Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2777/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5946/2021 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh X18rşı “hüquqi faktın müəyyən edilərək təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının iddiaçıya məxsus olması faktının müəyyən edilərək təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.1955-ci il təvəllüdlüdür, ailəlidir. Dörd uşaq atasıdır. O, yaşa görə pensiyaya çıxmağı ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə müraciət etmiş, ancaq 1970-1974-cü, 1981-1998-ci illər üzrə olan əmək stajının sosial sığorta stajına hesablanması mümkün olmadığından pensiyaya çıxa bilməmişdir. Belə ki, Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021 -ci il tarixli arayışında 1970-1972 və 1974-cü illər üzrə onun əmək haqqı cədvəlində soyadı səhvən “Ələsgərov” kimi qeyd edilmişdir. Məhz Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilib təsdiq edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsi 22.06.2021-ci il tarixli, 2-(021)-2041/2021 saylı qərardad qəbul edərək ərizəni MPM-nin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlamışdır. Həmin qərarı qeyri-obyektiv hesab edərək apellyasiya şikayəti vermişdir. Belə ki, həmin şikayətdə məhkəmənin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının hüquqşünası Nuranə Məmmədovanın əsassız etirazını əsas götürməsini, həmin etirazın onun ərizəsinə heç bir aidiyyəti olmamasını, etirazın onun ərizəsində qeyd edilən tələblə bağlı heç bir mübahisə yaratmadığını bildirmişdir. Belə ki, həmin etirazda qeyd edilmişdir ki, “Hesab edirik ki, ərizəçi İddiaçı 1970, 1971, 1972, 1974-cü illərdə M.Əzizbəyov adına kolxozda işləmiş olduğunu təsdiq edən şahidləri olmadığına görə 2(021)- 20414/2021 nömrəli iş üzrə ərizə təmin edilməməlidir.” Göründüyü kimi DSMF-nin məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının hüquqşünası Nuranə Məmmədova tələbin nədən ibarət olmasını anlamamışdır. Onun məhkəmədən tələbi 1970, 1971, 1972,1974-cü illərdə M.Əzizbəyov adına kolxozda işləmiş olduğunu təsdiq edilməsi deyil, Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilib təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5946/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh publik hüquqi şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5946/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş materiallarında olan Bərdə rayonu M.Əzizbəyov kolxozunun əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabının surətinə əsasən həmin kitabda şəxsin adının “Ələsgərov Sarı” kimi qeyd edilməsi, Bərdə rayon Dövlət Arxivinin 30.07.2021-ci il tarixli 157 saylı arayışında iddiaçının 1981-1998-ci illərdə M.Əzizbəyov adına kolxozda işlədiyinin və 1973-cü ildə soyadın “Kərimov” olduğunun qeyd olunması, Bərdə rayonu Mollalı kənd İƏD-iüzrə icra nümayəndəliyinin 04.08.2020-ci il tarixli 121 saylı arayışında X14 ilə İddiaçı eyni adam olduğunun qeyd edilməsi Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının İddiaçı məxsus olması faktının müəyyən edilməsinə əsas vermir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, onun atası Hüseyn Ələsgərov anası X8 ilə nikaha daxil olmadan ailə qurmuşlar. Həmin qeyri-rəsmi nikahdan o, anadan olmuşdur. Lakin anası savadsız qadın olduğundan, atası ona öz soyadını verməmişdir. Onun ögey qardaşlarının soyadı da Ələsgərovdur. Bu barədə sənədləri təqdim etmişdir. Ögey qardaşlarının da, sənədlərindən görünür ki, ataları Hüseyn Ələsgərov olmuşdur. Arxiv sənədində 1970-1972, 1974-cü illərdə kolxoz tərəfindən onun soyadı Ələsgərov kimi qeyd olunub. Qalan illər üzrə isə düzgün olaraq Kərimov kimi qeyd olunub. O, neçə illərdir ki, məhkəmənin yollarında qalıb. İşə Bərdə Rayon Məhkəməsi baxaraq, hüquq haqqında mübahisə olduğu üçün, iddianı baxılmamış saxlamışdır. Onun şikayətini Gəncə Apellyasiya Məhkəməsi də təmin etməmişdir. Bunlan sonra o, məcbur olub, iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iddianın yolverilməzliyinə görə iddianın qəbul edilməsindən imtina etmişdir. Onun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadını ləğv edərək, onun pozulmuş hüquqlarının bərpası ilə əlaqədar işi baxılması üçün həmin məhkəməyə göndərmişdir. Bundan sonra onun iddiasına baxılaraq, hazırkı qətnamə qəbul edilmişdir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və iddiaçı növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə rayon Dövlət Arxivi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam olaraq təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli qərardadı İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iş üzrə icraata iddia tələbinin 1973, 1981-1998-ci illər üzrə İddiaçı Bərdə rayonu M.Əzizbəyov adına kolxozda işləməsi ilə bağlı Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30 iyul 2021-ci il tarixli arayışın İddiaçı məxsus olması hissəsində tələbə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Hazırda apellyasiya baxışının predmetində qalan hissə 1970-1972, 1974-cü illər üzrə İddiaçı Bərdə rayonu M.Əzizbəyov adına kolxozda işləməsi ilə bağlı Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30 iyul 2021-ci il tarixli arayışın İddiaçı məxsus olması hissəsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olarhüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bərdə rayon Mollalı Kənd İcra Nümayəndəliyi tərəfindən 07 iyul 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Bərdə rayonu Mollalı kəndində anadan olmuş, anası X3r. Ata qrafasında qeydiyyat aparılmamışdır. Bərdə rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş, Bərdə “ASAN Xidmət Mərkəzinə ünvanlanmış 30.07.2020-ci il tarixli, 157 saylı arayışa əsasən İddiaçı adı və 1970-1998-ci illərdə M.Əzizbəyov kolxozunda işlədiyi müddət ərzində qazandığı əmək haqqı qeyd edilmişdir. Həmin arayışda vətəndaş 1970, 1971, 1972, 1974-cü illərdə İddiaçı soyadı “Ələsgərov” kimi qeyd olunmuşdur. Bərdə rayon Dövlət Arxivinin 06 dekabr 2021-ci il tarixli, 239 saylı məktubuna əsasən vətəndaş Ələsgərov, İddiaçı Bərdə rayonu M.Əzizbəyov adına kolxozda 1970, 1971, 1972, 1974cü illədə vətəndaşın soyadı Ələsgərov kimi qeyd olunub, ata adı qeyd olunmayıb. 04.08.2020-ci il tarixdə 121 saylı Mollalı kənd İcra Nümayəndəliyinin təqdim etdiyi rəsmi arayışda Ələsgərov və İddiaçı eyni adam oluduğunu arayışda bildirdikdən sonra Arxiv arayışı verilmişdir. Bununla da istifadə olunan şəxsi hesab kitablarının surətləri təsdiqlənərək göndərilir. Surətləri çıxarılarkən kitabın sağ tərəfindəki aparata yerləşmədiyi üçün üzürlü hesab olunmasının nəzərə alınması, ancaq əmək günü və iş günü səhifələrini çıxarmaq mümkün olmuşdur. Bərdə rayonu, M.Əzizbəyov kolxozunun əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabının surətinə əsasən həmin kitabda şəxsin soyadı və adı “Ələsgərov Sarı” kimi qeyd edilmişdir. Bərdə rayonu, Mollalı kənd İƏD-i üzrə icra nümayəndəliyinin 04.08.2020-ci il tarixli, 121 saylı, 15.03.2022-ci il tarixli, 96 saylı arayışlarına əsasən X14 ilə İddiaçı eyni adamdır. AZE seriyalı, 01063859 saylı şəxsiyyət vəsiqəsi və AZ-İİ seriyalı, 248446 saylı ölüm haqqında şəhadətnamənin surətlərinə əsasən 01.07.1934-cü ildə Bərdə rayonu Mollalı kəndində anadan olmuş X10 16.03.2022-ci ildə Bərdə rayonunda vəfat etmişdir. AZ-İ seriyalı, 712730 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 iyul 2008-ci ildə Bərdə rayonunda vəfat etmişdir. Bərdə Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(021)-2041/2021 saylı qərardadına əsasən ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Bərdə Rayon Filialı olmaqla) Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının ona məxsus olması “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Bərdə Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(021)-2041/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(021)-2041/2021 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(021)-2041/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bərdə Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(021)-3029/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7rşı sənədin şəxsə məxsus olması tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti ilə bağlı geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(004)-5946/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7rşı sənədin ona məxsus olması faktının müəyyən edilərək təsdiq edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbulundan, iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(004)-5946/2021 saylı qərardadı ləğv edilərək, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X15 ifadə verərək göstərdi ki, o, özü 1940-cı ildə Bərdə rayonu Mollalı kəndində doğulmuş, hal-hazırda da orada yaşayır. İddiaçı anası X1 Hüseynlə qeyri-rəsmi olaraq ailə münasibətlərində yaşamışlar. Həmin qeyri-rəsmi nikahdan onların İddiaçı adlı uşaqları dünyaya gəlmişdir. Hüseyn Ələsgərovun özünün başqa ailəsi olduğundan, həmin vaxtlar bu məsələlərə dövlət tərəfindən pis yanaşıldığı üçün, Sarıya soyadını verməmişdir. Hüseyn Ələsgərovun öz uşaqları olan X6 və X4 tanımışdır. Məhi 2022-ci ildə, Şükür isə 2008-ci ildə vəfat etmişlər. Onlar Sarının ögey qardaşlarıdırlar. O, özü 1959-cu ildən başlayaraq 1976-cı ilə kimi Bərdə rayonu M.Əzizbəyov adına kolxozda işləmişdir. O, iqtisadçı, baş mühasib, mühasib, sədr müavini, sədr işləmişdir. İddiaçı 1970-ci ildən başlayaraq həmin kolxozda işləmişdir. Kolxozda hamı onu Hüseyn kişinin oğlu olaraq Ələsgərov və Kərimov kimi tanıyırdılar. Kolxozun sənədlərində onun soyadı həm Kərimov, həm də Ələsgərov kimi göstərilmişdir. Ona verilən suallar üzrə bildirir ki, İddiaçı 1970-1972, 1974-cü illərdə kolxozda işləmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, İddiaçı anası X1 Hüseynlə qeyri-rəsmi olaraq ailə münasibətlərində yaşamışlar. Həmin qeyri-rəsmi nikahdan onların İddiaçı adlı uşaqları dünyaya gəlmişdir. Hüseyn Ələsgərovun özünün başqa ailəsi olduğu üçün, Sarıya soyadını verməmişdir. Bunu bütün kənd adamları bilirdi. Hüseyn Ələsgərovun öz uşaqları olan X6 və X4 tanıyırdı. Məhi 2022-ci ildə, Şükür isə 2008-ci ildə vəfat etmişlər. Onlar Sarının ögey qardaşlarıdırlar. O, özü 1980-cı ildən 1997-ci ilə kimi Bərdə rayonu M.Əzizbəyov adına kolxozda işləmişdir. Onun bildiyinə görə İddiaçı kolxozda 1970-ci ildən işləyirdi. Kənd yerində hamı onu Kərimov və Ələsgərov soyadı ilə tanıyırdı. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Kollegiya ilk olaraq qeyd edir ki, arxiv arayışı Plenumun Qərarına əsasən əmək stajını təsdiq edən hüquq müəyyənedici sənəd hesab olunur. Göründüyü kimi, iddiaçının 2006-cı il tarixədək olan iş stajı dövlət arxivinin arayışı ilə təsdiq olunur. Həmin arayışda 1970-1972, 1974-cü illər üzrə iddiaçının iş stajı qeyd olunarkən soyadı Ələsgərov kimi qeyd olunmuşdur. Kollegiya tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, iddiaçı həqiqətən 1970-1972, 1974-cü illərdə Bərdə rayonu M.Əzizbəyov adına kolxozda işləmişdir. Belə ki, Bərdə rayon Dövlət Arxivinin 30.07.2020-ci il tarixli, 157 saylı arayışına əlavə edilmiş əmək haqqı cədvəlində 1970-1972 və 1974-cü illər üzrə iddiaçının adı “Sarı” kimi qeyd olunsa da, soyadı “Ələsgərov” kimi qeyd olunmuşdur. İddiaçı bu sənəddə göstərilən soyadı ilə şəxsiyyət vəsiqəsində göstərilən soyadı düz gəlmədiyi üçün həmin hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsini istəyir. Hazırda həmin kolxoz mövcud olmadığından, iddiaçı bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Bu faktın təsdiqi iddiaçıya iş stajının hesablanması üçün lazımdlr. Qeyd olunan hal, işdə olan digər sübutlarla yanaşı, özlərinin həqiqətən Bərdə rayonu M.Əzizbəyov adına kolxozda işləməsi rəsmi sənədlərlə təsdiq olunan mötəbər şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, 1970, 1971, 1972, 1974-cü illərdə İddiaçı Bərdə rayonu, M.Əzizbəyov kolxozunda işləməsi ilə bağlı Arxiv İdarəsi tərəfindən verilmiş arayışın iddiaçıya məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.4-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5946/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi apellyasiya baxışının predmetində qalan hissədə təmin edilsin. 1970, 1971, 1972, 1974-cü illərdə İddiaçı Bərdə rayonu, M.Əzizbəyov kolxozunda işləməsi ilə bağlı Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının iddiaçıya məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2777/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2777/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver