Məhkəmə qərarları › İş №2(103)-2870/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2870/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2870/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(004)-570/2020 saylı qətnaməsinin icrası istiqamətində tələbin yönəldiyi ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı evin həbsdən azad edilməsini və həmin evin bazar qiyməti ilə satışının həyata keçirilərək əldə edilən məbləğin Cavabdeh ASC-yə ödənilməsinə razılıq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(004)- 1811/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair” iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, xx.xx.2022-ci il tarixli,********** nömrəli qəbz (Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************) üzrə dövlət rüsumu kimi ödənilmiş 45,50 (qırx beş manat əlli qəpik) manat məbləğində pulun Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" ASC-yə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1811/2023 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(004)-1811/2023 saylı qərardadında olan yanlışlığın düzəldilməsi, qərardadda olan “xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbz (Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************) üzrə dövlət rüsumu kimi ödənilmiş 45,50 (qırx beş manat əlli qəpik) manat” sözlərinin “01 mart 2023-cü il tarixli, ********** nömrəli qəbz (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************) üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat” kimi oxunması qərara alınmışdır. İddiaçı şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayətdə göstərib ki, məhkəmənin bu yanaşması qanunvericiliyin tələblərinə, xüsusilə vətəndaşların məhkəməyə müraciət hüququna, iddiaçının mülkiyyət hüququna ziddir və bu əsas insan hüquqlarının pozulmasıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1811/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən qənaətində göstərib ki, qanunvericiliyin tələbinə görə Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(004)-570/2020 saylı qətnaməsinin icrası istiqamətində hərəkətlər həmin işin davamı kimi qəbul edilir. Bundan başqa, məhkəməyə ünvanlanmış ərizədən görünür ki (iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi xüsusatlar əsasında), məhkəmə qətnaməsinin icrası istiqamətində müvafiq icra hərəkətləri aparılmış, İddiaçı mülkiyyətində olan ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı evin üzərinə həbs qoyulmuş, icra hərəkətləri tam icra edilməməklə icra üzrə icraat yekunlaşmamışdır. Eyni zamanda, ərizəçi ipoteka predmetinin ilkin satış qiymətini də mübahisələndirmişdir ki, bu halın özü də icra hərəkətlərinin davamını xarakterizə edir. Bundan əlavə, ərizəçinin ipoteka predmeti olan əmlak üzərinə həbs qoyulması barədə qərardaddan da şikayət vermək hüququ olmuşdur. Göstərilən xüsusatlar məhkəməyə hazırkı tələblə daxil olmuş iddia ərizəsinə baxılmasını istisna edir. Mülki Prosessual Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilməməlidir. Çünki, məhkəmənin yanaşması qanunvericiliyin tələblərinə, o cümlədən məhkəməyə müraciət və mülkiyyət hüququna zidd deyil. Ona görə də bu yanaşma hüquqların pozulması kimi qiymətləndirilə bilməz. Əksinə, başqalarına zərər vurmaq məqsədilə hüquqdan sui-istifadə qadağandır və qanunvericiliyin tələblərinə zidd sayılır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar