Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2887/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı mülki iş (Açar sözlər: «uşağa məxsus əmlakın özgəninkiləşdirilməsi üçün tələb olunan icazənin verilməməsi və belə icazə olmadan özgəninkiləşdirmənin mümkünlüyü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-327/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.2021-ci ildə ölmüş X9 vərəsələri - Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinə, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,23 ha torpaq sahəsinə, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsinə Alıeva Makhıra (1/16 hissədə, (miras əmlakların ½ hissəsinə Alıeva Makhıraya ayrıca şəhadətnamə verilib), Alıev Talekh (1/16 hissə), X20 (1/16 hissə), X15 (1/16 hissə), X6 (1/16 hissə), X23 (3/16 hissə) miras payı alıb. xx.xx.2023-cü il tarixli notarial təsdiqli miras payının alqı-satqı müqavilələrinə əsasən İddiaçı yetkinlik yaşına çatmış digər övladları X16 və X17 həmin daşınmaz əmlaklarının 1/16 hissəsinin müvafiq olaraq 5050, 9900 və 14800 manat dəyərində razılaşdırıb, ümumilikdə 29.750,00 (iyirmi doqquz min yeddi yüz əlli) manat təşkil etməklə, hər biri payını digər vərəsə olan X3.
2. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinə, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,23 ha torpaq sahəsinə, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsinə Alıeva Makhıranın (9/16 hissədə, Alıev Talekhin (1/16 hissə), X10 (1/16 hissə), X7 (1/16 hissə), X4 (1/16 hissə), X13 (3/16 hissə) paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6941/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı payların özgəninkiləşdirilməsi üçün icazənin verilməsi barədə iddia tələbi tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığı üçün mümkün sayılmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququ əsasında azyaşlı uşağa məxsus əmlakın özgəninkiləşdirilməsi üçün tələb olunan icazənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin 1/16 hissədə, ünvan 4nında yerləşən 0,12 ha torpaq sahəsinin 1/16 hissədə və ünvan 4nında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissədə olan paylarının özgəninkiləşdirilməsi üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilib ki, iddiaçı X24 ilə 2000-ci ildə ailə həyatı qurmuşdur. Bu evlilikdən onların X16 (xx.xx.2001-ci il təvəllüdlü), X14 (xx.xx.2004-cü il təvəllüdlü), X15 (xx.xx.2011-ci il təvəllüdlü) və X6 (xx.xx.2014-cü il təvəllüdlü) adlı övladları olmuşdur. Əri xx.xx.2021-ci il tarixdə dünyasını dəyişdi. Övladları atalarından miras qalmış Bakı şəhəri, Salyan şossesi, 32 ünvanında və Şamaxı rayonunun Çurxyurd kəndində yerləşən iki torpaq sahəsini qəbul edərək, mülkiyyət hüququ əsasında həmin torpaq sahələri üzrə 1/5 hissədə adlarına müvafiq çıxarışlar almışlar. Başqa ölkələrin (Türkiyə, Rusiya və Gürcüstan) vətəndaşları olan ərinin birinci ailəsindən olan vərəsələri ilkin vərəsəlik hüququ haqqında vəsiyyətnamələri məhkəmə qaydasında mübahisələndirdikdən sonra ilkin şəhadətnamələr ləğv edilmiş və artıq bütün vərəsələr birliklə notariat orqanına ümumi əsaslarla müraciət etdikdən sonra, övladlarının adına həmin miras əmlaklar üzrə artıq vərəsəlik hüququ haqqında yeni şəhadətnamələr verilərək, 1/16 hissədə müvafiq çıxarışlar verilmişdir. Hazırda övladları ödənişli əsaslarla orta və ali təhsil ocaqlarında təhsil alır. Ərinin dünyasını dəyişməsi ilə bağlı ailəsində olan maliyyə çətinlikləri ilə əlaqədar təhsil haqlarının vaxtı-vaxtında ödənilməməsi, artıq azyaşlı Yusifin təhsil aldığı məktəbdən kənarlaşdırılması məsələsinin gündəmə çıxarılmasına səbəb olmuşdur. Övladlarının mənafeyinin qorunmasına və sağlam gələcəyinin təminatı üçün onların yaxşı təhsil alması daha uyğundur, nəinki başqa ölkədə yerləşən hər hansı bir boş torpaq sahəsində onları 1/16 hissədə olan pay hüququ, bu səbəbdən təhsil haqlarının ödənilməsi üçün miras əmlakdan övladlarının payına düşən 1/16 hissəni digər vərəsələrə satmaq məcburiyyəti qarşısında qalmışdır. Yusiflə Bənövşə yetkinlik yaşlarına çatmadıqlarına görə, qeydiyyatda olduqları ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilməli olan müvafiq icazə məktubu notariat orqanına təqdim edilməsi üçün tələb olunur. İddia ərizəsinə əlavə olunan müvafiq icazənin Komissiyadan alınması üçün xx.xx.2023-cü il tarixli, **********755 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəni Səbail rayon İcra Hakimiyyətinin ümumi şöbəsinə xx.xx.2023-cü il tarixdə təqdim etdi. Həmin ərizə ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 15.00-da keçirilən Komissiyada o, Yusif və Bənövşə iştirak edib. Komissiyada bildirmişlər ki, uşaqların şəxsiyyət vəsiqələrini və yaşayış yerləri barədə arayış təqdim edildikdən sonra onlara icazə məktubu veriləcəkdir. Siyahı üzrə yeganə çatışmayan xx.xx.2023-cü il tarixli yaşayış yerləri barədə arayışı (Forma 2) və siyahıda qeyd olunmayan uşaqların şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərini xx.xx.2023-cü il tarixdə Komissiyaya təqdim etmişlər. Buna baxmayaraq bir ildən artıqdır ki, qeyd olunan məktub, qanunsuz olaraq, qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin onlardan tələb olunması məqsədi ilə qəsdən yubadılmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunan “Yetkinlik yaşına çatmayanların mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı tələb olnan sənədlərin siyahısı Komissiyasının əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə onlara təqdim olunmuşdur. Tələb olunan sənədlər: 1. Hər iki valideyn tərəfindən Səbail rayon İcra Hakimiyyətinin başçısının adına notarial qaydada təsdiq olunmuş ərizə; 2. Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamə və s.); 3. Yetkinlik yaşına çatmayanın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti; 4. Valideynlərin şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətləri; 5. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; 6. Yaşayış yerindən arayış - forma 2 qohumluq dərəcəsi; 7. Satılan əmlakın sənədlərinin notarial qaydada təsdiq olunmuş surəti; 8. 10 yaşından yuxarı uşağın razılıq ərizəsi. Komissiya tərəfindən onlara təqdim olunmuş siyahıda qeyd olunmadığı halda cavabdehin xx.xx.2023-cü il tarixli, 5-19/2-4/12-M-52-166 saylı məktubu ilə onlara əsassız olaraq bildirilmişdir ki, uşaqların vərəsəlik haqqında şəhadətnamələri təqdim edildikdən sonra miras əmlakın satılmasına icazənin verilməsi barədə müraciətə yenidən baxılacaqdır. Lakin qanunvericiliyin tələblərinə əsasən bu şəhadətnamələri onlar deyil, notariat orqanının özü Komissiyaya təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 100-cü bəndinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu şəxslərin adından müvafiq ərizələr onları təmsil edən həmin şəxslər tərəfindən yazılır və notariat qaydasında təsdiq edilir. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini göndərməlidir). Məktubdan və Azərpoçt qəbzindən göründüyü kimi, Təlimatın 100-cü bəndinin tələbinə əsasən xx.xx.2023-cü il tarixdə 2V-137, 2V-139 və 2V-141 reyestr nömrəsi ilə qeydə alınmış Vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətləri xx.xx.2023-cü il tarixdə sifarişli məktubla Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən cavabdehə göndərilmişlər (lakin cavabdeh belə bir məktubun gəlmədiyini bəhanə gətirərək üzərinə düşən vəzifəni icra etməkdən yayınaraq uşaqların mənafeyinə zidd hərəkət etməklə yenə də onların hüquqların pozmuş olmuşdur). Buna baxmayaraq, cavabdehin qanunsuz tələbləri səbəbindən xx.xx.2023-cü il tarixdə uşaqların vərəsəlik haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətlərini komissiyaya təqdim etmişlər. Lakin Komissiya əməkdaşları qanunun tələblərinə məhəl qoymadan onlara bildirmişlər ki, şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətləri deyil, əsilləri onlara təqdim olunmalıdır. Cavabdehin bu qanunsuz tələbini yerinə yetirib xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş xx.xx.2023-cü il tarixdə 2V-137, 2V-139 və 2V-141 reyestr nömrəsi ilə qeydə alınmış Vərəsəlik hüququ haqqında şəhadətnamələrin əsillərinə bərabər olan dublikatları cavabdeh təşkilatın dəftərxanasına təqdim etmişlər və cavabdeh orqanın işçisi “Məmmədova” tərəfindən rəsmi qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 5-19/2-14/12-M-52/2-166/2-t/1 saylı məktubu ilə onlara bu dəfə bildirilmişdir ki, vərəsəlik işi üzrə məhkəmə qərarının icra olunması ilə bağlı sənəd təqdim edildikdən sonra miras payın satılmasına icazənin verilməsi barədə müraciətinə yenidən baxıla bilər. Bu dəfə tərəfindən xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər cavabdeh təşkilatın dəftərxana işçisi “İ.Rzayeva” tərəfindən rəsmi qəbul edilmişdir: 1.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2349/2022 nömrəli qətnaməsi; 2.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-772/2023 nömrəli qərardadı; 3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsi; 4. “Məhkəmə qətnaməsinin icra olunması ilə bağlı” notariat orqanının xx.xx.2023-cü il tarixli, 841 nömrəli arayışı; 5. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin “İcraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı. Buna baxmayaraq cavabdehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli, 5- 19/2-14/12-M-52/5- 166/5-t/2, M-52/6-166/6 nömrəli məktubunda əsassız olaraq bildirilir ki, Komissiyaya qanunamüvafiq qaydada Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 5-19/2-14/12-M-52/7-166/7-t/3 saylı məktubu ilə onlara yenə də əsassız olaraq bildirilmişdir ki, Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin yenidən hansı əsaslarla tərtib edildiyi və məhkəmə qərarı vardırsa, həmin sənədlərin surətlərinin Səbail rayon İcra Hakimiyyətinə göndərilməsi xahiş edilmişdir. Bundan sona tərəfindən xx.xx.2023-cü il tarixli, HP-97-AZ/2023 nömrəli məktubla onlardan xx.xx.2023-cü il tarixli məktubla tələb olunan məhkəmə qərarları yenidən cavabdehə təqdim edilmişdir. Cavabdehin tələb etdiyi sənədlər ona yenidən təqdim olunmasına baxmayaraq xx.xx.2024-cü il tarixində Azərpoçt vasitəsi ilə rəsmi qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 5-19/2-4/12-1816-2023 nömrəli məktubla müvafiq icazənin verilməsindən əsassız olaraq imtina edilərək Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Payların özgəninkiləşdirilməsi üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia ərizəsi ilə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 6941/2024 nömrəli qərardadı ilə tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından və həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğundan işə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından mümkün sayılmamağı, həmçinin iddiaçının məqsədinə nail olmaq üçün cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmə həyata keçirmək hüququnun olması əsası ilə iddia mümkün sayılmamışdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-327/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı ilə X24 arasında 2000ci ildə faktiki ailə münasibətləri yaranmış, bu münasibətdən 4 övladları olmuş, onlardan X15 xx.xx.2011-ci ildə və X6 xx.xx.2014-cü ildə anadan olmuşlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının övladlarının atalarından miras qalmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin, həmçinin ünvan 6 yerləşən 0,12 ha və ünvan 4nında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissəsi üzərində mülkiyyət hüquqları mövcuddur və uşaqların həmin əmlaklar üzərində olan mülkiyyəti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, azyaşlı övladlarının mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirilməsi üçün icazə verilməsi ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinə müracət etsə də, sonuncu bununla bağlı hər hansı bir qərar qəbul etməmiş və bu səbəbdən o, azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin 1/16 hissədə, ünvan 6 yerləşən 0,12 ha torpaq sahəsinin 1/16 hissədə və ünvan 4nında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissədə olan paylarının özgəninkiləşdirilməsi üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə tələblə məhkəməyə müraciət etmişdir. Fiziki şəxslər arasında fəaliyyət qabiliyyəti olmayan və fəaliyyət qabiliyyəti məhdud olan şəxslər olur. Bu şəxslərin əmlakı və gəlirləri ola bilər. Nə qədər ki, belələrinin öz əmlakı və gəlirləri üzərində müstəqil sərəncam vermək hüququ ya yoxdur, ya da məhduddur, qanunvericilikdə bu məsələlərin həllinin xüsusi qaydaları müəyyən edilmişdir. Qəyyumluqda və himayədə olanın gəlirləri üzərində sərəncam hüququ bir qayda olaraq Qəyyumluq və Himayəçilik orqanının icazəsi ilə qəyyumlar və himayəçilər tərəfindən həyata keçirilir. Qəyyumluqda və himayədə olanların əmlakı ilə bağlı əqdlərin və onların hüquqlarından imtinasına səbəb olan əqdlərin bağlanması xüsusi qaydalarla həyata keçirilir. Qanunda birmənalı şəkildə nəzərdə tutulmuşdur ki, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda olanın əmlakının özgəninkiləşdirilməsinə dair əqdləri bağlaya bilməz. Bu qəyyumluqda və himayəçilikdə olanın əmlakını və hüquqlarını təkcə 3- cü şəxslərdən deyil, həm də qəyyumların və himayəçilərin mümkün sui-istifadəsindən qorumaq vasitəsidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının övladlarından X22 Respublikasında ödənişli təhsil müəssisəsində təhsil alması, Bənövşə Melnikovanın isə xəstəliyi ilə əlaqədar müvafiq xərclərin ödənilməsinə zəruriliyi yaranmasını əsas gətirərək həmin xərclərin qarşılanmasının uşaqlara mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsindəki payların özgəninkiləşdirilməsi yolu ilə mümkün olmasını bildirmişdir. İddiaçının nümayəndəsi bu zərurətin 2 ildən artıq yaranmasını qeyd etsə də, həmin müddətdə təhsil alan Yusifin təhsil haqqının mütəmadi ödənişlərinin həyata keçirilməsi müəyyən edilmişdir. Digər övladının isə xəstəliyi ilə bağlı zəruri vəsaitin tələb olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. İddiaçı tərəfindən xərcin ümumi məbləği və daşınmaz əmlakların 1/16 hissəsinin dəyəri barədə də sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun satışından əldə olunacaq pul vəsaitinin xərclərə yetərliyinin mümkünlüyünün müəyyən edilməsi barədə də araşdırma aparılması mümkün olmamışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddiasının isə təmin olunmasını xahiş edib şikayətində göstərir ki, X24 ilə 2000-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən X16 (xx.xx.2001), X14 (xx.xx.2004), X15 (xx.xx.2011) və X6 (xx.xx.2014) adlı övladları olmuşdur. X35 sağlığında bir valideyn kimi övladlarının hansı təhsil müəssisələrində təhsil alacaqlarını əvvəlcədən müəyyən etmişlər. Hazırda övladları ödənişli əsaslarla orta və ali təhsil ocaqlarında təhsil alırlar. Azyaşlı övladı X5 Tarabya İngiliz Okulları AŞ (TBS) təhsil alır. Ərinin dünyasını dəyişməsi ailələrində maliyyə çətinliklərin olmasına, təhsil haqlarının vaxtlı-vaxtında ödənilməməsinə, azyaşlı övladı Yusifin təhsil aldığı məktəbdən kənarlaşdırılması məsələsinin gündəmə çıxarılmasına səbəb olmuşdur. Övladlarının mənafeyinin qorunmasına və sağlam gələcəyinin təminatı üçün onların yaxşı təhsil alması daha uyğundur, nəinki, başqa ölkədə yerləşən hər hansı bir boş torpaq sahəsində onların 1/16 hissədə olan pay hüququ. Bu səbəbdən təhsil haqlarının ödənilməsi üçün miras əmlakdan övladlarının payına düşən 1/16 hissəni digər vərəsələrə satmaq məcburiyyəti qarşısında qaldı. Belə ki, X32 Okulları AŞ (TBS)-də illik təhsil haqqı 20.000 (iyirmi min) Böyük Britaniya funt sterlinqi (GBP) təşkil edir. Əlavə olunmuş cədvəldən göründüyü kimi, xx.xx.2025-ci il tarixinə bu məbləğ Azərbaycan manatı ilə 44.046,10 (qırx dörd min qırx altı manat on qəpik) təşkil edir. Mülki iş materiallarına əlavə olunmuş ********************30857 nömrəli,xx.xx.2024-cü il tarixli etibarnamənin 8-ci vərəqində əks olunmuş Melnikov Yusifə məxsus **********2 nömrəli və Melnikova Bənövşəyə məxsus **********6 nömrəli X12 Karlartından göründüyü kimi, onlar, Türkiyə Respublikasının vətəndaşlarıdır. X15 və X6 2023-cü ildən etibarən paylı mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasının ərazisində yerləşən üç sayda torpaq sahələrinin mülkiyyətçisidırlər. X15 və X2 Respublikasının vətəndaşları olaraq, vərəsəliklə əldə etdikləri qeyd olunan torpaq sahələrini qüvvədə olan qanunvericiliyin tələbi ilə bir il müddətində özgəninkiləşdirilməli olduqları halda, həmin əmlakların özgəninkiləşdirilməsi üçün tələb olunan cavabdeh tərəfindən müvafiq icazənin verilməməyinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48 və 49-cü maddələrinın tələblərini məcbur olaraq pozur. Bu qanun pozuntusunun aradan qaldırılması üçün iddia tələbi təmin olunmalıdır. Qətnamədə qeyd olunur ki, iş üzrə təqdim edilmiş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Yusif Melnikovun 2023/2024-cü təhsil ili üçün X32 Okulları Ticaret A.Şyə 20.000 türk lirəsi pul köçürülmüşdür. Mülki iş materiallarına əlavə olunmuş qəbzdən göründüyü kimi, əslində tərəfindən Yusif Melnikovun 2023/2024-cü təhsil ili üçün X32 Okulları Ticaret A.Ş-yə 20.000 türk lirəsi deyil, 20.000 (iyirmi min) Böyük Britaniya funt sterlinqi köçürülmüşdür. Əlavə olunmuş cədvəldən göründüyü kimi, xx.xx.2025-ci il tarixinə bu məbləğ Azərbaycan manatı ilə 44.046,10 (qırx dörd min qırx altı manat on qəpik) təşkil edir. Qətnamədə qeyd olunur ki, iddiaçının nümayəndəsi bu zərurətin 2 ildən artıq yaranmasını qeyd etsə də, həmin müddətdə təhsil alan Yusifin təhsil haqqının mütəmadi ödənişlərinin həyata keçirilməsi müəyyən edilmişdir. Digər övladının isə xəstəliyi ilə bağlı zəruri vəsaitin tələb olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. İddiaçı tərəfindən xərcin ümumi məbləği və daşınmaz əmlakların 1/16 hissəsinin dəyəri barədə də sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun satışından əldə olunacaq pul vəsaitinin xərclərə yetərliyinin mümkünlüyünün müəyyən edilməsi barədə də araşdırma aparılması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli notarial təsdiqli Miras payının alqı-satqı müqavilələrindən göründüyü kimi, digər övladları X16 və X8 həmin daşınmaz əmlaklarının 1/16 hissəsinin dəyəri ümumilikdə 29.750,00 (iyirmi doqquz min yeddi yüz əlli) manat təşkil etməklə, bu hissələr digər vərəsə olan Azərbaycan Respublikasının vətəndaşı olan X1. Göründüyü kimi, azyaşlı övladları Yusif və Bənövşənin eyni daşınmaz əmlaklarının 1/16 hissəsinin dəyəri Yusifin bir illik təhsil haqqından daha az məbləğ təşkil edir. Digər tərəfdən Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 1/16 hissəsinin payı – 0,0075 ha, həmin kənddə yerləşən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsinin 1/16 hissəsinin payı - 0,014 ha və nəhayət Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən ümumi sahəsi 0.2654 ha olan torpaq sahəsinin 1/16 hissəsinin payı - 0,016 ha təşkil edir. Yəni, bu paylar ümumi torpaq sahələrinin az, hətta cuzi bir hissəsini təşkil edir ki, onların üzərində hər hansı bir tikilinin inşa edilməsi mümkün olmamaqla yanaşı, Türkiyə Respublikasının vətəndaşları olmaqla daimi yaşayış yerləri Türkiyə olan azyaşlı uşaqların mülkiyyətində qalmasının onlar üçün heç bir əhəmiyyəti və mənası yoxdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Mülki iş materiallarına əlavə olunmuş ********************30857 nömrəli, xx.xx.2024cü il tarixli etibarnamənin 8-ci vərəqində əks olunmuş Melnikov Yusifə məxsus **********2 nömrəli və Melnikova Bənövşəyə məxsus **********6 nömrəli X12 Kartlarından göründüyü kimi, onlar, Türkiyə Respublikasının vətəndaşlarıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci və 49-cu maddəsinin tələbinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Məcəllənin 49.4-cü maddəsinin tələbinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin qanunvericiliyin tələbinə uyğun həll edilməsini xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Maddə 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Maddə 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Maddə 55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Maddə 55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir.
13. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” Bənd 1. Komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bənd 11. Komissiyalar yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində işlərə və ya materiallara aşağıdakı hallarda baxırlar: yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizələri olduqda.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
22. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olan maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
25. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
26. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin 1/16 hissədə, ünvan 6 yerləşən 0,12 ha torpaq sahəsinin 1/16 hissədə və ünvan 4nında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissədə olan paylarının özgəninkiləşdirilməsi üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qeyd olunması iddianın yalnız bu qaydada göstərildiyi üçün rədd yaxud təmin olunması üçün əsas ola bilməz. Çünki məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. m.14.1; 167.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək bu cür tələbi xahiş edərkən əslində “özgəninkiləşdirmənin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin icazəsi olmadan həyata keçirilməsi” nəzərdə tutduğunu və məhkəmədən bunun nəzərə alınmasını xahiş etmişdir. Demək ki, iddiaçının əvvəldən də niyyəti və istəyi qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan torpaq sahələrindəki payların özgəninkiləşdirilməsinə məhkəmə qərarı ilə icazə verilməsinə nail olmaq olmuşdur. Ancaq birinci instansiya məhkəməsi ümumiyyətlə iddiaçının həqiqi niyyəti və istəyi üzrə də heç bir dəyərləndirmə aparmamışdır.
27. Əvvəla, iddiaçının uşaqlarının əmlakına sərəncam verməsinin həyata keçirilməsi üçün, eləcə də hazırkı tələbin qanuni əsası kimi Ailə Məcəlləsinin 55.5-ci maddəsi çıxış edə bilir. Düzdü həmin norma da məsələnin həllini mülki qanunvericiliyə yönəldir yaxud göndərir. Mülki qanunvericilikdə isə bu məsələnin necə və hansı qaydada həll olunması Mülki Məcəllənin 36.2-ci maddəsində təsbit edilib. Başqa sözlə, qəyyum və himayəçi qəyyumluqda yaxud himayədə olanların əmlakının özgəninkiləşdirilməsi üçün qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almalıdır. Əks halda belə icazə olmadan qəyyum özgəninkiləşdirmə ilə bağlı əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Demək hazırkı işdə də uşaqların valideyni olan iddiaçı da uşaqların əmlakına sərəncam verməsi üçün qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almaq üçün həmin quruma müraciət etməli idi.
28. İşin mübahisəsiz halıdır ki, iddiaçı bu məqsədlə, yəni uşaqlara məxsus əmlakın özgəninkiləşdirilməsi məqsədi ilə 2023-cü ilin əvvəllərindən başlayaraq cavabdeh quruma dəfələrlə yazılı ərizə və ona əlavə edilmiş sənədlərlə müraciət edib, Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası isə müraciətlərin mahiyyəti üzrə heç bir araşdırma aparmamış, hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçıya imtina xarakterli məktublar göndərmiş, o cümlədən konkret olaraq hansı hüquqi sənədləri tələb etməsini açıqlamamış, sonuncu dəfə isə MPM-in 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etməyi töfsiyyə etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən tələbdə göstərilən məsələyə dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquq müəyyənedici sənədlər təqdim edilməsinə baxmayaraq cavabdeh qurum qanunla üzərinə qoyulmuş vəzifəsini icra etməməsinin, yəni uşaqlara məxsus əmlakın özgəninkiləşdirilməsinə icazə verməməsinin səbəblərini hər hansı bir arqumentlə ümumiyyətlə əsaslandırmayıb.
29. Apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsinin məlumalarından da bəlli oldu ki, əslində iddiaçı və uşaqları Qəyyumluq və Himayəçilik Komissiyasının iclasında iştirak edib, xx.xx.2011-ci il təvəllüdlü X7 izahatı alınıb, xx.xx.2014-cü il təvəllüdlü X4 xəstə olması müəyyən edilib. Bununla əlaqədar, məhkəmə cavabdeh quruma rəsmi müraciət edilərək uşaqların Komissiyada dindirilmələri ilə bağlı izahatlarının və protokollarının təsdiq edilmiş surətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olundu. Ancaq nə qədər təəcüb və təəssüf doğursa da cavabdeh qurum məhkəmənin qeyd olunan məzmundakı sorğusuna cavab olaraq iddiaçıya ünvanladığı və iş materialında da olan 01 dekabr 2023-cü il tarixli “qərar” adlandırdığı, əslində isə ziddiyyətli və bəhanə xarakterli məzmunu olan imtina məktubunu(i.v.35-38) təkrarən apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
30. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, cavabdeh qurumun apellyasiya instansiyası məhkəməsinin rəsmi müraciətinə də bu cür münasibət göstərməsi, yəni sorğuda göstərilən məsələlərə dair ümumiyyətlə cavab verməməsi uşaqların maraq və mənafeyinə də hansı dərəcədə laqeyid və biganə olmasını təzahür etdirir. Əks halda Komissiya ən azından məhkəmə sorğusunda göstərilənləri heç olmasa təkzib edərdi, ancaq bunu da etməyib yaxud etmək üçün marağı da olmayıb. Bu cür vəziyyətdə, yəni uşaqların maraq və mənafeyi cavabdeh qurumun Qəyyumluq və Himayəçilik Komissiyası üçün heç bir əhəmiyyət kəsb etmirsə, sözsüz ki, müraciətdə göstərilən məsələ barədə də hər hansı bir araşdırma aparmaqda maraqlı olmayıb. Bir daha qeyd olunur ki, qəyyumluq və himayə orqanının uşağın əmlakının özgəninkiləşdirilməsi ilə bağlı razılıq məsələsi qanunun imperativ tələbidir. Yəni, Komissiya konkret olaraq göstərilən məsələ ilə bağlı uşaqların maraq və mənafeyini nəzərə alaraq ya razılıq verməilidir, ya da razılıq verməkdən kifayət qədər ciddi və əsaslandırılımış səbəblər göstərməklə imtina etməsinə dair qərar qəbul etməlidir. Ancaq cavabdehin iddiaçıya ünvanladığı sonuncu imtina “qərar”ının məzmununda miras əmlakların vərəsəlik qaydasında uşaqların mülkiyyətinə keçdiyi tarixə qədər olan və qəyyumluq və himayə orqanının özgəninkiləşdirməyə razılıq veribverməməsinə heç bir təsiri və əhəmiyyəti olmayan, o cümlədən əvvəlki məhkəmə mübahisələrinə dair lazımsız və aid olmayan məlumatlar sadalanır. Ən acınacaqlısı isə həmin məktubda məhkəmə qərarı ilə əvvəlki vərəsəlik şəhadətnaməsi ləğv edildikdən sonra, qanun üzrə vərəsəlik şəhadətnamələrinin yenidən hansı əsaslarla tərtib edildiyi və məhkəmə qərarları vardırsa göndərilməsinin xahiş edildiyi göstərilib. İmtina qərarında yaxud məktubunda bu cür halların göstərilməsi yolverilməzdir. Çünki iddiaçı tərəf qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrindən uşaqların mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışlar təqdim edirsə və bu sənədlərin mötəbərliliyi, o cümlədən reyestrdəki qeydin məzmunu mübahisələndirilmirsə onda Komissiya vərəsəlik şəhadətnaməsinin hansı əsasla yenidən tərtib edilməsini yaxud məhkəmə qərarı əsasında olub-olmamasını yoxlamamalı, üstəlik iddiaçıdan ümumiyyətlə soruşmamalıdır. Çünki iddiaçı tərəf qəyyumluq və himayə orqanına yenidən vərəsəlik şəhadətnaməsinin hansı əsaslarla tərtib edildiyini izah etməyə borclu deyildir. Əvvəla ona görə ki, uşaqların vərəsə olmaları heç vaxt mübahisə doğurmayıb və onların mülkiyyətinə torpaq sahəsinin hansı əsasla keçməsini araşdırmaq da Komissiyanın işi deyil, əksinə həmin orqan uşaqların mülkiyyətini qorumağa cəhd etməlidir. İkincisi, qəyyumluq və himayəçilik orqanında bununla bağlı hər hansı bir şübhə var idisə, özləri bununla əlaqədar aidiyyəti dövlət orqanından rəsmi məlumat ala bilərdi, ancaq bunu da etməyib.
31. Göründüyü kimi, cavabdeh qurumun iddiaçının müraciətinə bu cür münasibətindən sonra məhkəmə müdafiəsi hüquqndan istifadə etmək qərarına gəlmiş və birinci instansiya məhkəməsi də işə mahiyyəti üzrə baxaraq iddianı rədd etməklə qəyyumluq və himayə orqanının səhvini tamamilə başqa səbəblərə görə təkrarlamışdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı övladları ilə ilə birlikdə Türkiyə Respublikasında yaşayır, uşaqlar həm də həmin ölkənin vətəndaşlığını əldə edib. X19 ödənişli əsaslarla orta təhsil alır. Bununla bağlı, yəni təhsil xərci ilə əlaqədar maliyyə çətinlikləri olduğu üçün, eləcə də Bənövşə Melnikovanın xəstəliyi ilə əlaqədar uşaqların hər birinin 1/16 hissədə paylı mülkiyyətində olan 3 ayrı-ayrı torpaq sahəsinin özgəninkiləşdirilməsi qərarına gəlinmişdir. İddiaçı tərəf həm iddiada, həm də apellyasiya şikayətində bunu hansı zərurətə və məqsədə görə etdiyini kifayət qədər geniş və əsaslandırılmış şəkildə, üstəlik bu halları təsdiq edən sübutlarla birlikdə məhkəməyə təqdim edib.
32. Birinci instansiya məhkəməsi isə qənaətində göstərib ki,... iddiaçının nümayəndəsi bu zərurətin 2 ildən artıq yaranmasını qeyd etsə də, həmin müddətdə təhsil alan Yusifin təhsil haqqının mütəmadi ödənişlərinin həyata keçirilməsi müəyyən edilmişdir. Digər övladının isə xəstəliyi ilə bağlı zəruri vəsaitin tələb olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Əvvəla, Yusif Melnikovun təhsil xərcləri üzrə mütəmadi ödənişlərin həyata keçirilməsi onun təhsil xərcinin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi zərurətini yaratdığını istisna etmir. Məhkəmənin yanaşmasından belə çıxır ki, iddiaçı tərəf mütəmadi olaraq təhsil xərcini ödəyirsə, demək ki, onların maliyyə çətinliyi ola yaxud yarana bilməz və bu hal da özgəninkiləşdirməni istisna edir. Bu cür ehtimal xarakterli qənaət isə iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki mütəmadi ödənilsə belə, bu cür təhsil xərcinin mənbəyi tükənə bilir və bunun üçün hazırkı işdə olduğu kimi əlavə mənbədən, yəni uşaqların paylı mülkiyyətində olan torpaq sahəsinin əvəzli özgəninkiləşdirilməsindən istifadə oluna bilər. Bunu onlara qadağan etmək olmaz. Məhkəmə həmçinin Bənövşə Melnikovanın da xəstəliyini qəbul edir, ancaq bununla bağlı zəruri vəsaitin tələb olunmasını təsdiq edən sübutların təqdim edilmədiyini göstərir. Əlbətdə ki, xəstəlik mövcuddursa, onun müayinə və müalicəsinə, eləcə də sonradan reablitasiyasına da ehtiyac olur və bunları təmin etmək üçün də zəruri vəsaitin tələb edilməsi həyatda həmişə baş verən hallara uyğun hesab edilir.
33. Bundan əlavə, birinci instansiya məhkəməsi qənaətində həmçinin göstərib ki,..iddiaçı tərəfindən xərcin ümumi məbləği və daşınmaz əmlakların 1/16 hissəsinin dəyəri barədə də sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun satışından əldə olunacaq pul vəsaitinin xərclərə yetərliyinin mümkünlüyünün müəyyən edilməsi barədə də araşdırma aparılması mümkün olmamışdır. Əvvəla, xx.xx.2023-cü il tarixli notarial təsdiqli miras payının alqı-satqı müqavilələrinə əsasən iddiaçının yetkinlik yaşına çatmış digər övladları X16 və X17 həmin daşınmaz əmlaklarının 1/16 hissəsinin müvafiq olaraq 5050, 9900 və 14800 manat dəyərində razılaşdırıb, ümumilikdə 29.750,00 (iyirmi doqquz min yeddi yüz əlli) manat təşkil etməklə, hər biri payını digər vərəsə olan X3. Bu sübutlar əvvəlcədən də “Elektron Məhkəmə” informasiya sistemində mövcud olmuşdur. Hətta mövcud olmasa idi, belə məhkəmə xidməti vəzifəsinə görə ehtiyac duyurdusa, iddiaçı tərəfə buna dair sübut təqdim etməyi təklif etməli idi. Çünki belə bir sübut olduğu üçün iddiaçı tərəf bunu mütləq ki, təqdim edərdi. Başqa sözlə, apellyasiya şikayətinə əlavə etdiyi kimi, iddia ərizəsinə də əlavə edərdi. Demək ki, torpaq sahəsinin satışından əldə olunacaq pul vəsaitinin xərclərə yetərliyinin mümkünlüyünün müəyyən edilməsi üçün heç araşdırma aparılmasına da ehtiyac qalmırdı. Çünki eyni ölçüdə və hissədə paylarını uşaqların digər qardaş və bacısı hansı qiymədə satması miras payın alqı-satqı müqavilələrində bəlli idi. Bir də ki, torpaq sahəsinin satışından əldə olunacaq pul vəsaitinin xərclərə yetərliyinin mümkünlüyünün müəyyən edilib-edilməməsi də heç nəyi dəyişmir. Çünki torpaq sahələri üzərində Yusif Melnikovun 1/16 hissədə olan paylı mülkiyyətinin dəyəri heç onun bir illik təhsil haqqının dəyərini ödəmədiyi bəlli idi.
34. Göstərilənlərlə yanaşı, Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 1/16 hissəsinin payı – 0,0075 ha, həmin kənddə yerləşən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsinin 1/16 hissəsinin payı - 0,014 ha və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən ümumi sahəsi 0.2654 ha olan torpaq sahəsinin 1/16 hissəsinin payı - 0,016 ha təşkil edir. Bu ölçüdə paylar ümumi torpaq sahələrinin cuzi bir hissəsini təşkil edir. Demək bu hallar da iddianın əsaslılığına dəlalət edən amillər hesab edilirdi. Ancaq birinci instansiya məhkəməsi bu halları da nəzərə almamışdır.
35. Ailə Məcəlləsinin 52-ci maddəsində göstərilir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək... hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə,... bilər. Apellyasiya baxışı zamanı video əlaqə vasitəsilə iddiaçı və uşaqları ilə əlaqə yaradıldı və onların məsələyə münasibəti öyrənilməyə çalışıldı. Yusif Melnikov mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsini istədiyini bildirdi. Bənövşə Melnikova isə həqiqətən nitqində qusuru olduğu üçün suala tam cavab verməkdə çətinlik çəkdi. Göründüyü kimi, hazırkı iddiada qaldırılan məsələyə 10 yaşına çatmış uşağın fikri də öyrənildi və fikrinin maraqlarına zidd olması da müəyyən edilmədi. Ona görə də məhkəmə tərkibinin vahid qənaətinə görə belə nəticəyə gəlinir ki, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan hər iki yaxud bir valideyni sağ olan uşağın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, uşağa mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə əmlakının azalmasına səbəb olan hər hansı digər əqdlər o zaman bağlana bilməz ki, həmin orqan bu cür əqdin uşağın maraq və mənafeyinə açıq-aşkar zidd olması barədə kifayət qədər əsaslandırılmış və mötəbər sübutlarla təsdiq edilən qərar qəbul etsin. Əks halda hazırkı işdə olduğu kimi qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan uşağın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən digər əqdlərin bağlanmasına məhkəmə qərarı əsasında icazə verilməlidir.
36. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 327/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli; xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin 1/16 hissə, ünvan 6 yerləşən 0,12 ha torpaq sahəsinin 1/16 hissə və ünvan 4nında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissəsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin(qəyyumluq və himayəçilik orqanının)icazəsi olmadan özgəninkiləşdirilməlidir.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-327/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin 1/16 hissəsi, ünvan 6 yerləşən 0,12 ha torpaq sahəsinin 1/16 hissəsi və ünvan 4nında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissəsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin(qəyyumluq və himayəçilik orqanının) icazəsi olmadan özgəninkiləşdirilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.