Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-282/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «podrat müqaviləsinin qüsurlu icra edilməsi, maddi və mənəvi zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1120/2020 saylı, 08 iyun 2020ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X4 08 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə İddiaçı oğlu X1 şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəyən maddi zərərə görə 60.000 (altmış min) manat və mənəvi zərərə görə 30.000 (otuz min) manat, ödənilmiş dövlət rüsumu 30 (otuz) manat olmaqla, ümumilikdə 90.030 (doxsan min otuz) manatın alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiada göstərilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Andromed” Tibb Mərkəzində həkim-laborant və tibb müəssisəsinin baş həkimi vəzifəsində işləyir. Evi olmadığı üçün yaşlı atası Bəyalı Qarayevə məxsus ünvan 1 ünvanında atası və qardaşı ilə birlikdə yaşamışdır. Qardaşı ağır xəstə olduğu üçün onun müalicəsinə pul lazım olmuş və xeyli miqdarda borca düşmüşdür. Müalicə və müayinələr aparılmasına baxmayaraq qardaşı X7 28 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Yas mərasimini yola vermək üçün yenə də borca düşəsi olmuşdur. Borclarını vermək üçün atasına məxsus olan evi satmaq, borcu vermək, qalan pula isə uzaq bir ərazidə torpaq alıb ev tikmək qərarına gəldilər və belə də etdilər. Evi sataraq, ucuz torpaq sahəsi axtarmağa başladılar. Bütün tanışlara torpaq sahəsi axtardıqlarını bildirdilər. Həmin vaxt onunla birlikdə mərkəzdə işləyən plazma-ferez həkimi Cavabdeh2 ona torpaq sahəsi almaqda və eləcə də ev tikməkdə köməklik edə biləcəyini bildirmişdir. Bir neçə gündən sonra Cavabdeh2 ona bildirmişdir ki, artıq torpaq sahəsi tapmışdır. Təxminən 18 may 2018-ci il tarixdə oğlu ilə birlikdə torpaq sahəsinə baxmaq üçün taksi ilə Mərdəkan qəsəbəsinə getmişlər. Orada bir neçə torpaq sahəsinə, hətta evlərə baxdılar. Mərdəkan qəsəbəsində yerləşən 5/17 nömrəli torpaq sahəsini bəyəndilər. Torpaq sahəsinin sahibini onlar görmədilər. Qeyd edilən torpaq sahəsini Hümbət, Hümbətin əmisi oğlu Elşən adlı şəxs göstərmişdilər. Onlarla Hümmət adlı şəxs danışıqlar aparır, Hümmətlə isə onun tanışı olan Cavabdeh2 danışmışdır. Hümmət torpaq sahəsinin sahibi ilə danışıb onlara konkret olaraq torpaq sahəsinin 28.500 (iyirmi səkkiz min beş yüz) manat qiymətə satıldığını bildirmişdir. Onlar düşünüb bu barədə məlumat verəcəklərini bildirmişlər. Cavabdeh2 torpaq sahəsini tərifləmiş və almağı məsləhət etməklə, tikilməsində köməklik edəcəyini bildirmişdir. Onlar bir neçə gün götür-qoy etmişdilər, internetdən layihələr çıxararaq, Cavabdeh2 göstərmişdilər və həmin evlərin neçəyə başa gələcəyi ilə maraqlanmışdılar. Lahiyələrdən birinə baxıb, Cavabdeh2 həmin tikilişdə evin 60.000 (altmış min) manat qiymətə başa gələcəyini bildirmişdir. Bu məbləğ onları qane etdiyindən, torpaq sahəsini almaq qərarına gəlmişlər. Bunun üçün də onlar Bakı şəhəri, Nərimanov rayonunda Daşınmaz Əmlakın Dövlət Rteyestri Xidmətinin yanında torpaq sahəsini satan Hümmət və onun əmisi oğlu Elşənlə görüşdülər. Cavabdeh2 ona tapşırmışdır ki, heç kimə onsuz pul verməsin. Cavabdeh2 gec gəldiyindən məcbur olub onu gözləməli olmuşdular. Bir az sonra Cavabdeh2 gəlmiş və onlarla, həm də Hümmət və onun əmisi oğlu Elşənlə görüşmüşdür. Söhbət edib, torpağın sənədlərinə baxıb, sənədlərin qaydasında olduğunu yəqin bilib Cavabdeh2 razılığı ilə 500 (beş yüz) manat məbləğində Hümmət adlı şəxsə beh vermişdilər. Hümmət onlara torpağın sahibinin xaricdə olduğu üçün gələn kimi alqı-satqı müqaviləsinin bağlanacağına dair məlumat verib, onları arxayın etmişdir. Sonra isə onlar evə getmişdilər. İki-üç gün keçəndən sonra Hümmət onlara zəng edərək torpaq sahəsinin sahibinin gəldiyini, imkan olduğu təqdirdə alqı-satqı etməyi təklif etmişdir. Cavabdeh2 razılığı ilə “Koroğlu” metrosunun yanındakı “Asan xidmət” mərkəzində görüşdülər. Orada Hümmət, Hümmətin əmisi oğlu-sonradan tanıdıqları və onlara ev tikmək üçün Cavabdeh2 təqdim etdiyi Elşən və torpaq sahibi ilə görüşdülər. Torpaq sahibi ilə onun arasında alqısatqı müqaviləsi bağlanmışdır. Bunun üçün onun tərəfindən 28.000 (iyirmi səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti banka torpaq sahibinin adına pul köçürülmüşdür. Alqısatqı bağlandıqdan sonra Hümmətə 280 (iki yüz səksən) manat məbləğində zəhmət haqqı verilmişdir. Bundan sonra, torpağın sənədlərini götürüb X6 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinə gəlmişdilər. Sənədləri orada öz adına keçirmək üçün təqdim etmişdir. Sonra Cavabdeh2 ilə bəyəndikləri layihənin maliyyə xərclərini hesablamağa başlamışdılar. Cavabdeh2 da onun xoşladığı layihənin də 60.000 (altmış min) manat qiymətə tam hazır vəziyyətə başa gələcəyini demişdir. Onlar razılaşdıqları üçün Cavabdeh2, onun təqdim etdiyi Elnur və Elşən adlı şəxslərlə aldığı torpaq sahəsində görüşdülər. Həmin görüş zamanı Elşəni əvvəllər onlar torpaq sahəsinə baxarkən, “Asan xidmət” mərkəzində olarkən gördüyünü xatırlamışdır. Lakin buna bir o qədər əhəmiyyət verməmişdir. Aldıqları torpaq sahəsində tikiləcək evin torpaq sahəsinin hansı istiqamətində tikilməsini və ümumi lahiyyəni bir daha müzakirə etmişdilər. Orada ona məlum olmuşdur ki, evin tikintisini Elşən və Cavabdeh2 tanışı olan başqa Elnur adlı şəxs həyata keçirəcəkdir. Cavabdeh2 dediyinə görə təzə tanış olduqları Elnur adlı şəxs yol tikintisi ilə məşğul olur, hazırda yol çəkdirir və özünün briqadası vardır. Onlar Elnur adlı şəxsə evin tikintisinin Elşənə həvalə edəcəklərini bildirdikdə, Cavabdeh2 narahatçılıq üçün heç bir əsas olmadığını qeyd edərək, Elşən və Elnur adlı şəxslərin güvəndiyi insanlar olduğunu bildirmişdir. Cavabdeh2 ona demişdir ki, şəxsən özü evin tikintisinə hər gün nəzarət edəcəkdir. Onlar Elşən adlı şəxsə bu barədə müqavilə bağlamağı təklif etmişdir. Cavabdeh2 isə onun cavabdeh olduğunu bildirmiş və narahat olmamasını bildirmişdir. O və oğlu Cavabdeh2 inandılar. Cavabdeh2 xoşladıqları lahiyənin təşkil edilməsi üçün 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti lazım olacağını bildirmişdir. Layihənin təsdiqi üçün Cavabdeh2 04 iyun 2018-ci il tarixdə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti vermişdir. Bundan bir neçə gün sonra Cavabdeh2 onun iş yerində tikdiyi evin bünövrəsinin hazırlanmasını bildirmişdir. İşə başlamaq, fəhlə və material pulu kimi ilkin olaraq 20.000 (iyirmi min) manat lazım olduğunu bildirmişdir. Cavabdeh2 razılığı və təkidi ilə 18 iyun 2018-ci il tarixdə Bakı şəhəri, “Xalqlar Dostluğu” metrosunun yanında olan yanacaq doldurma məntəqəsinin içərisindəki bankomatdan 2.500 (iki min beş yüz) manat çıxardıb Cavabdeh2 vermişdir. Elşən sükan arxasında idi, Cavabdeh2 da həmin pul məbləğini sayıb Elşənə vermişdir. Razılaşmaya əsasən qalan 17.500 (on yeddi min beş yüz) manat pul vəsaitini də bazar ertəsi bakomatdan çıxarıb verməli idi. 20 iyun 2018-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 17.500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaiti çıxarıb X6 ilə yolda görüşüb Mərdəkan qəsəbəsindəki torpaq sahəsinə gəlmişdilər. Həmin pulu sayıb Cavabdeh2 vermişdir. Cavabdeh2 da öz növbəsində pulu sayıb Elşən adlı şəxsə vermişdir. Beləliklə, 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Cavabdeh2 təkidi ilə Elşən adlı şəxsə evin tikintisinə ilkin başlamaq üçün, ustalar və material pulu olaraq vermişdir. Təxminən 5-6 gün keçəndən sonra o və Cavabdeh2 torpaq sahəsində tikinti işlərinə baxmaq üçün getdilər. Həmin zaman lahiyəyə uyğun qazıntı işlərinin aparılmasının, qumun, daşın, sementin alınıb ora tökülməsini gördülər. Onlar ora gedəndə heç kim olmamışdır. Buna səbəb isə betonun tökülməsinin quruması olmuşdur. 03 iyul 2018-ci il tarixdə Elşən ona zəng edərək yenə də pul istədiyini bildirmişdir. O öz nəvbəsində Elşənə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti verdiyini, bunun müqabilində hansı işlərin görülməsini soruşmuşdur. Elşən ona material alacağını bildirmişdir. Cavabdeh2 da zəng vurub bu barədə xəbər almışdır. Cavabdeh2 da narahat olmamasını bildirərək, Elşənə material alması üçün pul verməyini bildirmişdir. O da həmin günü Elşənlə torpaq sahəsində görüşüb 7.000 (yeddi min) manat məbləğində pul vəsaiti vermişdir. Elşənə həmin pul məbləğini verdikdən sonra bir neçə dəfə torpaq sahəsinə gedib baxmış, həmin vaxtı ancaq divarların hörülməsini görmüşdür. 09 iyul 2018-ci il tarixdə Elşən yenə də zəng edib 10.000 (on min) manat məbləğində pul vəsaiti istədiyini bildirmişdir. O da bunun səbəbini soruşduqda sonuncu materialın bahalaşdığını qeyd edərək, həmin pul vəsaitinin yenə material alınması üçün lazım olduğunu bildirmişdir. O yenə də Cavabdeh2 zəng edərək, Elşənin ondan 10.000 (on min) manat məbləğində pul vəsaiti istədiyini bildirmişdir. Cavabdeh2 bildirmişdir ki, heç bir narahatçılıq üçün əsas yoxdur, pulu verə bilər. O da 09 iyul 2019-cu il tarixdə Bakı şəhəri, “Həzi Aslanov” metrosunun yanında görüşüb yenidən 10.000 (on min) manat məbləğində pul vəsaitini Elşənə vermişdir. Elşən isə narahat olmamağını qeyd edərək, evi tikib verəcəyini bildirmişdir. O arada Cavabdeh2 ilə gedib evə baxırdı. Başı çıxmasa da hiss edirdi ki, 37.000 (otuz yeddi min) manat verdiyi pulun müqabilində işlər o qədər də getməmişdir. Cavabdeh2 da Elşənə bu barədə bir söz deməmişdir. 26 iyul 2019-cu il tarixdə Elşən yenə ona zəng edərək, 2.000 (iki min) manat məbləğində pul istədiyini bildirmişdir. O yenə də həkimlə məsləhətləşmiş, sonuncu onu arxayın edərək, pulu verməsini bildirmişdir. 26 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Bakıxanov qəsəbəsində “Asan xidmət” mərkəzinin yanında Elşənə 2.000 (iki min) manat məbləğində pul vəsaiti vermişdir. 30 iyul 2019-cu il tarixdə Cavabdeh2 ona yenə zəng etmiş, Elşənə 5.000 (beş min) manat məbləğində pul vəsaiti vermək lazım olduğunu bildirmişdir. Yenə də 30 iyul 2019-cu il tarixdə Bakı şəhəri, “Həzi Aslanov” metrosunun yaxınlığında 5.000 (beş min) manat məbləğində pul vəsaitini Cavabdeh2 vermişdir. Yenə də arada torpaq sahəsinə gedib baxanda elə bir işin getmədiyini hiss edirdi. Bununla bağlı Cavabdeh2 soruşduqda, sonuncu narahat olmamasını və onun evini istədiyi kimi tikilib veriləcəyini bildirmişdir. 10 avqust 2019-cu il tarixdə ona yenidən zəng vurulmuş, Elşənin yenidən 10.000 (on min) manat pul istədiyini bildirmişdir. O, Cavabdeh2 zəng edib, narahat olduğunu, işin getmədiyini dedikdə, sonuncu narahat olmamasını və evin tikilib veriləcəyini qeyd edərək, arada onun olduğunu bildirmişdir. O da 10 avqust 2019-cu il tarixdə Mərdəkan qəsəbəsində 10.000 (on min) manat məbləğində pul vəsaitini sayıb Elşənə vermişdir. Yenə də verilən pulun miqdarında işin getmədiyini hiss edirdi. O, Elşənə iradını bildirəndə, Elşən narahat olmamağını bildirib, evinin tikilib veriləcəyini qeyd etmişdir. 15 avqust 2019-cu il tarixdə Elşən Cavabdeh2 zəng edərək, ustalar üçün 3.000 (üç min) manat məbləğində pul lazım olduğunu demişdir. Cavabdeh2 da ona bu barədə məlumat verərək, Elşənə həmin pul məbləğini verməyi tövsiyyə etmişdir. 15 avqust 2019-cu il tarixdə Bakı şəhəri, “Koroğlu” metrosunun yanında 3.000 (üç min) manat məbləğində pul vəsaitini Cavabdeh2 razılığından sonra Elşənə vermişdir. O yenə də arada tikintiyə baxanda görmüşdür ki, yenə də sonuncu dəfə alınan puldan sonra hər hansı bir işlər görülməmişdir. O, bununla bağlı X5 iradını bildirəndə, sonuncu narahat olmamasını bildirib, evin tikilib veriləcəyini demişdir. Bir müddət sonra Elşən yenə də ondan pul istəmişdir. Elşənə iradını bildirdikdə, Elşən ona probleminin olmasını, pulu öz problemləri üçün xərcləməsini, pulun bir hissəsini Cavabdeh2 verdiyini bildirmişdir. Sonuncu eyni zamanda narahat olmamağı, evi tikib verəcəyini bildirmişdir. O, bu barədə tez Cavabdeh2 zəng edib olanları ona söyləyəndə da, Elşən narahatçılığa ehtiyac olmadığını bildirmişdir. Elşənin həqiqətən də şəxsi problemlərinin yaranmasını, lakin narahat olmamağını və evi tikib verəciyini bildirmişdir. Əks təqdirdə, özünün cavabdeh olmasını bildirmişdir. Yenə də Cavabdeh2 inanmışdır. Bundan sonra bu cür proseslər təkrar olunmaqla 21 avqust 2018-ci il tarixdə, 06 sentyabr 2018-ci il tarixdə və 07 sentyabr 2018-ci il tarixdə 1.000 (bir min) manat məbləğində pul vermişdir. Sonradan o aldadıldığını görüb, Cavabdeh2 bildirdikdə, Elşənə zənglər edəndə, onun telefonu sönülü olmuşdur. Cavabdeh2 da öz vəsaiti hesabına evini düzəldəcəyini bildirmişdir. Lakin bunu da etmədi və vəsaitinin olmadığını bildirmişdir. Beləliklə, ondan 60.000 (altmış min) manat məbləğində pul alınmış, lakin tikinti işi yarımçıq qalmışdır. Bundan sonra o polisə şikayət etmiş, lakin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 08 avqust 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılmasından imtina edilmişdir. Cavadehlər tərəfindən ona 60.000 (altmış min) manat məbləğində maddi və 30.000 (otuz min) manat məbləğində mənəvi zərər dəymişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1120/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 46.556 (qırx altı min beş yüz əlli altı) manat maddi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu əvəzi İddiaçı xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Andromed” Tibb Mərkəzində həkimlaborant və tibb müəssisəsinin baş həkimi vəzifəsində işləyir. Evi olmadığı üçün yaşlı atası Bəyalı Qarayevə məxsus ünvan 1 ünvanında atası və qardaşı ilə birlikdə yaşamışdır. Borcu olduğu üçün atasına məxsus olan evi satmaq, borcu vermək, qalan pula isə torpaq alıb ev tikmək qərarına gəlmişdir. Mərdəkan qəsəbəsində yerləşən 5/17 nömrəli torpaq sahəsini 28.500 (iyirmi səkkiz min beş yüz) manat qiymətə almışdır. Cavabdeh2 həmin torpaq sahəsində iddiaçının bəyəndiyi evin 60.000 (altmış min) manat qiymətə tikiləcəyini bildirmiş, torpaq sahəsini satan şəxsin qohumu Cavabdeh1 ilə müvafiq evin tikilişi ilə bağlı həmin qiymətə razılıq əldə edilmişdir. 18 iyun 2018-ci il tarixdən 06 sentyabr 2018-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda müxtəlif məbləğlər olmaqla İddiaçı tərəfindən Cavabdeh1 60.000 (altmış min) manat məbləğində (18 iyun 2018-2.500 manat, 20 iyun 2018-17.500 manat, 03 iyul 2018-7.000 manat, 09 iyul 2018 -10.000 manat, 26 iyul 2018-2.000, 30 iyul 2018-5.000 manat, 10 avqust 2018-10.000 manat, 15 avqust 2018-3.000 manat, 21 avqust 2018-2.000 manat və 06 sentyabr 2018-1.000 manat) pul vəsaiti ödənilmişdir. İddiaçı oğlu X2 04 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə şikayət ərizəsi verərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuzluqlara məruz qaldığını bildirmişdir. Həmin material müvafiq rayon polis idarəsinin baş təhqiqatçısı tərəfindən araşdırılmış və 05 dekabr 2018-ci il tarixdə araşdırmanın davam etdirilməsi üçün qeyd edilən rayonun polis idarəsinin istintaq şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmiş, lakin 12 dekabr 2018-ci il tarixdə müvafiq qərar Bakı şəhəri Xəzər Rayon Prokurorluğu tərəfindən ləğv edilmiş və material əlavə araşdırılması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə göndərilmişdir.19 dekabr 2018-ci il tarixdə həmin material Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə göndərilmişdir. 16 fevral 2019-cu il tarixdə həmin material Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 08 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Eyni zamanda, şikayət əsasında toplanmış materialın araşdırılması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2018-ci il tarixli 7338 nömrəli ekspert rəyi ilə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/17 nömrəli sahədə yerləşən, tədqiq olunan tikili üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq, təqribi ümumi dəyərinin 13.444 (on üç min dörd yüz qırx dörd) manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsinin maddi zərərlə bağlı hissəsinə hüquqi qiymət verərkən hesab edib ki, iddia ərizəsində tələb edilən maddi zərər məbləği qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən Cavabdeh1 60.000 (altmış min) manat məbləğində pul vəsaiti verilməsinin müəyyən edilməyinə baxmayaraq, müvafiq ekspert rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/17 nömrəli sahədə yerləşən, tədqiq olunan tikili üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq, təqribi ümumi dəyərinin 13.444 (on üç min dörd yüz qırx dörd) manat məbləğində olduğu müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə hesab edib ki, verilmiş ümumi pul vəsaitindən müvafiq tikili üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq hesablanmış ümumi dəyəri çıxılmalı və yaranmış fərq məbləği olan 46.556 (qırx altı min beş yüz əlli altı) manat (60.000 manat - 13.444 manat = 46.556 manat) iddiaçı şəxsə vurulmuş maddi ziyan müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edib ki, tutulmalı olan maddi zərər məbləği yalnız Cavabdeh1 aid edilməli, digər Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müəyyən edilən pul məbləği müxtəlif vaxt və məbləğlərdə yalnız Cavabdeh1 verilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edib ki, İddiaçı hazırkı iddia ərizəsinin maddi zərərlə bağlı hissəsi əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh şəxs isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi maddi ziyanın tutulması hissəsi ilə bağlı qismən təmin edilməli, Cavabdeh1 46.556 (qırx altı min beş yüz əlli altı) manat məbləğində maddi zərərin əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsinin həmin tələbdə qalan hissəsi təmin edilməməlidir. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edib ki, cavabdeh şəxsin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edib şikayətində göstərib ki, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş iki mərtəbəli daşınmaz əmlakın qiymətinin hansı əsasla 13444 manat təşkil etməsi işin obyektiv araşdırmalı olan halları ilə ziddiyyət təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər cavabdeh Vəkil2 səhhti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da iddianı təmin etdiyi hissədə qət olunan pulun miqdarı istisna olmaqla birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından həmin hissədə iddia haqlı sayılır.
19. Belə ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər (MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstiutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
21. Apellyasiya şikayətinin dəlillərinin həqiqiliyinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmə tərkibi hesab etmişdir ki, hazırki mülki iş üzrə deyil, cinayət təqibi üzrə keçirilsə də Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2018-ci il tarixli 7338 nömrəli ekspert rəyi ilə, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/17 nömrəli sahədə yerləşən, tədqiq olunan tikili üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq, təqribi ümumi dəyərinin 13.444 (on üç min dörd yüz qırx dörd) manat məbləğində olduğu müəyyən olunsa da həmin rəy tam olmamışdır.
22. Çünki rəyin təsviri hissəsində tədqiq olunan ərazidə 10 metr uzunluqda, 10 metr enində, 6 metr hündürlükdə, mişar daşından inşa olunmuş tikilinin mövcud olduğu, tikilinin xarici divarlarının 0.40 m qalınlıqda, arakəsmə divarları 0.20 m qalınlıqda inşa olunduğu, mərtəbəarası və bünövrə beton olduğu, dam örtüyündə taxtalar atıldığı, lakin tamamlanmadığı qeyd olunmuşdur. Göründüyü kimi, mübahisə predmeti olmuş, mübahisə yarandığı dövrdə olan vəziyyətdə olmuş tikilinin tikilməsinə nə qədər (tikinti materialları, usta xərci və.s. bütün digər xərclər nəzərə alınmaqla) vəsait xərclənməsi dəqiq müəyyən edilməlidir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4379/2023 saylı 13 iyul 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə tikinti texniki ekspertizasına əsasən, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16-/2-10/212 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/17 nömrəli sahədə yerləşən fərdi- yaşayış evinə vizual baxış keçirilən zamanı yaşayış evinin fasad hissəsinin tam təmirli vəziyyətdə oluğuna görə, 2018-ci il tarixdə natamam görülmüş işlərin dəyərini müəyyən edilməsi mümkün olmadı. Mülki iş materiaallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2018-ci il tarixli 7338 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/17 saylı torpaq sahəsində yerləşən tikili üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq təqribi ümümi dəyərinin 13444,0 manat məbləğində olduğu müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qarşıya qoyulan sualların cavablandırılması işin obyektiv və düzgün həlli üçün əhəmiyyət kəsb etdiyindən mülki iş üzrə qiymətləndirici təyin edilməli və aydınlaşdırılmalı məsələlər üzrə mütəxəssis rəyi alınmalıdır. Çünki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti xüsusi biliyə malik olan şəxs-ekspert statusuna malik olsa da iş üzrə rəy verə bilməmişdir.
25. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-282/2024 saylı 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə "xxxx" Qiymətləndirmə Şirkəti MMC-dən mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmışdır.
26. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB 17/1099 saylı, 14 noyabr 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/17 sahədə yerləşən tikilinin, mübahisə baş verdiyi dövrdəki vəziyyətdəki natamam inşa olunmasına, 2018-ci ildə mövcud olmuş qiymətlərə uyğun həmin vaxt üçün hesablanmış tikinti xərcinin yuvarlaq bazar dəyəri 16 850 (on altı min səkkiz yüz əlli) manat təşkil edir.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın əsaslı olması və təmin edilməsi baxımından mahiyyəti üzrə düzgün hesab edir. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə etibarlı əqd olmuş, bu müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən pozulmuşdur. İddiaçı tərəfindən Cavabdeh1 podratın icra edilməsi üçün 18 iyun 2018-ci ildən 06 sentyabr 2018-ci ilədək müxətlif vaxtlarda cəmi 60000(altmış min) manat verildiyi iddia olunsa da məhz bu məbləğdə vəsait verilməsinə dair məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Ancaq cavabdehin apellyasiya baxışı zamanı iddiaçıdan cəmi 50000(əlli min) manat aldığını təsdiq etməsi iddiaçını bu hissədə sübut etmə yükündən azad etmişdir. Burada Cavabdeh1 həmin məbləğdən 5000(beş min) manatını digər Cavabdeh2 verdiyini bəyan etməsi də hazırkı iddianın 50000(əlli min) manat hissəsində əsaslılığına təsir etmir. Demək ki, iddiaçının Cavabdeh1 50000(əlli min) manat verməsi sonuncu tərəfindən mübahiəsələndirilmir. Cavabdeh yerinə yetirdiyi işi qüsurlu icra etməsini açıq-aşkar mübahisələndirmir, yalnız tikintiyə çəkilən xərcin miqdarını mübahisələndirir. Buna baxmayaraq, işin kəmiyyətcə qüsurlu icra edilməsi ekspert və qiymətləndirici rəyləri ilə də təsdiq edilir. Demək ki, iddiaçıya cavabdeh tərəfindən ödənilmiş vəsaitə uyğun işləri icra etmədiyi, yəni kəmiyyətcə qüsurlu olduğu bəlli olduğu üçün müqavilədən imtina etmişdir. Başqa sözlə, iddiaçı tərəfindən cavabdehə 50000(əlli min) manat ödənilsə də tikilinin natamam inşa edilməsinə (usta pulu və sərf olunan material daxil olmaqla) ekspert rəylərinə əsasən 13.444 manat, qiymətləndiricinin rəyində isə 16850 manat vəsait sərf edildiyi müəyyən edilmişdir.
28. Məhkəmə tərkibi, tikilinin natamam inşa edilməsinə (usta pulu və sərf olunan material daxil olmaqla) ekspert rəylərinə əsasən 13.444 manat, qiymətləndiricinin rəyində isə 16850 manat vəsait sərf edildiyi müəyyən edilməsinə baxmayaraq, qiymətləndiricinin rəyini daha mötəbər hesab edir. Çünki natamam inşa olunsa da tikilinin inşa olunmuş hissəsinə həmin dövrdə cəmi 13.444 manat vəsait sərf edilməsi açıq-aşkar adekvat ola bilməzdi. Ən azından ona görə ki, mübahisə baş verdiyi dövrdəki vəziyyətdə tikilinin natamam inşa olunmasına, 2018-ci ildə mövcud olmuş qiymətlərə uyğun həmin vaxt xərclənən (tikinti materialları, usta xərci və.s. bütün digər xərclər nəzərə alınmaqla) vəsaitin 13.444 manat olması tikinti bazarındakı qiymətlər nəzərə alınmaqla inandırıcı və ağlabatan hesab edilmir. Ona görə də tikilinin natamam inşa olunmasına sərf edilən vəsaitin 16850 manat olduğu əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş 50000 manatdan həmin vəsait çıxılmaqla(50000-16850=33150) tutulmalı olan vəsaitin məbləği 33150 manat müəyyən edilməlidir.
29. Bununla yanaşı, cavabdehin gördüyü işlərin həcminə dair mötəbər sübutları var idisə bunu apellyasiya instansiyası məhkəməsinə də təqdim edə bilərdi, ancaq etmədi, demək ki, sübutlar təqdim etməkdən məhrum olmamışdır. Əksinə apellyasiya şikayətinin dəlillərinə uyğun keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın və qiymətləndiricinin rəyi ilə də cavabdehin göstərdikləri təkzib olunur. Demək ki, göstərilən hallar, iddiaçıya əsas verib ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri kəmiyyətcə qüsurlu icra etdiyi üçün müqavilədən imtina etsin və müqavilə üzrə görülmüş işlərdən artıq ödədiyini geri tələb etsin. Başqa sözlə müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən tam icra olunmamış, yəni podratı kəmiyyətcə qüsurlu icra etmiş, deməli iddiaçının imtina ilə bərabər öhdəliklərinə də xitam verilir. Hətta cavabdeh öhdəliklərinin qismən icra etmiş olsa belə, iddiaçı müqavilədən imtina edərək görülməmiş işlərə görə ödədiyini geri qaytarılmasını tələb etməkdə haqlı sayılır. Ona görə də cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Çünki tərəflər arasında podrat münasibətlərinə xitam verildiyindən cavabdeh tərəfin tikintidə yol verilmiş nöqsanları aradan qaldırmağa hazır olmasının da əhəmiyyəti qalmamışdır.
30. İddiaçının cavabdehə qarşı hazırkı iddianın irəli sürülməsi ilə bağlı subyektiv hüququnun yaranmaması ilə bağlı dəlillər də əsaslı sayıla bilməz. Belə ki, cavabdehin barəsində iddiaçının oğlu Qürbət Əbdürrəhmanov tərəfindən cinayət təqibi üzrə şikayət verməsi hazırkı iddianın əsl iddiaçı tərəfindən verildiyini istisna etmir. Əvvəla ona görə ki, iddiaçının cavabdehlə olan danışıqlarda oğlu Qürbət Əbdürrəhmanovun da iştirak etməsi bu iddianın irəli sürməsi üçün iddiaçının subyektiv hüququnun olmadığı anlamına gəlmir. İkincisi bu iddia ilə bağlı iddiaçının oğlu ilə arasında hər hansı bir ziddiyyət təşkil edən mənafeyi də olmamışdır. Bu cür dəlildən istifadə etməsi də öhdəliklərinin icrasından yenə də yayınmağı göstərən bir davranış kimi qiymətləndirilir.
31. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı qeyd olunur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qeydə alındığı və yaşamalı olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə bildirişləri “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarılmışdır. Üstəlik cavabdeh özü apellyasiya şikayətində göstərir ki, 2019-cu ilin aprel ayından 2023-cü ilin mart ayına kimi Azərbaycan Respublikasının hüdulranıdan kənarda xaricdə olmuş, ona qaldırılmış iddia ilə bağlı məlumatı olmamışdır. Bu cür vəziyyətdə məhkəmə cavabdehi necə axtarıb tapmalı və məhkəmə iclasında iştirakını təmin etməli idi ki, o, da bundan “razı” qalsın. Əlbətdə ki, ritorik sual kimi səslənsə də bu cür dəlillərdən istifadə edərkən cavabdeh tərəf buna uyğun cavab verməyə də hazır olmalı idi. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulmadığından cavabdeh tərəfin prosessual hüquqlarının pozulmasından da söhbət gedə bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə suiistifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
33. Şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1120/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi tutulmalı olan vəsaitin məbləği hissəsində dəyişdirilməli, alınmalı olan məbləğ azaldılaraq 33150(otuz üç min yüz əlli) manat müəyyən edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, qiymətləndiricinin xidmət haqqı olan 500 (beş yüz) manatın 300(üç yüz) manat hissəsi Cavabdeh1, 200(iki yüz)manat hissəsi isə İddiaçı tutulmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1120/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi tutulmalı olan vəsaitin məbləği hissəsində dəyişdirilsin və məbləğ azaldılaraq 33150(otuz üç min yüz əlli) manat müəyyən edilsin. Qiymətləndiricinin xidmət haqqı - 500 (beş yüz) manatın 300(üç yüz) manat hissəsi Cavabdeh1, 200(iki yüz)manat hissəsi isə İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H/h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.