Məhkəmə qərarları › İş №2(103)-2807/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2807/2021

26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2807/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “X1 Klinikası” MMC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh1 İddiaçı qarşı “şərəfin, işgüzar nüfuzun müdafiəsi və sair tələblərin barədə” qarşılılıq iddiasına, cavabdeh MMC-nin İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi və sair tələbləri barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan iş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən (İddiaçı əri) Maraqlı şəxs verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İş üzrə tərəflər bir-birinə qarşı yuxarıda qeyd edilən iddialar ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. İşə baxılması zamanı (ilk iddia üzrə cavabdeh) qarşılıqlı iddia üzrə iddiaçı “X1 Klinikası” MMC “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək (ilk iddia üzrə iddiaçı) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan “Kia Optima” markalı, **- SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoymaqla, avtomobilin cərimə meydançasına yerləşdirilməsini xahiş etmişdir (iş v. 141). “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizəni qismən təmin etmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan “Kia Optima” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoymuş, ərizənin qalan hissəsini təmin etməmişdir (iş v. 207-209). İş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən (İddiaçı əri) Maraqlı şəxs həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir (iş v. 252-253). Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir (iş və 257-258). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, Maraqlı şəxs qərardaddan verdiyi şikayət üzrə apellyasiya icraatının mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Rayon Məhkəməsinin “İddiaçı məxsus olan “Kia Optima” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması” barədə xx.xx.2020-ci il tarixli qərardad, qərardaddan İddiaçı verdiyi şikayətə (iş v. 223-224, 225-228) əsasən apellyasiya instansiya məhkəməsinin baxışı predmeti olmuş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə İddiaçı şikayətini təmin etməyərək, Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır (iş v. 242-244). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qərardadı qüvvəyə minmişdir. Qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi həmin avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə Rayon Məhkəməsinin nəticəsini tam yoxlamışdır. Odur ki, bunu və “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiq məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 04/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Maraqlı şəxs qərardaddan verdiyi şikayət üzrə apellyasiya icraatı qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi həmin qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.İbrahimovanın şikayəti üzrə” qəbul etdiyi xx.xx.2017-ci il tarixli, “Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” qəbul etdiyi xx.xx.2012-ci il tarixli, “İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqeyə əsaslanaraq qeyd etmişdir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarlarının digər şəxsin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır (41-ci bənd). Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar