Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2831/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə, "xxxx" MMC-yə və Cavabdeh1 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçıların nümayəndəsi Vəkil və Cavabdeh2-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə, "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(011)-422/2023 saylı işi üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçıların onlara məxsus olan Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərrac təşkilatı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 18 noyabr 2020-ci il tarixli, 40/01 saylı protokolun etibarsız hesab edilməsi barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(011)-422/2023 saylı işi üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 11.1, 15.1, 41.1, 42.8; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.3, 178.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar iddia tələbinin əsası kimi onlara aid olmayan öhdəliyə görə onların daimi yaşadıqları fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə, mənzilinin ipoteka ilə yüklü edilməsindən və hərracda satılmasından onların xəbərinin olmamasına istinad etmiş və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini tələb etmişlər. Lakin iddiaçılar iddiasının əsasını təşkil edən halları məhkəmə iclasında sübuta yetirə bilməmişlər. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, iddiaçılar ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayırlar. 12 oktyabr 2020-ci il tarixli hərracın keçirilməsi haqqında bildirişin surətindən görünür ki, hərracın keçirilməsi ilə bağlı məlumat həm Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36/21 ünvanına, həm də ünvan 2r. Eyni zamanda hərracın keçirilməsi ilə bağlı elan "Atribut” qəzetində də dərc olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında qeyd etmişdir ki, Cavabdeh1 ilə bank arasında müqavilə bağlanan zaman istinad olunan Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36Z ünvanında Cavabdeh1 başqa qeydiyyatda olan şəxslər aşkar edilməmişdir. Eyni zamanda Cavabdeh1 subay olduğu müəyyən edilmişdir.İddiaçılar Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36/21 saylı ünvanla ünvan 3 ilə bağlı məlumatı, buna dəlalət edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçıların Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36Z ünvanına aidiyyətini aşkar etmək mümkün olmadığından məhkəmə belə qənaətə gəlir ki, onların bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - "Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 Qədim oğlu arasında 01 oktyabr 2015-ci il tarixdə girovlu istehlak krediti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1a istehlak məqsədi ilə 60 ay müddətinə illik 26 faiz hesablanmaqla 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuş və bu məqsədlə Cavabdeh1 ilə 01 oktyabr 20İ 5-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(011)-4296/2017 saylı qətnaməsinə əsasən iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-1416/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli 2(0l1)-4296/2017 saylı qətnaməsi iddia tələbinin təmin edilən-əmlak satıldıqdan sonra həmin mənzildə yaşayan Cavabdeh1 ailə üzvlərinin bir aydan gec olmayaraq mənzildən qeydiyyatdan çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, ipoteka predmeti xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, 85.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-1416/2018 saylı qətnaməsi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74- 3148/20 saylı, 08 oktyabr 2020-ci il tarixli məktubla "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə müraciət olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli 2(103)-1416/2018 saylı icra vərəqəsinin icrasının təmin edilməsi adı altında Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin 85.000 manat məbləğində hərrac vasitəsilə satılmasına sifariş verilmişdir; - Hərrac təşkilatı "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında 40/01 saylı, 18 noyabr 2020-ci il tarixli protokoluna əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən fərdi yaşayış evinə dair alıcı "Bank VTB (Azərbaycan)” ASC arasında protokol imzalanmışdır; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, iddiaçılar ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayırlar; - 12 oktyabr 2020-ci il tarixli hərracın keçirilməsi haqqında bildirişin surətindən görünür ki, hərracın keçirilməsi ilə bağlı məlumat həm Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36/21 ünvanına, həm də ünvan 2r. Eyni zamanda hərracın keçirilməsi ilə bağlı elan "Atribut” qəzetində də dərc olunmuşdur (iş.səh. 18-23, 36-39, 75, 81-119). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçılar apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(011)-422/2023 saylı işi üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1; Mülki Prosessual Məcəlləsinin 360, 384.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, onlar ipoteka predmeti olan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 4 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.m ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evində qeydiyyatda olmaqla uzun müddətdir ki, həmin evdə yaşayırlar, lakin buna baxmayaraq, həmin ev ipoteka ilə yüklü edilərkən onların razılığı alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-1416/2018 saylı qətnaməsi icraya yönəldildikdən sonra onlara məxsus olan fərdi yaşayış evinin hərracdan satılmasına dair onlara heç bir məlumat verilməmişdir. Bununla da "xxxx" MMC tərəfindən onlara məxsus olan fərdi yaşayış evinin hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, onlarən mülkiyyətlərinə əsaslı surətdə qəsd edilmiş, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Hərracın bu qaydada iştirakları və razılıqları olmadan keçirilməsinin nəticəsi olaraq onlar ciddi surətdə maddi və mənəvi sıxıntıya salınmışlar. Göründüyü kimi, əmlak üzrə aparılan hərrac tam qanunsuz və əsassız aparılmışdır. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirlər ki, 66 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli, 533 saylı arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36/21 ünvanda qeydiyyatdadır. ünvan 5 çıxarışa əsasən Bakı şəhəri, ünvan 6 ünvanda cəmi bir ev olduğunu və həmin evin ünvanının əvvəllər ünvan 7akı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z olduğu məhkəmənin diqqətinə çatdırmış və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmək üçün vaxt istənilsə də, işə baxan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutu məhkəməyə təqdim edilməsinə şərait yaratmaq əvəzinə, tez-tələsik guya iddiaçıların bu iddianı qaldırmağa subyektiv hüquqlarının olmamasını əsas gətirməklə iddia tələbləri rədd etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etməklə və onun mənzumuna uyğun izahat verməklə, sözügedən mənzillərin ayrı-ayrı mənzil deyil, bir mənzil olduğunu, hərracın keçirilməsində iddiaçıların iştirakının təmin edilmədiyini, banka 56000 manatı ödəməyə hazır olduqları barədə təklif verdiklərini, lakin cavabdeh bankın bu təklifi qəbul etmədiyini, daha artıq pul istədiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2-nın nümayəndəsi Nümayəndə hərracın keçirilməsindən iddiaçı tərəfin məlumatlı olduğunu, qeyd edilən hər iki ünvana bildirişin göndərildiyini və Qocayev soyadlı şəxs tərəfindən qəbzə imza edilməklə bildirişin təhvil alındığını, bunun iş materiallarında öz əksini tapdığını, bundan əlavə hərracın keçirilməsi barədə qəzetdə elan dərc edildiyini bildirmiş, bank tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ünvan 9 ünvanında yerləşən mənzilin alındığını, çıxarışın həmin mənzilə dair olduğunu və həmin dövrdə həmin mənzildə heç kəsin qeydiyyatda olmadığını, mənzil əldə edilən zaman Cavabdeh1 nikahda olmadığını qeyd etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi, "xxxx" MMC və Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3, 28, 51.1, 53.2, 61, 62; Mülki Məcəllənin 139-158, 269, 294, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 41- 46,48; Mülki Prosesual Məcəllənin 14.2, 15, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Qeyd edilməlidir ki, ipoteka predmeti olan evdə yaşayışın olması mülkiyyətçi ilə olan mülki münasibətlərdir və cavabdehlərin vəzifələrin əhatə etmir. Ümumiyyətlə, iddaçı iddia tələbi üzrə hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması və onlara münasibətdə mülki hüquq pozuntusunun nədən ibarət olduğunu əks etdirməmişdir. Məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə yüksək qanunvericiliyin göstərişləri iddiaçının, məsuliyyət həddindən kənar səbəblərdən öncə, öz ehtimal edilən hüquqlarına müvafiq cavabdehlərdən - kim tərəfindən vəzifələrinin vicdanla yerinə yetirilməməsini sübut etməli, onun hansı hüquqlarının pozulmasını təsbit etməlidir. Ünvanlara məlumat verilməsi öz təsdiqini tapsa da, qanunvericilik hərracın keçirilməsi barədə yaşayış sahəsindən istifadə hüququ olan və ya mənzilə qeydiyyatı olan şəxslərin hərracın keçirilməsi barədə məlumatlandırmanı nəzərdə tutmamışdır.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319, 415, 416-cı maddələrinə əsasən : 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər; 416.1 Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
11. “İpoteka haqqında” Qanun aşağıdakı maddələri nəzərə alınmalıdır: 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər; 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
12. Beləliklə, iddiaçılar, ümumiyyətlə, öz ehtimal etdikləri hansı hüquqlarının müdafiəsi üçün hər bir cavabdehə yönələn tələbin nədən ibarət olmasını və mahiyyəti üzrə hərracın keçirilməsində onlara münasibətdə qanunvericilik tələblərinə müvafiq pozuntunun baş verdiyini sübut etmədiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayəti, ümumiyyətlə, iddia əsassızdır və hüquqlardan sui-istifadəyə xidmət edir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.
13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ : İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(011)-422/2023 saylı işi üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.