Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2820/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı işi üzrə Açar sözlər:“ əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma; dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ” hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (bundan sonra iddiaçı) "xxxx" MMC-nin ilkin iddia üzrə cavabdeh (bundan sonra cavabdeh) Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-462/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti cəlb edilməklə "əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34.50 kv.m. mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binasının 3-cü mərtəbəsində Cavabdeh mülkiyyətinə 45 kv.m və onun 20% hissəsi olan 9 kv.m əlavə edilməklə 8 saylı mənzillə (54 kv.m) təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "Memarlıq Şəhərciyi 2021” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Cavabdeh "Memarlıq Şəhərciyi 2021” MMC- yə qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbini rədd edərək, qarşılıqlı iddia tələbini təmin etməklə maddi ziyana görə 19711,45 manat, mənəvi ziyana görə 10000 manat və dövlət rüsumu kimi ödənilmiş 180 manat pul vəsaitinin cavabdeh "Memarlıq Şəhərciyi 2021” MMC-dən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. 3.İşin icraatı zamanı müəyyən edilmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-cu il tarixli, ********** nömrəli çıxarışın surətinə əsasən, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X21ndə istifadədə olan 34.50 kv.m mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, "Memarlıq Şəhərciyi 2021” MMC xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir; - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında " Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında "Memarlıq Şəhərciyi 2021” MMC-nin istifadəsinə verilmişdir; - EL- 744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli lisenziyanın surətinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini "Memarlıq Şəhərciyi 2021” MMC-yə həyata keçirməyə icazə vermişdir. - EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyanın əlavəsinin surətinə əsasən, "Memarlıq Şəhərciyi 2021” MMC-yə bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısına xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi, enmə quyularının və kessonların qurulması, Beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, svay işləri, mühəndiskommunikasiya və şəbəkələrinin qurulma işləri, hidrotexnik işləri, sualtı texniki işlər, dambaların tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər, elektrik ötürücü xəttlər, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5000 nəfərədək, tutumu 5000 nəfər və daha çox işlər daxil edilmişdir; - Azərbaycan Respublikası FHN Tikintidə X6 Agentliyi Azərdövlət Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli, xx.xx.2021 -ci il tarixli rəyinə əsasən, Bakı Şəhəri Sabunçu Rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəyə əsasən, Muxtar Fətəliyev küçəsində yerləşən 45 saylı yaşayış binası 1959-cu ildə inşa olunmuşdur. 2 mərtəbəli, 2 girişli, 12 mənzilli, zirzəmisizdir. Planda düzbucaqlı formadadır, uzunluğu 37,0 metr, eni 9,0 metrdir, mərtəbə hündürlüyü 3,2 metr, kürsü hündürlüyü 1,0 metrdir. binanın yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir. Örtüklər ağac tirlərdən quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmir-betondan quraşdırılmışdır, dam çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. Fasadlar suvaqsızdır. Vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunduğu, ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yarandığı, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qaldığı, dam örtükləri yararsız vəziyyətdə olduğu, şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yarandığı, atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunduğu, sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edildiyi, tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmələr olduğu, yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırıldığı, bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli olmadığı, mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmadığı, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilmədiyi, xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadığı, binaların istismar keyfiyyəti aşağı səviyyədə olması, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərməsi, tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparıldığını, tikililər əsaslandırılmamış şəkildə inşa edildiyi, divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirildiyi, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilmədiyi müəyyən edilmişdir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətməsi, yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu göstərilmişdir; - Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərüffatı Birliyinin 147 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli 735 nömrəli arayışına əsasən, "Memarlıq Şəhərciyi” 2021 MMC-nin sorğusuna əsasən bildirilir ki, Muxtar Fətəliyev 45- X21 ev 14 a-dır; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti X15 Layihə-X2 Dövlət İdarəetməsinin təşkili və geodeziya şöbəsinin xx.xx.2021 -ci il tarixli 220İ308901 nömrəli məktubuna əsasən, Bakı Şəhəri Sabunçu Rayonu, Hüseyn Ərəblinski, X22 Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, çoxmənzilli yaşayış komleksinin tikintisi məqəsədi ilə "Memarlıq Şəhərciyi 2021” MMC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı təqdim edilmişdir; - MŞ İNŞAAT MMC-nin 36/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh ərazidə qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar "Memarlıq Şəhərciyi 2021” MMC-nin Hüseyn Ərəblinski küçəsi 12 ünvanında yerləşən ofisinə dəvət edilmişdir; - Mülki iş materiallarına ilkin iddia üzrə Cavabdeh tərəfindən təqdim edilən X14 Mərkəzinin YDQM№ 099 1011/2023 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X21, ev 14 a mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində aparılmış söküntü işləri nəticəsində dəymiş zərər məbləğinin ümumi məbləği 19711.45 manat müəyyən edilmişdir; - Mülki iş materiallarına ilkin iddia üzrə cavabdeh Baxışov Naxış Xudaverdi oğlu tərəfindən təqdim edilən diskə əsasən, xəbər sayıtında Yalçın Xudaverdiyev müsahibə verərək bildirmişdir ki, onlara məxsus mənzilin qarşısında yerləşən hasarlanmış ərazi sökülərək onlara maddi zərər dəymişdir. Ərazidə tikinti aparan şirkətin rəhbəri Elnur Mustafayev isə bu hala münasibət bildirərək verdiyi müsahibədə bildirmişdir ki, 1 həftə öncə məlumat verilmişdir ki, ya siz onları sökün, yada bizim tərəfdən söküləcək, 35 kv.m olan əraziyə 150 kv.m tələb etdiklərini, həmin sökülən sahələrə mülkiyyət hüququnun olmamasını bildirmişdir. 4.Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-462/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m. olan 5 saylı mənzilə dair mülkiyyət hüquqularının iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binasının 3-cü mərtəbəsində yeləşən ümumi sahəsi 54 kv.m olan 8 saylı mənzillə əvəz edilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m olan 5 saylı mənzilin Cavabdeh və onunla birgə yaşayan ailə üzvləri tərəfindən boşaldılması, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m olan 5 saylı mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43; Mülki Məcəllənin 6.1, 11.1, 21.1, 152.1, 152.5, 157.8, 1096.1; Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 4.2.1; Mənzil Məcəlləsinin 28.7, 85-ci maddələrinə; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına; "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəalarına istinad edilməklə məhkəmə ilk öncə ilkin iddia tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin və vəkilinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, iddiaçı cavabdehə onun sənəd üzrə 34.5 kv metr təşkil edən 5 saylı mənzilinin sökülərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binasının 3-cü mərtəbəsində 54 kv.m olan mənzil verməklə, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 400 manat kirayə haqqı ödənilməklə, cavabdehin 5 saylı mənzilindən çıxarılmasını tələb etməklə cavabdehi mülkiyyətdən məhrum etmir, bu reallıqda cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. İddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, X21, 14A saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan mənzil vermək niyyətindədir. Cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, X21, 14A saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, X21, 14A saylı evin, 5 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, X21, 14A yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh onun mülkiyyətində olan evin faktiki sahəsinin 130 kv.m olmasını münasibət bildirərək qeyd edir ki, cavabdehin mülkiyyətində olan evin sahəsinin sənədlər ilə 34.5 kv.m olduğu müəyyən edilmişdir, işin hallarından görünür ki, cavabdeh mülkiyyətində olan mənzilə 100 kv.m-ə yaxın əlavələr etmişdir, lakin bu sözügedən artırmalar barədə qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşdirilə bilməsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 34.5 kv.m mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 54 kv.m mənzil ədalət hesab edilməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı ilk iddia tələbində cavabdehin mülkiyyətində olan mənzilə dair mülkiyyət hüququna xitam verilməsini tələb etsə də, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 34.50 kv.m. mənzilə dair mülkiyyət hüququları iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binanın 3-cü mərtəbəsində 54 kv.m mənzillə əvəz edilməli, ünvan 3 ünvanında yerləşən 34.50 kv.m. mənzil Cavabdeh və onunla birgə yaşayan ailə üzvləri tərəfindən boşaldılmalı, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 34.50 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. Bundan sonra məhkəmə qarşılıqlı iddia ərizəsinin 19711.45 manat maddi ziyanın tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı ona məxsus mənzilin qarşısında olan əlavələrin cavabdeh tərəfindən sökülərək ona 19711.45 manat ziyan dəymiş olduğunu bildirsə də, məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh sözügedən özbaşına tikilinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən sökülmədiyini bildirmişdir. Məhkəmə qarşlıqı iddia üzrə iddiaçının təqdim etdiyi video materiala münasibət bildirərək qeyd etmişdir ki, sözügedən video materialda tikintinin aparılması nəzərdə tutulan şirkətin rəhbəri tərəfindən verilmiş müsahibə tam olaraq təqdim edilməmiş, video material kəsilmiş formada verilmişdir. Və eyni zamanda həmin materialda müsahibə verən E.Mustafayev “sakinlərə bir həftə əvvəl xəbərdarlıq edildiyini, ya onların sökməsini ya da onlar tərəfindən söküləcəyi bildirilmiş, 35 kv.m mənzilə 150 kv.m istənilməsinin ədalətsiz olduğunu” bildirmişdir. Lakin konkret olaraq hansı tikililərin söküldüyü, bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüyü müsahibədə qeyd edilmədiyindən qarşılıqlı iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilmə bilməz. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 5.Cavabdeh nümayəndəsi Vəkil2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-462/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına; Azərbaycan Respublikasının 13; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 97.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hüquqi əsaslandırılması qəbul olunmazdır. Belə ki, hakim ilkin iddia tələbinin qismən təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını əsaslandıra bilməmiş, ilkin iddiaçının mənafeyinə uyğun ümumi sözlərlə qətnaməni hüquqi cəhətdən əsaslandırmağa çalışmış, lakin buna nail ola bilməmişdir. Bu səbəbdən də vəkil olaraq çoxsaylı məhkəmə iclaslarında iştirak edərək məhkəmə baxışında ilkin iddia ərizəsinə münasibət bildirməyini, qarşılıqlı iddia ərizəsi ilə bağlı söylədiklərini, qarşılıqlı iddia ərizəsi ilə bağlı vəsatət verərək şahidlərin dindirilmələrini xahiş etməyini, həmin vəsatəti təmin etsə də, bu barədə qətnamədə qeyd etməməsi, mülki işə vəkil kimi buraxılsa da, qətnamədə ümumiyyətlə onun adının bir dəfə olsun belə qeyd olunmaması və bu kimi hallar qeyd olunmamışdır. Çünki, izahatlarında ilkin iddia tələbinin tamamilə əsassız olmasını, qarşılıqlı iddia tələbinin isə əsaslı olmasını əsaslandırmışdır. Qətnamədə əks olunmayan hallardan biri də odur ki, iki dəfə, daha doğrusu bir dəfə onun tərəfindən, bir dəfə isə Cavabdeh tərəfindən hakimə etiraz verilib və bu barədə qətnamədə heç nə yazılmamışdır. Hansı ki, etirazda göstərilən əsaslar etirazın təmin olunması üçün kifayət edirdi. Qarşılıqlı iddia üzrə dindirilməsi hakim tərəfindən təmin olunmuş şahidlərin dindirilməsini başqa məhkəmə iclasına getməyi ilə bağlı digər vaxta təxirə salmağı hakimdən xahiş etsə də, hakim bu xahişini nəzərə almadı. Lakin məhkəmə zalını tərk etməyə ona icazə verdi. Əgər məhkəmənin təyin olunduğu vaxtdan 10-15 dəqiqə sonra o, məhkəmənin təxirə salınmasını xahiş etsə idi, onda hakim bunu nəzərə almamaqda haqlı ola bilərdi. Lakin təxminən 1 saat 15-20 dəqiqədən sonra həqiqətən də Yasamal Rayon Məhkəməsində başqa məhkəmə işinin olması ilə bağlı getməli olduğunu bildirdiyi üçün hakim obyektivlik naminə məhkəmə baxışını digər tarixə təxirə salmalı idi. Məhkəmə zalını tərk edəndən sonra növbəti məhkəmə baxışının vaxtı ilə bağlı bildirişə imza etmədiyi təqdirdə və şahidlərin növbəti məhkəməyə gəlməsinin təmin olunması ilə bağlı bir neçə gün sonraya məhkəməni təxirə salmalı olduğu halda, bunu etməyərək məhkəmə baxışını bir gün sonraya təxirə alaraq iştirakı olmadan tələm-tələsik yekun məhkəmə aktı çıxarmaqla Cavabdeh yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu da məhdudlaşdırmışdır. Hesab edir ki, hakim bilərəkdən belə addım atmışdır. Bundan başqa ilkin iddiaçının nümayəndəsinə sual verəndə ki, ilkin iddiaçının mübahisəli ünvanda hündürmərtəbəli bina inşa etməyə kifayət qədər maddi imkanının olması ilə bağlı sübut təqdim edə bilərsiniz, cavab vermişdir ki, bu sualın onlara aidiyyatı yoxdur, həmin sualı Bakı şəhər İcra Hakimiyyətinə verin. Bununla bağlı məhkəmədən Bakı şəhər İcra Hakimiyyətinin iş üzrə üçüncü şəxs qismində cəlb olunması və nümayəndəsinin iştirakının təmin olunması ilə bağlı vəsatət verərək məhkəmə baxışını ağlabatan müddətə təxirə salmasını xahiş etsə də, məhkəmə bunu da nəzərə almadı. Bundan başqa məhkəmə baxışında izahat verərkən FHN Tikintidə X6 Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun mübahisəli binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyyətinin olmamasını bildirərək həmin rəyi əsas kimi qəbul etməməyi xahiş etsə də, məhkəmə bunu da nəzərə almamış, hətta əvvəlcədən məhkəmənin bu rəyi sübut kimi qəbul edəcəyini daha çox ehtimal etdiyi üçün qeyd olunan idarənin rəyi vermiş əməkdaşının şahid qismində dindirilməsi ilə bağlı şifahi vəsatət versə də, hakim bu vəsatətini də təmin etməmişdir. FHN-nin rəsmi saytına nəzər salanda da aydın olur ki, FHN Tikintidə X6 Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyyəti yoxdur. Qətnamənin 11-ci vərəqində, daha doğrusu əsaslandırıcı hissəsində hakim qeyd edir ki, Cavabdeh tərəfindən təqdim edilən diskdən görünür ki, xəbər saytında Yalçın Xudaverdiyev müsahibə verərək bildirmişdir ki, onlara məxsus mənzilin qarşısında yerləşən hasarlanmış ərazi sökülərək onlara maddi zərər dəymişdir. Ərazidə tikinti aparan şirkətin rəhbəri Elnur Mustafayev isə bu hala münasibət bildirərək verdiyi müsahibədə bildirmişdir ki, 1 həftə öncə məlumat verilmişdir ki, ya siz onları sökün, yada bizim tərəfdən söküləcək, 35 kv.m olan əraziyə 150 kv.m tələb etdiklərini, həmin sökülən sahələrə mülkiyyət hüququnun olmamasını bildirmişdir. Lakin qətnamənin 14-cü vərəqində məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi video materiala münasibət bildirərək qeyd edir ki, sözügedən video materialda tikintinin aparılması nəzərdə tutulan şirkətin rəhbəri tərəfindən verilmiş müsahibə tam olaraq təqdim edilməmiş, video material kəsilmiş formada verilmişdir. Və eyni zamanda həmin materialda müsahibə verən E.Mustafayev “sakinlərə bir həftə əvvəl xəbərdarlıq edildiyini, ya onların sökməsini yada onlar tərəfindən söküləcəyi bildirilmiş, 35 kv.m mənzilə 150 kv.m istənilməsinin ədalətsiz olduğunu” bildirmişdir. Lakin konkret olaraq hansı tikililərin söküldüyü, bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüyü müsahibədə qeyd edilmədiyindən qarşılıqlı iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilmə bilməz. Maraqlıdır ki, hakim Cavabdeh evin söküləcəyi ilə əlaqədar Elnur Mustafayevin guya ki, xəbərdarlıq etməsi ilə bağlı söylədiklərini (xəbərdarlığın edilməsini təsdiq edən sübut ilkin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi halda) sübut kimi qəbul edir, lakin nədənsə onlara məlum olmayan maraqlar naminə elə həmin Elnur Mustafayevin söküləcəyi ilə bağlı xəbərdarlıq etməsi barədə dediklərini söküntünü aparmağın etiraf kimi qəbul etmir. Axı necə ola bilər ki, Elnur Mustafayev ATV kanalında müsahibəsində açıq-aşkar bildirərək söküntünün onun rəhbərlik etdiyi MMC tərəfindən aparılmasını etiraf edərək, sadəcə olaraq söküntüyə qanuni don geyindirmək məqsədilə söküntüdən bir həftə əvvəl Cavabdeh oğlu Yalçın Xudaverdiyevə xəbərdarlıq edərək ya siz özünüz onları sökün ya da bizim tərəfimizdən söküntü həyata keçiriləcək dediyi halda, hakim bu etirafı, yəni aşkar sübutu qarşılıqlı iddia ərizəsinə münasibətdə mötəbər sübut kimi qəbul etmir. Baxmayaraq ki, hakim özü də həmin vərəqin əvvəlində "Ərazidə tikinti aparan şirkətin rəhbəri Elnur Mustafayev isə bu hala münasibət bildirərək verdiyi müsahibədə bildirmişdir ki," (sitatın sonu) yazmaqla özü də həmin süjetdə söhbətin məhz Cavabdeh məxsus mənzilin qarşısında yerləşən hasarlanmış ərazi barədə söhbət getdiyini birbaşa və açıq etiraf etsə də, sonrakıqarşılıqlı iddia ərizəsini təmin etməmək üçün saxta əsas yaratmağa cəhd etdiyi hissədə "Lakin konkret olaraq hansı tikililərin söküldüyü, bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüyü müsahibədə qeyd edilmədiyindən" sözləri yazır. Bu məntiqi uyğunsuzluğa yol vermək üçün nə qədər qərəzli olmaq gərəkdir ??? Hakimin aşkar sübutu görməzlikdən gəlməsi bir daha təsdiq edir ki, zamanında məhkəmə araşdırması zamanı tərəfindən hakimə verilmiş etiraz tamamilə əsaslı olmuşdur. Bundan başqa qətnamənin hüquqi cəhətdən əsassız olmasından əlavə həmçinin ədalətsiz olmasını təsdiq edən hallardan biri də odur ki, mübahisəli mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olsaydı belə, (hansı ki, onlar bunu qəbul etmirlər) birinci mərtəbədə olan mənzilə görə 76 yaşında, ahıl yaşda olan şəxsə inşa olunacaq binanın üçüncü mərtəbəsində mənzil təklif olunması və bunun hakim tərəfindən qəbul olunması heç cür ədalətli hesab oluna bilməz. Çünki, mübahisəli məhkəmə qətnaməsi mülkiyyətçinin seçim hüququnu məhdudlaşdıran, öz xeyrini güdərək milyonlarla manat pul vəsaiti qazanmaq istəyən "xxxx" MMC-nin rəhbərinin maraqlarına məcburən (mülkiyyətçinin hansı mərtəbəyə üstünlük verdiyi soruşulmadan) uyğunlaşdırılır. Cavabdeh isə yaşına və səhhətinə görə daim 1-ci mərtəbəyə üstünlük verdiyi onun 20 ildən çox birinci mərtəbəni yaşayış yeri kimi seçdiyi barədə dəyişməz mövqeyi göz önündədir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu o deməkdir ki, mülkiyyət hüququ mütləq hüquqdur. Bu baxımdan bütün üçüncü şəxslər mülkiyyət hüququna qanunsuz müdaxilə edə bilməzlər. Lakin hazırki vəziyyətdə dövlətin adından çıxarılan mübahisəli qətnamə ilə Cavabdeh mülkiyyət hüquna kobud şəkildə müdaxilə olunmuşdur. Qətnamə ədalətli hesab oluna bilməz həmçinin ona görə ki, binanın inşası başa çatandan sonra MMC binanın birinci mərtəbəsini qeyriyaşayış sahəsi kimi 1 kv.metrini ən azı 6000-7000 manata satacaqsa, bu o deməkdir ki, əlavə tikilisiz belə mübahisəli mənzilin dəyəri təxminən 300000 manatdır. Lakin əlavə tikililəri də nəzərə alsaq mənzlinin ən azı 500000 manat dəyəri vardır. Diqqətə çatdırılması məqamlardan biri də odur ki, binalar iddia ərizəsində iddia edildiyi kimi dövlət ehtiyacı üçün söküntüyə məruz qalan sahələr deyil, burada söhbət nəyin bahasına olur-olsun MMC tərəfindən milyonlarla manat məbləğində külli miqdarda pul vəsaitinin qazanılmasından gedir. Dövlət ehtiyaclarından söhbət getmədiyi halda, kimlərinsə külli miqdarda pul qazanmaq məqsədinə nail olmaq üçün hakimin qanunu görməzlikdən gəlməsi heç başa düşülən deyildir. Hakim qətnamənin əsaslandırıcı hissəsində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı Şəhəri Sabunçu Rayonunun Sosial-İqtisadi İnkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli, 322 nömrəli “Bakı Şəhəri Binəqədi və Qaradağ Rayonlarının Sosial-İqtisadi İnkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı Şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər Rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı qərarının 4-cü bəndinə əsaslanaraq 2018-ci ilin avqustun 1-nə dək tikintiyə icazə icraatı başlanılmış və layihələndirilməsi barədə sərəncam qəbul edilmiş tikinti lahiyələrinə münasibətdə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilii yaşayış binaları üçün söküləcək tikililərin ərazilərindən istifadə edilərək həmin ərazilərdə yeni tikiləcək yaşayış binalarında mülkiyyətçilərə müvafiq mənzillərin ayrılmasının həyata keçirilməsini qeyd etmişdir. Lakin ilkin iddaçı "xxxx" MMC-nin istər tikintiyə icazə sənədləri, istərsə də torpaq sahəsinin ayrılması ilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı 2018-ci ilin avqustun birindən sonradır. Bundan başqa təəssüf hissi ilə qeyd etdiyi hallardan biri də odur ki, qətnamədə kifayət qədər qrammatik və orfoqrafik səhvlər var. Belə ki, qətnamədə Azərbaycan Respublikası, Nazirlər Kabineti və sair bu kimi xüsusi isimlər kiçik hərflə yazılmış, sadə sözlərdə səhvlərə yol verilmişdir (məsələn dörd sözü dört kimi yazılmış). Görünən odur ki, ya qətnamə şəxsən hakim tərəfindən deyil, üçüncü şəxs tərəfindən tərtib olunmuş, yaxud da hakim tərəfindən tərtib olunmuşdur. Əslində qətnamənin üçüncü şəxs tərəfindən tərtib olunmasına daha çox ehtimal verir. Çünki, X18 qanunla müəyyən olunmuş qaydada çoxmərhələli test imtahanı və müsahibələrdən keçəndən sonra hakim vəzifəsinə təyin olunmuş, bu zaman savadı yoxlanılmışdır. Yox, əgər qətnamə üçüncü şəxs tərəfindən tərtib olunmamışdırsa, bu daha çox təəssüf hissi ilə qəbul olunmalıdır. İstənilən qətnamə dövlətin adından qəbul olunur, onda hər iki halda qətnamədə bu cür səhvlərin mövcud olması o anlama gəlir ki, X18 dövlətin adından çıxarılan yekun məhkəmə aktını ciddi bir sənəd kimi qəbul etmir və bu yanaşmasının məntiqi sonluğudur ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh mülkiyyət hüquqları mübahisəli qətnamə ilə kobud şəkildə pozulmuşdur. Qeyd olunan qərarda məhkəmə belə bir mövqe ortaya qoymuşdur ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Həmçinin məhkəmə belə bir mövqe ortaya qoymuşdur ki, qanunsuz tikili hesab olunan tikililərdə tikili sahibinin gözləntiləri, daha doğrusu tikilinin reyestrdə qeydiyyata alınması ilə bağlı gözləntilərinin olub-olmaması, qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi müəyyən olunmalıdır və bu halların müəyyən olunması məhkəmələrə tövsiyə olunmuşdur. Mülkiyyət hüququ mütləq hüquqdur. Bu baxımdan bütün üçüncü şəxslər mülkiyyət hüququna qanunsuz müdaxilə edə bilməzlər. Lakin hazırki vəziyyətdə dövlətin adından çıxarılan mübahisəli qətnamə ilə hakim tərəfindən Cavabdeh mülkiyyət hüquna kobud şəkildə müdaxilə olunaraq qeyd olunan maddənin tələbi pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsi tamamilə iş üzrə müəyyən edilmiş hallara zidd olaraq əsaslandırılmışdır. Çünki müəyyən edilmiş hallar ilkin iddia tələbinin rədd olunması üçün kifayət etsə də, məhkəmə iddia tələbini qismən təmin etməklə qeyd olunan maddənin tələbini pozmuşdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X21, ev 14 A saylı binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı FHN Tikintidə X6 Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəy vermək səlahiyyəti olmadığı üçün məhkəmə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəy vermək səlahiyyəti olmadığı üçün məhkəmə həmin sənədi qəbul etməyərək xüsusi bilik tələb olunan sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertizalar təyin etməmişdir. Hansı ki, qeyd olunan maddənin tələbinə əsasən məhkəmə öz təşəbbüsü ilə də iş üzrə ekspertiza təyin edə bilərdi. Məhkəmənin belə bir ekspertiza təyin etməməsi o halda qanuni hesab oluna bilərdi ki, FHN Tikintidə X6 Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyyəti olsun. Belə ki, ilkin iddiaçı tərəfindən iddia tələbinin təmin olunması ilə bağlı sübutlar təqdim olunmamasına və qarşılıqlı iddiaçı olaraq tərəfindən sübutlar təqdim olunmasına baxmayaraq, məhkəmə ilkin iddia tələbini qismən təmin etməklə, qarşılıqlı iddia tələbini isə rədd etməklə qeyd olunan maddənin tələblərini pozmuşdur. Bu hissədə məhkəmə gəldiyi nəticə üçün bütün əhəmiyyətli faktiki halları aydınlaşdırmayaraq qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan elə bir hal yoxdur ki, tərəflərindən sübut edilməsin. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmənin qətnamədə gəldiyi nəticə düzgün deyildir. Çünki, istər ilkin iddia tələbinin qismən təmin olunması, istərsə də qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı məhkəmə hüquqi əsaslandırılması qəbul olunmazdır. Hakim ilkin iddia tələbinin qismən təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını əsaslandıra bilməmiş, ilkin iddiaçının mənafeyinə uyğun ümumi sözlərlə qətnaməni hüquqi cəhətdən əsaslandırmağa çalışmış, lakin buna nail ola bilməmişdir. Lazımi bütün sübutlar tam olaraq tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilə bilməmişdir. Çünki, hakim tərəfindən məhkəmə baxışında şahid qismində dindirilməsi ilə bağlı qərar qəbul olunmuş şəxslər birinci instansiya məhkəməsində dindirilməmişdir. Bunun səbəbi isə X18nin buna şərait yaratmaması olmuşdur.
6. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, Cavabdeh tərəfindən verilən apelİyasiya şikayətinin təmin edilməməsi və Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-462/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etiraz ərizəsində qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilmiş məsələlərin əsassız olduğunu aşağıdakılarla əsaslandırırlar: cavabdeh apellyasiya şikayətində qeyd edir: ’’Qətnamədə əks olunmayan hallardan biri də odur ki, iki dəfə, daha doğrusu bir dəfə mənim tərəfimdən, bir dəfə isə Cavabdeh tərəfindən hakimə etiraz verilib və bu barədə qətnamədə heçnə yazılmamışdır. Hansı ki, etirazda göstərilən əsaslar etirazın təmin olunması üçün kifayət edirdi” Bu məsələyə münasibətdə qeyd edilər ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 174.3-cü maddəsinə əsasən, prosesdə iştirak edən şəxslərdən hər hansı biri sədrlik edənin hərəkətlərinə qarşı etiraz etdiyi hallarda, bu etiraz məhkəmə iclasının protokolunda yazılır. Sədrlik edən öz hərəkətləri ilə bağlı şərhlər verir. Yəni prosesdə iştirak edən şəxslərdən hər hansı birinin etirazının qətnamədə qeyd edilməli olması nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir: ’’Qarşılıqlı iddia üzrə dindirilməsi hakim tərəfindən təmin olunmuş şahidlərin dindirilməsini başqa məhkəmə iclasına getməyimlə bağlı digər vaxta təxirə salmağı hakimdən xahiş etsəm də, hakim bu xahişimi nəzərə almadı”. Bu məsələyə münasibətdə qeyd edirlər ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Bu maddədən də göründüyü kimi vəkilin olmaması işin baxılmasına qanunvericiliyin tələbinə əsasən, mane olmur. İkinci məsələ də ondan ibarətdir ki, həmin şahidlər məhkəmə iclasına gəlmişlər və hakim Cavabdeh oğlu və eyni zamanda nümayəndəsi olan şəxsdən xahiş etdi ki, çağırın o şahidləri dindirək, lakin cavabdehin oğlu və nümayəndəsi şahidləri zala dəvət etməkdən imtina etdi və bildirdi ki, bu şahidlər yalnız vəkilin iştirakı ilə dindiriləcəkdir. Belə olan halda, cavabdeh özü şahidlərin dindirilməsindən imtina etdi, yəni məhkəmə şahidlərin dindirilməsinə etiraz etmirdi, onların zala çağırılmasını xahiş etsə də, cavabdeh özü imtina etmişdir. Yəni, cavabdehin bu cür yazması da həqiqəti əks etdirmir. Apellyasiya şikayətində qeyd edilir: ’’Bundan başqa ilkin iddiaçının nümayəndəsinə sual verəndə ki, ilkin iddiaçının mübahisəli ünvanda hündiirmərtəbəli bina inşa etməyə kifayət qədər maddi imkanının olması ilə bağlı sübut təqdim edə bilərsiniz cavab vermişdir ki, bu sualın bizə aidiyyatı yoxdur, həmin sualı Bakı şəhər İcra Hakimiyyətinə verin”. Bu məsələyə münasibətdə, hazırda Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamının icrası mərhələsində bəzi sakinlərin çıxarılınası məsələsində problem yarandığından bu məsələ mübahisələndirilmişdir. Lakin cavabdehin qeyd etdiyi məsələnin hazırkı işə heç bir aidiyyatı yoxdur. Bu məsələ Sərəncamın mübahisələndirilməsi zamanı qaldırıla bilər. Sözügedən sərəncam bəzi sakinlər tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia mümkünsüz sayılmışdır və hazırda həmin qərardaddan ərizəçilər apelyasiya şikayəti vermiş və 16 aprel 2024-cli il tarixdə hakim Şərafət Məmmədovanın icraatında baxılacaqdır. O ki qaldı cavabdehin sualına, iddiaçı tərəfindən verilən cavab təhrif olunaraq apellyasiya şikayətinə yazılmışdır. Belə ki, iddiaçının gələcəkdə maddi imkanının zəifləməsi nəticəsində sakinlər qarşısında götürdüyü öhdəliklərin icra edilib edilməməsi məsələsinə, iddiaçının nümayəndəsi cavab vermişdir ki, gələcək barəsində indidən heç kəs heç bir iddia irəli sürə bilməz və gələcəkdə əgər hər hansısa bir hadisə baş verərsə, sərəncam bu MTK-dan digər bir MTK-ya öhdəlikərin ötürülməsi yolu ilə keçəcəkdir, yəni burada sakinlər qarşısında olan öhdəlikləri digər MTK icra edəcək. Hər bir halda sakinlərə qarşı heç bir ziyan olmayacaqdır. Apellyasiya şikayətində qeyd edilir:” FHN-nin rəsmi saytına nəzər salanda da aydın olur ki, FHN Tikintidə X6 Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyəti yoxdur”. Bu məsələyə münasibətdə, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu FHN Tikintidə X6 Agentliyinin tabeliyindədir və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi haqqında Əsasnamə’yə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi tikinti sahəsində dövlət ekspertizasını təşkil edə və aşağıdakı məsələlərlə bağlı rəy verə bilər: dövlət ekspertizasına təqdim olunan sənədlərin müvafiq qaydalara uyğun olaraq tam həcmdə olması və müəyyən olunmuş tələblərə uyğun işlənməsi barədə; şəhərlərin və rayon mərkəzlərinin Baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, məskunlaşma və inkişaf sxemlərinin təhlükəsizlik baxımından şəhərsalma norma və qaydalarına uyğunluğu barədə; tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərinin layihələrinin tikinti normalarına uyğunluğu, tikiləcək binaların, qurğuların və komplekslərin layihə həllərinin konstruktiv möhkəmlik və davamlılıq, seysmik dayanıqlıq, təhlükəsizlik tələblərinə cavab verməsi barədə; öz səlahiyyətləri daxilində büdcə, büdcədənkənar vəsaitlər, dövlət zəmanətli kreditlər, qrantlar hesabına maliyyələşdirilən tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərinin texniki-iqtisadi hesablamaları, texnikiiqtisadi əsaslandırmaları və smetaları barədə; obyektlərin konservasiyası və ləğvi ilə bağlı layihələrin təhlükəsizlik tələblərinə uyğun olması barədə. Agentliyin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi fəaliyyət istiqamətlərindən biri də istismar olunan yaşayış evlərinin, binaların və qurğuların, insanların kütləvi surətdə cəmləşdiyi və istifadə etdiyi tikintilərin, məskunlaşma ərazilərində yerləşən potensial təhlükə mənbəyi olan obyektlərin müvafiq norma və qaydalara uyğun olaraq tikilməsini və istismar olunmasını yoxlamaq, onların istismarının mümkünlüyü barədə rəy vermək və istismarının dayandırılması haqqında Nazirlik qarşısında məsələ qaldırmaqdır. Göründüyü kimi cavabdeh tərəfindən məhkəmənin qətnaməsinin əsassız olması əsası olmayan faktlarla əsaslandırmağa cəhd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Cavabdeh tərəfindən aparılan tikintilər üçün heç bir icazə alınmadığı üçün özbaşına tikinti hesab edilməlidir. Konstitusiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli Qərarında qeyd edilir ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Bu da belə bir qənaətə gəlməyə əsas verir ki, özbaşına tikili və qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiya eyni meyarlarla hesablanmır. Qeyd edək ki, hazırkı qətnamə ilə cavabdehin hər hansı hüququ pozulmur, belə ki, formalaşmış praktikaya uyğun olaraq cavabdehə onun qanuni mülkiyyətində olan əmlakın ölçüsündən də 20% artıq ölçüdə olan yaşayış sahəsi veriləcəkdir. Mərtəbə məsələsinə gəldikdə isə qeyd edək ki, son zamanlar formalaşmış praktika odur ki, binaların ilk 1 və ya 2 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Bu səbəbdən də Cavabdehə 3-cü mərtəbədə mənzilin verilməsi onun hər hansı hüququnu pozmur. 7.Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 146.3; Torpaq Məcəlləsinin 67, 68; Torpaq İcrasəi haqqında 11 dekabr 1998-ci il 587-İQ №-li Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə; Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında 29 iyun 2004-cü il tarixli 713-İİQ №-li Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 oktyabr 2016-cı il tarixli qərarına; Mülki prosessual Məcəllənin 8, 9.1, 9.3, 14.2, 19, 35.1, 87.2, 88, 106.1, 385-390-cı maddələrinə istinad etməklə qeyd etmişdir ki, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hüquqi əsaslandırılması qəbul olunmazdır.Təəssüf hissi ilə qeyd etdiyi hallardan biri də odur ki, qətnamədə kifayət qədər qrammatik və orfoqrafik səhvlər var. Belə ki, Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununu, “Azərbaycan dilinin Orfoqrafiyə Normaları"nı kobud şəkildə pozaraq və xx.xx.2024-cü İldə hüquq pozuntuları ilə (bunlar barədə ətraflı növbəti abzaslarda) Qətnamədə (o səhvlərin altından qırmızı xətlə işarələnməklə həmin Qətnamənin surətini işə əvvəlki ərizələrinə əlavə etmişdir)dilimizə və Azərbaycan Respublikasına hörmətsizlik gətirən kobud, hətta təhsilli orta məktəb şagirdinin də buraxmayəcağı səhvləri edir. Hüquqi və elementar orta məktəb savadsızlığından başqa, X18 aşağıdakı maddi və prosessual hüquq pozuntularına da yol vermişdir: xx.xx.2023-cü il tarixdə mülki işin məhkəmə hazırlıq iclası zamanı vəkili Vəkil2 şifahi şəkildə vəsatət verərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli tarixli Sərəncamın (bundan sonra Sərəncam) ləğvi ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunduğu üçün mülki işin icraatının dayandırılmasını xahiş etmiş, lakin hakim vəsatəti təmin etməmiş və bunu da onunla əsaslandırmışdı ki, Bakı İnzibati Məhkəməsinə ünvanladığınız iddia ərizəsi icraata qəbul edilməyib, bu səbəbdən də icraata götürülməmiş iş ilə bağlı digər məhkəmə icraatı dayandırıla bilməz. Ancaq bilməli olduğu halda, hələ də bu hakim İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsindən tamamilə xəbərsizdir ("İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır"). Bundan başqa Mülki-Prosessual Məcəllənin (bundan sonra MPM) 254,1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin (bundan sonra KM) icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Burada isə İnzibati Məhkəmədə qaldırdıqları iddianın bu işlə nəinki birbaşa əlaqəsi olduğu, üstəlik hazırki mülki işin İnzibati Məhkəmədə qaldırılan işdən birbaşa asılılığı, İnzibati Məhkəmənin onların iddiasını təmin edəcəyi təqdirdə bu mülki işə baxılmasının heç bir mənası olmadığı açıq aşkar göz önündədir. Belə ki, hazırki İşdə iddiaçı onun barəsində (qeyri-qanuni olaraq) iddia qaldırmış, onun hüquqi əsasını isə məhz İnzibati Məhkəmədə mübahisələndirdikləri Sərəncam təşkil edir. Bundan başqa MPM-in 256.0.3-cü maddəsinə əsasən 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədrə iş üzrə icraat dayandırılır. Buradan da göründüyü kimi, X16in bu işlə eyni olan iş üzrə işin icraatının dayandırılması barədə xx.xx.2024-cü il tarixli qərardadı (həmin qərardad ərizəyə əlavə olunur) 01 Fevral 2024-cü il tarixdə artıq qüvvəyə minmiş olduğundan və bu barədə onlar həmin məhkəmə iclasında xüsusi olaraq vurğuladıqlarından, X18 də Konstitusiya Məhkəməsinin müəyyən etdiyi preyudisiallıq prinsipinə əməl etməli və o da işi dayandırmalı idi. Çünki Konstitusiya məhkəməsinin qərarları imperativ səciyyəvi olmaqla, Azərbayacn Respublikası ərazisində məcburi xarakter daşıyır. X16 cənabları İnzibati Məhkəməyə hazırkı iddia ərizəsinin əsas qayəsini təşkil edən Sərəncamın ləğvi barədə iddia verildiyindən eyni məzmunlu işləri İnzibati Məhkəmədə bu barədə qətnamə çıxarılana və bu qətnamə qanuni qüvvəsini alana qədər artıq dayandırmış olsa da, X18 xx.xx.2024-cü il hazırlıq iclasında bu bərədə verdikləri vəsatəti açıq saxlamaqla məhkəmə hazırlıq iclasını davam etdirmiş, sona qədər də açıq saxlamaqla, bu vəsatətə hüquqi qiymət vermədən də həmin məhkəmə iclasını bağlı elan etmişdir ki, bu hərəkət qanunvericiliyin tələblərinə tam ziddir, onun tələblərinə görə yalnız qeyd olunan vəsatətə məhkəmə bir qiymət verdikdən sonra digər prosessual hərəkətləri etməli idi. Beləliklə, Mülki-Prosessual Məcəllənin 254,1-cü və 256.0.3-cü maddələrini və hüquqlarını növbəti dəfə kobud şəkildə pozmuşdur. 01 fevral 2024-cü il tarixdə məhkəmə iclasında yuxarıda bəhs etdiyi ərizələrdə bəhs olunan səbəblərdən hakim zalı vəkilinə məhkəmə iclasını tərk etməyə icazə verdikdən sonra iclası keçirməyə cəhd etmiş, yalnız zalda əyləşən növbəti məhkəmə iclasının iştirakçıları 15 dəqiqə əvəzinə təqribən 1 saat 15 dəqiqədən də çox gözləməkləri səbəbindən onların narazılıqlarına qoşulub, bu məhkəmə İclasını başqa vaxta təxirə salmaq barədə təkidlə tələb etdiklərinə görə hakim bu haqlı tələbi qəbul etmək məcburiyyətində qalmışdır. Lakin bu zaman digər çox böyük hüquq pozuntusuna yol verdi. Belə ki, növbəti məhkəmə iclasını onun vəkilini məlumatlandırmadan və onun bu vaxt vurğuladıqları kimi, vəkil hakimin icazəsi ilə bu İclas zalını tərk etmişdi) və ya qabaqcadan öz işlərini buna uyğun planlaşdıraraq, məhkəmə iclasına gələ bilməsini təmin etmək üçün lazımi qədər sonraya (ən azından 7-10 gün) deyil, cəmi bir gün sonraya-xx.xx.2024-cü il tarixə təyin etmək təklifi etmiş, bu barədə orada iştirak edən nümayəndəsi buna etiraz edərək, vəkilin və hazırda məhkəmə zalının qarşısında gözləyən və dindirilməyə məhkəmənin uzanması və ardınca da təxirə salınması səbəbindən dindirilməyə imkan olmamış şahidlərin dindirilməsi məqsədilə onlara uyğun və öz işlərini buna uyğun planlaşdıraraq, iş yerlərindən qabaqcadan icazə alıb, iştirak edə bilmələri, ifadə vermələri məqsədilə lazımi qədər sonraya (ən azından 7-10 gün) təyin etməyini tələb edərək və vəkilsiz və şahid ifadələri olmadan məhkəmə iclasının keçirilməsinin Konstitusiyanın 61-ci maddəsinin 1-ci hissəsinə zidd olduğunu, vəkil-hüquqi yardım almaq hüququnu bununla məhdudlaşdırdığını ciddi şəkildə hakimin diqqətinə çatdıraraq, hakimin bu qanunsuzluğunə etiraz edərək, növbəti məhkəmə iclasını xahiş edildiyi və əsaslandırıldığı kimi ən azı 7-10 sonraya təyin etmə tələbində bir daha təkid etməklə və hakimin növbəti məhkəmə vaxtını təyin etməsini gözləmədən, məhkəmə bildirişini ünvan üzrə göndərməyini xahiş edərək, məhkəmə zalını tərk etmişdir. Lakin görünən odur ki, nümayəndəsi də gedəndən sonra, hakim onun bu etirazına da əhəmiyyət vermədən həmin qərarında təkid edib, qalmışdır. Bu zaman məhkəmə iclasının vaxtı və yeri barədə bildirişə nə vəkili, nə də nümayəndəsi tərəfindən imza atılmaması onu işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan da baxmaq kimi çox kobud hüquq pozuntusundan, hüquqazidd, qanunazidd əməldən də çəkindirməmişdir. Nəhayət xx.xx.2024-cü il tarixdə səhər tezdən "Hakimə Etiraz" ərizəsini təqdim etmək üçün Sabunçu Rayon Məhkəməsinə gələn nümayəndəsi bu barədə dünənki etirazlarına baxmayaraq, növbəti məhkəmə iclasının, bundan əvvəlki bənddə bəhs olunan kobud hüquq pozuntuları törətməklə xx.xx.2024-cü il, saat 10:00-a (dünən nümayəndəsi orada olduğu müddətcə saat bərədə heç ümumiyyətlə söhbət olmayıb) təyin olunduğunu təsadüfən öyrənərək, məhkəmə iclasında bir daha vəkilsiz məhkəmə iclası keçirilməsi kimi qanunsuzluğundan əl çəkməyə dəvət etmək üçün məhkəmə iclasında iştirak etmiş və buna bir daha hakimi çağırmışdir (vəkilini qabaqcadan məlumatlandırmadığına görə vəkil xidmətindən hakim tərəfindən məqsədyönlü şəkildə məhrum olunmuşdur). Orada az əvvəl təqdim etdiyi, hakimin ədalətsizliyinə, qeyri-obyektiv və qərəzli mövqeyinə görə məhkəmə sədrinin adına yazılmış "Hakimə Etiraz" ərizəsi yazılmış olsa da və MPM-in 22.2-ci maddəsinə əsasən məhkəmə sədri baxmalı olsa da, hakimin kabinetdə bu etirazı görüb, məhkəmə iclasında ona etiraz verildiyini bildirərək, yenə də özü həmin maddənin ziddinə olaraq bu etiraza məhkəmə iclasında baxmağa cəhd etmiş, bu zaman orada iştirak edən nümayəndəsi çıxış üçün söz alaraq o etirazın birbaşa məhkəmə sədrinə ünvanlandığını deyib, bu etirazı ətraflı əsaslandıraraq, etirazın əsaslı olduğunu bildirərək bu səbəblərdən də hakimin MPMnin 22.2-ci maddəsinə uyğun olaraq bu etiraza baxmaq səlahiyyətinin olmadığını bildirmiş, bu səbəbdən məhkəmə sədrinə göndərməyi təkidlə tələb etsə də, hakim digər tələb və vəsatətlər kimi, bu tələbə də məhəl qoymamış, nümayəndəsinin buna narazılıq etməsinə özü məhkəmə iclasında baxaraq, bu etirazı açıq saxlamışdır (audioyazılarda buna əmin ola bilərsiniz). Bundan sonra nümayəndəsi yenə söz alaraq iddiaçının iddia ərizəsinin bütün bəndlərinin, əsaslarının tamamilə boş və əsassız olduğunu bütün detallarına qədər aşkar edib, ortaya qoyan və 01 Fevral 2024-cü il tarixdə məhkəməyə də təqdim etdiyi ətraflı şəkildə izah edib əsaslandırmaqla bu iddia ərizəsinin özünün və qayəsinin belə tam əsassız olduğunu, bu səbəbdən iddiaçının bu əsaslarla hətta iddia vermək hüququnun da mövcüd olmadığını əsaslandıraraq, bu təkzibolunmaz sübut və əsaslara əsaslanaraq iddia ərizəsinin geri qaytarılmalı və ya rədd olunmalı olduğunu bildirmiş, sonda bu məhkəmə iclasında vəkilin və şahidlərin iştirak etmədiyini və bu ərizənin 7-ci bəndində göstərilən əsasları bir daha xatırladaraq, vəkilin və şahidlərin iştirakını təmin etmək üçün vəkilin öz işlərini buna uyğun planlaşdırıb iştirak etməsi, şahidlərin isə iş yerlərindən qabaqcadan icazə alıb, iştirak edə bilmələri, ifadə vermələri məqsədilə lazımi qədər sonraya bu məhkəmə iclasını təxirə salmasını tələb etsə də, bu haqlı tələbinin yerinə yetirilmədiyini görüb, hakimin ədalətsizliyinə, qeyri-obyektiv və qərəzli mövqeyinə artıq tam əmin olduğuna, artıq hakimin nə qətnamə çıxaracağını yüksək dəqiqliklə təxmin etdiyinə görə "mən görürəm ki, hal-hazırda nə desəm, nə danışsam da, siz öz qərəziiliyinizdə-iddiaçının xeyrinə qətnamə çıxarmaqda qərarlısınız, bu gün tələm-tələsik şəkildə belə bir qətnamə çıxaracaqsınız, bu səbəbdən də sizin bu saxta, qeyriqanuni, nəticəsi qabaqcadan bəlli olan formal məhkəmə iclasında iştirakını artıq və mənasız hesab edirəm, bu səbəbdən də butun bunlara etiraz əlaməti olaraq icazə verin məhkəmə iclasını tərk edim". Bu icazəni aldıqdan sonra nümayəndəsi (oğlu) hakimdən bir daha xahiş etməklə, qanunsuzluqlarla dolu məhkəmə iclasının keçirilməsinə dözə bilməyərək və buna etiraz əlaməti olaraq, hakimdən İcazə almaqla iclas zalını yarımçıq tərk etmişdir. xx.xx.2024-cü il tarixdə-hələ qətnamə kabinetə yüklənməmiş, bu səbəbdən də onun barəsində heç bir məlumatım olmadan Sabunçu rayon Məhkəməsinin sədri Vidadi Qasımov cənablarına X18dən şikayət ərizəsi ünvanlamış (həmin ərizə həmin iş üzrə işə kabinet vasitəsilə yüklənib deyə iş materiallarında da var) və o ərizədə həmin gün nümayəndəsi etiraz əlaməti olaraq hakim məhkəmə iclasını tərk etdikdən sonra, qarşılıqlı iddia ərizəsinin araşdırmasına başlamış, sübut kimi təqdim etdiyi videoyazını analiz edərək, “Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi video materiala münasibət bildirərək qeyd edir ki, sözügedən video materialda tikintinin aparılması nəzərdə tutulan şirkətin rəhbəri tərəfindən verilmiş müsahibə tam olaraq təqdim edilməmiş, video material kəsilmiş formada verilmişdir. Və eyni zamanda həmin materialda müsahibə verən E.Mustafayev “sakinlərə bir həftə əvvəl xəbərdarlıq edildiyini, ya onların sökməsini yada onlar tərəfindən söküləcəyi bildirilmiş, 35 kv.m mənzilə 150 kv.m istənilməsinin ədalətsiz olduğunu” bildirmişdir. Lakin konkret olaraq hansı tikililərin söküldüyü,bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüyü müsahibətdə qeyd edilmədiyindən qarşılıqlı iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilmə bilməz”.(sitatın sonu) qənaətinə gəlmişdir. Elnur Mustafayev ATV kanalında müsahibəsində söküntünün onun rəhbərlik etdiyi MMC tərəfindən aparılmasını açıq-aşkar etiraf edərək, orada söküntüyə qanuni don geyindirmək məqsədilə "söküntüdən bir həftə əvvəl xəbərdarlıq edərək ya siz özünüz onları sökün ya da bizim tərəfimizdən söküntü həyata keçiriləcək" dediyi halda, çox təəccüb və təəssüf doğuran haldır ki, hakim bu etirafı, yəni aşkar sübutu qarşılıqlı iddia ərizəsinə münasibətdə mötəbər sübut kimi qəbul etmir. Baxmayaraq ki, hakim özü də həmin vərəqin əvvəlində ərazidə tikinti aparan şirkətin rəhbəri Elnur Mustafayev isə bu hala (yəni ki, Cavabdeh həyətinin sökülməsinə,axı o süjetdə məhz Cavabdeh həyətinin sökülməsindən bəhs olunur-qeyd özümündür) münasibət bildirərək verdiyi müsahibədə birldirmişdir ki, “ (sitatın sonu) yazmaqla özü də həmin süjetdə söhbətin məhz Naxış Baxışıov məxsus mənzilin qarşısınında yerləşən hasarlanmış ərazi barədə birbaşa və açıq etiraf etsə də, sonrakı qarşılıqlı iddia ərizəsini təmin etməmək üçün saxta əsas yaratmağa cəhd etdiyi hissədə “lakin konkret olaraq hansı tikilinin söküldüyü, bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüyü müsahibədə qeyd edilmədiyindən sözləri yazır. Bu məntiqi uyğunsuzluğa yol vermək üçün nə qədər savadsız olmaq və ya nə qədər qərəzli olmaq gərəkdir??? Bundan başqa rəsmi kanal olan "ATV" kanalında efirə getmiş müsahibənin "təqdim edilən diskdən görünür ki, xəbər saytında..." yazmaqla bu kanalı adi, sıradan bir xəbər saytı kimi təqdini edərək, onun mahiyyətini və ciddiliyini azaltmağa düşünülmüş şəkildə cəhd edir. Bu yolla açıq aşkar qərəzli şəkildə qarşılıqlı iddianın təmin olunmasından imtina edilir. Həmin diskə baxıb, özünüz əmin olun Elnur Mustafayevin etirafına !!! Bundan başqa, həmin söküntü prosesindən videoçəkilişlər olan diski və bir neçə fotoşəkil əlavə edir ki, bunlarda Elnur Mustafayevin yaxın ətrafının - qardaşı Vüqar Mustafayevin və onun həm yaxın qohumu, həm də şirkət rəsmilərindən olan Cavid Bayramovun bu söküntü prosesində fəal iştirakını açıq-aydın bir daha (Elnur Mustafayevib "ATV" kanalında etirafı ilə birlikdə) sübut edir. MMC-NİN Sərəncama və digər hüquqi aktlara riayət etməməsi, onlar üzrə öhdəliklərin pozulması ilə bağlı hüquq pozuntuları (iş materiallarında, xüsusən də xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin sədri Vidadi Qasımov cənablarına ünvanlanmış və hazırki iş üzrə kabinetə də yüklənmiş İzahatda ətraflı bəhs olunduğundan, taftologiyaya yol verməmək üçün bu pozuntuları təkrarlamayaraq, onlarla tanış olmaq üçün həmin şikayət ərizələrinə diqqət yetirilməsi xahiş etməklə, sadəcə olaraq orada qeyd olunmayan digər pozuntuları qeyd edir): Həmin Sərəncamam 2.1-ci maddəsi ("2. Sifarişçiyə tapşırılsın: 2.1 Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin.) də MMC və rəhbəri Elnur Mustafayev tərəfindən çox kobud şəkildə pozulub, ərazidə dağıntılar, tar-mar, həm söküntü zibillikləri, həm də diğər zibilliklər və dəhşətli antisanitariya baş alıb gedir. Bunların sübutu kimi fotoşəkilləri əlavə edir. Bundan başqa sakinlər yaşadığı halda, binalar hasara alınıb ki, bu da onların mənzillərindən sərbəst istifadə hüquqlarını pozur. Hansı ki, bu barədə məhkəmə qərardadı (həmin qərardadın surəti əlavə olunur) olmasına və dəfələrlə müraciət etmələrinə baxmayaraq, nə icra məmuru, nə şirkət rəhbərliyi, nə də ki, icra orqanları bu haqlı tələblərini qulaqardına vurur, binaları 5 aydır ki, konslagerə, məhbəsə çevirən hasarlara alınıb, yaşayış şəraitləri məhdudlaşdırılır. Bunun sübutu kimi fotoşəkilləri və 5 ədəd videoçəkiliş olan disk bu şikayətə əlavə olunur. Bundan əlavə binalarının dam örtükləri, binaların 2-ci mərtəbələrində insanların təhlükəsizliyi məqsədilə quraşdırılmış insan tələfatına gətirəcək dəmir məhəccərlər və istilik sistemləri də darmadağın edilib ki, bu da Elnur Mustafayevin və ümumilikdə MMC-nin qurucu deyil, əksinə dağıdıcı, vəhşicəsinə münasibətinin bariz nümunəsidir. Bunlar barədə də fotoşəkilləri sübut kimi şikayətə əlavə edir. Sərəncamın 2.4.-cü maddəsi də (2.4. Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin) kobud şəkildə pozulub. Həmin icarə müqaviləsi onlara qarşı iddia qaldırılan vaxt, bütün məhkəmə baxışı ərzində qeydiyyata alınmamışdı (aldıqları məlumat doğrudursa, hal-hazırda da həmin müqavilə qeydiyyatdan keçməmişdir) ki, bu da həmin müqavilənin etibarsızlığı və bu da öz növbəsində MMC-nin iddia vermək hüququnun olmadığı deməkdir. Fikirlərini qanunvericiliyin aşağıdakı müddəaları da sübut edir. İddia ərizəsinin müddəa və əsaslarinin əsassizliğini sübut edən danilmaz dəlil-sübutlar AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: - Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin "gözləntilərinin" olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. -Həmçinin məhkəmə belə bir mövqe ortaya qoymuşdur ki, qanunsuz tikili hesab olunan tikililərdə tikili sahibinin gözləntiləri, daha doğrusu tikilinin reyestrdə qeydiyyata alınması ilə bağlı gözləntilərinin olub-olmaması, qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi müəyyən olunmalıdır və bu halların müəyyən olunması imperativ qaydada məhkəmələrin qarşısına vacib şərt kimi qoyulmuşdur. -Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 23 iyun tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsi 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (qarşılıqlı iddia ərizəsi ilə bağlı). ... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 2013-cü il 22 yanvar tarixli Qərarı). Bütün bu yuxarıda ətraflı bəhs olunan halları nəzərə alaraq, yuxarıda göstərilən bütün əsaslara, pozulmuş maddələri ümumiləşdirməklə: Azərbaycan Respublikası Konstitusiyasının 13- cü maddəsinin, 25-ci maddənin İ və V hissələrinin, 26-ci maddənin İ və İİ hissələrinin, 29-ci maddənin İ və İİİ hissələrinin, 33-cü maddənin İ hissəsinin, 43-cü maddənin İ hissəsinin, 60-cı maddənin l-İV hissələrinin, 61-ci maddənin İ hissəsinin, 71-ci maddənin İ, İİ və İX hissələrinin, 127-ci maddənin İİ, İV, Vİİ, Vİİİ hissələrinin; Mülki Məcəllənin 139.1, 146.2, 146.3, 180.4-cü maddələrinin, MPM-nin 8, 9.1, 9.3, 14.2, 19, 35.1, 87.2, 88, 106.1-ci və s. maddələrinin, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasinin Qanununun 7, 8, 10, 13, 15-ci maddələrinin və digər yuxanda sadalanan Qanunların maddələrinin kobud şəkildə pozulduğuna, həmçinin MPM-nin 385.1.1- 385.1.4, 386, 387.2.2, 387.2.9, 387.3, 388, 389, 390-cı maddələrinə əsaslanaraq, birinci instansiya məhkəməsində çıxarılmış qətnaməni ləğv edərək, yenidən aidiyyatı üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini və ya iddia ərizəsini rədd edərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. 8.İddiaçının nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, icraatınızda olan hazırkı iş üzrə cavabdehə təklif etdikləri mənzilin kvadratmetrini tərəflə barışığın əldə edilməsi və işin uzanmaması səbəbindən 74 kv.m təklif edir və aylıq kirayə haqqının dəyişdirilərək 450 manat edilməsini və bu barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Bu səbəbdən, iddialarına dair qətnamənin aşağıdakı şəkildə çıxarılmasını xahiş edirlər. Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 34.50 kv.m. mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 kv.m olan 2 otaqlı təmirli 2 saylı mənzil Cavabdeh mülkiyyətinə verilməsi və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edəsiniz. 9.Cavabdeh məhkəməyə izahat təqdim etmiş və qeyd etmişdir ki, son - xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bəzi hiss etdikləri çox mütəəssir etməklə bərabər, təəssüf hissi oyatdı. Belə ki, hiss edib, başa düşən üzrə siz xx.xx.2024-cü il, saat 14:00-a təyin etdiyiniz məhkəmə iclasında artıq prosesi yekunlaşdırıb, (tez-tələsik) qətnamə çıxarmaq istəyirsiniz. Baxmayaraq ki, burada baxılmamış, aydınlaşmamış çox məqamlar hələ də mövcuddur (bunlar barədə ətraflı aşağıda bəhs olunacaq) ki, onlar müzakirə olunmamış, araşdırılmamış, Mülki-Prosessual Məcəllənin 14.1, 88, 174 və s. maddələrində məcburi şərt kimi qoyulmuş işin tam və hərtərəfli araşdırılmasından söhbət belə gedə bilməz. Belə ki, dünənki məhkəmə iclasında gedən söhbətlərdən belə ehtimal edir ki, məhkəmə tərkibi bu gün məhkəmə iclasını tez-bazar yekunlaşdırmaqla, onun mənzilinin əvəzinə dünən iddiaçı tərəfin təqdim etmiş olduğu ərizə ilə tələb etdiyi 74 kv.m. sahə üzrə mənzil verilməsi barədə qətnamə çıxarmaq niyyətindəsiniz. Bu ehtimalının doğru olmamasını çox istərdi, amma belə bir qətnamə qəbul etmək ehtimalına hər bir halda bərai-ehtiyyat öz mövqeyini bildirmək istərdi. Bildirmək istərdi ki, iddiaçının bu təklifi tamamilə qanunsuz və hüquqlarının, o cümlədən Konstitusiyada təsbit olunmuş mənzil hüququnun kobud şəkildə pozulması və məhdudlaşdırılmasıdır. Belə ki: 1) xx.xx.2024-cü il tarixdə bu cür hesablanmanın hansı meyarlarla hesablanması barədə suallarına vəkil cavab verməkdə çətinlik çəkərək, "heç bir meyarla" cavabı verib, məntiqi cəhətdən əsaslandıra bilməmişdir; 2)Yenə də xx.xx.2024-cü il tarixli məhkəmə iclasında onlar kimi hazırkı işdəki iddiaçı tərəfindən məhkəməyə cavabdeh kimi cəlb edilmiş, 2 mərtəbəli binalar kompleksində üzbəüz qonşuları X3 işi hal-hazırda Sabunçu rayon Məhkəməsində baxıldığı halda, ona iddiaçı tərəfindən 94 kv.m. mənzil verilərək, razılığa gəlinmiş və xx.xx.2024-cü il tarixdə onunla müqavilə bağlanaraq, iddia ərizəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının müraciəti əsasında geri qaytarılması hakimin diqqətinə çatdırılmışdır. Həmin cavabdeh barədə məlumat: ünvan 6 ünvanında sənəd üzrə 34,5 kv.m., faktiki olaraq 65 kv.m. sahəli mənzilin mülkiyyətçisidir. Bu şəxsin faktiki sahəsi onların mənzilinin faktiki sahəsindən 2 dəfə az olduğu halda, üstəlik o da 55 kv.m.-lik mənzil verilməsi tələbi ilə məhkəməyə verildiyi halda, bu qədər sahəli-94 kv.m. mənzil verilməsi müqabilində iddianın geri götürülməsi, ancaq onun mənzilinin faktiki sahəsi 2 dəfə çox, üstəlik qanunsuz olaraq sökülmüş 1.4 sot həyətyanı sahə olduğu halda, eyni tərkibli, eyni məzmunlu iş üzrə mənə 74 kv.m-lik mənzil təklif olunması nə məntiqə, nə ədalətli yanaşmaya, nə də ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-cı ıl tarixli və İ.Ağayevin şikayəti üzrə 2013-cü il 22 yanvar tarixli qərarlarında əks olunan hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzə yol vermədən, tərəflərin bərabərliyi (sitatın sonu) prinsipinə uyğun gəlmir. 3) Qonşular- onların binalar kompleksində olan digər şəxslərə mənzillərinin sahəsindən qat-qat çox mənzil verildiyi halda, onlara xeyli az verilməsi çox hiddətləndirici və təəssüf doğuran Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan hər hansı üstünlüyün, ayrı-seçkiliyə və ya qərəzliliyə yol verilməsinin" (sıtatın sonu) bariz göstəricisidir. Belə ki, həmin şəxslərdən olan X9 müqavilədə (hər iki müqavilə bu ərizəmə qoşma şəklində əlavə olunub) əks olunduğu üzrə 16 kv.m. mənzil sahəsinin əvəzinə 48 kv.m., X13 isə müqavilə bağlanmaqla 24, 65 kv.m. mənzil sahəsinin əvəzinə əvvəlcə 29,58 kv.m., sonra isə yenə də həmin müqavilədə əlavə bənd kimi qeyd olunmaqla, 4303 (.) manat müqabilində mənzil sahəsi 53,97 kv.m.-ə qədər artırılmaqla, beləliklə 24,5 kv.m. mənzil 4303 manat qarşılığında verilməsi, onlara isə bu şəkildə münasibət göstərilməsi yenə də yuxarıda vurğulanan Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə ziddir. Bundan başqa, Ali Məhkəmənin onlarla oxşar-mənzil mülkiyyətçisi ilə MMC arasında eyni məzmunlu iş üzrə xx.xx.2024-cü il qərarında vurğulanan (həmin vərəqin surəti ərizəyə əlavə olunur) "Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstun sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçun bərabər olmalıdır." (sitatın sonu) tamamilə ziddir. Bundan əlavə, Ali Məhkəmənin həmin qərarında belə bir ifadə var: "Bu kontekstdə, mülkiyyətçilərdən hər hansı birinin əmlaka dair hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, yaşayış sahəsinə mülkiyyət hüququ müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli (sitatın sonu). Yenə də həmin qərarda belə bir ifadələr işlədilir: "Apellyator Cavabdeh2 şikayətinin dəlillərinə əsasən ona məxsus olan mənzilin ümumi olaraq faktiki sahəsi 160 kv.m təşkil edir və mənzili birinci mərtəbədə yerləşməklə, mənzildən əlavə olaraq pilləkan qəfəsində onun 7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi var, həmçinin mənzilinin zirzəmisini təmir etmişdir, yarım zirzəmi kimi istifadə edilir. Apellyator onunla eyni mərtəbədə olan qonşusu Cavabdeh2 daha artıq kvadrat və pullar ödənilməsini qeyd edərək məhkəmə qətnaməsində də bu ayrı seçkiliyin özünü göstərməsinə istinad edir. Kollegiya bu dəlillə əlaqədar iddiaçı tərəfin möveyi ilə razılaşır və hesab edir ki, razılaşma hər bir sakinə məxsus faktiki yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi sahənin ölçüsü ilə bağlıdır. Müəyyən edilmişdir ki, apellyatorun rəsmi yaşayış sahəsindən kənar digər faktiki sahəsi olmadığı halda, iddiaçıdan daha artıq kvadrat və pul tələb edir. Kollegiyanın mövqeyinə görə apellyatorla eyni mərtəbədə olan digər qonşuda isə həm yaşayış, həm də yaşayış sahəsindən kənar digər faktiki sahəsi olduğu üçün onunla olan razılaşma apellyator ilə olan razılaşmadan fərqli olmasına dair iddiaçının dəlilləri inandırıcı və ağlabatandır. Belə ki, tərəflərin izahatlarından görünür ki, apellyatorun rəsmi yaşayış sahəsindən kənar digər faktiki sahəsi yaşayış kimi istifadə edilməyərək yalnız hasara alınmışdır, onunla eyni mərtəbədə olan digər qonşusu isə rəsmi yaşayış sahəsindən kənar digər faktiki sahədən yaşayış kimi istifadə edir, başqa sözlə, həmin sahə qapalı vəziyyətdə yaşayış üçün yararlı hala salınmışdır və bu müəyən edilmiş hallar tərəflərin izahatları baxımından mübahisəsizdir", (sitatın sonu). Burada vurğulandığı kimi onların mənzilinin artırma hissəsi də məhz bu şəkildədir, yəni, rəsmi yaşayış sahəsindən kənar digər faktiki sahədən yaşayış kimi istifadə edir, başqa sözlə, həmin sahə qapalı vəziyyətdə yaşayış üçün yararlı hala salınmışdır və bu müəyyən edilmiş hallar tərəflərin izahatları baxımından mübahisəsizdir. Bütün bu yuxarıda sayılan əsaslara əsaslanaraq, hətta mənzil təyin edilməsi şərti ilə qətnamə çıxarılarsa, o zaman 130 kv.m. mənzilinin sahəsi + 20, 30 və ya 40 faiz olmaqla hesablanmalıdır.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 10.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayəti, ona əlavə və məhkəməyə təqdim edilmiş izahatının məzmunu ilə eyni məzmunda izahat vermiş və onlara məxsus əmlakın faktiki sahəsinin 130 kv.m olduğunu, tərəflərindən təqdim edilmiş mütəxəssis rəyində faktiki sahənin 111 kv.m göstərilməsinin içdən-içə divarlar nəzərə alınmadan hesablandığını bildirmiş, mənzilin faktiki sahənin hesablanması ilə bağlı və mənzilin kirayə haqqının müəyyən edilməsi ilə bağlı ekspertiza vəsatətlərinin nəzərə alınmasını xahiş etmiş, qarşı tərəfin verdiyi təkliflə razılaşmadıqlarını, bu səbəbdən inzibati məhkəmədə mənzilin artırması olan hissəyə dair çıxarışın verilməsi tələbi ilə iddia qaldırdıqlarını, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmalı olduğunu, çünki onlara məxsus sahənin nə qədər olacağını İnzibati Məhkəmənin qərarının müəyyən edicəyini və bunun da hazırkı işin nəticəsinə təsir edəcəyini qeyd etmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi kobud prosessual pozuntulara yol vermiş, şahidin dindirilməsinə şərait yaratmamış, iştirakları lazımı səviyyədə təşkil edilmədən tez-tələsik məhkəmə qərarı qəbul etmiş, keyfiyyətli hüquqi yardım almaq hüququndan istifadəsinə şərait yaratmamış, bundan əlavə, aidiyyət qaydalarını pozmaqla işə baxmışdır. bütün bu halları məhkəməyə təqdim etdiyi yazılı ərizələrdə göstərdiyini qeyd etmiş və məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. 11.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməkdiklərini, qarşılıqlı iddia tələbini tam olaraq müdafiə etdiklərini bildirmiş, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydalarının pozulduğunu, şahidin dindirilməsinə şərait yaradılmadığını bildirməklə, qeyd edilən prosessual pozuntular baxımından ilkin iddianın təmin edilməsini mümkün olmadığını bildirmişdir. Tərəflərindən məhkəməyə təqdim edilmiş bütün vəsatətləri müdafiə etdiklərini bildirməklə, qarşı tərəfin təklif etdiyi 74 kv.m sahədən ibarət sahənin onların mənzilinin sahəsindən qat-qat aşağı olduğunu, mənzilin təmirli verildiyi halda belə, uyğunluğun yaranmadığını bildirmişdir. İddiaçı tərəfindən söküntünün hər hansı əsas olmadan həyata keçirildiyini qeyd etmiş və qarşı tərəfin qarşılıqlı iddianı hansı əsasla qəbul etmədiklərinin onlara aydın olmadığını bildirmişdir. Qeyd etmişdir ki, məhkəmə-tikinti texniki ekspertizası keçirilib binanın istifadəyə yararsız olması təsdiq edilmədən, FHN Layihə İnstitutunun vizual baxışı əsasında binanın istifadəyə yararsız olması qənaətinə gəlinməsi yolverilməzdir, qanuni əsas olmadan söküntü işləri həyata keçirilə bilməz. 12.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələblərini son dəqiqləşmə nəzərə alınmaqla müdafiə etdiklərini, qarşılıqlı iddianı ümumiyyətlə qəbul etmədiklərini, həmin ərazidə söküntü işlərinin aparıldığını, lakin cavabdehə aid hissənin kim tərəfindən sökülməsi barədə onlarda məlumat olmadığını bildirmişdir. Qarşı tərəfin təqdim etdiyi vəsatətlərin məhkəmə prosesinin uzadılması məqsədini daşıdığını, aidiyyət qaydalarının pozulmadığını, Mülki Prosessual Məcəllənin 39-cu maddəsinin tələblərinə əsasən müstəsna aidiyyətin tətbiq edildiyini qeyd etmiş, şahidlərin dindirilməsinə şərait yaradılmamısına dair qarşı tərəfin mövqeyinə münasibətdə isə vəkil məhkəmə iclasında iştirak etmədiyindən cavabdeh tərəfin vəkilinin iştirakı olmadan şahidlərin dindirilməsini istəmədiyini bildirmişdir. 13.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən : 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 16.Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2 4 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 29-İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
17. İnsan hüquqlarının və X8 haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən :16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. 154.3. Kommersiya və qeyrikommersiya hüquqi şəxsləri onların təsisçilərinin (iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. 163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; 231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri; 231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular. 231.2. binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir. 234. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə, yaşayış binasının tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçilərə peşman haqqı ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər. 19.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; Mülki Məcəllənin 139-169, 180, 231, 234, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-88, 106, 119, 217.4, 384-390; İnsan hüquqlarının və X8 haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında müzakirələrin barışıqla həll edilməsinə yönəlik müzakirəsi, müvafiq səlahiyyətli qurumların və ya maraqlı şəxslərin cavabdehin faktiki sahibliyində olan sahələrin və əmlaklarının nəzərə alınmaması mülkiyyətin ədalətli əvəzləşdirilməsi, bununla da əmlak hüquqlarının pozulmasına xidmət etmişdir. Apellyasiya icraatı zamanı iddiaçının özünün ədalətli və mütənasib kompensasiya verilməsi cəhdləri nəticə verməsə də, təklif edilən kompensasiya (əvəzləşmə) daha üstün təminatlara dəyişdirilmiş formada təklif edilmişdir. Ona görə, kompensasiyanın mütənasib olması və cavabdehə münasibətdə onun qarşılıqlı iddiasının da nəzərdən keçirilməsini zəruri etmişdir. 20.Qeyd edilməldir ki, münasibətlərin əsasını - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında "Memarlıq Şəhərciyi 2021” MMC-nin istifadəsinə verilməsi təşkil etmişdir. 21.Kollegiya hesab edir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Hazırki mübahisəli münasibətlərin razılaşması üzrə (tələb-təklif təfərrüatların rəsmi ifadəsi) iddiaçı tərəfindən mülkiyyətçiyə əhatəli şəkildə təqdim edilmişdir. Kollegiya Mülki Məcəllənin 560-cı maddəsində təsbit edilmiş əsaslara istinadən hesab edir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 22."Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. 23."Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarda isə Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. ... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Konstitusiya Məhkəməsi həmin qərarda qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. 24.Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında irəli sürdüyü hüquqi mövqe hazırki mübahisənin həlli baxımından belə nəticəyə gəlməyə imkan verir ki, hazırki iddianın predmetini cavabdehə ədalətli kompensiya (əvəz) verilməklə, təklif olunan əvəz iddianın predmeti deyil, iddia predmetinin obyekti kimi çıxış etmiş və onun (kompensasiyanın həcminin) dəyişdirilməsi zərurəti apellyasiya icraatı zamanı əmələ gəlmişdir. İddia həcminin artırılması və ya tələbin dəyişdirilməsi apellyasiya icraatı zamanı baxılma həddi üzrə tam təmin edilən iddianın fərqli (tələbdən kənar) həll edilməsi mülki prosessual qanunvericiliyə birbaşa zidd olsa da, hüququn analogiyasını və ədalət mühakiməsinin (məhkəmə icraatının) məqsədlərini əsas tutaraq kollegiya hesab edir ki, kompensasiya həcminin artırılması iddia həcminin artırılmasına, yəni cavabdehin hüquqlarının daha da məhdudlaşmasına xidmət etmədiyindən onun qəbulu və müzakirəsi mümkündür. 25.İş üzrə apellyasiya baxışında tərəflərə mübahisənin barışıq yolu ilə həll edilməsi üçün kifayət qədər imkan yaradılaraq məhkəmə kollegiyasının iclası bir neçə dəfə təxirə salınsa da, mübahisənin danışıqlar yolu ilə nizama salınması mümkün olmamışdır. 26.Hazırki iş üzrə cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin yerləşdiyi mənzil (və ona bitişik) sahəsinin iddiaçının məqsədli istifadəsinə verilməsi və həmin ərazidə yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulduğu nəzərə alınaraq, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlığın müəyyən edilməsinə yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə təsbit edilmiş mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də, mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). 27."Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71 -ci maddəsinin İİ hissəsi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, "İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir ("Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan "ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır ("Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; "Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). 29.Yuxarıda qeyd olunan mövqeyə görə həmin kompensasiya cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Yəni kompensasiya təklif olunarkən mülkiyyətçinin mübahisəsiz istifadə etdiyi sahələrin ölçüləri nəzərə alınmalı və gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır. Mülki hüquqi pozuntuların aradan qaldırılması yönündə tərəflər birgə hərəkət etməli, dövlətin, cəmiyyətin (digər şəxslərin) və tərəflərin özlərinin mülki hüquqlarının cəmində danışıqlar apararaq, mülki dövriyyənin və subyektiv hüquqların mütənasibliyi baxımından onların tarazlığı - ədalətli kompensasiyanı və sair məsələləri müzakirə edə bilərlər. Müzakirələrin rəsmi təkliflər səviyyəsində baş tutmadığı və ya müsbət nəticə vermədiyi təqdirdə (razılığa gələrək müqavilə bağlamaq mümkün olmadıqda) tərəflər mübahisələrin məhkəmə müstəvisində müzakirə etmək hüquqlarına malikdirlər. Hazırki işin tədqiqi göstərir ki, apellyator yaşadığı ərazinin yenidən planlaşdırılmasına etiraz adı altında və faktiki sahibliyində sahəsinin daha çox olması əsası ilə daha yüksək kompensasiya (əvəzləşdirmə) əldə etmək istəyir. Qeyd edilməlidir ki, baxılan əvəzləşdirmə ilə əlaqədar iddiaya qarşı hər hansı qarşılıqlı tələb irəli sürülməmiş, qarşılıqlı iddia yalnız söküntü nəticəsində əmlaka dəymiş zərərlə bağlı olmuş və cavabdeh məsələnin barışıq yolu ilə həlli müstəvisində daha yüksək kompensasiya (əvəzləşmə) tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya (əvəzləşmə) tələb etməsi başa düşüləndir, lakin hüquqlardan sui-isifadəyə şərait yaradan hal kimi digər sakinlərin əlaqəli hüquqlarına və iddiaçının vəzifələrinə ziddir. Cavabdehin müxtəlif eyni (oxşar) məzmunlu çoxsaylı müraciətlərini, o cümlədən məhkəmə və ərazi aidiyyət qaydalarının pozulması, mənzilin faktiki sahəsinin hesablanması, mənzilin kirayə haqqının müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsi, məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi, şahidlərin dindirilməsi, Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsi ilə bağlı iş üzrə icraatın dayandırılması barədə vəsatətləri öz mülkiyyət hüquqlarının müdafiəsi müstəvisində hüquqlardan sui-istifadə kimi qiymətləndirilməlidir. Təqdim edilən sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-cu il tarixli, ********** nömrəli çıxarışın surətinə əsasən, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X21ndə istifadədə olan ümumi sahəsi 34.50 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X21, bina 14a, 5 nömrəli mənzilin ümümi sahəsi faktiki 111,03 kv.m müəyyən edilmişdir. Əlavə sahələrə dair istinadların sübutedici əsasları müəyyən edilmir. Mülkiyyət və istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır və faktiki əsasla istifadə edilən yaşyış (qeyri-yaşayış və torpaq) sahələri mənzil mülkiyyətçilərin ümumi mülkiyyəti və ya dövlətin (bələdiyyənin) mülkiyyəti ola bilər ki, bu da, cavabdehə münasibətdə hər-hansı hüquqi nəticələr yaratmır. 30.Bununla yanaşı diqqətə çatdırılmalıdır ki, "Poleks” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarında hesab edilmişdir ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi kompensasiyanın həcminin onun özbaşına tikilliyə və qanuni əsaslarla əldə edilən əmlaka görə eyni meyarlara əsasən hesablanmasını düzgün saymamaqla, özbaşına tikiliyə görə də kompensasiyanın ödənilməsini istisna etməmiş, yalnız kompensasiyasının həcminin eyni meyarlara əsasən hesablanmasının düzgün olmadığını vurğulamışdır. Başqa sözlə, özbaşına tikilinin onu inşa etmiş şəxs üçün iqtisadi dəyərə malik olması istisna edilmir. 31.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 191.1. Daşınar əşyaların birbirinə bağlılığı nəticəsində onlar yeni vahid əşyanın tərkib hissələrinə çevrildikdə və ya daşınar əşyalar birləşdikdə, onların əvvəlki sahibləri bu yeni əşyanın mülkiyyətçiləri olurlar. Paylar həmin əşyaların birləşməzdən əvvəlki dəyərinə uyğun müəyyənləşdirilir. 191.2. Əşyalardan biri, bərqərar olmuş rəyə görə, baş əşya sayılırsa, onun mülkiyyətçisi həmin əşyanın ləvazimatına da mülkiyyət əldə edir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 32.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: “1. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. 2. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.” 33.İddiaçı tərəfin cavabdehin sahibliyində olan torpaq sahəsinə ədalətli kompensasiya verilmədən onun rəsmiləşdirilməsi gözləntisi ehtimal edilən mənzil sahəsindən məhrum edilməsi, cavabdehin əmlak mənafeylərinin əhəmiyyətli pozuntusu ilə nəticələnə və bir sıra əlaqəli hüquqlarının məhdudlaşmasına yönəlik hüquqdan sui-istifadəyə şərait yaratmış ola bilər. Ona görə, özbaşına tikili üzrə də cavabdehin əmlak mənafeləri üzrə ilk iddia tələbi üzrə artırılmış kompensasiya (əvəzləşdirməni), onun təmirli olması və kirayə haqqının daha yüksək olması nəzərə alınmaqla kollegiya ədalətli və mütənasib hesab edir. Cavabdehin kompensasiya tələbi olmadığından iddiaçının tələbindən kənar müzakirələrin aparılmasını kollegiya prosessual qanunvericiliuyin tələbləri baxımından yolverilməz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin tələblərinə görə: 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 34.Birinci instansiya məhkəməsində icraat zamanı qarşılıqılı iddianın mövcud sübutlar əsasında tam təmin edilməməsini də, kollegiya müəyyən edilmiş qarşılıqlı münasibətlərdən və (təkzibedilməz) faktlardan irəli gələrək qanuni hesab etmir. Belə ki, iddiaçı söküntünün mövcudluğun və dəymiş zərərin məbləğin mübahisələndirmədiyi halda, cavabdehin təqdim etdiyi sübutlar müstəvisində söküntü işlərinin onun tərəfindən aparılmamasına dair dayanıqlı sübutlar təqdim etməmişdir. Birinci instansiya icaatı zamanı təqdim edilmiş X14 Mərkəzinin YDQM№ 099- 1011/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X21, ev 14 a mənzil 5 ünvanında yerlışın fərdi yaşayış evinin həyatyanı sahəsində aparılmış söküntü işləri nətticəsində dəymiş zərər məbləğinin ümumi məbləği 19.711.45 manat müəyyən edilmişdir. Ona görə qarşılıqlı iddia üzrə maddi zərər hissədə tam təmin edilməli, mənəvi iztirablarla bağlı sübutedici hallar müəyyən edilmədiyindən mənəvi zərər hissədə qarşılıqlı tələb rədd edilməlidir. 35.Belə ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 36.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 37.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qərara gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə, iddianın (kompensasiyanın) həcminin dəqiqləşməsi üzrə ilk tələb mülkiyyət hüququna xitam verilməsi yox onun əvəzləşdirilməsi ilə əhatə edildiyindən – qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m. olan 5 saylı mənzilə dair mülkiyyət hüququları iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binasının 2-ci mərtəbəsində yeləşən ümumi sahəsi 74 kv.m olan 2 otaqlı təmirli 2 saylı mənzillə əvəz edilməli, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m olan 5 saylı mənzil Cavabdeh və onunla birgə yaşayan ailə üzvüləri tərəfindən boşaldılmalı, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m olan 5 saylı mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 450 (dörd yüz əlli ) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilməli, maddi ziyana görə 19711,45 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalı, dövlət rüsumu üzrə məhkəmə xərclərinə dair ödənilmiş dövlət rüsumu üzrə xərclər onları ödəyən şəxslərə aid edilməlidir. 38.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-462/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m. olan 5 saylı mənzilə dair mülkiyyət hüquqular iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binasının 2-ci mərtəbəsində yeləşən ümumi sahəsi 74 kv.m olan 2 otaqlı təmirli 2 saylı mənzillə əvəz edilsin. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m olan 5 saylı mənzil Cavabdeh və onunla birgə yaşayan ailə üzvüləri tərəfindən boşaldılsın. Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m olan 5 saylı mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 450 (dörd yüz əlli ) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Maddi ziyana görə 19711,45 (on doqquz min yeddi yüz on bir manat qırx beş qəpik) manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.