Məhkəmə qərarları › İş №2(103)-2858/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2858/2022

21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2858/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2858/2022 (Açar sözlər: “dəymiş ziyanın ödənilməsi”) Bakı şəhəri 21 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(009)-496/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı məxsus “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC tərəfindən təmir edilmişdir. İddiaçının sifarişi əsasında cavabdehin tərtib etdiyi xx.xx.2018-ci il tarixli iş kartında göstərilən xidmətlər, istifadə olunan ehtiyyat hissələri, xidmət haqqı və s. məlumatlar qeyd olunmuşdur.

2. İddiaçı bildirir ki, cavabdeh, avtomobili düzgün təmir etmədiyinə görə maşının mühərriki yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar avtomobili yenidən təmir üçün cavabdehə təhvil vermiş, lakin cavabdeh avtomobili xx.xx.2020-ci ilədək özündə saxlasa da, onu təmir etməmiş və maşını mühərrik olmadan ona qaytarmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində düşdüyü zərərin əvəzini tələb edir.

3. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, nəqliyyat vasitəsinin onun təqsirindən qeyri-işlək vəziyyətdə olması və bununla bağlı iddiaçının maddi zərərə uğraması sübuta yetmir.

4. AB seriyalı, 950330 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir.

5. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, sifariş №İKNOV00205 iş kartından görünür ki, “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobildə xidmətlər göstərilmiş. Görülən işlərə servis tərəfindən zəmanət verilmir. Xidmət haqqı 1011 manat müəyyən edilmişdir.

6. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Abbasov Elsəvərə mühərriksiz təhvil verilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh MMC-nin qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-yə İddiaçı tərəfindən ödənilən 1.011 manat, maddi zərərin əvəzi kimi 10.000 manat, 5000 manat mənəvi ziyan, əldən çıxmış fayda kimi xx.xx.2019-cu il tarixdən bu günə qədər aylıq 1550 manat, ümumi olaraq 31.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, habelə “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin cavabdehin vəsaiti hesabına təmir edilməsi və mühərrikin işlək vəziyyətdə Cavabdeh MMCdən alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Avtomobilinin yağ nasosunda nasazlıq olduğu üçün təmir etmək məqsədi ilə cavabdehin göstərdiyi xidmətlərdən istifadə etmişdir. Cavabdeh müəssisə avtomobilin təmir olunduğunu bildirərək ona xx.xx.2018- il tarixli arayış təqdim etmişdir. Həmin arayışda qeyd olunur ki, guya avtomobilin уağ nasosu, kalenval şaybası, mühərrik yağı, hava filteri, antifrizi, transmissiya yağı, şpill perexodniki dəyişdirilmişdir. Lakin avtomobil mənə təhvil verildikdən sonra mühərrik sistemində problemlər yaranmış və mühərrik yararsız vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh avtomobilin yağ nasosunu və digər ehtiyat hissələrini düzgün təmir etmədiyinə görə mühərrik yararsız vəziyyətə salınmışdır. Avtomobili yenidən onlara təqdim edərək təmir etmələrini və zərəri ödəməklərini tələb etdi. Lakin xx.xx.2020-ci tarixə qədər avtomobil təmir edilməmiş və ona təqdim olunmamışdır. Artıq 2018-ci noyabr ayından xx.xx.2020-ci il tarixə qədər avtomobil servisdə saxlanılmış və təmir edilmədən ona iş materialına əlavə olunmuş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından da göründüyü kimi mühərriksiz olaraq təqdim edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, o cavabdehə avtomobil təmiri üçün 1011 manat məbləğində pul ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli avtomobilin mühərrikinin təmir xərci 10 000 manat dəyərindədir. Hesab edir ki, 1011 manat pul məbləği ona qaytarılmalı və maddi ziyan əvəzi olaraq 10 000 manat pul cavabdehdən tutulmalıdır. Bundan əlavə olaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin təqsirinə görə o aylardır öz mülkiyyətində olan əmlakdan istifadə edə bilmir, mülkiyyətindəki əmlakdan məhrum olmuşdur. Bu isə növbəsində onun əsəb sarsıntısı keçirməyinə əsas olmuşdur. Ona görə də hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Ertrans" MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı mübahisəli nəqliyyat vasitəsinə dair "xxxx" MMC-yə xidmət göstərməli idi. "xxxx" MMC isə bu xidmətlərin qarşılığında iddiaçıya hər ay 1550 manat məbləğində pul ödəməli idi. Lakin cavabdeh nəqliyyat vasitəsini iddiaçıya təhvil vermədiyinə görə həmin müqavilə icra edilməmiş, iddiaçı aylıq 1550 manat məbləğində pulu ala bilməmişdir. Ona görə də hesab edir ki, cavabdehdən əldən çıxmış fayda olaraq aylıq 1550 manat yəni 31.000 (otuz bir min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir və bu müqavilə davamedici xarakter daşıyır. Belə ki, avtomobil ona təmir edilmədən təhvil verildiyini əsas gətirərək müqavilənin müddətinin bitdiyi tarixə qədər aylıq 1550 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, mülkiyyətində olan “X7 5 minik" markalı 99 EH 33 dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki də təmir olunmuş və işlək vəziyyətdə Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılmalıdır.

9. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə qoşulmuş İnşaat Servisez MMC-nin iş kartı vardır. Həmin kartda qeyd olunur ki, görülən işlərə zəmanət verilmir. Çünki ehtiyyat hissələrini müştəri kənardan alıb gətirmişdir. İddiaçıya dəfələrlə deyilməsinə baxmayaraq avtomobili gəlib götürməmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 30 mart 2021-ci il tarixli, 2(009)-496/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilərək iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia təmin olunmamalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 23cü, 1096-cı, 1097.1-ci, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 04 avqust 2021-ci il tarixli, 2(103)-5965/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir. Cavabdeh MMCnin xx.xx.2018-ci il tarixli, sifariş №İKNOV00205 iş kartından görünür ki, “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobildə xidmətlər göstərilmişdir. Görülən işlərə servis tərəfindən zəmanət verilmir. Xidmət haqqı 1011 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Abbasov Elsəvərə mühərriksiz təhvil verilmişdir.

16. İddiaçının tələbi cavabdehdən ödənilən 1011 manat, maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 5.000 manat, əldən çıxmış fayda kimi aylıq 1550 manat, ümumi 31000 manat məbləğində pulun tutulması barədədir.

17. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci və s. maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia təmin olunmamalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

18. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 23-cü, 1096-cı, 1097.1-ci, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)--254/2022 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5965/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. İkinci apellysiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)--254/2022 saylı Qərarındakı mövqeyə uyğun olaraq iş materiallarının 10-cu səhifəsindəki İş krtında qeyd edilmiş ehtiyat hissələri iddiaçının avtomobilinə quraşdırılarkən texniki qüsurlar və.sair səbəbdən iddiaçının avtomobilinin mühərikində nasazlıq yaranmasına səb olmasının mümkün olub-olmamasının araşdırılması üçün 23 may 2022-ci il tarixlərdə və 25 iyul 2022-ci il tarixlərdə məhkəmə-mühəndis texniki ekspertizalar təyin olunmuşdur.Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müxtəlif, o cümlədən sonuncu 06 oktyabr 2022-ci il tarixli məktubu ilə Mərkəzdə nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin quraşdırılması, ehtiyyat hissələrinin keyfiyyətli olub-olmaması, eyni zamanda quraşdırılma zamanı texniki qüsurlara yol verilib-verilməməsi ilə bağlı məsələləri tədqiq edən ekspertiza növü və ixtisası nəzərdə tutulmadığından rəy verilməsi mümkün olmadığı bildirilmişdir.

22. Bundan sonra məhkəmə Kollegiyası yuxarıda qeyd edilən sualların cavablandırılması üçün məhkəmə Kollegiyasının iclasında mütəxəssislərin iştirakını təmin etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

d) Apellyasiya şikayətinin dəlilləri

23. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətin dəlilləri ilə oxşar olaraq əsaslandırılmışdır.

e) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ə) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin və apellyasiya şkayətinin dəlillərinə istinad edərək, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinin və apellyasiya şkayətinin dəlillərinə etiraz edərək, verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında mütəxəssis X3 bildirmişdi ki, o "xxxx" QSC-də mühərrik ustası vəzifəsində çalışır. Qeyd olunan avtomobildə yağ itkisi olub. Usta səhvliyi olmayıb.Avtomobilin mühərrik sistemində yaranan problemlər yağ çatışmazlığından olub.

27. Məhkəmə kollegiyasının iclasında mütəxəssis X2 bildirmişdir ki, o "xxxx" QSC-də mühərrik ustası vəzifəsində çalışır.Avtomobildəki dirsəkli val mühərrikin yağ dövriyyəsinə təsir göstərib və təzyiq aşağı düşüb.Dirsəkli valın qeyri-original olması avtomobilin yağ təzyiqinə təsir göstərmiş və bu da yağ itkisinə səbəb olmuşdur.Hesab edir ki, avtomobilin ehtiyyat hissəsi original deyil.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

30. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

f) Apellyasiya baxışının hədləri

40. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

41. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Belə ki, tərəflərin avtomobil təmirinə dair xidmət barədə razılaşmaları, bu razılıq çərçivəsində iddiaçının özünə məxsus avtomobili təmir olunması üçün cavabdehə təhvil verməsi, cavabdeh tərəfindən maşının bir neçə ehtiyyat hissəsi üzrə təmir işi görməsi və əşyanı iddiaçıya qaytarması, bundan sonra mühərrikdə yaranan nasazlıq səbəbindən avtomobilin yenidən cavabdehə təqdim olunması, nəticədə isə nəqliyyat vasitəsinin mühərriksiz iddiaçıya qaytarılması işin mübahisə olunmayan hallarıdır.

44. İddiaçı məhz bu münasibətlər çərçivəsində cavabdehin ona maddi zərər vurduğunu iddia edir.Cavabdeh isə avtomobildə yaranan nasazlıqda özünün təqsirinin olmadığını bildirir.

45. Məlum olduğu kimi, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

46. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, cavabdehin göstərdiyi xidmətdə qüsur olmamış, cavabdehin hərəkəti (və ya hərəkətsizliyi) ilə maşının mühərrikinin yararsız vəziyyətə düşməsi arasında səbəbli əlaqə mövcud deyil, bu məsələdə cavabdehin təqsiri yoxdur.

47. Belə ki, ikinci apellysiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)--254/2022 saylı Qərarındakı mövqeyə uyğun olaraq iş materiallarının 10-cu səhifəsindəki İş krtında qeyd edilmiş ehtiyat hissələri iddiaçının avtomobilinə quraşdırılarkən texniki qüsurlar və.sair səbəbdən iddiaçının avtomobilinin mühərikində nasazlıq yaranmasına səb olmasının mümkün olub-olmamasının araşdırılması üçün 23 may 2022-ci il tarixlərdə və 25 iyul 2022-ci il tarixlərdə məhkəmə-mühəndis texniki ekspertizalar təyin olunmuşdur.Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müxtəlif, o cümlədən sonuncu 06 oktyabr 2022ci il tarixli məktubu ilə Mərkəzdə nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin quraşdırılması, ehtiyyat hissələrinin keyfiyyətli olub-olmaması, eyni zamanda quraşdırılma zamanı texniki qüsurlara yol verilib-verilməməsi ilə bağlı məsələləri tədqiq edən ekspertiza növü və ixtisası nəzərdə tutulmadığından rəy verilməsi mümkün olmadığı bildirilmişdir.

48. Bundan sonra məhkəmə Kollegiyası yuxarıda qeyd edilən sualların cavablandırılması üçün məhkəmə Kollegiyasının iclasında mütəxəssislərin iştirakını təmin etmişdir.

49. Məhkəmə kollegiyasının iclasında mütəxəssis X3 bildirmişdi ki, o "xxxx" QSC-də mühərrik ustası vəzifəsində çalışır. Qeyd olunan avtomobildə yağ itkisi olub. Usta səhvliyi olmayıb.Avtomobilin mühərrik sistemində yaranan problemlər yağ çatışmazlığından olub.

50. Məhkəmə kollegiyasının iclasında mütəxəssis X2 bildirmişdir ki, o "xxxx" QSC-də mühərrik ustası vəzifəsində çalışır.Avtomobildəki dirsəkli val mühərrikin yağ dövriyyəsinə təsir göstərib və təzyiq aşağı düşüb.Dirsəkli valın qeyri-original olması avtomobilin yağ təzyiqinə təsir göstərmiş və bu da yağ itkisinə səbəb olmuşdur.Hesab edir ki, avtomobilin ehtiyyat hissəsi original deyil.

51. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, sifariş №İKNOV00205 iş kartından görünür ki, “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobildə xidmətlər göstərilmiş. Görülən işlərə servis tərəfindən zəmanət verilmir. Xidmət haqqı 1011 manat müəyyən edilmişdir.

52. Məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda adıçəkilən Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, sifariş №İKNOV00205 iş kartında avtomobildəki dirsəkli val deyilən ehtiyyat hissəsinin təmiri yaxud dəyişdirilməsi kimi xidmətin cavabdeh tərəfindən göstərilməsi nəzərdə tutulmamış, həmçinin belə xidmətin cavabdeh tərəfindən göstərilməsi iş materialları ilə müəyyən olunmur.

53. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, avtomobildəki dirsəkli val mühərrikin yağ dövriyyəsinə təsir göstərib və təzyiq aşağı düşüb.Dirsəkli valın qeyri-original olması avtomobilin yağ təzyiqinə təsir göstərmiş və bu da yağ itkisinə səbəb olmuşdur.Hesab edir ki, avtomobilin ehtiyyat hissəsi original deyil.

54. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar