Məhkəmə qərarları › İş №2(103)-2814/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2814/2025

29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2814/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi ziyanın ödənilməsi və s.» tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı «qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və s.» tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-489/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi ziyanın ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 2024-cü ilin yanvar ayından avqust ayının 20-dək hər ay 3.000 manat hesablanmaqla, ümumilikdə 24.000 manat məbləğin, habelə yeni müqavilənin bağlanacağı vaxt qeyri-müəyyən olunduğundan hər ay 3.000 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 2024- cü ilin yanvar ayından avqust ayının 20-dək hər ay 3.000 manat hesablanmaqla, ümumilikdə 24.000 manat məbləğin, habelə yeni müqavilənin bağlanacağı vaxt qeyrimüəyyən olunduğundan hər ay 3.000 manat məbləğində pulun Cavabdeh MTKdan tutularaq ona ödənilməsi və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli 36 ünvanda fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin yerində Cavabdeh MTK tərəfindən tikiləcək binadan ümumi sahəsi içdən-içə hesablanmaqla 64,3 m2 və onun əlavə 20 faiz sahəsi, küçə hissəsi isə eni 7 metrdən az olmayan qeyri-yaşayış sahəsinin ona verilməsi, həmçinin vəkilə ödənilən 4.500 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MTK İddiaçı qarşı «kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ümumilikdə 195.000 manat kompensasiya məbləğinin İddiaçı ödənilməsi ilə sonuncu tərəfindən onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 48 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh MTK-ya sökülməsi üçün təhvil verilməsi və İddiaçı həmin qeyri-yaşayış sahəsinə olan mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Cavabdeh MTK Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş, faktiki sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh MTK-ya təhvil verilməsi, Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanda yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş, faktiki sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın D bloku, 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 48,00 m2 olan, təmirli qeyri-yaşayış sahəsinin binanın bünövrəsi qoyulduqdan sonra 30 ay müddətinə İddiaçı təhvil verilməsi; sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.000 manat məbləğində icarə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh MTK Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş, faktiki sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh MTK-ya təhvil verilməsi, Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanda yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş, faktiki sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın D bloku, 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 48,00 m2 olan, təmirli qeyri-yaşayış sahəsinin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə İddiaçı təhvil verilməsi; sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.000 manat məbləğində icarə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-489/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə hər iki iddia qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək tərəflər arasında notarial qaydada razılıq əldə olunduğundan iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndə-vəkili də vəsatət təqdim edərək qarşılıqlı iddia tələbindən imtina etdiyini və qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizələri iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, tərəflərin iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilərək təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmçinin həmin Məcəllənin 262.2-ci maddəsində qeyd olunub ki, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384.0.5, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı iddiadan imtinası barədə ərizəsi qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddiadan imtinası barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-489/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə ödənilmiş dövlət rüsumları məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar