Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2880/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh oğuna qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1521/2023 saylı mülki işi üzrə 09 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ilə onun paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsində istifadədə olan 0,00914 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 50,3 kv.m. yaşayış, 61,5 kv.m. köməkçi sahədən ibarət olan 137 saylı fərdi yaşayış evinin onun payına düşən ½ hissəsinin naturada bölünərək onun sahiblik və istifadəsinə verilməsinə dair iddia ərizəi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1521/2023 saylı işi üzrə 09 mart 2023-cü il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 48, 49, 58.1. 170.1, 254, 255, 261.0.1-261.0.3, 261.0.6-261.0.8 maddələrinə istinadən) İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair mülki işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, iddia ərizəsi verilərkən cavabdeh kimi göstərilən Cavabdeh artıq vəfat etmiş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Hazırki işdə cavabdeh kimi göstərilmiş Cavabdeh tərəf kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırki işdə tərəf statusu əldə etməmişdir. İddiaçı şikayət vermiş, Yasamal Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(004)- 1521/2023 saylı qərardadının ləğv edilməsinə və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Konstitusiyasının 60; “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1, 170.1, 260.0.1 və 262.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı halda məhkəmənin qəbul etdiyi qərardadla onların “məhkəməyə çatımlılıq” hüquqları pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh vəfat etməsi və hüquqi varisinin müəyyən edilməməsi, onun mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün maneə yaratmamalıdır. Hazırkı halda irəli sürdüyü tələbə mahiyyəti üzrə baxılmaması, onun mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsində istifadədə olan 0,00914 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 50.3 kv.m yaşayış, 61,5 kv.m köməkçi sahədən ibarət olan 137 saylı fərdi yaşayış evi üzərindəki ½ payda mülkiyyət hüququnu “xəyali” bir hüquqa çevirir, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən istinad etdiyi Mülki Prosessual Məcəlləsinin tələblərinə düzgün istinad etməmiş, gəldiyi nəticəni düzgün əsaslandırmamışdır.Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Lakin məhkəmə MPM-nin 261.0.1-ci maddəsi ilə icraata xitam versə də, iddiaçının hansı orqana müraciət etməli olmasını göstərməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 149-152, 261-262, 385, 387, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, hazırki iddia ərizəsində cavabdehin mövcudluğu, onun yaşayış yeri (olduğu yer və ya iş yeri) barədə sübutedici məlumatlar əks edilməmiş, bu da öz növbəsində tərəfələrin iştiraklarının (çəkişmənin) təmin edilməsi üçün prosessual tədbirlərin həyata keçirilməsini, bununla da iddia ərizəsinin mümkünlüyünü istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 149.4-cü maddələrinə görə - iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. İşdə olan AZ saylı, 008199 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu il tarixdə ölmüş və onun ölümü Bakı şəhəri Yasamal rayonu VVADQ tərəfindən 440 saylı xx.xx.1999-cu il tarixli aktla qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48, 50, 58-ci maddələrinin tələblərinə əsasən: Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir; 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər; 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər; 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür; 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25-ci maddəsinə əsasən: 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Mülki Prosessual Məcəllənin 151.1 maddəsinin tələblərinə görə - İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Cavabdeh barəsində müəyyənedici məlumatların iddia ərizəsində göstərilməsi və buna dair müvafiq sənədlərin təqdim edilməsi icraatın mümkünlüyünü müəyyən edən mütləq haldır. Həmin Məcəllənin 261.0.1 və 261.0.7-ci maddələrinin tələblərinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, habelə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilən müddəaların dispozitiv şərtlərindən müəyyən edilir ki, ilkin olaraq işin baxılma mümkünlüyü prosessual mənada tərəflərin mövcudluğunu şərtləndirir. Şəxsin tərəf kimi ümumiyyətlə mövcud olmaması onun hüquq varislərinin prosessual mənada işə cəlb edilməsini və bu halların müzakirəsin istisna edir, eyni zamanda işin məhkəmədə baxılmasını mümkünsüz edir. İddiaçının hansı orqana müraciət etməli olmasını göstərilməli olması barədə şikayətin dəlilinə dair isə qeyd edilməlidir ki, burada hansı orqana müraciət etmək kimi iddiaçının seçimi müxtəlif olduğundan birmənalı olaraq hansı orqana müraciət edilməli olması deyil, hansı hərəkətlərin edilməsi zəruriliyi izah edilməlidir. Belə ki, paylı mülkiyyətin naturada bölünməsi üzrə tələbin əsası mülkiyyətçilər arasında münasibətlərin tənzimlənməsi olduğundan ilk növbədə iddiaçının həmmülkiyyətçisinin kim olacağı (mərhum Cavabdeh vərəsəsi, dövlət və sair), yəni miras payın mənsubiyyəti müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1521/2023 saylı işi üzrə 09 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2880/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2880/2023
17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver