Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2801/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, İddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə ünvan 2rixli qərardadından cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-33/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmamışdır. Həmin qətnamə ilə razılaşmayan iddiaçılar Nümayəndə və İddiaçı2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8163/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir. Apellyasiyanın qeyri-mümkün hesab edilməsinin əsaslarından biri kimi iddiaçıların qanunla müəyyən edilmiş prosessual müddəti ötürmələrinə baxmayaraq, birinci instansiya məhkəməsinin buna qiymət verməməsi göstərilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra iddiaçılar qərardadda göstərilən nöqsanları aradan qaldıraraq xx.xx.2023-cü il tarixində yenidən apellyasiya şikayəti vermişlər. Eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə də vermişlər. ünvan 2rixli qərardadı ilə ərizənin təmin olunması, həmin məhkəmənin 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin iddiaçılara münasibətdə bərpa edilməsi, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alımışdır. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 ünvan 2rixli qərardadından narazı qalaraq nümayəndə-vəkili Vəkil1 vasitəsilə şikayət vermişlər. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar prosessual qanunvericiliyin tələblərinə əməl etmədiklərinə görə, yəni qanuna hörmət etmədiklərinə görə müddəti ötürmüşlər. Bu səbəbdən onların apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti buraxmaları üzrlü hesab edilə bilməz. Nizami Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərardadı ilə cavabdehlərin şikayəti təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə iddiaçılar Nümayəndə və İddiaçı2 nümayəndə-vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinə etiraz ərizəsi göndərərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil1 şikayətinin təmin edilməməsini xahiş etmiş və həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsinə səbəb məhkəmə tərəfindən şikayətin geri qaytarılması olmuşdur. Digər tərəfdən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsivəkili Vəkil1 da öz növbəsində Bakı Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaq, ünvan 2rixli qərardadından verdikləri şikayəti müdafiə etmişdir. Ərizədə qərardaddan verdikləri şikayətdə göstərilən eyni məzmunlu əsaslara istinad edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Nizami Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılara poçt vasitəsilə göndərilmiş, qətnamə 06 oktyabr 2022-ci il il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Bundan sonra iddiaçıların qətnamədən verdikləri ilkin apellyasiya şikayəti 26 oktyabr 2022-ci il tarixində məhkəməyə daxil olmuş, elektron qaydada və elektron kabinet vasitəsilə verilmədiyinə görə məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmışdır. Göründüyü ki, iddiaçılar Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən ilk dəfə şikayət verərkən şikayət verilmə üçün qanunla müəyyən edilmiş prosessual müddət tələbini pozmamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1).Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). Kollegiya hesab edir ki, iddiaçılar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ilk dəfə şikayət verərkən ötürməmişlər. Apellyasiya şikayəti məhz forma və qaydaya əməl olunmadığına görə geri qaytarılmışdır. Həmin nöqsanların aradan qaldırılması müəyyən bir vaxt tələb etdiyindən iddiaçılar növbəti dəfə apellyasiya şikayəti verərkən üzrlü səbəbdən prosessual müddət tələbini pozmuşlar. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Nizami Rayon Məhkəməsinin 2(007)-33/2022 saylı, 16 fevral 2023-cü il tarixli qərardadı əsaslı şəkildə qəbul edilmişdir, ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-33/2022 saylı 16 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2801/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2801/2023
05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver