Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2847/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: əldən çıxmış fayda) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi Hüseyn-zadə Aydın Əliağa oğlunun, vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi X1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi və əldən çıxmış fayda” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-141/2024 saylı 12 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-93/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC, X4 qarşı iddiası “8755 manat maddi ziyanın ... 5000 manat mənəvi ziyanın” hissəsində rədd edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 93/2018 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli 2(011)- 8844/2017 saylı qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 saylı məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 15-ci mərtəbəsindəki 69-cu mənzilə dair cavabdehlər Cavabdeh2, "xxxx" MMC, X7 və digər şəxslər tərəfindən giriş-çıxış, təmir-tikinti işləri və hər hansı sənədləşmə işlərinin aparılmasına dair qoyulmuş qadağa götürülmüşdür.
3. Azərbaycan Respublikası ƏMDK yanında Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllə, ev 120D, mənzil 69 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş; Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddələri ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nın 46.2-ci maddəsi tədbiq edilməklə il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2-ci maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il 6 müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən mənzilin şüşəbəndinin Cavabdeh2 və qeyrilərinin təqsiri üzündən qırılıb məhv olmasından, yararsız hala düşməsindən ona dəyən 5.100 manat maddi ziyanın, həmçinin 10.800 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, mənzil mübahisəsi 4 ilə qədər davam etmiş və mənzilin üzərinə həmin müddətdə müvəqqəti təminat tədbiri kimi həbs qoyulmuşdur. Lakin Cavabdeh2 və qeyriləri tərəfindən mənzilin qapısı sındırılıb, açarı dəyişdirildiyindən həbs qoyma anında onun və ya məhkəmə icraçılarının ora daxil olmağı mümkün olmamışdır. Bu səbəbdən mənzilin içərisindəki vəziyyətdən xəbərləri olmamışdır. Mənzilə bu yaxınlarda təmin tədbiri ləğv edildikdən sonra daxil olarkən ona məlum olmuşdur ki, düzəldilmiş şüşəli balkonun pəncərələri güclü küləyin təsirindən açılmış, qopub həyətə düşmüş, qırılaraq yararsız hala gəlmişdir. Balkonda düzəldilmiş bağlı şüşəbənd ona 5.100 manata başa gəlmişdir. Hazırda istifadəyə tam yararsızdır. Həmçinin, o, mənzilində 2017-ci ildə təmir işlərini başa çatdırmaq istəyirdi. Lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində mənzilinin təmirini bu günə qədər başa çatdıra bilməmiş və ora köçüb yaşamaq imkanından məhrum olmuşdur. Halbuki, o, mənzilinin təmirini başa çatdırıb mənzili ən azı 300 manatdan kirayəyə verib 10.800 manat məbləğində gəlir əldə edə bilərdi.
7. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının tələbləri əsassızdır və həqiqətə uyğun deyil. Belə ki, iddiaçı hal-hazırda təmir işlərini başa çatdıraraq öz mənzilində yaşayır. İddiaçının ərizəsində göstərdiyi kimi ona aid olan məişət əşyalarının, mal-materialların sındırılması, məhv edilməsi, yararsız hala salınması, oğurlanması halları baş veribsə, nəyə görə iddiaçı həmin hadisələrlə bağlı dərhal heç bir quruma şikayət etməmiş, yalnız hadisənin baş verdiyi vaxtdan 5 il keçdikdən sonra məhkəməyə hazırkı iddia ilə müraciət etmişdir. İddaçının dəlillərinin əsassızlığına dair sübutları məhkəməyə vəkili Vəkil2 təqdim edəcək, lakin sonrakı məhkəmə iclasları barədə, o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılsa da, vəkili nə məhkəmə iclasında iştirak etmiş, nə də ki, məhkəməyə hər hansı sübut təqdim etmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-899/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi, mənəvi ziyanın və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iş üzrə icraata 8755 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində xitam verilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-141/2024 saylı 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 10.800 (on min səkkiz yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, tələb qismən – 10800 manat məbləğində pulun Cavabdeh1 tutulması hissəsində əsaslıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 93/2018 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli 2(011)-8844/2017 saylı qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 saylı məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 15-ci mərtəbəsindəki 69-cu mənzilə dair cavabdehlər Cavabdeh2, "xxxx" MMC, X7 və digər şəxslər tərəfindən giriş-çıxış, təmir-tikinti işləri və hər hansı sənədləşmə işlərinin aparılmasına dair qoyulmuş qadağa götürülmüşdür. Göründüyü kimi, faktiki olaraq 2017-2022-ci illərdə iddiaçının mənzilindən istifadəsi mümkün olmamış və bunun Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində baş verməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü ilə müəyyən edilir. Məbləğə münasibətdə məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyi 5 il üçün məbləğin 10.800 manatdan artıq olması barədə qənaətə gəlmək imkanı versə də, məhkəmə irəli sürülmüş tələb çərçivəsində qərar qəbul etmək məcburiyyətindədir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-141/2024 saylı 12 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əldən çıxmış fayda ilə bağlı gəldiyi qənaəti tamamilə əsassızdır. Çünki məhkəmə bir çox məsələlərə səthi yanaşmış və heç bir araşdırma aparmadan belə bir nəticəyə gəlmişdir. Belə ki, ilk öncə onu qeyd etmişdir ki, iddiaçının bu kimi tələblə bağlı məhkəməyə iddia qaldırması cavabdehdən pul qoparmaqdan başqa bir şey deyildir. Çünki, iddiaçı hər dəfəsində iddia tələbini az da olsa dəyişərək məhkəməyə təkrarən iddia qaldırmışdır. Bu qətnamədə də öz əksini tapmışdır. Qətnamədə qeyd olunur ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-93/2018 saylı qətnaməsi ilə hazırkı iddia tələbinə “8.755 manat maddi ziyanın ... 5.000 manat mənəvi ziyanın” hissəsində münasibət bildirilmiş, İddiaçı iddia tələbi həmin hissədə rədd edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-899/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi, mənəvi ziyanın və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iş üzrə icraata 8755 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində xitam verilmişdir. Göründüyü kimi, hazırki iddia tələbi digərlərini nəzərə alarsa əgər, üçüncü iddia tələbidir. Bundan başqa, iddiaçının nümayəndəsi X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, “...mənzil məhkəmə yolu ilə tam olaraq onlara xx.xx.2021-ci il tarixdə təhvil verilmiş, lakin həmin vaxt mənzilə daxil ola bilməmişlər. Mənzilə 2022-ci ilin may ayında daxil olmuşlar”. Hər bir halda mənzilə hansı tarixdən daxil olmasından asılı olmayaraq mənzil iddiaçıya 2021-ci ilin dekabr ayından təhvil verilmişdir. Həmin tarixdən indiki günə qədər 2 ildən artıq vaxt keçmişdir və iddiaçının indi “yadına düşmüşdür” ki, sən demə əldən çıxmış fayda ilə bağlı məhkəməyə iddia qaldırmaq olurmuş. Göründüyü kimi, uzun zamandan sonra belə bir tələblə məhkəməyə müraciət edilməsi gülünc doğurur. Halbuki, zamanında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-899/2023 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı “maddi, mənəvi ziyanın və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbi”nə dair sözügedən məsələyə hüququi qiymət verilmişdir. Bundan başqa, məhkəmə sözügedən qənaətə iddiaçının iddia tələbində qeyd etdiyi “halbuki, o mənzilin təmirini başa çatdırıb mənzili ən azı 300 manatdan kirayəyə verib 10800 manat məbləğində gəlir əldə edə bilərdi” fikrinə əsasən gəlmişdir. İddiaçı məhkəməyə fikrini əsaslandıracaq hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, məhkəmənin məhz bu fikrə əsasən belə bir nəticəyə varması təmamilə absurddur. Belə ki, tələb 10800 manat dəyərindədir. Hər ay üçün kirayə haqqını 300 manatdan hesablasaq 36 ay edir. Halbuki, müddəti qeyd olunan mənzilin iddiaçıya təhvil verildiyi xx.xx.2021-ci il tarixindən (2 il 3 ay = 27 ay), eləcə də iddiaçının mənzilə daxil olduğu 2022-ci il ilin may ayı(1 il 10 ay = 22 ay) tarixindən hesablasaq heç 36 aylıq müddət yoxdur. O halda hansı əsasla məhkəmə tərəfindən 36 aylıq müddət götürülmüşdür? Tələb 10.800 manat dəyərindədir. Hətta, məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirmişdir ki, ekspert rəyində əldən çıxmış fayda üzrə kirayə haqqı 2015- 2022-ci illəri əhatə etmişdir. Lakin 2023-cü il də hesablanmalı idi. Bu hesablama ilə əldən çıxmış fayda 39.420 manat təşkil edir. O zaman sual olunur: iddiaçı tərəf hansı kriteriyalara əsasən 36 aylıq müddəti nəzərə almışdır? Bundan başqa da əhalinin sosial həyat şəraitini, eləcə də maliyyə rifahını nəzərə alaraq 36 ayın tam olaraq, bir ay belə ötürülmədən kirayənişin tapılması və həmin evdə davamlı olaraqda yaşaması günün reallığı ilə uyğun gəlmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə qətnamədə göstərir ki, faktiki olaraq 2017—2020-ci illərdə mənzildən istifadəsi mümkün olmamış və bu Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bildirmişdir ki, Cavabdeh1 2017-ci il tarixindən həbsdədir, məhkəmənin qərarı 2021-ci il tarixində qəbul edilməsinə baxmayaraq 4 il müddətinə istinaq getmişdir. Hesab edirik ki, dəymiş ziyanla bağlı Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Hazırda Cavabdeh1 heç bir şəkildə cavabdeh ola bilməz. 2017-ci ildən həbsdə olan şəxs hansı şəkildə təsir göstərə bilər, ona görə də əldən çıxmış fayda ilə bağlı onun aiddiyyəti yoxdur.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş edtmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı ünvan 3 ünvanındakı mənzili müqavilə əsasında almışdır. Bir müddət keçdikdən sonra mənzildə təmir işləri aparılmış, təmir işlərinin həyata keçirilməsi zamanı fasilə yaranmışdır. Həmin mənzilin qapısını sındırıblar, içərisində olan hər şeyi çölə atıblar və qapının kilidini dəyişiblər. Cavabdeh1 göstərişi ilə qapını sındıran, içəri girən, əşyaları çölə atan, qapının kilidini dəyişən Cavabdeh2dur. Məhkəmə onların yalnız mənzil hissəsində iddialarını təmin etdi, qalan hissədə isə sübutların olmaması əsası ilə rədd etmişdir. İddiaçı ayrıca yaşamaq üçün mənzili vardır, həmin mənzili almaqda məqsəd ondan ibarət olmuşdur ki, o istəyirdi ki, həmin mənzili təmir etsin və icarəyə verərək gəlir əldə etsin.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Hüseyn-zadə Aydın Əliağa oğlu apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
25. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 28.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 29.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
31. Mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli 2(011)-8844/2017 saylı qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 saylı məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 15-ci mərtəbəsindəki 69-cu mənzilə dair cavabdehlər Cavabdeh2, "xxxx" MMC, X7 və digər şəxslər tərəfindən giriş-çıxış, təmir-tikinti işləri və hər hansı sənədləşmə işlərinin aparılmasına dair qoyulmuş qadağanın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-93/2018 saylı qərardadı ilə götürüldüyünə, bununla da 2017-2022-ci illərdə iddiaçının mənzilindən istifadəsinin mümkün olmadığına istinad etmiş, bunun Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü ilə müəyyən edilən qanunsuz hərəkətləri ilə əlaqələndirmişdir.
32. Göründüyü kimi hazırki iddia tələblərinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1 və 1097.2-ci maddələri təşkil edir. Belə ki, iddiaçı əldən çıxmış fayda olaraq cavabdehdən 3 illik kirayə haqqının əvəzi kimi 10.800 manat məbləğində pulun tutulmasını xahiş edir. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri.
33. Əldən çıxmış fayda formasında zərərin ödənilməsini tələb edən iddiaçı göstərilən ünsürlərdən başqa əlavə olaraq sübut etməlidir ki, o, itirdiyi faydanı əldə etmək üçün bütün zəruri hazırlıqları həyata keçirmiş, cavabdeh tərəfindən pozuntunun törədilməsi isə onun itirilmiş mənfəət əldə etməsində yeganə maneə olmuşdur. Beləliklə əldən çıxmış faydanın ödənilməsini tələb edən iddiaçı gəlir əldə etməsinin real olmasına, onun alınmasına hazırlıq görmüş olmasına və s. dair sübut təqdim etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması təşkil edir.
34. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Belə olan halda kollegiya Mülki Məcəllənin 21.2-ci maddəsinin məzmununa istinadən iddianın bu hissəsinə aid sübutetmə vəzifəsinin bölgüsü baxımından əldən çıxmış fayda formasında zərər dəydiyini sübut etmək vəzifəsinin onu iddia edən şəxsə aid olmasını qeyd edir. Yəni iddiaçı sübut etməlidir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, o, real olaraq əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur.
36. İş materiallarından isə görünür ki, İddiaçı ona dəymiş zərər qismində bu məbləğin hansı əsasla (özünün adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən - əldən çıxmış faydadan məhrum olduğuna və s.) tutulmalı olduğunu göstərməmiş, istinad etdiyi halların təsdiqi barədə heç bir sübut təqdim etməmişdir. Bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
37. Cavabdehin qanunsuz olması məhkəmə aktları ilə öz təsdiqini tapmış hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququnun pozulduğu, bununla da hüququn sahibi kimi itirilmiş mənfəətinin yarandığı qənaətinə gələn, birinci instansiya məhkəməsi nəzərə almayıb ki, qeyd edilən bu hallar iddiaçını, onun fikrincə, hüquqlarını pozmuş şəxsdən itirilmiş fayda şəklində zərərin ödənilməsi üçün digər zəruri şərtlər toplusunun mövcudluğunu sübut etməkdən azad etmək üçün əsas deyil. Göstərilən tələblərin predmetini və əsasını nəzərə alsaq qeyd edilməlidir ki, sadəcə olaraq cavabdehin qanunsuz hərəkətlərə yol verməsi faktının hazırki halda hüquqi əhəmiyyəti yoxdur, çünki iddiaçı məhkəmə araşdırması zamanı onun adi mülki dövriyyə şəraitində gəlirlər əldə edəcəyini, bu dövriyyədən gəlirlərin onun göstərdiyi məbləğdə olacağını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, baxılan işin materiallarında iddiaçının mənzilini kirayəyə vermək niyyətində olduğuna dair bir dənə də olsun dəlil yoxdur.
38. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
39. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Belə ki, qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunsuzluğa dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.
40. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün qismən – apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
41. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-141/2024 saylı 12 fevral 2024-cü il tarixli qətnaməsi qismən – “10.800 (on min səkkiz yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia bu hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova