Məhkəmə qərarları › İş №2(103)-2890/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2890/2025

28.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2890/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-352/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdeh qismində "X12" Tam Orta Ümumtəhsil Məktəbi MMC cəlb edilməli, cavabdeh kimi cəlb edilmiş "HƏRRACLARİN TƏŞKİLİ MƏRKƏZİ" X11, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 1 saylı Bakı Ərazi idarəsi üçüncü şəxs kimi işə cəlb olunmalıdırlar. ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********20-06301 olan qeyri-yaşayış binasının 1/2 hissədə iddiaçıya məxsus pay üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "X12" Tam Orta Ümumtəhsil Məktəbi MMC arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə, İddiaçı ilə "X12" Tam Orta Ümumtəhsil Məktəbi MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin qüvvədə hesab edlməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsainin 2(005)-352/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-2546/2025 nömrəli iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və "X12" Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak X8 Komitəsinin Yanında Hərracların X10 Mərkəzi, Bakı şəhəri Səbail rayonu İcra Şöbəsi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 1 Saylı Bakı Ərazi İdarəsi, cəlb edilməklə) qarşı “icarə müqaviləsinin ləğv edilməsi və xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin qüvvədə hesab edilməsi” tələbinə dair e-2(005)-352/2025 saylı mülki işin icraatının dayandırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4, 255, 258.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2546/2025 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Bakı şəhəri Səbail rayonu İcra şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “daşınmaz əmlaka dair qeydiyyatın ləğv edilməsi və s.” tələbinə dair ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbindən göründüyü kimi, iddiaçı ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********20-06301 olan qeyri-yaşayış binasının 1/2 hissədə payı üzərində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı hüquqlarının dövlət qeydiyyatı yazısının bərpa edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2546/2025 saylı iş üzrə çıxarılacaq olan məhkəmə aktı hazırki mülki işin nəticəsinə bilavasitə təsir edir. Bu səbəbdən də həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, hazırkı iş üzrə icraat dayandırlmalıdır. Apellyasiya şikayətinin, ona qarşı etirazın dəlilləri, məhkəmənin mövqeyi: İddiaçı şikayət vermiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-352/2025 saylı iş üzrə icraatın dayandırılması barədə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88, 254.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi bu normanı tətbiq etməklə hazırki işin icraatını dayamdırmasını qəbul etmirik. Bakı inzibati Məhkəməsində qaldırılan mübahisənin hazırki mülki işin baxılmasına təsiri yoxdur. Belə ki, iddiaçının tələbi hərracın davam etdiyi bir müddətdə və əmlakın satışı ilə bağlı hərracın yekun protokolu olmadan, iddiaçı ilə bağlanmış icarə müqaviləsi qüvvədə olmasına rəğmən yeni icarə müqaviləsinin bağlanmasıdır. Həmçinin Maliyyə Nazirliyinin xx.xx.2024- cü il tarixli məktubuna diqqət yetirilməlidir. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, “xüsusi müsadirə edilmiş əmlakın satış məqsədilə təhvil verilməsi halları istisna olmaqla daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlakları təhvil alan təşkilatların hesabına və müraciəti əsasında onlar üzərində hüquqlar müvafiq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınır. Azərbaycan RespublikasıNazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 516 saylıQərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nın 3.1.8-ci yarımbəndinə əsasən bu qaydanın 3.1.1.-3.1.7-ci yarımbəndlərində əhatə olunmayan xüsusi müsadirə edilmiş əmlakın satışı Maliyyə Nazirliyinin sifarişi əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərrac yolu ilə həyata keçirilir. HəminQaydanın 3.7-ci bəndinə əsasən xüsusi müsadirə edilmiş əmlakın hərraclar vasitəsilə satışından daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun müvafiq tədbirlərin görülməsi və bu barədə Maliyyə Nazirliyinə məlumat verilməsi Sizə tapşırılır”. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin1 saylı Bakı Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqişəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ½ pay hissədə İddiaçı mülkiyyət hüquqları, ½ hissədə X2 mülkiyyət hüquqları qeydə alınmışdır. Qeyri-yaşayış binası üzərində İddiaçı ½ pay hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində **********20- 06301 nömrə ilə xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. xx.xx.2021-ci il tarixində ünvan 2 ünvanı üzrə hüquqi qeydiyyata alınan Cavabdeh6 ilə bağlanmış İcarə müqaviləsinə əsasən Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı məxsus ½ pay hissəsi icarəyə verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına xüsusi müsadirə tətbiq edilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli məktubla Maliyyə Nazirliyinin Baş Malliyyə İdarəsinə, “X5” X11nə, Baş Prokurorluğun Xüsusi X1 İdarəsinə, BakıAğır Cinayətlər Məhkəməsinə müraciət edərək, müsadirə edilməsi nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının maliyyə orqanının nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “X5” X11 tərəfindən etibarnamə ilə nümayəndə ayrılması, satışdan əldə edilən pul vəsaitinin dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi, icranın nəticəsi barədə məhkəməyə, şöbəyə və maliyyə orqanına məlumatın verilməsi xahiş olunmuşdur. İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, ərizə xx.xx.2024-cü il tarixli qərardadla təmin edilmiş, ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********20-06301 olan qeyri-yaşayış binasının İddiaçı məxsus ½ pay hissəsi üzərinə həbsin qoyulması, özgəninkiləşdirilməsi, ipoteka qoyulması, açıq hərracdan satışa çıxarılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması qadağan edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının icrası barədə xx.xx.2024-cü il tarixli Vəkil sorğusuna 3 oktyabr 2024-cü il tarixində cavab olaraq bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi nəzərə alınaraq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı ½ pay hissəsinə dair mülkiyyət hüququ ləğv edildiyindən, qeyd edilən daşınmaz əmlakın üzərinə həbsin qoyulması mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2024-cü il tarixindəBakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qüvvədə olduğu müddətdə, eyni zamanda Cavabdeh1 xx.xx.2023-cü il tarixli məktubunu nəzərə almadan Cavabdeh6 Tam Orta Ümumtəhsil Məktəbinə məktub ünvanlayaraq, Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarə müqaviləsi bağlanmasını təklif etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa Məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir”. Həmin qərarda vurğulanmışdır ki: X4 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyriməcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 254-258,267-269, 371, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və subyektiv mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Bu baxımdan prosessual qanunvericiliyə əsasən şikayət verən tərəf dayandırılmanın zəruri olmadığına dair dayanıqlı və sübutedici istinadlar təqdim etmədən ümumi mülahizələr yürütmüşdür. Halbuki, hazırki mülki işə inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan (qeyd edilən) iş həll edilməyincə işə baxmaq mümkün deyildir və bunun əksini iddiaçı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar