Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2796/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq yenidən girov müqaviləsi üzrə girovluğuna qaytarılması, girov qoyulmuş qızıl-zinət əşyalarına iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçünçü şəxslər tərəfindən mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3711/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq yenidən girov müqaviləsi üzrə girovluğuna qaytarılması, girov qoyulmuş qızıl-zinət əşyalarına iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçünçü şəxslər tərəfindən mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, sonradan dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyaları, yəni "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh1 cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulması; "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh2 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulması; xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girov qoyulmuş qızıl-zinət əşyalarına İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələr edilməsinə son qoyulması; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3711/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyaları, yəni "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh1 cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulmuş, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 18.057,60 manat pulun Cavabdeh1 qaytarılması "xxxx" MMC-nin öhdəsinə qoyulmuş, "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh2 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulmuş, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 20.054,40 manat pulun Cavabdeh2 qaytarılması "xxxx" MMC-nin öhdəsinə qoyulmuş; xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girov qoyulmuş qızılzinət əşyalarına İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələr edilməsinə son qoyulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2 (004)-3711/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Cavabdeh1 verilmiş apellyasiya şikayətinə nəzər yetirdikdə aydın olur ki, apellyasiya şikayəti ilə bərabər “buraxılmış müddətin bərpası haqqında ərizə” verilmişdir(iş vərəqə 206). Birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Odur ki, hazırki şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməli, borclu tərəfindən verilmiş «buraxılmış prosessual müddətin bərpası barədə ərizə»yə baxılaraq münasibət bildirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3711/2023 saylı, 19 oktyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayət mülki işlə birlikdə, buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2796/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2796/2024
03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver