Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2804/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqaviləyə dəyişiklik edilməsi” barədə ilkin, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (məhkəmə) 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 27 iyul 2021-ci il tarixli 3M-660 nömrəli müqaviləyə əsasən 27 iyul 2021-ci il tarixdən 27 may 2022-ci il tarixədək 4000 (dörd min) manat məbləğində pul vəsaitinin İddiaçı Mənzil Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilməsi, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 27 iyul 2021-ci il tarixli 3M-660 nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə Cavabdeh mülkiyyətinə verilənə qədər hər ay kirayə haqqı qismində 400 (dörd yüz) manat məbləğində pulun İddiaçı MTK-dan tutularaq Cavabdeh ödənilməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı nümayəndəsi qismində X1 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı əsas göstərilməklə qeyri-mümkün hesab edilmiş, bundan sonra məhkəmənin 27 sentyabr 2022- ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsinin verdiyi şikayət məhkəmənin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, buna əsas kimi şikayətin elektron kabinet vasitəsilə verilmədiyi göstərilmişdir. 18 noyabr 2022-ci il tarixdə İddiaçı nümayəndəsi xx.xx.2022-ci il tarixli qərardaddan növbəti dəfə şikayət vermiş, eyni zamanda şikayət üzrə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmənin 21 noyabr 2022-ci il tarixli qərardadı ilə həmin şikayət də elektron qaydada verilmədiyi əsas göstərilməklə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı Mənzil Tikinti Kooperativinin sədri xx.xx.2022-ci il tarixli qərardaddan növbəti dəfə şikayət və eyni zamanda şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin 23 dekabr 2022-ci tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin olunmamışdır. İddiaçı Mənzil Tikinti Kooperativinin sədrinin həmin qərardaddan xx.xx.2023-cü il tarixdə verdiyi şikayət elektron kabinet vasitəsilə verilmədiyindən məhkəmənin 15 yanvar 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. 17 yanvar 2023-cü il tarixdə İddiaçı Mənzil Tikinti Kooperativinin sədri xx.xx.2022-ci il tarixli qərardaddan yenidən şikayət vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətin təmin olunması, 23 dekabr 2022-ci il tarixli qərardadın ləğv edilməsi, 27 sentyabr 2022-ci tarixli qərardaddan İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması qərara alınmışdır. 13 fevral 2023-cü il tarixdə məhkəməyə İddiaçı Mənzil Tikinti Kooperativinin qətnamədən verdiyi apellyasiya şikayəti və şikayət vermə müddətinin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizəsi daxil olmuşdur. Məhkəmənin 21 fevral 2023-cü il tarixli qərardadı ilə 27 sentyabr 2022-ci tarixli qərardaddan şikayət verilməsi müddətinin buraxılmasına dair İddiaçı MTK-nin ərizəsinin təmin edilməsi, buraxılmış müddətin bərpa olunması, 27 sentyabr 2022-ci tarixli qərardaddan verilən şikayətin təmin edilməsi, həmin qərardadın ləğv edilməsi və 13 iyun 2022-ci il tarixli qətnamədən İddiaçı MTK-nin verdiyi apellyasiya şikayətinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 133.1-133.3-cü maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit edilmişdir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı Mənzil Tikinti Kooperativi qətnamədən 13 fevral 2023-cü il tarixdə ikinci dəfə apellyasiya şikayəti verdiyi zaman müddəti ötürmüş olmuş, məhz bu səbəblə də müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Qeyd olunmalıdır ki, əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməyi xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə qətnamədən şikayət vermə müddətinin bərpası haqqında İddiaçı MTK-nın nümayəndəsi tərəfindən verilmiş ərizəni bu qaydada müzakirə etməli olduğu halda bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vürmədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan mülki işi apellyasiya instansiyasına göndərmişdir. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və mülki iş, İddiaçı MTK-nın nümayəndəsinin qətnamədən apellyasiya şikayəti üzrə müddətin bərpası haqqında ərizəsinə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1142/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyatorun müddətin bərpası barədə ərizəsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2804/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2804/2023
17.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver