Məhkəmə qərarları › İş №2(103)-2801/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2801/2025

22.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2801/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pu tələbil) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X11 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-681/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X1 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ev alqı-satqısı beh müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzilin dəyəri 137000 manat müəyyən edilmişdir. Bunun üçün İddiaçı 30.200 manat məbləğində behi X6 ödəmişdir. Alqı-satqının bağlanma tarixi xx.xx.2022-ci il tarixi qeyd edilmiş, evin boşaldılma tarixi isə xx.xx.2023-cü il kimi müəyyənləşdirilmişdir. Qeyd kimi isə tərəflər göstərmişdirlərki, yuxarda göstərilən mənzilin dəyərinin 105.000 manat olan hissəsi mənzilin sahibi Cavabdeh 4 saylı Asan Xidmət Mərkəzində ödənilmiş, 30200 manat olan hissə isə mənzilin əvvəlki sahibi X6 ödənilmişdir.

2. AN-İ nömrəli ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzili İddiaçı 106190,25 manata satmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzilini xx.xx.2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir.

4. Hazırki vaxtadək sözügedən mübahisəli mənzil yeni alıcıya yəni İddiaçı təhvil verilmədiyindən, iddiaçı bu vaxtadək əldən çıxmış faydanın Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda kimi xx.xx.2022-ci il tarixdən qətnamə icra olunan tarixinədək hesablanmaqla vəsaitin, mənəvi zərərə görə isə 7700 manat məbləğində pul vəsaitinin, həmçinin iş üzrə ödənilmiş dövlət rüsumu olaraq 98 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilini 106190.25 manata almışdır. Həmin mənzilin üzərində alıcı İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 yanvar 2023-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 11-ci bəndində müəyyən olunan şərtə əsasən, satıcı-cavabdeh mənzili xx.xx.2018-ci ilədək faktiki olaraq alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə Cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyindən bu məhkəmə mübahisəsinə səbəb olmuşdur. Belə ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-3354/2023 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilin cavabdehlər X9 və qeyriləri tərəfindən İddiaçı təhvil verilməsi, cavabdehlərin mənzildən çıxarılması, mənzilin cavabdehlər tərəfindən boşaldılması, mənzilin açarlarının cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzildən istifadə etməsi, mənzilə girib-çıxmasına maneçilik törədilməsi cavabdehlərə qadağan edilməsi qət edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin iş üzrə cavabdeh X8 tərəfindən apelyasiya şikayətinə baxılması üçün hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Lakin hazırki iş üzrə Cavabdeh və həmin evdə yaşayan X4 bütün bu hərəkətləri ilə əsassız iddialar qaldırılmış, müxtəlif səpkili vəsatətlərin verilməsi məhkəmə proseslərinin süni surətdə uzadılmasına səbəb olmuşdur. Halbuki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilinə dair xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasa da, bu günədək həmin mənzildə yaşaya bilmirəm. Bu isə onun ailəsi üçün həm maddi, həm də mənəvi çətinliklərin yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh Süleymanov S üleyman Məhəmməd oğlu tərəfindən 22 dekabr 2022-ci il tarixli alqı-satqı üzrə mənzili təhvil vermək vəzifəsini vaxtında icra etməmişdir. Halbuki, alqı-satqı müqaviləsi əsasında satıcı əşyanı alıcının mülkiyyətinə vermək, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyi daşıyır (MM-in 567-ci maddəsi). Buna görə də hazırda cavabdeh iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmaqla yanaşı, əldə edəcəyi müvafiq gəlirlərdən də məhrum olmuşdur. Çünki o faktiki olaraq həmin mənzili kirayə verməli olduğu halda edə bilməmişdir, çünki mənzil boş olmadığı üçün və onun fiziki olaraq təhvil verilməsi mümkün olmadığından kirayə verilməsi mümkün olmamışdır. Onun bu səbəbdən məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, onun həmin mənzilə dair alqı-satqı müqaviləsini bağlandığı, yəni xx.xx.2022-ci il tarixdən hazırki tarixədək olan dövr üzrə heç bir hüquqi əsas olmadan, müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyindən zərər Cavabdeh tutulmalıdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, mübahisə edilən mənzilin yerləşdiyi ərazidə mənzillərin orta aylıq kirayə haqqı 550-600 manat təşkil edir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən mənzili 2018-ci il tarixdə X2 almışdır. Lakin o, mənzilin mülkiyyətçisi olsa da mənzilin əvvəlki mülkiyyətçisi olan X10 həmin evi tərk etməmişdir. X5 həmin evdən çıxarılmasına dair isə həttə qanunu qüvvəyə minmiş qətnamə olsa belə qətnamə icra edilə bilməmişdir. Daha sonra indiki mülkiyyətçini yəni iddiaçını X10 özü tapmış, ona müraciət edərək mənzili satmağı təklif etmişdir. O isə alıcıya mənzildən X5 çıxmadığını bildirmiş, lakin alıcı olan İddiaçı ona bu məsləyə qarışmadığını, mənzili almaqda israrlı olduğunu bildirmişdir. X5 haızrki mübahisə predmenti olna mənzildən çıxmaması səbəbindən həttə o məcbur qalıb mənzili dəyərindən da aşağı qiymətə İddiaçı 105.000 manat satmışdır. 32000 manat isə iddiaçı əvvəlki mülkiyyətçiyə ödəmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-681/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi iləiddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 9.Məhkəmə iddianın rədd edilməsi üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırda iddiaçının mülkiyyətində olan mənzildən istifadə edilməsinə manə olan şəxs Cavabdeh deyildə X7r. Belə ki, alqı-satqı müqaviləsi bağlanan zaman cavabdeh nə qədərdə sözügedən mənzili alıcıya xx.xx.2022-ci il traixdə təhvil verməyi öhdəsinə götürsədə, iddiaçı mənzilə dair alqı-satqı müqaviləsi bağlayan zamanı mənzilin faktiki olaraq Cavabdeh deyildə X4 faktiki sahibliyində olmasından məlumatı olmuşdur. Belə ki, məhz bu səbəbdən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsindən əvvəl o, xx.xx.2022-ci il tarixdə X8 ilə “Beh” adlandırılan müqavilə bağlamış, mənzilin dəyəri məhz həmin müqavilə ilə onlar arasında müəyyən edilmiş və ilkin məbləğidə 35.000 manat olan hissənidə X6 ödəmiş, X8 isə öz növbəsində mənzili xx.xx.2023-cü il tarixdə İddiaçı təhvil verəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mənzilinə nə qədərki müdaxilə hazırki mülki iş üzrə cavabdeh tərəfindən deyil də üçüncü bir şəxs tərəfindən yaradılır və mənzilin alqı-satqısı zamanı alıcının mənzilin fakitiki vəziyyətindən məlumatı olmuşdur mənzilin boşaldılmamasına dair məsuliyyət yüklülüyü cavabdehin üzərinə qoyula bilməz.

10. Bundan sonra məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.4, 157.5, 21.1, 221.2-ci maddələri; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi, həmçinin apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində zərərlə bağlı mülki qanunvericiliyin maddələrini sadalasa da, sonda yalnız Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi XəlilbəyXaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzildə satıcı olan Cavabdeh yox, X4 yaşamasını əsas gətirərək iddianı təmin etməmişdir. Lakin qeyd edir ki, yuxarıda qeyd edilən mənzil ona Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi ilə satılmışdır. Belə olan halda, -xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin mənzili təhvil vermək vəzifəsi CavabdehMəhəmməd oğlunun üzərinə düşür, onun öz vəzifəsini vaxtında icra etməməsi səbəbindən ona dəyən zərərin əvəzinin ödənilməsini məhz ondan tələb etmək hüququ yaranır. Alqı-satqı müqaviləsi əsasında satıcı əşyanı alıcının mülkiyyətinə vermək, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyi daşıyır (MM-in 567-ci maddəsi). Yəni, alqı-satqı müqaviləsi üzrə məhz satıcı Cavabdeh öhdəliyini lazımınca icra etməməsi üzündən ona zərər dəymişdir. Satıcının həmin mənzildə A.Fətəliyevin yaşamasını bilməsi onu məsuliyyətdən azad etmir, belə bir norma qanunvericilikdə nəzərdə tutulmamışdır. Bəlkə də bu alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh ilə mənzildə faktiki yaşayan X4 qurma bir planıdır. Və ya sabah alqı-satqı müqaviləsi üzrə satıcı olan Cavabdeh həmin mənzilə başqa bir şəxsi yerləşdiricəyi halda dəymiş zərəri onlardan-fərqli şəxslərdənmi tələb etməlidir???. Məhkəmə gəldiyi qənaəti hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Bu absurd bir yanaşmadır, məhkəmənin qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xanımı tanımır, nə də ona məcburi mənzil satmamışdır. İddiaçı xanım çox yaxşı bilirdi ki, bu mənzil mübahisəlidir. Əlbir olduğu adamla ona qazdığı quyuya özü düşdü. Bildirir ki, sözü gedən mənzili cavabdeh, X3 almışdır. Cavabdeh də Abazəri evi boşaldıb təhvil vermədiyinə görə 2018-ci ilin əvvələrində məhkəməyə vermişdir. Sabunçu rayon məhkəməsi, Apellyasiya və Ali Məhkəmə cavabdehin istifadə hüququna xitam verməklə çıxarılmasını qət edilmişdir. Qətnamə icra edilməsi üçün icraya yönəldilmişdir. 1 il müddətində icra olunmadı. Müxtəlif nüfuzlu insanların müdaxiləsi səbəbi oldu. Nə isə dedilər evin boşaldılıb təhfil verilməsi barədə məhkəmə qərarı lazımdı. Yenidən Rayon məhkəməsi, Apellyasiya və Ali Məhkəmə qət etdi ki, ev boşaldılıb təhvil verilsin. İcraya yönəldi. Yenə də müxtəlif insanlar müdaxilə etdilər. Hətta cavabdehə qarşı cinayət işi saxtalaşdırıb məhkəməyə verdilər, çətinliklə canını qurtardı. Bezdi, 150 000 dəyərində olan evi onu məcbur etdilər ki, 106 000 manata satsın. İddiaçı xanım Abazərlə danışıb behləşmişdi. (xx.xx.2022-ci il tarixli Beh müqaviləsi) Cavabdeh o, xanımı tanımamışdır. Xanım Abazərlə sövdələşib. Cavabdeh “Asan” xidmətdə iddaçı xanımı xəbərdar etdi. Xanım bil-bilə o mənzili aldı. İstəyirdi irəli düşsün alınmadı. Bildirir ki, adı keçən mənzildə cavabdeh bir gündə yaşamamışdır. Orda Abazər ailəsi ilə yaşayır. Mənzili boşaltmadığı üçün iddiaçı xanım Abazəri (2-(008)-3354/2023) məhkəməyə vermişdi. Əlbir olduğu və beh verdiyi Abazəri mənzildən çıxara bilməyir. Xanıma cavabdeh bunları bildirmişdir, o, isə bilə-bilə mənzili aldı və onu bəladan qurtardı. İndi isə iddiaçı xanımın ona qarşı əldən çıxmış faydanın və mənəvi ziyanın tutulması tələbi, qanunsuz və əsassızdır. Cavabdeh iddiaçı xanımı 2 dəfə 5-10 dəqiqə görmüşdür. Qarşısına çıxsa tanımaz. Odur k, məhkəmədən apelliyasiya şikayətinin rədd edilməsini və Rayon məhkəməsinin qərarının dəyişdrilmədən saxlanılmasını xahiş edir. Beh müqaviləsinin surəti mülki işdə vardı. Rayon məhkəməsinə təqdim etmişdir.

b) Proses iştirakçılarının izahatı

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını şikayətin dəlilləri üzrə tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 22.İddiaçı mübahisə predmeti olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi, ev 6, 10 saylı mənzilin cavabdeh tərəfindən ona satılmasına baxmayaraq mənzil təhvil verilmədiyindən cavabdehdən maddi və mənəvi zərər tələb edir.

23. AN-İ nömrəli ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzili İddiaçı 106190,25 manata satmışdır.

24. O cümlədən X1 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ev alqısatqısı beh müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzilin dəyəri 137000 manat müəyyən edilmişdir. Bunun üçün İddiaçı 30.200 manat məbləğində behi X6 ödəmişdir. Alqı-satqının bağlanma tarixi xx.xx.2022-ci il tarixi qeyd edilmiş, evin boşaldılma tarixi isə xx.xx.2023-cü il kimi müəyyənləşdirilmişdir. Qeyd kimi isə tərəflər göstərmişdirlərki, yuxarda göstərilən mənzilin dəyərinin 105.000 manat olan hissəsi mənzilin sahibi Cavabdeh 4 saylı Asan Xidmət Mərkəzində ödənilmiş, 30200 manat olan hissə isə mənzilin əvvəlki sahibi X6 ödənilmişdir. 25.Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, cavabdeh tərəfindən mənzil iddiaçıya satılsa da X1 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ev alqı-satqısı beh müqaviləsindən aydın olur ki, iddiaçı mənzilin X4 faktiki sahibliyində olmasından məlumatlı olmuş və onunla beh müqaviləsi bağlamış, ona ödəniş etmiş və beh müqaviləsində mənzilin xx.xx.2023-cü il tarixdə boşaldılması barədə razılaşmışlar. 26.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3868/2023 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilmiş, cavabdeh X4 Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə boşaldılması qət edilmişdir. 27.Göründüyü kimi mübahisə predmeti olan mənzil Cavabdeh faktiki sahibliyində olmamışdır. İddiaçı da mübahisə predmeti olan mənzilin faktiki olaraq Cavabdeh deyil, X4 faktiki sahibliyində olmasından məlumatlı olmuş və bu səbəbdən də sonuncu ilə ayrıca beh müqaviləsi bağlamışdır. 28.Sabunçu rayon məhkəməsinin 2(008)-3354/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı mənzilin təhvil verilməsi iddiasını X6 qarşı irəli sürmüşdür.

29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

31. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-681/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar