Məhkəmə qərarları › İş №2(103)-288/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-288/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-288/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Yədulla oğluna, Cavabdeh3, X7 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “cavabdehlər tərəfindən mülkiyyətə qəsd edilməsi hərəkətinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, mülkiyyətdə olan torpaq sahəsində inşa olunmuş tikililərdən cavabdehlərin çıxarılması və qeyd-şərtsiz təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, torpaq sahəsində inşa edilmiş tikililərə sərf olunmuş vəsaitin geri qaytarılması, mənəvi zərərin ödənilməsi” hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Yədulla oğluna, Cavabdeh3, X7 və Cavabdeh2 qarşı "cavabdehlər tərəfindən mülkiyyətə qəsd edilməsi hərəkətinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, mülkiyyətdə olan torpaq sahəsində inşa olunmuş tikililərdən cavabdehlərin çıxarılması və qeyd-şərtsiz təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk və qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlunun cavabdeh İddiaçı qarşı "torpaq sahəsində inşa edilmiş tikililərə sərf olunmuş vəsaitin geri qaytarılması, mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2019 saylı işi üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsindən ilk İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlu və ilk iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə (Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-2054/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən etdiyi) ilk iddianın Cavabdeh2 qarşı təmin olunması hissəsinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsinə cavabdehlər tərəfindən qəsd edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində yerləşən tikililərdən və həmin tikililərin yerləşdiyi torpaq sahəsindən cavabdehlərin (onlarla yaşayan digər şəxslər daxil olmaqla) çıxarılması və qeyd-şərtsiz təhvil verilməsi, 10000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh1 Yədulla oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində 7 ədəd evin tikintisinə sərf etdiyi 51.500 manat pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, ona vurulmuş 10.000 manat məbləğində mənəvi zərərin cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(003)-58/2019 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin olunması, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ünvan ndə yerləşən tikililərdən və tikililərin yerləşdiyi İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları, ünvan ndə yerləşən tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsinin İddiaçı qaytarılması, ilk iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, iddiaçı Cavabdeh1 Yədulla oğlunun cavabdeh İddiaçı qarşı sahəsində inşa edilmiş tikililərə sərf olunmuş vəsaitin geri qaytarılması, mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsi, iş üzrə 100 manat məbləğində ekspertiza xərcinin Cavabdeh1 Yədulla oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş İX seriyalı ******* nömrəli 17 avqust 2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,114 ha torpaq sahəsindən ibarət saylı bağ sahəsi X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır; - 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kotorunun xüsusi notariusu R.M.Şahgəldiyev tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* əli, 31 avqust 2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı ünvan ünvanında yerləşən 0,114 ha torpaq sahəsini X8 almışdır; - Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş seriyalı ******* nömrəli 07 sentyabr 2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,114 ha torpaq sahəsindən ibarət 3 saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır; - 5 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu A.S.Abbasov tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli, 26 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən müəyyən olunur ki, X20 ünvan ünvanında yerləşən 0,1024 ha torpaq sahəsini İddiaçı almışdır; - İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş 28 fevral 2017-ci il tarixli ərizənin surətindən görünür ki, ünvan ndə yerləşən 1024 kv.m torpaq sahəsindən 180 kv.m sahənin yola verilməsinə etiraz etmir; - Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 10 mart 2017ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,0644 ha torpaq sahəsindən ibarət 1293 saylı bağ evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır; - Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 10 mart 2017-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən ibarət 1293X saylı bağ »İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır; - Hesabat cədvəlinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağlar massivində yerləşən fərdi yaşayış evi X3 məxsusdur; - Hesabat cədvəlinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağlar massivində yerləşən fərdi yaşayış evi X9 məxsusdur; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 oktyabr 017-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 oğu barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və İddiaçı iddiası mülki xarakter daşıdığından onlara mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir; - 08 fevral 2016-cı il tarixli kredit müqaviləsinə əsasən X2 Fuad Yədulla oğluna 10 iyun 2016-cı il tarixədək 152000 manat məbləğində borc pul vermişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2018-ci il tarixli, 11758 saylı rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan 1293 saylı bağ torpaq sahəsində inşa edilmiş 7 ədəd fərdi yaşayış evinin inşa olunması və təmiri, bağ sahəsinin daş hasara alınması və digər işlərinin aparılması üçün yerinə yetirilmiş müxtəlif növ tikinti-quraşdırma işlərinin ümümi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 76563 manat məbləğində olduğu müəyyən edilir (iş l.cild.səh.8-20, 57-72, 109-112, 118-122, 144).

5. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-58/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, yəni ilk iddianın rədd olunması hissəsində ləğv edilməsinə və ilk iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə, İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli iş 2(003)-58/2019 saylı qətnaməsinin ləğv edilərək ilk iddianın tamamilə rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-122/2021 nömrəli iş üzrə 27.078.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(003)-58/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-122/2021 nömrəli iş üzrə 27.078.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh2 kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)-2054/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə, Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-122/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi qismən, ilk iddianın Cavabdeh2 qarşı təmin olunması hissədə ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gödərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 29; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 407.2, 416.1; Mülki Məcəllənin 158.2, 158.3, 159-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh2 İsrail oğluna münasibətdə iddanı qismən təmin edən birinci instansiya məhkəməsinin və həmin qətnaməni dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin qətnamələrinə görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəbəsində yerləşən 1293 saylı bağ sahəsində inşa edilmiş 7 ədəd fərdi yaşayış evinin 2-də Cavabdeh3 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşayırlar, lakin həmin evlərin cavabdehlərə məxsus olması, onların həmin torpaq sahəsinə hər hansı hüququnun olması barədə sübutlar təqdim edilməmiş, həmin fərdi yaşayış evləri İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunduğundan o, həmin fərdi yaşayış evlərinə münasibətdə potensial mülkiyyətçi hesab olunur. Cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərində yaşamaları nəticəsində iddiaçının torpaq üzərində mülkiyyət, fərdi yaşayış evləri üzərində isə sahiblik və istifadə hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan məhkəmələr Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. İşdən görünür ki, mübahisənin predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəbəsində yerləşən 1293 saylı bağ sahəsi İddiaçı mülkiyyətinə keçməmişdən əvvəl Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 dekabr 2006-cı il tarixli 382 nömrəli sərəncamı və X4 və İstismarı Birliyi ilə 26 dekabr 2006-cı il tarixdə bağlanmış 39424 saylı Müqaviləyə əsasən X10 istifadəsində, 31 avqust 2016-cı il tarixdən isə mülkiyyətində olmuşdur. Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı ev İlham Ağayevin razılığı ilə, iddiaçının atası Fərhad Xəlilov və iş üzrə digər Cavabdeh1 tərəfindən inşa edilmiş, Cavabdeh2 həmin evi sonuncudan əvəzi ödənilməklə əldə etmişdir.İş materiallarına görə İddiaçı bağ sahəsini satın alan zaman orda üçüncü şəxslərə məxsus evlərin, o cümlədən Cavabdeh2 məxsus evin olduğunu bilməsi, torpaq sahəsini həmin vəziyyətdə mülkiyyətinə keçirməsi təkzib olunmur. Göründüyü kimi mübahisəli torpaq sahəsində yerləşən evin cavabdeh Akif Qərəmanova məxsus olması, həmin fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunduğundan o, həmin fərdi yaşayış evlərinə münasibətdə potensial mülkiyyətçi hesab olunması və evin üzərində onun sahiblik və istifadə hüquqlarının olması barədə məhkəmələr səhv nəticəyə gəlmişdir. Evin iddiaçının atası Fərhad Xəlilov və onun bizneç şəriki Cavabdeh1 tərəfindən inşa olunması və 33000 manata cavabdehə satılması iddiaçı tərəfindən də mübahisələndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Ona görə işə baxan məhkəmələrin gəldiyi nəticə əsaslı hesab edilə bilməz, qətnamə iddia tələbinin Cavabdeh2 aid təmin olunması hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

10. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halıdır ki, onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 1293 saylı Bağ sahəsinin torpaq sahəsində inşa edilmiş 7 ədəd yaşayış evlərinin birində Cavabdeh3 ailəsi ilə birlikdə və digər birində Cavabdeh2 öz ailəsi ilə (yəni digər şəxslərlə) birlikdə yaşayırlar. Hətta, məhkəmə tərəfindən də müəyyən edilmişdir ki, həmin bağ sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsində inşa edilmiş 7 ədəd fərdi yaşayış evinin ikisində Cavabdeh3 və Cavabdeh2 yaşayır. Həmin fərdi yaşayış evləri İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunduğundan o, həmin fərdi yaşayış evlərinə münasibətdə potensial mülkiyyətçi hesab olunur. Cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərində yaşamaları nəticəsində iddiaçının torpaq üzərində mülkiyyət, fərdi yaşayış evləri üzərində isə sahiblik və istifadə hüquqları pozulmuşdur.

11. İlk iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun oğlu X1 Qarabağ Müharibəsi zamanı 1994-cü ildə Tərtər rayonu Şurabad kəndi istiqamətində Vətənimiz bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və ailələri şəhid ailəsi statusu daşıyır. Dövlətmizin şəhid ailələri üçün müəyyən etdiyi müavinət pulunu qəpik-qəpik yığaraq, 30000 manat pul düzəltmişdi ki, ailəsinin yaşaması üçün ev alsınlar. 2016-cı ilin mart ayında Cavabdeh1 adlı şəxsə 30000 manat pul ödəyərək, Bakı şəhəri Şüvəlan qəsəbəsində 2 sot hasara alınmış torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evini almışdır. Evi aldıqdan sonra, ailə üzvləri ilə birlikdə həmin evə köçmüş və orada yaşamağa başlamışdır. O, evi aldıqda və ora köçüb yaşamağa başladıqda, İddiaçı və digər hər hansı şəxs etiraz bildirməmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 tərəfindən evlər 2014- 2016-cı ilin birinci yarısında tikildiyi halda çıxarış xx.xx.2016-cı il tarixdə verilmişdir. Bununla da tam sübut olunur ki, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış alarkən torpaq sahəsi yüklü olmuşdur və İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evinin olmasını və evdə onun yaşamağını bilmiş, bununla faktiki olaraq razılaşmışdır. Hazırki vəziyyətdə isə İddiaçı onun yaşadığı fərdi yaşayış evinə hər hansı bir hüququ olmadığı halda, həmin evə münasibətdə öz adına hər hansı hüquqmüəyyənedici sənədi olmadığı halda, onun həmin evdən çıxarılmağını tələb etməsinə ümumiyyətlə subyektiv hüququ mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılıb qətnamə çıxarılarkən işin bu kimi əhəmiyyət kəsb edən halına da qiymət verilməmişdir.

12. Qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlu apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı konret olaraq Cavabdeh1 Yədulla oglu tərəfindən torpaq sahəsinin zəbt olunması və orada qanunsuz tikinti aparmasını göstərdiyi halda mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində yerləşən tikililərdən və həmin tikililərin yerləşdiyi torpaq sahəsindən cavabdehlərin (onlarla yaşayan digər şəxslər daxil olmaqla) çıxarılması və qeyd-şərtsiz ona təhvil verilməsi, və hansı torpaq sahəsindən çıxarılmaları tələbinin ziddiyyətli olmasını da əsaslandıran halları göstərməmişdir. Eyni zamanda iddiaçı ona məxsus torpaq sahəsinin hansı həcmdə sahəsinin zəbt olunmasını, tikilmiş neçə evə dair tələb irəli sürməsini, ümumiyyətlə ona məxsus torpaq sahəsinin ümümi sahəsinin nə qədər olmasını və torpaq sahəsinin neçə sot təşkil etməsini, torpağa dair torpaq sahəsinin çıxarışını nə vaxt almasını, çıxarış alınarkən həmin torpaq sahəsində tikilinin olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, mülki işin materialları ilə sübuta yetirilir ki, Cavabdeh1 tərəfindən evlər 2014- 2016-cı ilin birinci yarısında tikildiyi halda çıxarış xx.xx.2016-cı ildə verilmişdir. Deməli Torpaq sahəsinə çıxarış verilərkən torpaq sahəsi yüklü olmuşdur. X18 torpağa dair Cavabdeh1 Yədulla oğluna etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Cavabdeh1 Yədulla oğlu torpağa dair zəruri olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatından xx.xx.2015-ci il tarixli arxiv arayışı almışdır. X10 torpağa dair Cavabdeh1 Yədulla oğluna verdiyi etibarnamə əsasında Cavabdeh1 Yədulla oğlu İddiaçı atası X13 etibarnamə vermişdir. İddiaçı atası X2 Fuad Yədulla oğlunun verdiyi etibarnamə əsasında X10 adında ona məxsus torpaq sahəsinə dair oğlu İddiaçı arasında alqı-satqı müqaviləsi həyat keçirərək torpağın öz oğlunun adma rəsmiləşdirilməsini təmin etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh3 ilk iddianı qəbul etməyərək göstərmişdir ki, oranı 2015-ci ilin avqust-sentyabr aylarında Cavabdeh1 almışdır. Hazırda o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Kənan və atası Fərhad orada olmuşlar və onlara heç bir irad bildirməmişlər. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh2 ilk iddianı qəbul etməyərək göstərmişdir ki, fərdi yaşayış evini 2016-cı ilin mart ayında Cavabdeh1 almışdır. Hazırda o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

13. Bakı Apellyasiya Məhkəməsi iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respubikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. 18 aprel 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elmin Hüseynovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: - Torpaq sahəsi mişar daşı ilə hasara alınaraq 5 (beş) hissəyə bölünmüşdür. Torpaq sahəsinin üzərində 5 (beş) ədəd yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən qeyd olunan ərazi **********65 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Əmlak mübahisəli olduğundan hüquq sahibi (mülkiyyətçi) İddiaçı sözügedən ərazidən və yaşayış evlərindən istifadə edə bilmir. Aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.

14. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 evi 30000 manat ödəyərək 2016-cı ildə Fuaddan aldığını, iki il sonra Kənan adlı şəxsin gəlib həmin ərazinin ona məxsus olduğunu bildirdiyini qeyd etmişdir.

15. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı,cavabdehlər Cavabdeh1 Yədulla oğlu, Cavabdeh3 və X6 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə ilk iddianın Cavabdeh2 qarşı təmin olunması hissəsində sonuncu apellyasiya şikayətinə münasibətdə yoxlanılmalı, digər apellyasiya şikayətləri isə müvafiq olaraq iddiaya, qətnaməyə qarşı etiraz və mülahizələrin əsasları kimi qəbul edilməlidir. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 138.1. Əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. 138.2. Hüququn yüklülüyü - qanun və əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır; 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir; 148.3. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır; 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir; 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır; 264. Uzufruktun verilməsi üçün daşınar əşyalar və ya hüquqlar ilə bağlı halda onların uzufruktuara keçməsi, daşınmaz əşyalarla bağlı halda isə onların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Uzufrukt verilərkən mülkiyyət hüququ haqqında müddəalar qüvvədə olur. Uzufruktun verilməsi bunu nəzərdə tutur ki, onun tərkib hissələri müəyyənləşdirilə biləndir.

21. Qeyd edilən mülki qanunvericilik müxtəlif növ yüklülükləri, yəni mülkiyyət hüquqlarının məhdudlaşmasını və bütün növ yüklülüklərin qeydiyyata alınmasını nəzərədə tutur. Kassasiya instansiyası qeyd etmişdir ki: ”Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəbəsində yerləşən 1293 saylı bağ sahəsi İddiaçı mülkiyyətinə keçməmişdən əvvəl Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 dekabr 2006-cı il tarixli 382 nömrəli sərəncamı və X4 və İstismarı Birliyi ilə 26 dekabr 2006-cı il tarixdə bağlanmış 39424 saylı Müqaviləyə əsasən X10 istifadəsində, 31 avqust 2016-cı il tarixdən isə mülkiyyətində olmuşdur. Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı ev İlham Ağayevin razılığı ilə, iddiaçının atası Fərhad Xəlilov və iş üzrə digər Cavabdeh1 tərəfindən inşa edilmiş, Cavabdeh2 həmin evi sonuncudan əvəzi ödənilməklə əldə etmişdir.” Lakin iş materiallarından görünür ki, etibarnamə əsasında hərəkətlər etməsini bildirən Cavabdeh1 mülkiyyətçinin adından Cavabdeh2la hər hansı müqavilə imzalamamışdır. Cavabdeh2 isə hüquqlarının olması və qeydiyyatı barədə sübutlar təqdim edilməmişdir. Onun təqdim etdiyi “hesabat cədvəli” isə hüquqmüəyyənedici sənəd olmamaqla, mübahisə edilən ünvana aidiyyəti bəlli olmayan, tikilinin texniki göstəricilərini və inventar dəyərini müəyyən edən "xxxx" MMC tərəfindən tərtib edilmiş lahiyədir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 180, 385-390, 560, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14, 76, 77, 80-82, 106.2, 217.4, 265.4, 372, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (kassasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri baxılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

23. Diqqətə çatdırılmalıdır ki, cavabdehin istinad edə bilmədiyi maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından hüququn analogiyası üzrə belə tətbiqi sui-istifadəyə və qanunsuzluğa şərait yaradan hal olaraq mülki hüququn (müqavilə və sair öhdəliklərin) fəlsəfəsinə ziddir. Cavabdeh2 tərəfindən Cavabdeh1 pulun verilməsinə dair əsaslı sübutedici dəlillər üzrə birincinin sonuncudan tələb etmək hüquqları izah edilməlidir. Hazırda olan tələb üzrə mülki məsuliyyətin hədləri şəxslərin öz risk dairəsinə aid olan məsələdir və obyektiv mənada əqdlərdə təmsil (ehtimal) edilən hər bir fərdin subyektiv hüquq və vəzifələrinə aiddir,tələbdən kənar halların müəyyən edilməsi isə mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, hazırki mülki icraatın vəzifələrinə aid deyildir.

24. Beləliklə, baxılan hissədə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2019 saylı işi üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsi (Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-2054/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilən) ilk iddianın Cavabdeh2 qarşı təmin olunması hissəsində dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayəti əsassız olduğundan məhkəmə xərcləri də Cavabdeh2 aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2019 saylı işi üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsi (Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-2054/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilən) ilk iddianın Cavabdeh2 qarşı təmin olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğdə pul vəsaiti – Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar