Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2863/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “borcun və ona hesablanmış faizlərin qaytarılması, borclunun əmlakına tutma yönəldilməsi” barədə ilkin, "xxxx" MMC-nin və Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “borcun və ona hesablanmış faizlərin qaytarılması, borclunun əmlakına tutma yönəldilməsi” barədə ilkin, "xxxx" MMC-nin və Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 30 dekabr 2023-cü tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 7 547 750 manat əsas, 9 057 300 manat dəbbə pulu olmaqla, cəmi 16 605 050 manat pulun tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki əmlaka yönəldilməsi, eyni zamanda tutmanın Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 4, 3014-cü məhəllədə "xxxx" MMCnin inşa etdiyi 73 768,32 kv.m. ümumi sahəsi olan 25 mərtəbəli binaya və Cavabdeh1 "El.Sə.Ni” MMC-dəki 100% payına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. "xxxx" MMC və Cavabdeh1 də İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ilə "xxxx" MMC arasında 2009-cu il iyulun 02-də bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, "xxxx" MMCdən və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7 547 750 manat və dəbbə pulu üzrə 1 000 000 manat olmaqla, cəmi 8 547 750 manatın tutulması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı iş üzrə 10 fevral 2014-cü il tarixli qətnaməsindən “X5 Bankı”nın və "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadının ləğv olunmasını, “X5 Bankı”nın və "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini və mülki iş apellyasiya baxışından çıxarılaraq, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini qərara almışdır.
5. Qətnamə ilə hüquq və vəzifələrinə toxunduğunu irəli sürən "xxxx" MMCv’ “X5’ Bankı kassasiya şikayəti verərək Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-972/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4103/2023 saylı qərarı ilə qətnamə ilə hüquq və vəzifələrinə toxunduğu irəli sürən "xxxx" MMC və “X5” Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(103)-4331/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 30 dekabr 2023cü tarixli qərardadına əsasən “X3 Bankı”nın və "xxxx" MMC-nin nümayəndəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “X5 Bankı” və "Cami” MMC mübahisə üzrə tərəf (iddiaçı və ya ca.abdeh) olmamış, işdə iştirak etməyə cəlb edilməmiş, qətnamə ilə onlara münasibətdə hər hansı qərar qəbul olunmamışdır.“X7 Bankı” qətnamənin maraqlarına toxunduğunu belə əsaslandırır ki, ipoteka ilə xeyrinə yüklü edilmiş əmlaklarının üzərinə icra məmurunun təqdimatı əsasında həbs qoyulmuşdur - bu səbəblə də qətnamə ləğv olunmalıdır. Halbuki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə hər hansı əmlaka tutma yönəldilməmişdir və əgər qətnamənin icrası zamanı əmlak üzərinə həbs qoyulmuşdursa, bu halda maraqlı şəxsin qətnamədən deyil, müvafiq həbs qərarından (qərardadından), yaxud icra məmurunun hərəkətlərindən şikayət etmək hüququ yaranır. İşin hallarından görünür ki, “X7 Bankı” icra məmurunun təqdimatı əsasında əmlaklar üzərinə həbs qoyulması barədə məhkəmə aktlarını mübahisələndirmiş, lakin şikayətləri təmin edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “X7 Bankı” hazırkı mübahisənin tərəfləri arasında bağlanmış müqavilə üzrə tərəf deyildir. Müqavilədə “X7 Bankı”na aid, onun hüquqlarına, vəzifələrinə, ümumiyyətlə mənafeyinə toxunan hər hansı bir müddəa öz əksini tapmamış, nəmin müqavilənin bağlandığı 02 iyul 2009-cu il tarixində "xxxx" MMC və “İran İxracat nkişaf Bankı” arasında nə kredit, nə də ipoteka müqaviləsi, ümumiyyətlə hüquqi as q olmamış, “El.Sə.Ni" MMC ilə “X7 Bankı” arasında kredit müqaviləsi xx.xx.2009-cu il tarixdə bağlanmışdır. Bu baxımdan, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin “X7 Bankı”nın maraqlarına toxunması mümkün deyildir. Qətnamə "xxxx" MMC-nin də maraqlarına toxunmur, belə ki, "xxxx" MMC və Cavabdeh1 ilə İddiaçı arasında borc müqaviləsi 2009-cu ildə bağlanmış, bu müqavilə bağlanarkən "xxxx" MMC ümumiyyətlə mövcud olmamış (təsis edilməmiş tərəflər arasındakı mübahisə üzrə məhkəmə qətnaməsi 10 fevral 2014-cü il tarixdə qəbul edilmiş, "xxxx" MMC isə "xxxx" MMC-nin 100% həcmdə paylarını xx.xx.2014-cü il tarixdə almışdır. Başqa sözlə, müvafiq məhkəmə aktı qəbul ediləndə "xxxx" MMC ilə "xxxx" MMC-nin heç bir mülki hüquqi münasibətləri, bağlılığı olmamış, həmin tarixdə (qətnamə çıxarılanda) "xxxx" MMC-nin səhmləri İddiaçı məxsus olmuşdur. İşin hallarından görünür ki, İddiaçı ona məxsus təsis paylarının Cavabdeh1 satılması ilə bağlı alqı-satqı müqaviləsini Sumqayıt Şəhər Məhkəməsində mübahisələndirmiş, həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin olunaraq xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qətnamədən apelyasiya şikayəti verən “Cami" MMC apellyasiya şikayətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsindəki müəyyən edilmiş hallara istinad edərək həmin qətnamənin qanuni qüvvəyə mindiyini və MPM-in 82-ci maddəsinə əsasən preyudisial xarakter daşıdığını bildirmişdi. İşdən görünür ki, həm Sumqayıt Apelyasiya Məhkəməsi, həm də Ali Məhkəmə İddiaçı əqdin etibarsızlığı ilə bağlı iddiasını rədd edərkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsindəki müəyyən edilmiş hallara preyudisial xarakterli hal kimi yanaşmış, həmin qətnaməyə istinad etmişlər. "xxxx" MMC-nin nümayəndəsinin hazırda baxılan məsələ (apellyasiyanın mümkünlüyü) üzrə elektron qaydada təqdim etdiyi yazılı mülahizəsində yer alan "aşağıdakı fikirlər də "xxxx" MMC-nin qətnamədən -ələ 2014-cü ildə məlumatlı olduğu nəticəsinə gəlməyə əsas verir. Yuxarıda tam məzmunu əks olunan həmin mülahizədə göstərilmişdir ki, İddiaçı iddiası ilə bağlı məlumatlar üzə çıxanda Cavabdeh1 bildirmişdir ki, həmin iddialar yalnız fiziki şəxs olaraq ona aiddir və şirkətə qarşı yönələ bilməz. Daha sonra şirkətin əmlakına və paylarına qoyulmuş həbs İddiaçı xahişi ilə götürülmüş və borc Cavabdeh1 şəxsli əmlakına yönəldilmiş və 2014-cü ildə keçirlmiş görüşdə İddiaçı, onun vəkili və qudası yazılı qaydada şirkətə qarşı gələcəkdə heç bir iddialarının olmamasını öz imzaları ilə təsdiq etmişlər və bu məsələ protkollaşdırılmışdır. İddiaçı 2019-cu ilə qədər sakit oturmuşdu. Yalnız 2019-cu ildə MMC-nin əmlakına və bank hesablarına həbs qoyulmasından sonra bütün oyunlar üzə çıxdı və tərəfimizidən mübahisələndirildi”. Həmçinin “X7 Bankı” və "xxxx" MMC arasında “kreditin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi üzrə qüvvəyə minmiş məhkəmə aktları ilə tərəflər arasında müqavilə münasibətlərinin formal olduğu müəyyən edilmiş, bu səbəblə iddia rədd olunmuşdur. Bu isə o deməkdir ki, “X7 Bankı"nın "xxxx" MMC ilə bağlı heç bir tələbi mövcud deyildir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
9. "xxxx" MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 30 dekabr 2023-cü il tarixli qərardadından şikayət verərək, məhkəmənin 2(006)-208/2014 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 03 fevral 2024-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 30 dekabr 2023-cü il tarixli qərardadından verilmiş şikayətlər geri qaytarılmışdır.
11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 03 fevral 2024-cü il tarixli qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır, prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamış, tətbiq olunmalı prosesual normaları tətbiq etməmiş, əksinə tətbiq olunmamalı normaları tətbiq etməklə səhvə yol vermişdir. Mübahisəli qərardad prosessual xarakterli olduğundan və işi mahiyyəti üzrə həll etmədiyindən heç bir maddi hüquq normasına istinad edilməmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 27 fevral 2024-cü tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-208/2014 saylı qərardadından "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş şikayətin təmin edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-208/2014 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 30 dekabr 2023-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixdə verilmiş şikayətin isə təmin edilməməsi, şkayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarı “...Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarlar). Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.... Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, işin halları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı iş üzrə 10 fevral 2014-cü il tarixli qətnaməsindən “X5 Bankı”nın və "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadının ləğv olunmasını, “X5 Bankı”nın və "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini və mülki iş apellyasiya baxışından çıxarılaraq, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini qərara almışdır.
20. Qətnamə ilə hüquq və vəzifələrinə toxunduğunu irəli sürən "xxxx" MMC və “X5’ Bankı kassasiya şikayəti verərək Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 972/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4103/2023 saylı qərarı ilə qətnamə ilə hüquq və vəzifələrinə toxunduğu irəli sürən "xxxx" MMC və “X5” Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(103)-4331/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
22. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı iş üzrə 10 fevral 2014-cü il tarixli qətnaməsindən “X5 Bankı”nın və "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4103/2023 saylı qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadını qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “X5 Bankı” və "xxxx" MMC mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, işdə iştirak etməyə cəlb edilməmiş, qətnamə ilə onlara münasibətdə hər hansı qərar qəbul olunmamışdır. “X7 Bankı” hazırkı mübahisənin tərəfləri arasında bağlanmış müqavilə üzrə tərəf deyildir. Müqavilədə “X7 Bankı”na aid, onun hüquqlarına, vəzifələrinə, ümumiyyətlə mənafeyinə toxunan hər hansı bir müddəa öz əksini tapmamış, həmin müqavilənin bağlandığı 02 iyul 2009-cu il tarixində "xxxx" MMC və “X7 Bankı” arasında nə kredit, nə də ipoteka müqaviləsi, ümumiyyətlə hüquqi asılılıq olmamış, “El.Sə.Ni" MMC ilə “X7 Bankı” arasında kredit müqaviləsi xx.xx.2009-cu il tarixdə bağlanmışdır. 55. Bu baxımdan, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin “X7 Bankı”nın maraqlarına toxunması mümkün deyildir. "xxxx" MMC Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsindən İddiaçı “əqdin etibarsız hesab olunması” tələbinə baxıldığı dövrdə (2014-cü ildə) artıq məlumatlı olmuşdur
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin göstərişinin icrası olaraq haqlı olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 30 dekabr 2023-cü tarixli qərardadına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 30 dekabr 2023cü tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev