Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2828/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracdan satılması və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5867/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakın açıq hərracdan satılması, əldə edilən pul vəsaitinin bərabər bölünməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3661/2018 saylı, xx.xx.2018-ci il tarixli Qiyabi qətnaməsi ilə iddiaçı Cavabdeh onlara qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələblərinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsindəki 44 saylı evin 29 saylı mənzilindən hazırda Penitensiar Xidmətin CCM-də cəza çəkən ailə üzvü X2 və onların istifadə hüququ itirilmişdir. xx.xx.2018-ci il tarixdə Qiyabi qətnamənin surətini alıb, ləğvi barədə məhkəməyə ərizə vermişdir. Həmin ərizəyə Cavabdeh ilə aralarında əvvəl olmuş; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla baxılmış məhkəmə mübahisəsinin nəticəsi barədə barışıq sazişini və sazişin təsdiq edilməsi barədə məhkəmənin xx.xx.2008-ci il tarixli xitam Qərardadını da əlavə etmişdir. Lakin Qiyabi qətnamənin ləğvi barədə ərizə xx.xx.2018-ci il tarixdə baxılmadan geri qaytarılmışdır. Bundan sonra, verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2019cu il tarixdə baxılaraq, Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qiyabi qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Cavabdeh 2008-ci ildə ona qarşı eyniylə əvvəlki tələblə yenidən müraciət etmiş və məhkəmə əvvəlki iş üzrə barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin xx.xx.2008-ci il tarixli Qərardadını nəzərə almamışdır. Qeyd etdiyi kimi Bakı Apellyasiya Məhkəməsi xx.xx.2008-ci il tarixli həmin qərardadın qüvvədə olmasını nəzərə alaraq Qiyabi qətnaməni ləğv etmişdir. Həmin Qərardadda da məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələbi bilavasitə tərəflərə izah edilmiş və qərardadın nəticə hissəsində də göstərilmişdir ki, «..tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir». Məhkəmənin xx.xx.2018-ci il tarixli xitam qərardadına əsasən o mənzilə köçürülmə tələbindən imtina edərək, mənzilin özəlləşdirilməsinə razılıq verməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə bunun müqabilində mənzili özəlləşdirib satmağı və əldə edilən pul vəsaitini onunla bərabər bölməyi öhdəsinə götürmüşdür. Həmin sazişə uyğun olaraq o mənzilin özəlləşdirilməsinə notariat qaydasında razılıq vermişdir. Cavabdeh mənzili özəlləşdirib adına Çıxarış aldıqdan sonra mənzili satıb, əldə ediləcək pulu, onunla bərabər bölmək öhdəliyini yerinə yetirməmişdir. Əvəzinə eyni tələblə təkrar məhkəməyə müraciət edərək, onun və övladlarının xəbəri və iştirakı olmadan qanuni mənafelərinin pozulması ilə nəticələnən məhkəmə qətnaməsinin çıxarılmasına nail olmuşdur. Hesab edir ki, cavabdeh qanundan (məhkəmə qərarı) irəli gələn, həm də aralarındakı sazişdən irəli gələn öhdəliyini yerinə yetirməmiş, və onun haqqı çatan evin yarı pulunu ona ödəməmişdir. Ona görə də mübahisənin həll edilməsi üçün əmlak açıq hərracdan satılmalı və əldə edilən pul vəsaiti aralarında bölünməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6857/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, 5-ci mkr, A.Məhərrəmov küçəsi 44 saylı evin 29 saylı 2 otaqlı mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2008-ci ildə Nəsimi rayon Məhkəməsinin qərardadı ilə təsdiq olunmuş barışıq sazişinə əsasən, sözügedən mənzili sataraq əldə olunmuş pulun yarı hissəsini iddiaçıya ödəməyini öhdəsinə götürmüşdür. Həmin mənzil onun yeganə yaşayış yeri olmuşdur. Hazırki dövrdə mənzilin satılaraq məbləğin bölüşdürüləcəyi təqdirdə cavabdeh yeni mənzil ala bilməyəcək və yeganə yaşayış yerindən məhrum olacaq. Bu səbəbdən də cavabdeh barışıq sazişi üzrə öhdəliyini yerinə yetirməmişdir və hazırda mənzilini satmaq istəmir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 218.1, 88, 220.4, 385, 389, 384-cü maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarındakı Bakı şəhəri Nəsimi rayonu icra hakimiyyəti başçısının birinci müavinin 384/13 saylı, xx.xx.1992-ci il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən Tağı-zadə küçəsi 44 nömrəli evin 29 nömrəli mənzilinin mənzil kirayəsi müqaviləsi vətəndaş Cavabdeh adı ilə bağlanması, Tağı-zadə küçəsi 44 nömrəli evin 2 otaqdan ibarət, sahəsi 24,3 kv.m olan 29 nömrəli mənzil kirayə müqaviləçisi vətəndaş Cavabdeh hesab edilsin və 3 nəfər ailə üzvü ilə birlikdə (özü, bacısı, anası) 23 nömrəli MİS-də şəxsi hesab vərəqəsi açılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(006)-233/08 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə, Qəmzə Mikayıl qızı X1Ağayevaya qarşı mənzilə köçürülməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, mülki işin icraatına xitam verilmiş, İddiaçı tərəfindən verilmiş razılığa əsasən Bakı şəhəri 5-ci mkr., A.Məhərrəmov küçəsi 44 sayı evin 29 saylı mənzil Cavabdeh tərəfindən özəlləşdirilməsi və satılması, satışdan əldə edilmiş vəsait onunla İddiaçı arasında bölünməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(006)-233/08 saylı qərardadı təsdiq edilmiş barışıq sazişinə əsasən Cavabdeh öhdəsinə götürür ki, Bakı şəhəri 5-ci mkr., A.Məhərrəmov küçəsi 44 sayı evin 29 saylı mənzilini özəlləşdirdikdən sonra, bazar qiymətlərinə əsasən müstəqil surətdə sataraq bölüşdürsün və öz iddia ərizəsindən imtina etsin. İddiaçı öhdəsinə götürür ki, Bakı şəhəri 5-ci mkr., A.Məhərrəmov küçəsi 44 sayı evin 29 saylı mənzilinin özəlləşdirilməsinə öz razılığını versin və özünün qarşılıqlı iddia tələblərindən imtina etsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3661/2018 saylı qiyabi qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilmiş və cavabdehlər İddiaçı, X2 və X3 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 44 saylı evin 29 nömrəli mənzilinə istifadə hüquqları itirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9701/2019 saylı qərardadı ilə cavabdehlər İddiaçı və X3 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-3661/2018 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Resysteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019- cu il tarixli, **********83 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6857/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı tərəflərindən xx.xx.2019-cu il tarixdə icra olunaraq Bakı şəhəri, Nəsimi rayonu, Asif Məmmədov küçəsi, 44 saylı evin 29 saylı mənzilinin üzərinə qadağa qoyulmuşdur. Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiya hesab edir ki, tərəflər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(006)-233/08 saylı qərardadına əsasən mübahisəli mənzilə dair barışıq sazişi təsdiq edildiyindən hazırki iddia tələbinə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının qəbul edilməsi mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərinə zidd olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hazırki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən təsdiq edilmiş barışıq sazişi mövcud olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və MPM-nin 261.0.2ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 398.0.2, 400, 402- 406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi Q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6857/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2828/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2828/2020
14.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver