Məhkəmə qərarları › İş №2(103)-2873/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2873/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2873/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-642/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, X2 və X4 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş və icra sənədinin icrası istiqamətində zəruri tədbirlər görmüşdür. Lakin Cavabdeh icra sənədinin icrasına mane olmuş, qanuni qüvvəyə minmiş qətnamə 7 il müddətində, yəni xx.xx.2024-cü il tarixədək icra edilməmişdir. xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi icra edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin iddiaçı cavabdehin Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülsə də, Cavabdeh onun həmin ünvanda yaşamasına maneçilik törətmiş, iddiaçı yenidən həmin mənzildən çıxarılmışdır. İddiaçı Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin 20 may 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1030/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyd edilən qərar ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-10320/2017 nömrəli icra sənədi yenidən icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-2187/2025 saylı qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-2187/2025 saylı qərarı ilə müyyən edilmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Cavabdeh məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-10320/2017 saylı icra vərəqəsinin icrasını təmin etməmişdir. Bununla da, borclu Cavabdeh məhkəmə qərarını icransını təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırmışdır ki, İddiaçı, X2 və X5 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülmələri qət edilməsinə baxmayaraq, Cavabdeh bugünədək yuxarıda adı çəkilən şəxslərin mənzilə köçürülməsinə icazə verməmişdir ki, qeyd olunan hal onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və həmin qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Cavabdeh dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-914/2025 saylı qərarı ilə şikayətlər təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2187/2025 nömrəli qərarı şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddiaçının əmlakına dəymiş maddi ziyana görə 1.000 manat, mənəvi ziyana görə 20.000 manat və 100 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra yuxarıda göstərilmiş ünvanda köçürülmə icrası xx.xx.2024 tarixində həyata keçirilmişdir. Həmin zaman cavabdeh kiçik qaynı Cavabdeh münaqişə törətmişdir. Nalayiq sözlərlə onu , oğlu Cəlilov Rövşəni kənar şəxslərin yanında təhqir etmişdir. Oğlunu ölümlə təhdid etdi. Sübut üçün diski məhkəməyə təqdim edir. Apardıqları əmlakı çətinliklə də olsa mənzilə yerləşdirmişlər. İcra məmuru icraçı Həmidov Ceyhun tərəfindən əmlaka görə akt tərtib olunaraq tərəflər arasında təsdiqləmişlər. Həmin mənzilin giriş qapısının açarının bir nüsxəsi cavabdehdən alınaraq ona təqdim olunmuşdur. Cavabdeh və ailəsi münaqişə yaratdığı üçün münaqişəli ailə kimi 34 saylı polis idarəsinə icra şöbəsi tərəfindən xəbərdarlıq edilmişdir. İddiaçı və oğlu 08.05 2024 cü il tarixindən bu günə kimi mənzilə daxil ola bilməmişlər. Təkrar xx.xx.2024-cü il tarixində sahə rəsi Tural Həmdullayevin nəzarəti ilə mənzilə daxil olmaq istəmişlər. Açarı giriş qapısına salıb açmaq istədikdə, dərhal qapı içəridən bağlanmışdır. Addım səsləri aydın eşidilmiş, polis qapını dəfələrlə döysə də qapını açmamışlar. xx.xx.2024 cü il tarixində təkrar sahə polisi Abbasov Elçinlə mənzilə daxil olmaq istəmişlər. İddiaçı qapını açarla açmaq istəyəndə qapı açılmamışdır. İçəridən bağlı saxladıqları üçün aça bilmədim. Çox güman ki, qapı ya içəridən bağlanmış və ya da açar dəyişdirilmişdir. Polis qapını döysə də, qapını qəsdən evdə ola-ola açmadılar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ünvana daxil olmaq istəmişlər, lakin mümkün olmamışdır. X11 cavabdehə zəng etmiş, C.Telman zəngə cavab olaraq polisə bildirmişdir ki, onları mənzilə buraxmayacaq, onların əmlakı daşınaraq qaraja atılmışdır. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus olan əmlak qəsdən yarasız vəziyyətə düşmüş düşmən malı kimi qanuna zidd olaraq ixtiyarı çatmadan qaraja tullanmışdır (yataq dəsiti geyim və başqa əşyalar). Yararsız vəziyyətə düşmüş əmlakın dəyəri daşınma xərci ilə 1000 manata yaxındır. İcra məmuru icranı yerinə yetirmək istədikdə 4 dəfə aşağıda qeyd etdiyi tarixlərdə təyinat verərək təyin olunmuş vaxt üçün cavabdehə bildiriş göndərsə də, cavavdeh icraya tabe olmamış qaçıb gizlənmişdir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində həmin mənzilə yük daşınmasına görə 4 mkr-dan, hansı ki, həmin yük qapı açılmadığı üçün hər dəfə geri qaytarılıb. Çəkilən xərclər 360-400 manat təşkil edib. Vurulmuş ziyanın ödənilməsi təqsirkar tərəfindən tutulub onlara qaytarılmalıdır. Həmin bildiriş və aktları məhkəməyə sübut üçün təqdim edir. Cavabdeh hakimin məhkəmə qətnaməsinə, icra məmurunun icra tələblərinə, polisin əmrinə tabe olmur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-642/2025 nömrəli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək Cavabdeh mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddianın cavabdehin təqsiri üzündən İddiaçı məxsus əşyaların yararsız hala düşməsi, qanunazidd olaraq qaraja atılması, yararsız hala düşmüş əmlakın dəyəri, onların daşınma xərcləri ilə bağlı dəymiş 1000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsiri üzündən ona məxsus olan əşyaların yararsız hala düşməsi, əşyaların dəyəri, eyni zamanda daşınma xərcləri ilə bağlı məhkəməyə hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 1000 manat maddi ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddianın 20.000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi uzun müdddət İddiaçı ziyanına olaraq icra edilməməsi, nəticədə İddiaçı və onun övladlarının uzun müddət yaşayış yerindən məhrum olması bununla da məhkəmə çəkişmələrinə gətirib çıxaran hərəkətlərinin iddiaçıda ümumilikdə mənfi psixoloji reaksiya ilə nəticələnməsi ağlabatandır. Beləliklə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, məhkəmə qərarının icra edilməmədiyi uzun müddət ərzində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, iddiaçının keçirtdiyi stressin dərəcəsini, məhkəmə qərarının icra edilməməsi nəticəsində keçirtdiyi narahatlıq və sarsıntı hallarını nəzərə alınaraq hesab edir ki, mənəvi zərərin həcmi 20.000 manat məbləğində deyil, 5000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə İddiaçı Cavabdeh ona hədə-qorxu gəldiyinə, nalayiq sözlərlə onu təhqir etdiyinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş CD-də bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da iddianın təmin olunan hissəsinə müvafiq olaraq Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 70 manat məbləğində dövlət rüsumu da Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasinin Konstitusiyasının 60, 129-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096, 1097-ci maddələrinə, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 642/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddiaçının əmlakına dəymiş maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 20000 manat və 100 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaya hüquqi qiymət verərək maddi ziyanın sübut olunmadığına görə rədd edilməsi qənaətinə gəlmiş, mənəvi ziyanla bağlı hissəsini isə qismən təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, guya Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi uzun müdddət İddiaçı ziyanına olaraq icra edilməməsi, nəticədə İddiaçı və onun övladlarının uzun müddət yaşayış yerindən məhrum olması bununla da məhkəmə çəkişmələrinə gətirib çıxaran hərəkətlərinin iddiaçıda ümumilikdə mənfi psixoloji reaksiya ilə nəticələnməsi ağlabatandır. Beləliklə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, məhkəmə qərarının icra edilmədiyi uzun müddət ərzində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, iddiaçının keçirtdiyi stressin dərəcəsini, məhkəmə qərarının icra edilməməsi nəticəsində keçirtdiyi narahatlıq və sarsıntı hallarını nəzərə alınaraq hesab edir ki, mənəvi zərərin həcmi 20.000 manat məbləğində deyil, 5.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmənin iddia tələbinin maddi ziyanla bağlı mövqeyi qanuni və ədalətli olsa da, mənəvi ziyanla bağlı mövqeyi kifayət qədər və açıq-aşkar məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə, cavabdehin məhkəməyə etimadının kobud zədələnməsinə, həmçinin ədalətli və obyektiv araşdırmanın kökünə balta vurulmasına səbəb olmuşdur. Belə ki, birinci istansiya məhkəməsi iddianı icraata qəbul etməklə ilk növbədə mülki prosessual qanunvericiliyi ən kobud formada nəzərə almamışdır. İddia ərizəsinə nəzər yetirdikdə tələb hissəsində cinayət məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb etmə tələbinin olması iddia ərizəsinin icraata qəbul edilməsini istisna edirdi. Belə ki, həmin tələbə mülki-məhkəmə icraatı qaydasında baxılmalı deyil. Həmçinin məhkəmə çox əsassız olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinin uzun müddət icra edilməməsini İddiaçı mənəvi sarsıntı və iztirab verdiyi qənaətinə gəlmişdir. Bununla da məhkəmə İnzibati Xətalar Məcəlləsinin, Cinayət Məcəlləsinin və İcra qanunvericiliyinin tələblərinin mənasız və işəyaramaz olduğu qənaətinə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsinin icra edilməməsi üçün həm inzibati məsuliyyət, həm cinayət məsuliyyəti nəzərdə tutulmuş, həmçinin icra edilmədiyi halda məcburi icra mexanizmi müəyyən edilmişdir. Əgər həqiqətən də Cavabdeh təqsiri nəticəsində qətnamə icra edilməmişdirsə bəs niyə o, cinayət məsuliyyətinə cəlb edilməmişdir. Halbuki şikayətə əlavə etdiyi sənəddən də görünür ki, Ayna tərəfindən icra şöbəsinə məktub yazılmış və icranın təxirə salınması xahiş edilmişdir. Məhkəmənin yadından çıxmışdır ki, iddia tələbində qeyd edilən uzun müddət icra etməmə məsələsini araşdırmaq üçün sadəcə Xətai rayonunda olan icra işini götürmək lazım idi. Həmin icra işinə nəzər saldıqda isə özülərinin ərizəsi əsasında icranın təxirə salınması öz əksini tapmışdır. Həmçinin məhkəmə qətnaməsinin Telman tərəfindən uzun müddət icra edilməməsi olduqca absurddur. Məhkəmə qətnaməsindən sanki elə məna çıxır ki, 9 ildir icra orqanları həmin qərarını Telmanın təqsirinə görə icra etdirə bilmir və buna görə də ümumiyyətlə Telman barəsində heç bir tədbir görə bilmirlər. Qətanməyə nəzər yetirəndə şəxsdə elə təsürrat yaranır ki, dövlətimizdə hüquq mexanizmi işləmir və anarxiya hökm sürür. Həmçinin məhkəmə təcrübəsinə nəzər yetirsək görərik ki, ölüm hallarında belə şəxsin yaxın qohumlarına 15-20 min manat mənəvi ziyan tutulur. Halbuki həmin yaxın qohumlar arasında olan ən yaxın mənəvi bağlar ölüm nəticəsində bir daha bərpa olunmayacaq şəkildə məhv olmuşdur. Xətai Rayon Məhkəməsi isə məhkəmə qətnaməsinin icra edilməməsinə görə 5.000 manat mənəvi ziyan tutmuşdur. Məhkəmə heç araşdırmamışdır ki, həmin qətnamə kimin təqsiri üzündən və ya hansı səbəbə görə 9 il müddətinə icra edilməmişdir. Bundan əlavə bildirir ki, həyat yoldaşı və özü ikinci qrup əlildirlər və məhkəmənin qanunsuz qərarına görə səhhətlərində ciddi mənfi təsirlər yaranmışdır. Belə ki, iş materiallarına əlavə etdiyi sənədlərdən görünür ki, ürəyinin 30 faizi işləyir və Aynanın əməlləri nəticəsində sağlamlıq imkanları getdikcə məhdudlaşır. Göstərilənləri nəzərə alaraq hesab edir ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia təmin edilməməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 elektron məhkəmə informasiya sistemində yaradılmış e-kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarxidə məhkəməyə etiraz ərizələri ünvanlayaraq hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-642/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılaraq verilmiş apellyasiiya şikayətinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddiaçının əmlakına dəymiş maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 20000 manat və 100 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 642/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda, cavabdeh və onun vəkili Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-642/2025 saylı xx.xx.2025-ci il tarixli hazırki qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Aşağıdakı əsaslara görə və qanunun normalarına əsasən mülki iş üzrə iddiaçı və onun vəkili tərəfindən verilmiş apellyasiya şikayəti ilə razılaşmayaraq apellyasiya şikayətini əsassız və formal şikayət hesab edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin qərarının şərhi ilə razılaşan Xətai Rayon Məhkəməsi eyni zamanda düzgün olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinin uzun müdddət İddiaçı ziyanına olaraq icra edilməməsindən doğuran, nəticədə isə İddiaçı və onun övladlarının uzun müddət yaşayış yerindən məhrum olması bununla da məhkəmə çəkişmələrinə gətirib çıxaran hərəkətlərinin iddiaçıda ümumilikdə mənfi psixoloji reaksiya ilə nəticələnməsini ağlabatan hesab etmişdir. İşin faktiki halları da göstərir ki, iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, məhkəmə qərarının icra edilməmədiyi uzun müddət ərzində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının keçirdiyi stressin dərəcəsi və davamlılığı, keçirdiyi narahatlıq və sarsıntı halları hətta mülki işin materiallarına əlavə edilmiş epikriz və həkim təyinatları reseptləri ilə də öz təstiqini tapmışdır. Yuxarıda qeyd edildiyi və göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10320/2017 saylı, xx.xx.2017 tarixli qətnaməsinin əsasında başlanılmış məcburi icra hərəkətlərinə Cavabdeh tərəfindən ciddi maneələr törədilməsi nəticəsində bu günə kimi məhkəmə qətnaməsi icra edilə bilmir. Xətai İcra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində cavabdehə inzibati xəta törətdiyi üçün inzibati qaydada protokol tərtib edilərək icra məmuru Həmidov Ceyhun vasitəsi ilə məhkəməyə müraciət edilmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə inzibati tənbeh olmuşdur. İş № 3(011)-2187/2025, xx.xx.2025 tarixli qərar, Hakim: Fuad Axundov. Cavabdeh Apellyasiya məhkəməsinə sikayət ərizəsi ilə müraciət edərək 500 manat cəriməni ləğv etdirmək istəsə də məhkəmə qərarı dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. İş № 3(103)- 914/2025 saylı, 18. 04.2025 tarixli qətnamə, X8. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibat tənbeh tədbiq olunan Cavabdeh bütün bunlardan heç bir nəticə çıxartmadığı üçün təyinat üzrə iddiaçının mənzilə köçürülməsinə bu günə kimi imkan yaradılmır. Bu günə kimi 166 yük daşınma xidmətinin avtomobilləri ilə 4 nəfər fəhləsi ilə iddiaçının daşınar əmlakı (divan, yataq taxtı, stol, stullar, raskaladuşka və şkaflarlar cavabdeh qapını açmadığı üçün Telnov küçəsi 5, mənzil 78-in qarşısında blokda 4 aydır ki, tozun içində atılıb qalmış, istifadəyə yararsız hala düşmüşdür. Sübutlar: yükə dair əmtəə nəqliyyat qaiməsi, fotoşəkillər, disk video görüntülər və sübut kimi məhkəmə iş materiallarına əlavə olunur. Həmçinin, 13.03 2025-ci il tarixində Cavabdeh icra zamanı Xətai İcra şöbəsinin rəisi Abbas Nəsibovun və icranı yerinə yetirmək istəyən digər 7 nəfər icra məmurlarının yanında iddiaçının mərhum atasını və özünü etikadan kənar söyüşlərlə təhqir etmişdir. Bu bağışlanılmazdır. Məhkəmə kollegiyasının bu məsələyə də qiymət verməsini xahiş edir. İnzibati tənbehdən nəticə çıxarmayan Cavabdeh təkrar olaraq xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərində olan icra təyinatlarından boyun qaçıraraq gizlənmişdir. Bundan əvvələr də 06.10 2023; xx.xx.2023 ; xx.xx.2024 ; xx.xx.2024-ci il tarxlərində də Xətai icra şöbəsinin icra təyinatından qaçıb rayonda gizlənən Cavabdeh bir dəfə xx.xx.2024-cü il tarixində qapını açmış kobdluq edərək çığır-bağır salaraq seyf qapını var gücü ilə iddiaçının üzünə çırpmışdır. İddiaçı ayağını qapının astanasından tez çəkməsəydi ayağı qapıda qalıb ciddi xəsarətlər alacaqdı. İddiaçı göstərir hətta digər şəxslərin qaynanasının, qızı Günelin və qollarını açıb mənzilə daxil olmağa qoymayan həyat yoldaşı Sevincin hücumlarına məruz qalıb. xx.xx.2024-cü il tarixində olan köçürülmə zamanı oğluna əmi sayılan Cavabdeh oğlunu - "sənin qarnını tapanca ilə doldurub türməyə gedərəm" - deyə öldürməklə təhdid etmişdir. Sübut olaraq disk çəkiliş görüntüləri ilə iş materiallarına əlavə olunub. Həmin gün qeyri-etik sözlərlə təhqir etmişdir. Həmin tarixdə mənzildə yerləşdirdiyi əmlakı onlardan xəbərsiz binanın kənarındakı antisanitariya şəraitində olan gəmirici heyvanlar yaşayan qaraja tullamışdır. (yataq dəsti: yorqan, döşək, yastıq, adyallar, pastel dəsti-qablar, üst geyimləri və digər əmlak. Köçürülmədən dərhal sonra mənzilin giriş qapısının açarını dəyişmiş onlara verilmiş açar nüsxəsi yararsız olmuşdur. 1 ildir ki, mənzilə apardığı vacıb əmlakdan istifadə edə bilmirlər. Sozsüz ki, qarajda bir il müddətində istifadəyə yararsız vəziyyətə düşüb. Dəfələrlə 34 saylı polis idarəsinin əməkdaşları sahə polisi Qəhrəmanov Elçin və sahə rəisi Tural Həmdullayevlə ünvana gediblər, qapını qəsdən açmayıblar. Mənzildən gələn ayaq və danışıq səsləri olsa da mənzilə daxil ola bilməyiblər. Cavabdeh telefonla polisə bildirib ki, onları mənzilə qoyan deyil, mənzildə olan əmlakları qaraja tullamışdır. Cavabdehin törətdiyi əməllərinə görə Xətai rayon İcra şöbəsi tərəfindən icraya xitam verilmiş, işi yenidən icrasını məhkəməyə müraciət edərək yeniləmişdir. Xətai Rayon Məhkəməsi iş № 8(011)-1030/ 2024 saylı xx.xx.2024-ci il tarixli qərardadı, X9. Cavabdeh icraya tabe olmayaraq məhkəmə qətnamələrini, icra tələblərini vecinə almayaraq və icra etməyərək məhkəmə aktlarına hörmətsizlik ifadə edir. Ailə başçısıdır. Himayəsində 2 azyaşlı körpə nəvələri var. Psixoloji təziqlərə məruz qalıblar. Bu səbəbdən nevroloji müalicə alır. Oğlu imunno sistem xəstəsidir. Qanuni yaşamaq hüququ olduğu halda evsiz-eşiksiz körpələrlə kirayələrdə qalıblar. Cavabdeh ona vurduğu ziyanlara görə məhkəmə rüsumları, vəkil orderləri, dəfələrlə ünvana, ünvandan geri daşınan yüklərə görə çəkilən xərclər, keçirdikləri psixoloji basqılara görə müalicəyə sərf etdiyi dərmanlara 475 man məvacibin yetməməsi səbəbindən banklardan kredit götürmək zərurətində qalıb. 10 min manata yaxın onu incitməkdən ötrü yoldaşının, özünün qaldırdığı lazımsız məkəmə işlərinə xərci çıxıb. Göründüyü kimi, iddia ərizəsi üzrə tərəfindən məhkəməyə təqdim edilən subutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddəsinin tələbləri və müddəaları baxımından düzgün qiymət verilmişdir, yəni işin faktiki hallarının tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına dair Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin, tərəflərin izahatlarının işdəki digər sübutlarla yoxlanılması və qiymətləndirilməsinə dair MPM-nin 106.1-ci maddəsinin tələblərinə əməl edilmiş və nəticədə qanuni və əsaslı qətnamə çıxarmaqla məhkəmə göstərilən maddələrin tələblərinə də düzgün riayət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinə təyin olunan iclaslarında iştirak edən Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişlər. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 elektron məhkəmə informasiya sistemində yaradılmış e-kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, iş üzrə birinci istansiya məhkəməsinin qətnaməsinin açıqaşkar qanunsuz olması aşağıda qeyd etdiyi nüanslara diqqət yetirilsə görünər. Belə ki, məhkəmə qətnaməsini onun əsaslandırmışdır ki, guya məhkəmə qərarının icra edilməməsi nəticəsində iddiaçı yaşayış yerindən mərhum olduğuna görə mənəvi sarsıntı və iztirab keçirmişdir. Əvvəla onu deyir ki, məhkəmə qərarının uzun müddət icra edilməməsinin səbəbkarlarından biri də iddiaçının özüdür. Belə ki, icra işindən açıq-aşkar görünür ki, iddiaçı tərəfindən icra hərəkətləri dəfələrlə təxirə salınmışdır. Həmçinin hazırkı iş üzrə mənəvi ziyanın səbəbi məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində iddiaçının yaşayış yerindən mərhum olunmasıdır. Lakin işin hallarına baxdıqda görünür ki, iddiaçı 2025-ci ilin əvvəlinə kimi onun qardaşı qızına məxsus Nəsimi rayonundakı evdə yaşamış və həmin evdən məhkəmə qərarı əsasında 2025-ci ilin əvvəllərində çıxmışlar. Belə ki, iddiaçı məhkəmə iclas zalından özü etiraf etdi ki, 2025-ci ilin əvvəllərinə kimi 15 il yaşadıqları Nəsimi rayonundakı evdə yaşamışlar və məhkəmə qərarı əsasında həmin evdən 2025-ci il tarixdə çıxarılmışlar. Lakin məhkəmə iclasında mənəvi sarsıntı və iztirabın keçirilməsinə Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinin 2023-cü ildən-2025-ci ilədək icra edilməməsi olmuşdur. Halbuki özünün etirafına və işdə olan məhkəmə qərarlarından görünür ki, 2025-c ilədək onun qardaşı qızı Aygünün evində yaşamışlar və 2025-ci ildə həmin evdən icra vasitəsi ilə çıxarılmışlar. Bu qeyd etdiyi hallar işin mübahisəsiz halıdır. Burdan yaranan maraqlı məsələ odur ki, necə ola bilər ki, Ayna 2021-2025-ci illərdə qardaşı qızına məxsus Nəsimi rayonundakı evlə bağlı istifadə hüququ olmasını əsas gətirərək çıxmaq istəmir və mübarizə aparır ki, həmin evdən çıxmasın, buna baxmayaraq 2025-ci ilin əvvəlində həmin evdən məcburi icra yolu ilə çıxarılır, eyni zamanda da övladı ilə Ayna Xətaidəki evə köçməyə çalışır və guya o icazə vermir və o yetimdən mənəvi ziyan tutulur ki, qərarı icra etməyib və bunun nəticəsində Ayna yaşayış yerindən məhrum olur. Burdan bu nəticə hasil olur ki, Ayna eyni vaxtda Nəsimidəki evdən çıxmaq istəmir və uzun müddət icranı yubadır və eyni zamanda da onun evinə köçməyə çalışır. Bu da o deməkdir ki, Ayna fövqəltəbii gücə məxsusdur və eyni vaxda iki müxtəlif evdə yaşaya bilər. Bu dediyi hallar məhkməmə iclasında Aynanın özü tərəfindən etiraf edilmişdir və ümid edir məhkəmə iclas protokolunda əksini tapmışdır. Məhkəmə qətnaməsində də əksini tapmışdır. Bundan əlavə onu da bildirir ki, mənəvi ziyan hər hansı hüquqpozma nəticəsində şəxsin çəkdiyi mənəvi sarsıntı və iztiraba görə yaranır. Maraqlısı odur ki, birinci istansiya məhkəməsi Aynanın mənəvi sarsıntı və iztirab çəkdiyini necə müəyyən edib və əgər həqiqətən çəkibsə onunla məhkəmə qərarının icra edilməməsi arasında səbəbli əlaqəni necə qurmuşdur. Açıq-açkar görünür axı Ayna həmin müddətdə Nəsimi rayonundakı ev üçün mübarizə aparmış və həmin evdən çıxmamışdır. Həmçinin açıq aşkar görünür ki, 2024-cü ildə məhkmə qərarı icra olunub, icra işinə xitam verilib və Ayna 6 ay ərzində onun yaşamağa mane olması barədə icra məmuruna müraciət etməmişdir və eyni zamanda deyir ki, Nəsimidəki evlə bağlı məhkəmə çəkişməsi olmuşdur və həmin evdə yaşamışdır. Bütün bu hallardan Aynanın 2023-2025-ci il tarixlərdə onun evində yaşamaq niyyətinin olmamasını müəyyən etmək üçün sadə məntiq də yetərlidir. Necə ola bilər axı eyni vaxtda Nəsimidəki evdə yaşamaq hüququnun olması üçün mübarizə aparır və həmin evdən çıxmır, həmçinin eyni zamanda da Xətaidəki evə köçməyə çalışır və köçmədiyinə görə mənəvi sarsıntı keçirir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişlər. İddiaçı elektron məhkəmə informasiya sistemində yaradılmış e-kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarxidə məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, o, 1987-ci ildə ünvan 2zil 78 gəlin gəlib. Cavabdeh onun qayını, oğlunun əmisidir. O, ona və ailəsinə ədalətsiz zalım olaraq haqqlarını tapdalayıb. Bu gün də əməllərini davam etdirir. Dəfələrlə oğlunu onu öldürməklə təhdid edib. Hələ mülkiyyəti qayınatasının qəfil ölümündən sonra dərhal ələ keçirmək istəyən Telman, onun adından mülkə görə sənədləşmə üçün tələb olunan saxta sənədlər tərtib edərək rəsmi orqanlara təqdim etmişdir. Bu vaxta kimi 2(103)- 10320/2017 saylı xx.xx.2017 -ci il tarixli qətnamə onun törətdiyi ciddi maneələrə görə yerinə yetirilməyib. Məhkəmənin cavabdehin məcburi gətirlməsi tələbinə qarşı çıxaraq 1 il icra təyinatı zamanı yoxa çıxmış rayonda gizlənmişdir. Xocalı qəsəbəsi Telnov küçəsi 5 , mənzil 78 köçürülmə üçün 21 dəfə icra tərəfindən təyinat əsasında bildiriş gedib. Aktlar tərtib olunub. xx.xx.2024-cü il tarixində mənzilin qapısını açsa da qayınanası və özü kənar şəxslərin yanında ona kobudluq etmişlər. Özünü ürək xəstəsi sayan Telman seyf dəmir qapını var gücü ilə üzünə elə çırpmışdır ki, bütün 9 mərtəbə sirkələnmiş qonşular narahat olub bloka çıxmışlar. Təzyiqi və şəkəri keçirtdiyi stresdən qalxmışdır. Müalicəyə ehtiyac olmuşdur. Daha sonra xx.xx.2024-ci il tarixində köçürülmə baş tutsa da etikadan kənar söyüşlərlə təhqir olunublar. Oğluna əmi sayılan Cavabdeh oğlu Cəlilov Rövşəni -"qarnını tapanca ilə doldurub türməyə gedərəm"- deyərək ölümlə təhdid etmişdir. Qızı Günel onu həyətdə yad insanların yanında "tüpürüm sənin etikana" deyərək təhqir etmişdir. Bir neçə gün sonra mənzilin giriş açarın dəyişərək qəsdən ziyan vurmaq məqsədi ilə (yorğan döşək adyal qab-qacaq və geyim ləvazimatlarını və s.) mənzildə olan lazımı şəxsi əmlaklarını evin yanındakı antisanitariya şəraitində olan qaraja aparıb tullamışdır. Mənzilə daxil ola bilmədiyi üçün xitam verilmiş işin icrası üçün Xətai icra şöbəsi məhkəməyə müracıət edərək köçürülmə qərarını yeniləmişdir. 12.03 2025-ci il tarixində yenilənmiş icra zamanı 8 nəfər icra məmurunun və rəisin yanında onun 25 il bundan qabaq rəhmətə getmiş atasını və onu söyərək təhqir etmişdir. İcraya maneəçilik etdiyinə görə icra məmuru inzibati protokol əsasında məhkəməyə müraciət edərək inzibati xətalar məcəlləsinin 528.1 maddəsi ilə inzibati cəzaya cəlb etmişdir. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlamışdır. Cavabdeh icra məmuruna kobudluq edir, hakimlərə yalan danışır, qarşı tərəf olaraq onlara iftira atır. 10 ildir ki, məhkəmə və icra şöbəsinin və onların iş fəaliyyətinə (dövlət işində çalışırlar) ciddi zərər vurmaqdadır. Nəticədə məhkəmə rüsumlarına, vəkil orderinə görə maddi zərurət yarandığı üçün 7 min manat vurulan ziyan. Məbləğin 5 min manatının ATB bankdan götürüb. Əlavə olaraq məzuniyyət pulu və aylıq maaşından. Həyati vacibi olan üç əməliyyatı bu səbəbdən illərdir ki, qalıb. Ehtiyacı olan dərmanları ala bilməyib. Hal-hazırda Cavabdeh yalan, şər, hiyləgər, böhtan əməlləri ilə haqqlarını zorla əllərindən alaraq ailəsini 2 az yaşlı körpə ilə küçədə qoyub. Kirayələrdə qalırlar. Yaşamağa yerləri yoxdur. Psixoloji zorakılığa maddi mənəvi fiziki ziyana məruz qalıblar. Həyatını güzaranını məhv edib. Telman şəxsən özü 35 illik ailə nikahlarını mülkdən mənfəət götürmək məqsədi ilə dağıdıb. 60 yaşı var. Keçirdiyi sarsıntılara görə ciddi müalicələr alır. Oğlu immuno-sistem xəstəsidir. Ağ ciyərlə bağlı. Bu barədə sənəd təqdim edib. Bütün çatdırdıqları real həqiqətlərdir. Verdiyi əzabları və qanunsuz əməlləri ilə fəxr edən Cavabdeh qanun qarşısında cavab verməlidir. Əks halda lazımı tədbir görülməzsə o, həddini daha da aşacaq. Artıq onun vurduğu maddi mənəvi ziyan 5 min yox 20 minə çatıb. O, iki otaqlı mənzilin satış dəyərində olan 140 min manatlıq yaşayış yerlərini dolayı yollarla zorla əllərindən alıb. Eyni zamanda bildirir ki, o və ailəsi problemli şəxs kimi polisdə qeydiyyatı olsa belə onun və ailəsindəki digər şəxslər tərəfindən ailəsinə və özünə qarşı bundan sonra da hər hansı bir təhlükə gözləntisi mümkündür. Mənəvi fiziki, psixoloji səhhətlərinə vurulan bütün ziyanları nəzərə alaraq Cavabdeh əməllərinə hüquqi cəhətdən lazımı qiymət verilməsini və vurduğu ziyanların günü gündən artmasını nəzərə alaraq ödəniləcək zərərin 20 min manata çatdırılmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlmat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. İİ. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh qətnamənin ləğv edilərək iddia tələblərinin tam təmin edilməməsini xahiş etdiyindən, qətnamənin əsaslığı onun faktiki olaraq mübahisələndirilən hissəsində, yəni iddia tələblərinin təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və Bakı şəhəri Xətai rayon İcra şöbəsindən təqdim olunan icra işini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-642/2025 nömrəli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi ziyanın məbləği hissədində dəyişdirilməlidir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, X2 və X4 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülməsi qət edilmiş, məhkəmə aktının icrası xx.xx.2024-cü il tarixədək icra sənədi üzrə borclunun təqsiri üzündən mümkün olmamış, xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi icra edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin iddiaçı cavabdehin Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülsə də, Cavabdeh onun həmin ünvanda yaşamasına maneçilik törətmiş, iddiaçı yenidən həmin mənzildən çıxarılmışdır. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin 20 may 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1030/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyd edilən qərar ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-10320/2017 nömrəli icra sənədi yenidən icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)- 2187/2025 saylı qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-2187/2025 saylı qərarı ilə müyyən edilmişdir ki, tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Cavabdeh məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-10320/2017 saylı icra vərəqəsinin icrasını təmin etməmişdir. Bununla da, borclu Cavabdeh məhkəmə qərarını icransını təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırmışdır ki, İddiaçı, X2 və X5 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülmələri qət edilməsinə baxmayaraq, Cavabdeh bugünədək yuxarıda adı çəkilən şəxslərin mənzilə köçürülməsinə icazə verməmişdir ki, qeyd olunan hal onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və həmin qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Cavabdeh dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-914/2025 saylı qərarı ilə şikayətlər təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2187/2025 nömrəli qərarı şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35) Tədqiq olunan sübutlardan müəyyən olunur ki, qanuni qüvvəsini alan məhkəmə aktının uzun müddət icra olunmamasının, daha sonra təkrar icraya yönəldilməsinin səbəbi cavabdehin həmin aktın icrasına yaratdığı manelər olmuşdur. Kollegiya qeyd edir ki, məhkəmə aktına əsasən, mənzilə istifadə hüququ tanınan iddiaçının uzun müddət ailə üzvləri ilə birlikdə bu hüquqdan istifadə edə bilməməsi nəticəsində qarşılaşdığı və yaşamağa məcbur qaldığı çətinliklərlə bağlı mənəvi iztirab və sarsıntı hissləri keçirməsi təbii haldır. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan vurulması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi ziyanın məbləğini müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Kollegiya qeyd edir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri zərərçəkənin iqtisadi vəziyyəti olduğu halda, digəri də təqsirli tərəfin maddi vəziyyətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. İstinad olunanlara əsasən, mənzil hüquqları cavabdeh tərəfindən uzun müddət kobud şəkildə pozulan iddiaçının keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq, cavabdehin maddi drumu, ikinci dərəcəli əlil olması nəzərə alınmaqla mənəvi zərərin məbləğinin 3000 manat məbləğində müəyyən edilməsini kollegiya ağlabatan və ədalətli məbləğ hesab edir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-642/2025 nömrəli qətnaməsi dəyişdirilib Cavabdeh mənəvi ziyana görə 3000 manat İddiaçı xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-642/2025 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh mənəvi ziyana görə 3000 manat İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar