Məhkəmə qərarları › İş №2(103)-2874/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2874/2025

17.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2874/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı oğlu və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı “protokolun və qərarın, bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-598/2025 nömrəli 17 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı protokolun və qərarın, maliyyə arayışın, bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-nin 28 saylı, xx.xx.2006-cı il tarixli protokolunun və xx.xx.2006-cı il tarixli qərarının, X3 verilmiş xx.xx.2006-cı il tarixli maliyyə arayışının, Cavabdeh3 MMC tərəfindən verilmiş ümumi iclasın protokolundan 56 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın və maliyyə arayışının, ƏMDK yanında DƏDKR publik hüquqi şəxs tərəfindən X3 verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, 11 saylı Notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, 11 saylı Notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ƏMDK yanında DƏDKR publik hüquqi şəxs tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab elilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.1992-xx.xx.2020-ci il tarixləri arasında nikahda olduğu keçmiş həyat yoldaşı Cavabdeh2 ilə birlikdə xx.xx.2001-ci ildə Binəqədi rayonu, Ə.ünvan 1 ünvanında yaşayış binasında yerləşən 37 nömrəli mənzili 09 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 MTK-dan almışdır. İddiaçının Cavabdeh2la nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3670/2020 saylı, xx.xx.2020-ci tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı nikahın pozulmasından sonra birgə nikah dövründə əldə edilən mənzili Cavabdeh2 könüllü şəkildə bölməyə razı olmadığını gördükdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə icraatı gedişatında iddia tələbinin predmeti olan mənzilə dair Bakı Şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 014608 saylı, xx.xx.2006-cı il tarixli orderin mərhum X3 verildiyi məlum olmuşdur. Cavabdeh2 atası X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 işin məhkəməyə daxil olmasından sonra 11 saylı notariat kontoruna müraciət etmiş, X2 ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır. Beləliklə ünvan 2 ünvanında yerləşən 37 saylı mənzil barəsində mərhum X2 adına ƏMDKnin yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində **********11-05301- 093045 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Ramiz Həbibovun vərəsələri olaraq Cavabdeh1 və Cavabdeh2 müəyyən edilmiş və onların hər biri miras əmlakdan bərabər ½ hissədə irs almışlar. Vərəsəlik şəhadətnaməsi və miras payın bağışlanma müqaviləsi əsasında iddia tələbinin predmeti olan ünvan 2 ünvanında yerləşən 37 saylı mənzil Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bu barədə Cavabdeh2 ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. MTK tərəfindən sözügedən mənzil Cavabdeh2 satılmışdır və onun adına xx.xx.2014-cü il tarixində də maliyyə arayışı təqdim edilmişdir. Əgər Cavabdeh2 üzvlükdən çıxarılmışdırsa, onda 2014-cü ildə hansı əsasla ona maliyyə arayışı və protokoldan çıxarış təqdim edilmişdir? Həmçinin qeyd edir ki, 2006-cı ildə "xxxx" MTK adını dəyişərək Cavabdeh3 MMC olmuşdur. İddiaçı Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və mənzilə dair əsassız verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(001)-107/2023 nömrəli qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamədə iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, mübahisələndirilən daşınmaz əmlak birgə nikah dövründə əldə edilsə də sonradan həmin əmlaka dair order və çıxarış cavabdehin atası X2 adına verilmişdir. Məhkəmə hesab etmişdir ki, mərhum X2 adına verilmiş 014608 saylı, xx.xx.2006-cı il tarixli order və xx.xx.2022-ci il tarixində verilmiş çıxarış qüvvədə olduğuna görə və mübahisələndirilmədiyinə görə iddia tələbi üzrə bu hissədə hər hansı məhkəmə araşdırmasının aparılması mümkün deyildir və hüquqi cəhətdən yolverilməzdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 107/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı ilə mülki iş üzrə Bakı Şəhər İcra Hakimiyyətinin 014608 saylı, xx.xx.2006-cı il tarixli orderinin etibarsız hesab edilərək ləğv edilməsi hissəsində xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 Abdulla oğluna verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair tələblər baxılmamış saxlanılmışdır. Həmin orderin ləğv edilməsi üçün ərizə və sənədlər ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki, sözügedən orderin etibarsız hesab edilməsinə əsas ola biləcək sənədlər təqdim edildiyi təqdirdə müraciətə baxıla bilər. Həmin orderin etibarsız hesab edilməsi üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı ŞİH-nə sorğular göndərilmişdir. Sorğulara verilən cavablardan işin yeni halları məlum olmuşdur. Belə ki, Cavabdeh3 MMC üzvlərinin 28 saylı, xx.xx.2006-cı il tarixli protokolundan çıxarışından məlum olur ki, Cavabdeh2 öz mənzilini və payını atası mərhum Ramiz Həbibova vermişdir. Nəticədə Cavabdeh2 MMC üzvlüyünə xitam verilməsi və atası mərhum Ramiz Həbibovun MMC üzvlüyünə qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh3 MMC tərəfindən Ramiz Həbibova maliyyə arayışı verilmişdir. Qərar təsdiq edilməsi üçün və Ramiz Həbibova order verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə İctimai komissiyanın yığıncağının mənzilin və payın bir vətəndaşdan digər vətəndaşa verilməsi barədə xx.xx.2006-cı il tarixli, 8B saylı protokoldan məlum olur ki, Cavabdeh3 MMC-nin üzvü Cavabdeh2 öz mənzilini və payını atası mərhum Ramiz Həbibova verməsinə Komissiya tərəfindən razılıq verilmişdir. Nəticədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2006cı il tarixli, 257 saylı sərəncam verilmişdir. Həmin sərəncam əsasında isə mərhum Ramiz Həbibova 014608 nömrəli, xx.xx.2006-cı il tarixli order verilmişdir. Ona görə də hazırda Cavabdeh3 MMC tərəfindən verilmiş 28 saylı, xx.xx.2006-cı il tarixli protokolun və qərarın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Çünki Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 payı Ramiz Həbibova verilərkən Cavabdeh2 nikahda olmuşdur. Rəsmi nikahda olmasına baxmayaraq daşınmaz əmlak üzərində sərəncam verilərkən arvadının razılığı olmalı idi. Bu tələb Cavabdeh2 da, Cavabdeh3 MMC-yə də məlum idi. Lakin qanunvericiliyin tələbləri hər ikisi tərəfindən kobud şəkildə pozulmuşdur. Nəticədə İddiaçı qanunla qorunan mənafeləri pozulmuşdur. Uzun müddət davam edən məhkəmə çəkişməsi nəticəsində hazırki faktlar ortaya çıxmışdır. Həmçinin Cavabdeh3 MTK tərəfindən verilmiş ümumi iclasın 56 nömrəli protokolundan xx.xx.2022-ci il tarixli çıxarış, xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi, 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ƏMDX yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 Abdulla oğluna verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə də qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən o, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı Cavabdeh3 MMC tərəfindən verilmiş 28 saylı, xx.xx.2006-cı il tarixli protokolun və qərarın, maliyyə arayışının, çıxarışın etibarsız hesab olunması və s.” tələbinə dair mülki iş üzrə icraata iddianın “maliyyə arayışlarının etibarsız hesab edilməsi” hissəsində xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 yanvar 2025-ci il tarixli 2(001)-598/2025 nömrəli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etməklə, 1 il məsələsinə toxunmaq istəyirsə, hazırki iddia etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia deyil. Həmin maddə məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Cavabdeh2 nümayəndəsinin etirazında bildirdiyi ifadələri məhkəmə işin müəyyən edilmiş halı kimi qeyd etmişdir və belə olduqda, cavabdehin etirazı məhkəmə tərəfindən şərtsiz reallıq kimi qəbul edilir. Ümumiyyətlə qeyd edilənlərin əsassız olduğunu elə oxuyanda da anlamaq olur. Belə ki, 2014-cü ildə maliyyə arayışı və protokoldan çıxarış Cavabdeh2 verilib. Məhkəmə hansı fakt əsasında qeyd edir ki, “iddiaçı 2014-cü ildə münasibətlərin gərginləşdiyini görüb MTK-dan sənədlər alıb”. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2874/2025 nömrəli 17 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-598/2025 nömrəli 17 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı “protokolun və qərarın, bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunması tələbinə dair” iddiası qismən təmin edilməsi, Cavabdeh3 MMC-nin 28 saylı, xx.xx.2006-cı il tarixli protokolu və qərarı, Cavabdeh3 MMC tərəfindən verilmiş ümumi iclasın protokolundan 56 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış, 11 saylı Notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi, 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunsun, ƏMDK yanında DƏDKR publik hüquqi şəxs tərəfindən X3 verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış (qeydiyyat) isə ləğv olunması qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunmaqla həmin hissəsində icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinin tələblərinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən əgər iş icraata qəbul edilibsə məhkəmə iş üzrə icraata xitam verir. Göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin, aktın, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan bu cür hüquqi faktların etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər. İş üzrə iddiaçının mübahisələndirdiyi maliyyə arayışları müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla iddiaçının etibarsızlığı tələbini irəli sürdüyü müqavilələr üzrə etibarlı hüquq münasibətlərinin yaranıb-yaranmadığını təsdiq edən sübutlar qismində çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər. İddiaçının iddia ərizəsi baxılan hissədə də məhz həmin sübutların mötəbər olmadığı ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq maliyyə arayışına münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən sənədlər özündə müəyyən iradə bəyanlarını və məlumatları əks etdirdiyi üçün hər hansı faktın müəyyən olunması və ya hüququn qeydə alınması zamanı ayrılıqda və ya digər sənədlərlə məcmu halda əsas kimi çıxış edə bilər. Lakin bu əlamət də istənilən sənədin, aktın, iradə ifadəsinin etibarsızlığı barədə məsələnin ayrıca məhkəmə icraatı qaydasında yoxlanılmasına əsas vermir. Qeyd olunan halda maraqlı tərəf təqdim olunan sənədlər əsasında müəyyən edilmiş hüquqi nəticələri (əşyanın qanunsuz sahiblikdən tələb edilməsi, müqavilənin etibarsız hesab olunması, aparılmış qeydə düzəliş edilməsi və s.) mübahisələndirməli və bu zaman hüquqi nəticənin yaranması üçün əsas olmuş sənədlərin (misal üçün ərizənin, məxaric orderinin, maliyyə arayışının və s.) müvafiq tərəfin həqiqi iradəsini əks etdirmədiyini, qeyri-mötəbər və ya saxta olduğunu və s. halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, iddia tələbi mahiyyət etibarı ilə sübutların etibarsızlığı ilə bağlı olduğundan bu məsələ mübahisəli əmlakla bağlı əqdin etibarsızlığına dair tələbə baxılarkən müzakirə oluna bilər. Birinci instansiya məhkəməsi bu hissədə icraata xitam versə də işin araşdırılan hallarından 26 may 2022-ci il tarixli maliyyə arayına münsabət bildirilməsi müəyyən olunmur. Ona görə də Kollegiya hesab edir ki, bu hissədə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Maliyyəçi MMC tərəfindən verilmiş 28 saylı, xx.xx.2006-cı il tarixli protokolun və qərarın, maliyyə arayışın, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə icraata iddianın “26 may 2022-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi” hissəsində iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar