Məhkəmə qərarları › İş №2(103)-2789/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2789/2025

23.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2789/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “hərrac protokolunun etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X8 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X9 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-684/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarşa əsasən ½ hissədə X2, ½ hissədə İddiaçı adına qeydə alınmış Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanında yerləşən 36 kv.m olan mənzil hərracda satılmalı, satışdan əldə olunan pul vəsaiti iddiaçı X5 ilə İddiaçı arasında bərabər bölünməli, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdeh İddiaçı alınaraq X4 verilməlidirş

2. Cavabdeh2 xx.xx.2024-cü il tarixli sifarişinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km “Abşeron Gənclər şəhəriciyi” yaşayış kompleksi ev 20 ünvanında yerləşən və ümumi sahəsi 36 kv.m olan 23 saylı mənzilin satılması ilə bağlı hərracın keçirilməsi Azərbaycan Respublikası X6 Əmlak Hərrac Mərkəzinə sifariş olunmuşdur.

3. X6 Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hərracın yekunları barədə xx.xx.2024-cü il tarixli 65/24 nömrəli protokoldan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-684/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə və Cavabdeh2 xx.xx.2024-cü il tarixli sifariş əsasında Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanında yerləşən 36 kv.m olan mənzil 42.420 manata X1.

4. xx.xx.2024-cü il tarixli 317/24 №-li bildirişin surətindən müəyyən olunur ki, “X6” nəzdində yaradılmış Cavabdeh3 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:00də ilkin satış qiyməti 42000 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildiriş İddiaçı Gədəbəy rayonu X.Haqverdiyev küçəsi ev 15 ünvanında yerləşən və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanına göndərilmişdir. Lakin ünvan 3 yaşamır” qeydi ilə, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanında isə “qaplı bağlı” qeydi ilə geri qaytarılmışdır.

5. “Şərq” qəzetinin xx.xx.2024-cü il qəzetinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanında yerləşən mənzil üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur.

6. X5 tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış ərizədən görünür ki, G.P.Bayramova xx.xx.2024-cü il tarixdə keçiriləcək açıq hərracda iştirak etmək üçün müraciət etmiş və 2100 manat məbləğində beh ödəmişdir.

7. X13 tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış ərizədən görünür ki, F.S.Hacıyeva xx.xx.2024-cü il tarixdə keçiriləcək açıq hərracda iştirak etmək üçün müraciət etmiş və 2100 manat məbləğində beh ödəmişdir.

8. ƏMDX yanında DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X4 verilmiş daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2024-cü il tarixinə bazar qiyməti 44.000 manat təşkil edir.

9. ƏMDX yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanında yerləşən 36 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə X2 mülkiyyətindədir.

10. Cavabdeh2 icra məmuru X14 xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanında yerləşən 36 kv.m olan mənzilə qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici-mütəxəssis dəvət edilməsi və əmlaka baxış keçirilməsi qərara alınmışdır. Həmin qərarın surəti İddiaçı göndərilmişdir.

11. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanında yerləşən 36 kv.m olan mənzilin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 42.000 manat təşkil edir.

12. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli S-099- 077/2024 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanında yerləşən 36 kv.m olan mənzilin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 38.000 manat təşkil edir.

13. Cavabdeh2 xx.xx.2024-cü il tarixli 17/75216801/2V saylı məktubuna əsasən Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanında yerləşən 36 kv.m olan mənzilin satışından əldə edilən vəsaitin ½ hissəsi (21210 manatı) X5 tərəfindən icra şöbəsinin depozit hesabına ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qiymətləndirilmə rəyinin və “X6” Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərracın və onun hüquqi nəticələrinin, yəni X5 və X6” Cavabdeh3 MMC arasında imzalanmış Bakı, Abşeron Gənclər Şəhərciyi, blok 59, m.23-ə dair hərracın yekunlarına barədə 65/24 nömrəli protokolun etibarsız hesab edilməsi və hüquqi nəticəsi kimi X5 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən Bakı, Abşeron Gənclər Şəhərciyi, blok 59, m.23-ə X5 və onun arasında ½ paylar müəyyən edilmişdir. Bunun əsasında cavabdeh Abşeron İcra şöbəsinin sifarişi əsasında onların heç bir məlumatı olmadan qiymətləndirilmə və hərrac keçirilmiş və nəticədə “X6” Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərracla X5 arasında 10 may 2024-cü il tarixdə müqavilə bağlanmışdır. Bu barədə onların ancaq məlumatı icra şöbəsindən olmuşdur. Bundan sonra isə hərrac mərkəzinə müraciət edərək hazırki sənədləri əldə etmişdir. Göründüyü kimi ona heç bir məlumat təqdim edilməmiş, heç bir məktub çatmamışdır. Beləliklə də onun hərracdan məlumatı olmamışdır. Hərracla bağlı ümumiyyətlə məlumat mövcud deyildir ki, ipoteka predmetinin ilkin satış qiyməti, hərracların keçirilmə qaydası barədə heç bir məlumatı yoxdur. Yeganə olaraq, hərracın cavabdeh tərəfindən keçirilməsi məlum olmuşdur ki, bu da sonradan onlara məlum olmuşdur. Əmlakın ilkin satış qiyməti də həqiqəti əks etdirmir. Tərəfindən qiymətləndirilmə təşkilatı cəlb edilmiş və nəticə olaraq müəyyən edilmişdir ki, əmlakın qiyməti də kifayət qədər fərqlidir.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-501/25 saylı iş üzrə 19 fevral 2025-cü il tarixli qətnaməsi ilə (hakim Ü.Xəlil) iddia rədd edilmişdir.

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərracın keçirilməsində qanun pozuntusuna yol verilməmiş, iddiaçı hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmışdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-43-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, iddiaçıya xəbərdarlıq bildirişi xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Lakin qanunda qeyd olunmuşdur ki, hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. İddiaçıya isə hərracın keçirilməsi ilə bağlı bildiriş və poçt göndərişləri çatmamışdır. Buna sübut olaraq poçt zərflərinin üzərində olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixilərin və çatdırılmama səbəbinin qeyd olunmasıdır. Bu səbəbdən də, iddiaçının hərracın keçirilməsindən xəbəri olmayıb, hətda hərracın keçirilməsi müddəti düzgün tətbiq olunmamışdır. Mülki Məcəllənin 415-ci maddəsi ilə, habelə “İcra haqqında” Qanunun 53, 61, 62-ci maddələri ilə icra sənədi üzrə tələbin yönəldiyi əmlakın satışı üzrə hərracın keçirilməsi qaydaları müəyyən edilir ki, bu qaydalara əsasən də əmlakın bazar qiyməti ilə hərraca çıxarılması, hərracların keçirilməsi müddətləri, hərracın keçirilməsindən əvvəl, həm də hərracın baş tutmasından sonra əmlakın tələbkara təklif edilməsi imkanı nəzərdə tutulmuşdur. Lakin iddiaçı təklifi görməmiş və tanış olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

23. Üçüncü şəxs apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır . Maddələr 41.2, 41.3 və 41.5. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Maddə 43.5 və 43.7. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı işdə olan materiallar nəzərdən keçirilərkən iş üzrə hərracın nəticələri üzrə tərtib olunmuş protokolun ləğvi üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesin bütün mərhələləri barədə iddiaçıya lazımi qaydada məlumatlar göndərilmişdir.

31. Belə ki iş materiallarına əsasən müəyyən edilir ki, Gədəbəy rayonu X.Haqverdiyev küçəsi ev 15 ünvanında yerləşən və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 1 ünvanına hərracın keçirilməsi ilə bağlı rəsmi qaydada xəbərnaməli bildiriş göndərilmiş, eləcə də “Şərq” qəzetində də müvafiq qaydada elan yerləşdirilmişdir. Həmçinin, iddiaçının istifadəsində olan telefonla onunla əlaqə saxlanılaraq məlumat verilmişdir.

32. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən isə sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə, qəzetlərdə və internet resurlarında elanlar dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Hərracın keçirilməsi ilə bağlı formal pozuntular isə hərracın nəticələrinin ləğv edilməsi və əmlakı qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilməz.

33. Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulan bildirişlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında belə şərh verilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

34. Apellyasiya şikayətinin mənzilin ilkin satış qiymətinin reallığı əks etdirməməsi ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun sifarişinə əsasən hərracın keçirildiyi vaxt mənzilin ilkin satış qiyməti mütəxəssis tərəfindən 42 000 manat müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyində isə mənziin hazırkı bazar qiymətinin 48 000 manat olduğu qeyd olunmuşdur. Məhkəmə kollegiyası mütəxəssis rəyləri üzrə ilkin satış qiymətlərində olan bu fərqi cüzi hesab edir və bunu keçən müddət ərzində daşınmaz əmlak bazarında baş verən qiymət dəyişiklikləri ilə izah edir.

35. Məhkəmə kollegiyasının qənaətinə görə hərracın nəticələri üzrə tərtib olunmuş protokolun etibarsız hesab edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

36. Məhkəmə kollegiyasının qənaətinə görə hərracların təşkili, keçirilməsi, eləcə də ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı hərracın nəticələrinin ləğvi üçün əsas verə biləcək hər hansı pozuntuya yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti rədd edilməlidir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar