərə yenidən başlamaq istədiyini bildirmişdir. Bu tələb də qəbul olunaraq dərsləri xx.xx.2024-cü il tarixində yenidən başladılmışdır. Sifarişçi İddiaçı son dondurulma (xx.xx.2024-cü il tarixindən) ilə bağlı kursun müvafiq əməkdaşını məlumatlandırmamışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən, Sifarişçi proqram ərzində dondurmaqla bağlı müraciət edərsə, kursun iş gedişatına təsir etmədiyi halda bu müraciət qəbul olunaraq maksimum 3 ay müddətində dərslər dondurula bilər. Tələbə yenidən dərslərin başladılması ilə bağlı müraciət edikdə kursun təyin etdiyi gün və saatda dərslərinə yenidən davam edə bilər. Göründüyü kimi müqavilə üzrə Sifarişçi dərsləri dondurmaq istədikdə kursun müvafiq əməkdaşını məlumatlandırmalı və ondan dondurulmanın təsdiq olunması ilə bağlı cavab gözləməlidir. Ancaq Sifarişçi məlumatlandırma etmədən dərsləri dondurmuş və 3 ay sonra yenidən başlamaq istədiyi ilə bağlı müraciət etmişdir. Baxmayaraq ki, sifarişçi müqavilə üzrə öhdəlikləri pozmuş və dondurulma ilə bağlı müraciət etmədən və cavab almadan dərsləri özbaşına dondurmuşdur, İcraçı yəni, Cavabdeh1 MMC tərəfindən müştəri məmnuniyyəti prinsipi əsas götürülərək onun yenidən dərslərə başlamaq istəyi qəbul olunmuş və dərsləri xx.xx.2024-cü il tarixində yenidən bərpa olunmuşdur. Göründüyü kimi dərs proqramında iştirak etdiyi müddət ərzində Sifarişçinin dərsləri dondurmaqla bağlı müraciətləri qəbul olunmuş və yenidən başlamaq istədikdə, Sifarişçini çox gözlətmədən dərslər yenidən bərpa olunmuşdur. Sifarişçinin şəxsi səbəblərlə bağlı dərsləri dondurmaq müraciəti ilə əlaqədar proqramın ardıcıllığı pozulmuş və müqavilə müddəti uzadılmışdır. AR Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanılmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tələbənin dərsləri başladığı gündən növbəti 40 gün ərzində qüvvədə qalır. Müqavilənin 4.3-cü bəndinə görə isə müqavilənin müddətinin bitdiyi ancaq tərəflərin bir-birlərinin qarşısında öhdəliyi qaldığı hallarda müqavilənin müddəti öhdəliyin tam icra olunub qurtadığı müddətədək uzadılacaqdır. Beləliklə, Sifarişçi İddiaçı Aydın qızı dərsləri dondurmaqla bağlı hər dəfə müraciət etdikdə öhdəliklərin tam icra olunub qurtarması üçün müqavilənin müddəti uzadılmışdır. Sifarişçinin həm ilkin dərslərə başlama prosesində, həm də dondurulmalardan sonra yenidən dərslərin bərpa olunması prosesində şirkətin əməkdaşları tərəfindən qrafiklər maksimum həssaslıq və sürətlə, Sifarişçiyə uyğun formada qurulmuşdur. Nəticə etibarilə cavabdeh Enverson MMC, İddiaçı iddia etdiyi üzrə sözügedən müqavilənin 2.1.1-ci bəndində göstərilən öhdəliklərini pozmamışdır, əksinə Sifarişçiyə müqavilənin təmin etdiyindən daha çox güzəştə getmişdir. İddiaçı iddia edir ki, xx.xx.2023 tarixində bağlanılmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı müqavilənin 3.2.4-cü bəndi İcraçı tərəfindən pozulmuş və Sifarişçiyə qiymətləndirmə vərəqi təqdim olunmamışdır. Müqavilənin 3.2.4-cü bəndinə əsasən, dərsləri onlayn formada keçirilən tələbələrin qiymətləndirmə vərəqəsi elektron formada olur və tələbə gündəlik qiyməti ilə tanış olmaq üçün müəllimə müraciət edə bilər, etmədiyi halda cari dərs günü müddətində tələbənin qiymətindən narazılığı ilə bağlı kursa yazılı müraciət təqdim olunmayıbsa, qiymətindən razı hesab edilir. İddiaçı bu dərslərdən onlayn formada iştirak etdiyi üçün onun qiymətləndirilməsi elektron formada aparılmış və bu halda müqaviləyə də uyğun olaraq tələbəyə imzalanmaq üçün vərəqə təqdim olunmur. Tələbə qiymətlə tanışlıq üçün müəllimə müraciət edə bilər və qiymətilə bağlı narazılığı olarsa, kursa yazılı müraciət edə bilər, etməyibsə, qiymətindən razı sayılır. Və sifarişçinin qiymətindən narazılığı ilə bağlı kursa müraciəti daxil olmadığı üçün müqavilə üzrə qiymətindən razı hesab olunmuşdur. Göründüyü kimi Cavabdeh1 MMC müqavilənin 3.2.4cü bu bəndi üzrə də hüquq pozuntusu törətməyib. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh1 MMC ilə İddiaçı Aydın qızı arasında bağlanılmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı müqavilə üzrə İcraçı Cavabdeh1 MMC öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, pozmamış, Sifarişçiyə 40 gün müqavilədə qeyd olunan formatda, qrafıklərdə, peşəkar müəllimlərlə dərslər təyin olunmuş və tədris edilmişdir. Sifarişçi İddiaçı Aydın qızı müqavilə üzrə ümid etməyə haqqı çatanlardan məhrum olmamış, əksinə ona şirkət tərəfindən müqavilə üzrə haqqı çatandan daha artıq güzəşt olunmuşdur. Müqavilə bağlanmazdan və ödəniş olunmazdan öncə Sifarişçi İddiaçı Cavabdeh1 MMC tərəfindən dərslər və müqavilə ilə bağlı bütün şərtlər izah olunmuş və razılığı alınmışdır. İddiaçı proqrama qeydiyyatdan keçməzdən və ya xidmət haqqını ödəməzdən öncə Cavabdeh1 MMC-nin əməkdaşları tərəfindən ona yazılı surətdə xəbərdarlıq edilmişdir ki, qrafiklərin sıxlığı səbəbindən dərslər üzrə dəqiq olaraq hansı müəllimin təyin olunacağı haqqında əvvəlcədən söz verə bilmir. Sifarişçi isə bu nüansı nəzərə alaraq ödəniş prosedurunu həyata keçirmişdir. Ümumiyyətlə, Sifarişçinin proqramda iştirak etdiyi müddətdə etmək istədiyi əhəmiyyətli dəyişikliklərlə (müəllim dəyişikliyi, proqram dondurulması və s.) bağlı hərəkətlərin nəticələri əvvəlcədən şəxsə izah olunmuş və bu şərtlərlə razılaşdığı və özünəuyğun hesab etdiyi təqdirdə dəyişikliklər həyata keçirilmişdir. İddiaçı Aydın qızının Cavabdeh1 MMC-nin vergidən yayınmaq məqsədilə kart hesabına ödəniş qəbul etdiyi ilə bağlı iddianın da əsassız olduğunu hesab edirlər. Şəxs uzaqda olduğundan ofisə yaxınlaşmadan onlayn formada qeydiyyatdan keçdiyi üçün nağd ödəniş kart vasitəsilə (bu zaman əməkdaş Cavabdeh2 Ramil qızının kart hesabı istifadə olunmuşdur) qəbul olunmuş, daha sonra nağdlaşdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq şirkətin kassasına əlavə olunmuş, rəsmi kassa mədaxil qəbzi yazılmış, İddiaçı qəbzin surəti göndərilmiş və daxil olan ödəniş Dövlət Vergi Xidmətinə rəsmi formada bəyan edilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh1 MMC hər hansı əsas olmadan iddiaçının pulunu özündə saxlayır. Bu iddia da tamamilə əsassızdır. İddiaçı ödəniş qanuni əsaslarla, tərəflərin arasında xx.xx.2023 tarixində bağlanılmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı müqaviləyə əsasən alınmışdır. Müqavilənin predmetinə əsasən, İcraçı “40 günlük intensiv proqram” üzrə 40 gün ərzində dərslər tədris etməyi, Sifarişçi isə qarşılığında İcraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürür. Sifarişçi ödənişi kart hesabına etdikdən sonra ödəniş əməkdaş tərəfindən nağdlaşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq kassaya rəsmi formada əlavə olunmuş, rəsmi kassa mədaxil qəbzi yazılmış, qəbzin surəti Sifarişçi İddiaçı göndərilmiş və Dövlət Vergi Xidmətinə rəsmi formada bəyan edilmişdir. İddiaçı Aydın qızının mənəvi zərər üzrə kompensasiya tələbəni də əsassız hesab edir. Onun həqiqətən Cavabdeh1 MMC ilə bağlı münasibətlər zəminində xəstələndiyi ilə bağlı sübut təqdim edilməmişdir. Həmçinin Cavabdeh1 MMC-nin əməkdaşları hər zaman müştərilərlə etik davranış qaydaları çərçivəsində, mülayim tonda ünsiyyətdə olur, onları dinləyərək hər hansı təklif və ya şikayətləri dəyərləndirilir və qarışıqlı razılıq əldə olunması yönündə hərəkət edilir. İddiaçı şirkətə son dəfə müraciəti zamanı əməkdaşlar tərəfindən ona qarşılıqlı razılığın əldə olunma məqsədilə səviyyə yoxlanışı imtahanında (proqram üzrə final imtahan) iştirak təklif olunmuşdur. Bu imtahanın məqsədi şəxsin dil səviyyəsini ölçmək, dildə olan boşluqlarını və nə qədər müddət lazım olduğunu dəqiqləşdirməkdir. Beləliklə, şəxsin nəyə ehtiyacı olduğu və nə qədər müddət lazım olduğu dəqiqləşdirilir və ona uyğun proqram təklifi olunur. Lakin, təəssüf ki, İddiaçı bu təklifi qəbul etməmiş, beləliklə, ona şirkət tərəfindən hər hansı kömək və ya güzəşt fürsətini geri çevirmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-379/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 390.1, 390.5, 405.1, 417.1, 418.1, 419.1, 419.2, 425.1, 425.2, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmənin mövqeyində deyilir ki,“müqaviləyə görə təhsil 40 günlük, xx.xx.2023 – xx.xx.2023-ci il tarixləri arasında intensiv proqram üzrə fasiləsiz olaraq keçirilməli və bununla iddiaçının ingilis dili səviyyəsinin B2 səviyyəsinə çatdırılması təmin olunmalıdır. Lakin iddiaçı bir neçə dəfə şəxsi məsələlər ilə bağlı dərsləri dondurmuş, daha sonra dərsləri yenidən davam etmək istəyi nəzərə alınaraq dərslərə yenidən başlanmışdır”. Bu qəbuledilməzdir. Belə ki, məhkəmənin bu qənaətə, yəni “iddiaçı bir neçə dəfə şəxsi məsələlər ilə bağlı dərsləri dondurmuş” olması qənaətinə hansı sübuta istinad edərək gəldiyi məchuldur. Belə ki, işdə olan sübutlar təsdiq edir ki, əslində cavabdehdən irəli gələn səbəblərdən dolayı tədrisin təşkili dayandırılıb. Belə ki, cavabdeh tərəfin təyin etdiyi müəllimə və cavabdeh “Whatsapp” sistemi vasitəsilə iddiaçıya aşağıdakılıarı yazıb: “Aida xanım, bizdə internet heç normal işləmir küləyə görə, men ofisə gedəcəyəm onsuz, amma orda da dərsim var. Olar ki, bu dərsin əvəzini mən sizə sabah keçim?”; “Sabahınız xeyir, Aida xanim. Qonşuluqda təmir işləri getdiyindən ağız deyəni qulaq eşitmir. Əgər axşamüstü evdə olacaqsınızsa, mən dərsləri sürüşdürüb 17:30-da sizə dərs keçməyə çalışım”; “Salam, Aida xanim. Bugün dərsimizi saat 14:00da edə bilərik? İtimin vəziyyəti yaxşı deyil, onu həkimə aparmalıyam”; “Aida xanım, mən hələ veterinardan çıxa bilməmişəm, həkim əməliyyatdadır, onu gözləyirik. Məni bugün üzrlü sayın”; “Salam Aida xanım, necəsiniz? Bugün Simuzər xanım dərsi tədris edə bilməyəcək, çox təəssüf ki, hazırda məlumat verdi, sistem altındadı, böyrəyi ilə bağlı problem yaşayıb, bu dərsi əvəz edəcək mütləq, anlayışınız üçün təşəkkür edirik” Bütün bu yazışmaları cavabdeh tərəf qəbul edib və bunların obyektiv səbəblərini məhkəmə iclasında izah etməyə çalışıb. Bunun üçün məhkəmə iclasının video yazısına baxmaq yetərlidir. Lakin işdə olan heç bir sübut təsdiq etmir ki, iddiaçıdan irəli gələn səbəblərdən dolayı dərsin intensivliyi pozulub. Məhkəmənin heç bir sübut olmadığı dərsin intensivliyinin iddiaçı tərəfindən pozulduğunu qəbul etmiş olması, məhkəmənin bu yanaşması qəbuledilməz olduğu kimi, ƏM-nin 56-cı maddəsinin 1-ci bəndini, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozulmasıdır. Məlum olduğu kimi, həm Konstitusiyamızın 60-cı maddəsi, həm də Konvensiyanın 6-cı maddəsinin 1-cihissəsi hər kəsin məhkəmədə və ya məhkəmə funksiyalarını həyata keçirən orqanda mülki hüquq və vəzifələri ilə bağlıiddia qaldırmaq hüququnu təmin edir; beləliklə, həmin bənd “məhkəmə araşdırması” hüququnu təsbit edir. Belə ki, məhkəmə prosesləri zamanı ədalətli məhkəmə araşdırmasının təmin olunması, məhkəmələr tərəfindən milli qanunvericiliyin maddi və prosessual normalarının düzgün tətbiq edilməsi, onların pozulmaması, sübutlara düzgün qiymət verilməsi, onların təhrif edilməməsi, tərəflərin haqlı vəsatətlərinin təmin olunması, maddi həqiqətin tapılması üçün ekspertizanın təyin olunması, mütəxəssisin işə cəlb olunması, obyektiv, qərəzsizişə baxması, prosessual müddətlər ərzində apellyasiya və kasasiya şikayətinin verilməsi vəsairə “ədalətli məhkəmə araşdırması” hüququnun digər aspektlərini təşkil edir. Bundan başqa cavabdeh tərəfin Məhkəməyə verdiyi Etirazın 1-ci bəndində deyilir ki, “Sifarişçi İddiaçı tərəfindən ilk dəfə dərslərin dondurulması xx.xx.2023-cü il tarixdə olmuşdur”. Məhkəməyə yazılı qaydada bildirdik ki, xx.xx.2023-cü il tarixli, 97 saylı müqavilənin predmetlərinə əsasən müqavilənin və xidmətin icra müddəti 40 gün (40 dərs deyil) göstərilməklə tədris etməyi icraçı öhdəlik daşıdığını qeyd edir. Müqavilənin 4.1 bəndində göstərildiyi kimi xidmətin icra müddəti və müqavilənin qüvvədə olma müddəti 40 gün yəni xx.xx.2023 – xx.xx.2023 tarixlərində tədris keçirilməlidir. Yəni məqsəd xx.xx.2023-cü ildən başlanmaqla 40 gün ərzində intensiv (fasiləsiz) təşkil ediləcək Dil Kursu ilə ingilis dilini cavabdeh iddiaçıya öyrətməli idi.Lakin özü də etiraf edir ki, mən bu öhdəliyi pozmuşam. Belə ki, müqavilə vaxtının və tədris öhdəliyinin xx.xx.2023-ci il tarixdə bitməsinə baxmayaraq İcraçı hələ xx.xx.2023-ci il tarixdə xidməti davam etdirmiş, xx.xx.2023- ci il tarixdə müqavilə vaxtının və xidmət öhdəliyinin icra vaxtı bitməsini nəzərə alaraq Sifarişçi İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Müqavilədə İcraçının heç bir hüquqi və e-mail ünvanı göstərilmədiyi üçün Sifarişçi məcbur qalaraq rəsmi formada Vergi xidməti sistemi vasitəsilə İcraçı şirkətin ünvanına rəsmi etiraz məktubunu göndərmiş və xx.xx.2023-cü il tarixində müraciət məktubunda açıq aydın və detallı göstərilməklə Sifarişçinin xidmətdən narazı olması, dərslərin düzgün keçirilməməsi və müqavilə, xidmət öhdəliyinin bitməsi ilə bağlı öz ciddi etirazını bildirir. “Vətəndaşların müraciətlərin baxılması haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq ünvanlanan müraciətlə bağlı İcraçı tərəfindən bu günə kimi İddiaçı heç bir cavab məktubu və açıqlama verilməmişdir”. Göründüyü kimi, məhkəmə cavabdehin bu yazılı etirazında göstərdiyi “iddiaçı ilk dəfə dərslər xx.xx.2023-cü ildə dondurub” ifadəsində, o cümlədən “müqavilə bağlanandan sonra 40 günlük intensiv proqramın icra edilməli olduğu xx.xx.2023 – xx.xx.2023 tarixləri arasında intensiv (fasiləsiz) olaraq dərsləri keçmədiyi, müqaviləni pozduğu”etirafına heç bir qiymət vermədən, heç bir sübut olmadan qəbul edib ki, “iddiaçı müqavilə bağlanandan sonra 40 günlük intensiv proqramın icra edilməli olduğu xx.xx.2023 – xx.xx.2023 tarixləri arasında şəxsi səbəblərdən dolayı tədrisi dayandırıb. Bu qəbuledilməzdir. Məhkəmə qətnaməsində yenə deyilir ki,“xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində təşkil edilmiş dərsdən müəyyən fasilələrlə, ümumilikdə 38 dərsdə iştirak etmişdir(Google Sheets aləti vasitəsilə tərtib olunmuş cədvəl məlumatlarına əsasən)”. Hesab edir ki, məhkəmənin bu mövqeyi də qəbuledilməzdir. Belə ki, Məhkəmənin bu qənaətə də necə gəldiyi məchuldur. Belə ki, yuxarıda da göstərildiyi kimi, cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozduğu, xidmət haqqının ödənilməsinə baxmayaraq tədrisin ona verilmədiyi əsası ilə göndərdiyi priteziya məktubunda deyilir ki, “Sizin xx.xx.2023 tarixli, 97 saylı ingilis dili kurslarının tədris edilməsilə bağlı bağlanılmış 40 günlük xidməti müqavilədə göstərildiyi kimi 40 gün ərzində ardıcıl xidmətlər göstərilmədiyi, müqavilənin 3.2.4 cü bəndində qeyd edilən Sifarişçinin keçirilən tədrisin qiymətləndirilməsi üçün müəllim tərəfindən heç bir qiymətləndirilmə vərəqi təqdim edilməmişdir, eyni zamanda Müqavilənin xx.xx.2023-cü il tarixdə bağlanılması və 40 gün müddətində icra edilməsi qeyd olunmasına baxmayaraq xx.xx.2023-cü il tarixə qədər tədris hələ də bitməmişdir və cəmi 1 sınaq 2 dərs keçirilmişdir. Təmsil etdiyiniz Everson şirkəti olaraq müəllimlərin düzgün dərs saatı tənzimlənməməsi,sifarişçinin öncədən təyin etdiyi dərs saatlarının şirkət tərəfindən planlaşdırılmaması və İcraçının müqavilə üzrə öhdəliyinin icrası ilə bağlısifarişçiyə rəsmi heç bir məlumat verməməsini, 5.1 maddəsində götərildiyi kimi icraçının xidmətə görə yalnız” keçirilən dərslərin müqabiləndə ödəniş edilməsini” nəzərə alaraq göstərilməyən xidmətə görə xx.xx.2023-cü il tarixdə 40 gün ərzində icrası edilməsilə bağlı bağlanımış müqavilənin öhdəliyinə əsasən tərəfinizdən təqdim edilmiş Cavabdeh2 adlı şəxsin kapital bank 5239 1515 1149 6492 nömrəli debit plastik kart hesabına xx.xx.2023-cü il tarixdə tərəfindən Milliön ödəniş terminalı vasitəsilə ödənilmiş 1420 manat vəsaiti keçirilməyən dərslərin ödənişləri kimi hesablamaqla geri qaytarılmasını təmin edəsiniz. Qeyd: Müqavilənin tərtibatında şirkət haqqında məlumatlar (hüquqi ünvan, MMCdirektoru, email ünvanı, əlaqə nömrəsi qeyd edilməmişdir) anonim saxlanıldığı, Şirkətə rəsmi müarciət etmək üçün aidiyyatı üzrə Dövlət Vergi xidmətinə müraciət etməklə şirkətin vöen üzərindən elektron ASAN imza vasitəsilə müraciətimiz mümkün olmuşdur”. Bu məktuba Cavabdeh1 tərəfindən heç bircavab vermədiyi kimi, Məhkəməyə təqdim etdiy iGoogle Sheets aləti vasitəsilə tərtib olunmuş cədvəl məlumatlarına əsasən bildirib ki, guya iddiaçı 38 dərsdə iştirak edib. Hesab edir ki, tək tərəfli olaraq düzəldilə bilən “GoogleSheets aləti vasitəsilə tərtib olunmuş dərs cədvəlini” mötəbər sübut hesab edərək iddiaçının 38 dərsdə iştirak etməsi qəbul edilməzdir. Belə ki, heç bir dərs cədvəli tək başına tələbinin dərsdə iştirakını təsdiqləyə bilməz. Bunun başqa sübutlar ilə, məsələn video görüntü, tələbənin imzası və sairə ilə də təsdiq olunmalıdır. Məhkəmənin qətnaməsində yenə deyilir ki, “müqavilə şərtlərində cavabdeh tərəfindən hər hansı hüquqdan sui-istifadə hallarına yol verilməmiş, əksinə müqavilənin 4.2-ci bəndində bu müqavilənin 3.1.4-cü maddəsində göstərilən hal baş verdikdə müqavilənin müddətinin buraxılan dərslərin sayı qədər uzadılacağı, 4.3-cü bəndində müqavilənin müddətinin bitdiyi, ancaq tərəflərin bir-birlərinin qarşısında öhdəliyi qaldığı hallarda müqavilənin müddətinin öhdəliyin tam icra olunub qurtardığı müddətədək uzadılacağı ilə bağlı müddəalar nəzərdə tutulmuş, iddiaçı isə xx.xx.2023-cü il tarixdə müqavilə vaxtının və xidmət öhdəliyinin icra vaxtının bitməsini bildirməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdən dərslərə müəyyən fasilələrlə davam edərək, ümumilikdə 3 8 dərsdə iştirak etdikdən sonra müqavilədə icraçının vəzifəsi kimimüəyyən edilmiş “sifarişçini ingilis dilinin “Upper intermediate” (B2)səviyyəsinə çatdırılmasının” təmin edilməməsinə istinad edərək, iştirak etdiyi dərslərə görə ödədiyi məbləğin geri qaytarılmasını tələb edir. Halbuki göründüyü kimi intensiv keçirilməsi nəzərdə tutulmuş dərslərə bir neçə dəfə fasilələr verilmiş, habelə müqavilədə intensivliyin təmin edilməsindən istisna müqavilənin 4.2 və 4.3-cü bəndlərinin tətbiqi əvvəlcədən razılaşdırılmışdır ki, bu da iddiaçıya ingilis dilinin B2 səviyyəsinin təmin edilməsinin mümkün olmamasının gözlənilən hal olması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda iddiaçının həmin dövrdə Amerikada yaşaması və ölkələr arasında 9 saatlıq fərqin olması da nəzərə alınmalıdır”. Hesab edir ki, Məhkəmənin bu yanaşması da qəbuledilməzdir. Belə ki, yuxarıda qeyd edilən faktlardan məlum olur ki, müqavilə xx.xx.2023-cü ildə bağlanıb və xx.xx.2023-cü ildən başlayaraq 40 günlük intensiv tədris təşkil edilərək iddiaçının ingilis dili səviyyəsi B2 səviyyəsinə çatdırılmalı idi. Lakin cavabdeh özü etiraf edir ki, mən bunu təşkil edə bilmədim. Yəni müqavilə şərtlərinini pozub. Bundan sonra xx.xx.2023-cü ildə iddiaçı məktub yazaraq pulunu geri istəyib, lakin buna heç bir cavab yazılmayıb. Yalnız sonradan 2023-cü ilin 16 oktyabrından dərslərin yenidən bərpa olunduğu və 38 dərsin keçirildiyi bildirilir ki, bunu da yuxarıda göstərilən mötəbər sübut olmayan, tək tərəfli olaraq düzəldilə bilən Google Sheets aləti vasitəsilə tərtib olunmuş cədvəl ilə təsdiq edirlər və təhsil keçilmədiyi halda iddiaçının dil səviyyəsinin B2 səviyyəsinə çatmamasını elə iddiaçının təqsiri olduğunu göstərirlər ki, bu qəbuledilməzdir. Bundan başqa aşağıdakı faktlar da sübut edir ki, cavabdeh müqavilə öhdəliklərini pozub. Belə ki, birincisi Müqavilənin 2.1.3 tələblərinə əsasən, “Müqavilənin qüvvədə olduğu müddətdə və 40 günlük tədris prossesi müddətində tələbənin göstərilən xidmətlərdən, tədris prosesindən razı və ya narazı olmasını müəyyən etməsi üçün İcraçı(cavabdeh) tərəfindən ən azı 2 dəfə konsultasiya keçirilməldir”. Qeyd etməliyik ki, Müqavilənin icra müddətiərzində İcraçı tərəfindən heç 1 dəfədə olsun xidmətdən razı və ya narazı olması ilə bağlı konsultasiya, sorğu keçirilməyib. Ancaq iddiaçı xx.xx.2023-cü il tarixində cavabdehə e Vergi yolu ilə məktub yazaraq narazılığını bildirib. Hesab edir ki, bu durum belə cavabdehin öz öhdəliklərini layiqincə icra etmədiyini təsdiq edir və bu faktı Məhkəmə nəzərə almadan qətnamə qəbul etdi. İkincisi, Müqavilənin 2.1.5 bəndində göstərilir ki, “İcraçı 40 gün müddətində ingilis dili səviyyəsinin B2 səviyyəsinə çatdırılmasını təmin etməyi öhdəlik götürmüşdür”. Qeyd etməliyik ki, 40 gün müddətində keçirilən tədris dövründə təyin olunmuş müəllimin vaxtında dərslərə qatılmaması, tədrisin nizamsız və nəzarətsiz olması nəticəsində heç bir səviyyədən söhbət gedə bilməzdi. xx.xx.2023- cü il tarixli e vergi yolu ilə göndərdiyimiz rəsmi şikayət məktubunda da tədrisin vaxtında və düzgün keçirilməməsiilə bağlı müraciət etməsinə baxmayaraq Sifarişçi heç bir nəticə əldə edə bilməmişdir, hətta cavabdeh buna cavab belə verməmişdir. Sifarişçinin Çox saylı yazışmaları və tələbləri,şikayətləri nəticəsində Cavabdeh təkrar tədris keçirəcəyinə söz verilmiş, lakin tamamilə nizamsız və qeyri-müəyyən vaxtlarda fərqli müəllimlər təyin etməklə tədris keçirilməsinə başlamışdır. Halbuki, müqaviləyə görə 40 gün intensiv dərs keçirilməli idi. Həmin dövrdə yeni təyin edilmiş Əsmər müəllimə tədris zamanı İcraçı şirkətin ədalətsiz fəaliyyətindən narazılıq edərək işdən ayrılmışdır. Bundan sonra bir müddət isə Sifarişçini gözləməsini xahiş edilib və başqa bir müəllim təyin edilir. Həmin müəllim də şəxsi problemləri ilə bağlı (Ev pişiyinin xəstələndiyini əsas göstərərək) tədrisi bir gün keçib, 5 gün fasilə verirdi. Beləliklə, bu minvanla müxtəlif müəllimlər təyin edilməklə fasilələr verməklə xx.xx.2023-cü ildə tədris xidmət bitməli olan müqavilə öhdəliyi demək olar ki, dərs keçirilmədən “İcraçının öz etirazında” göstərdiyi kimi guya 01 May 2024-cü ildə yekunlaşdı. Halbuki, cəmi toplasaq həmin dövrdə maksimum 2 dərs keçildi. Amma öhdəlik 40 gün intensiv dərslərin keçirilməsi idi. Göründüyü kimi, cavabdeh bu formada 40 günlük tədris proqramının bitmiş hesab edir. Bu isə müqavilə tələblərinə və qanunvericiliyin imperativ normalarına ziddir. Üçüncüsü, Müqavilənin 5.1 və 5.1.1 bəndində göstərildiyi kimi göstərilən xidmətə və keçiriləcək dərslər müqabilində xidmət haqqı ödənilməli idi. Qeyd etməliyik ki, Müqavilədə göstərildiyi kimi keçiriləcək dərslərə və xidmətə görə ödənişlər qeyd olunmasına baxmayaraq İcraçı müqavilənin şərtlərini pozaraq Sifarişçidən tədris başlamazdan öncə ödənişin tam həcmdə ödənilməsini tələb etmişdir (əsas 23.08.23 tarixli ödəniş qəbzi) Əlavə olaraq müqavilədə Sifarişçinin ödənişləri nağd və ya bank yolu ilə ödənilməsinə baxmayaraq İcraçı ödənişi nağd formada və yalnız Cavabdeh2 adlı digər cavabdehin şəxsi bank kartına ödənilməsi tələb edilmişdir. Rəsmi ödənişləri bank vasitəsilə ödəmək üçün Respublika ərazisində kifayət qədər bank filialları fəaliyyət göstərir lakin İcraçı nağd formada ödənilməsini tələb etmişdir. Ödənilmiş vəsaitlə bağlı qarşı tərəfdən Sifarişçinin ev ünvanına və ya email ünvanına heç bir qəbz, qaimə və sənəd göndərilməmişdir. Sifarişçidə olan sadəcə özünün tanımadığı vətəndaşın şəxsi kartına terminal vasitəilə ödədiyi vəsaitin qəbzi qalmışdır. Göründüyü kimi İcraçı, Sifarişçinin guya uzaqda olduğunun əsas göstərərək vergi məsuliyyətindən yayıma üçün bu və bu kimi digər şəxslərdən böyük məbləğdə nağd ödəniş almaqla vergi ödəmə prosesindən yayınmışdır. Xahiş edir ki, məhkəmə bunu da nəzərə alaraq cavabdehin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmasıilə bağlı qərar qəbul etsin. Dördüncüsü, Müqavilənin 6.1.1 bəndində göstərildiyi kimi İcraçı bu xidmətləri düzgün icra etməməsi, şərtlərin pozması, öhdəliyini yerinə yetirilməmsinə nəticəsində vurduğu zərərə görə mülki-hüquqi məsuliyyət daşıyır. Qeyd etməliyik ki, müqavilənin 6.1.1 bəndi kobud şəkildə pozulmuş və heç bir öhdəlik müqaviləyə uyğun icra edilməmişdir. Ona görə də cavabdehlərin məsuliyyətə cəlb olunması zəruridir. Göründüyü kimi, məhkəmə cavabdehin verdiyi tək tərəfli, əsassız məlumatlara istinad edərək cavabdehin müqavilə öhdəliklərin pozmadığını qəbul edib. Lakin iddiaçının göstərdiyi faktlara heç bir qiymət verməyib. Hesab edir ki, məhkəmənin bu yanaşması qəbul edilməz olduğu kimi, müqavilə öhdəliyi ilə bağlı MM-nin, həmçinin tərəflər arasında olan müqavilənin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozur. Bundan başqa hesab edir ki, Məhkəmə Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunun 10-cu və digər maddələrini də pozub. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixində Cavabdeh1nə ərizə göndərərək bildirib ki, “Sizin xx.xx.2023 tarixli, 97 saylı ingilis dili kurslarının tədris edilməsilə bağlı bağlanılmış 40 günlük xidməti müqavilədə göstərildiyi kimi 40 gün ərzində ardıcıl xidmətlər göstərilmədiyi, müqavilənin 3.2.4 cü bəndində qeyd edilən Sifarişçinin keçirilən tədrisin qiymətləndirilməsi üçün müəllim tərəfindən heç bir qiymətləndirilmə vərəqi təqdim edilməmişdir, Eyni zamanda Müqavilənin xx.xx.2023-cü il tarixdə bağlanılması və 40 gün müddətində icra edilməsi qeyd olunmasına baxmayaraq xx.xx.2023-cü il tarixə qədər tədris hələ də bitməmişdir və cəmi 1 sınaq 2 dərs keçirilmişdir. Təmsil etdiyiniz Everson şirkəti olaraq müəllimlərin düzgün dərs saatı tənzimlənməməsi, sifarişçinin öncədən təyin etdiyi dərs saatlarının şirkət tərəfindən planlaşdırılmaması və İcraçının müqavilə üzrə öhdəliyinin icrası ilə bağlısifarişçiyə rəsmi heç bir məlumat verməməsini, 5.1 maddəsində götərildiyi kimi icraçının xidmətə görə yalnız” keçirilən dərslərin müqabiləndə ödəniş edilməsini” nəzərə alaraq göstərilməyən xidmətə görə xx.xx.2023-cü il tarixdə 40 gün ərzində icrası edilməsilə bağlı bağlanmış müqavilənin öhdəliyinə əsasən tərəfinizdən təqdim edilmiş Cavabdeh2 adlışəxsin kapital bank 5239 1515 1149 6492 nömrəli debit plastik kart hesabına xx.xx.2023-cü il tarixdə tərəfindən Milliön ödəniş terminalı vasitəsilə ödənilmiş 1420 manat vəsaiti keçirilməyən dərslərin ödənişləri kimi hesablamaqla geri qaytarılmasını təmin edəsiniz. Qeyd: Müqavilənintərtibatında şirkət haqqında məlumatlar (hüquqi ünvan, MMC-direktoru, emailünvanı, əlaqə nömrəsi qeyd edilməmişdir) anonim saxlanıldığı, Şirkətə rəsmimüarciət etmək üçün aidiyyatı üzrə Dövlət Vergi xidmətinə müraciət etməklə şirkətin vöen üzərindən elektron ASAN imza vasitəsilə müraciətimiz mümükünolmuşdur”. Lakin həmin Ərizəyə Cavabdeh Enverson MMC heç bir cavab verməyərək vətəndaşın hüquqlarını pozmuş, məhkəmə də bu pozuntuya məhəl verməmişdir. Belə ki,Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə görə,“Bu Qanunun 9.2-ci, 9.6-cıvə 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günümüddətində baxılır”. Lakin bu tələbi cavabdeh pozub. Hesab edir ki, bu faktın da nəzərə alınması, cavabdehin öz öhdəliklərinə nə qədər əməl etdiyini görməyimiz baxımından zəruridir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Enverson MMC-nin direktoru X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəf ərizə ilə müraciət edərək məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında da iştirak etməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
19. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
20. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.
21. Maddə 419.2 müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
22. Maddə 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
30. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki halda, iddiaçı qətnaməni mübahisələndirərək iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası işə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-379/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
39. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
41. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.
42. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, Cavabdeh1 MMC “40 günlük intensiv proqram” üzrə 40 gün ərzində ingilis dili dərsləri tədris etməyi, İddiaçı isə müqavilə üzrə haqqı Cavabdeh1 MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş 1420 manat pul vəsaitini MMC-nin hesabına ödəmiş və iddiaçı Amerikada yaşadığından həmin tədris mərkəzində ingilis dili üzrə onlayn şəkildə təhsil almağa başlamışdır. Tədris dönəmində İddiaçı bir neçə dəfə şəxsi məsələlər ilə bağlı dərsləri dondurmuş, daha sonra dərsləri yenidən davam etmək istəyi nəzərə alınaraq dərslərə yenidən başlanmışdır. Müqavilə şərtlərindən də məlum olur ki, cavabdeh 40 günlük intensiv proqram çərçivəsində ingilis dili dərslərinin tədrisini təşkil etməli, iddiaçı isə xidmət haqqını Cavabdeh1 MMC-yə ödəməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı təhsil xidmətləri üçün razılaşdırdıqları 1420 manatı cavabdehə ödəmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində təşkil edilmiş 54 dərsdən müəyyən fasilələrlə, ümumilikdə 38 dərsdə iştirak etmişdir (Google Sheets aləti vasitəsilə tərtib olunmuş cədvəl məlumatlarına əsasən)
43. Hazırkı mübahisə üzrə müqavilə tərəflərinin hüquq və vəzifələrinə dair müqavilə şərtlərinin tətbiqi ilə bağlı qeyd olunmalıdır ki, təcrübədə təhsilalanlarla təhsil xidmətləri göstərən müəssisələr arasında xidmətin göstərilməsinə dair bağlanan müqavilələr bir qayda olaraq həmin müəssisələr tərəfindən təklif edilir, həmin müqavilələr özündə, eyni zamanda əvvəlcədən ifadə edilən və dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtləri də ehtiva edir.
44. Mülki qanunvericiliyə görə müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir.
45. Hazırkı mübahisə üzrə məhkəmə araşdırması zamanı hər hansı etibarsızlıq halı və ya etimad və vicdanlılıq prinsiplərinə zidd hər hansı hal müəyyən edilməmişdir.
46. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, müqavilə şərtlərində cavabdeh tərəfindən hər hansı hüquqdan sui-istifadə hallarına yol verilməmiş, əksinə müqavilənin 4.2-ci bəndində bu müqavilənin 3.1.4-cü maddəsində göstərilən hal baş verdikdə müqavilənin müddətinin buraxılan dərslərin sayı qədər uzadılacağı, 4.3-cü bəndində müqavilənin müddətinin bitdiyi, ancaq tərəflərin bir-birlərinin qarşısında öhdəliyi qaldığı hallarda müqavilənin müddətinin öhdəliyin tam icra olunub qurtardığı müddətədək uzadılacağı ilə bağlı müddəalar nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə müqavilə vaxtının və xidmət öhdəliyinin icra vaxtının bitməsini bildirməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdən dərslərə müəyyən fasilələrlə davam edərək, ümumilikdə 38 dərsdə iştirak etdikdən sonra müqavilədə icraçının vəzifəsi kimi müəyyən edilmiş “sifarişçini ingilis dilinin “Upper intermediate” (B2) səviyyəsinə çatdırılmasının” təmin edilməməsinə istinad edərək, iştirak etdiyi dərslərə görə ödədiyi məbləğin geri qaytarılmasını tələb etməkdə haqlı olmamışdır. Halbuki göründüyü kimi intensiv keçirilməsi nəzərdə tutulmuş dərslərə bir neçə dəfə fasilələr verilmiş, habelə müqavilədə intensivliyin təmin edilməsindən istisna - müqavilənin 4.2 və 4.3-cü bəndlərinin tətbiqi əvvəlcədən razılaşdırılmışdır ki, bu da iddiaçıya ingilis dilinin B2 səviyyəsinin təmin edilməsinin mümkün olmamasının gözlənilən hal olması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda cavabdeh tərəfindən sifarişçinin müqavilə üzrə öhdəlikləri - müqavilənin 3.1.4-cü bəndini pozaraq sonuncu dondurulma ilə bağlı müraciət etmədən və cavab almadan dərsləri özbaşına dondurmasına baxmayaraq, MMC tərəfindən onun yenidən dərslərə başlamaq istəyi qəbul olunaraq dərslərinin xx.xx.2024-cü il tarixində yenidən bərpa olunması bildirilmiş, bundan başqa cavabdehin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahat əsasında müştəri məmnuniyyətinin təmin edilməsi prinsipi rəhbər tutularaq cavabdeh tərəfindən iddiaçının ödədiyi məbləğin müqabilində yenidən 40 günlük intensiv dərslərin keçirilməsi təklif olunsa da, iddiaçı ona təklif olunmuş imkandan imtina etmişdir.
47. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, müqavilə üzrə ödənişlər Cavabdeh1 MMC-nin işçisi Çinarə Məmmədovanın kart hesabına köçürülsə də, sonradan nağdlaşdırılaraq MMC-nin bunu bəyənməsi (sonradan verilən razılıq) əsasında onun hesabına mədaxil edilmişdir ki, bu da Çinarə Məmmədovanı hazırkı iş üzrə iddiaya cavab verməli olmayan şəxs olması qənaətinə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi də həmin ödənişin təyinatının məhz tərəflər arasındakı müqavilə üzrə olmasını, habelə Cavabdeh1 MMC-nin direktoru həmin məbləğin Cəmiyyətin balansına keçməsini təsdiq etmişlər. Bununla da Çinarə Məmmədovanın əsassız varlanması halı istisna olunur.
48. Kollegiya apellyasiya şikayətinin cavabdeh tərəfindən “vergi qanunvericiliyinin və nağdsız hesablaşmalar haqqında qanunvericiliyin tələblərinin pozulması” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, göstərilən hal üzrə iddiaçı hər hansı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, AR Vergilər Məcəlləsinin tələblərinə görə bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatı olan vergi bəyannaməsini bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına vermək vəzifəsini daşıyırlar. Göründüyü kimi Məcəllədə sözügedən hallara nəzarət etməli orqan konkret olaraq müəyyən edilmişdir. Mülki prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hazırda iddiaçının barəsində xüsusi qərardad çıxarılmasını tələb etdiyi hal üzrə onun hər hansı hüquqlarının, maraqlarının pozulması halı müəyyən edilmir.
49. Kollegiya apellyasiya şikayətinin “102 manat gecikmə faizi, 500 manat mənəvi zərərin əvəzinin ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, bu tələblər müqavilə üzrə ödənilmiş pulun qaytarılması tələbi ilə bağlıdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını bildirmişdir, çünki ödənilmiş 1420 manatın qaytarılması tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
50. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
51. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətində istinad etdiyi halları təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, AR MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Kollegiya qeyd edir ki, belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1420 (bir min dörd yüziyirmi) manat ödənilmiş pul, 102 (bir yüziki) manat faiz, 500 manat mənəvi zərər üçün kompensasiya, 45 manat dövlət rüsumu, 120 manat hüquqi xidmət xərci, cəmi 2187 (iki min bir yüz səksən yeddi) manat pul tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməməlidir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
57. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-379/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.