Məhkəmə qərarları › İş №2(103)-2781/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2781/2021

26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2781/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və X2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizələri üzrə mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 999/2020 saylı qətnaməsindən iddiaçıların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 tərəfindən Vəkil verilmiş etibarnamənin müddəti xx.xx.2020-ci il tarixində qüvvədən dümüş (səh.67-69), Vəkil tərəfindən imzalanan apellyasiya şikayəti isə xx.xx.2020-ci il tarixində (xx.xx.2020-ci il tarixində imzalanmış) verilmiş və bu zaman yenilənmiş etibarnamə şikayətə əlavə edilməmişdir (səh.161-165). Beləliklə, apellyasiya şikayətini səlahiyyəti (təsdiq edən sənədləri) olmayan şəxs imzaladığından apellyasiyyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 69, 73, 74, 263, 264, 360-366, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 999/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar