Məhkəmə qərarları › İş №2(103)-2893/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2893/2023

31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2893/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-554/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70.000 manat əsas borcun, 21.400 manat dəbbə pulunun, ödənilmiş 364 manat 20 qəpik dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi və ödəmənin Cavabdeh2 verilmiş **********87-05101-093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən «İpoteka qoyana» (Cavabdeh2) məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 134,3 m2 , yaşayış sahəsi 86,5 m2 , yardımçı sahəsi 47,8 m2 olan 3 otaqlı mənzilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına həyata keçirilməsi və ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 134,3 m2, yaşayış sahəsi 86,5 m2, yardımçı sahəsi 47,8 m2 olan 3 otaqlı mənzilin likvid dəyəri 70.000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-554/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-554/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi 21400 manat dəbbə pulunun ödənilməsi hissəsinin ləğv edilməsini, ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən mənzilin bu gün üçün orta bazar qiymətini müəyyən etmək üçün müvafiq ekspertizanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Bu Məcəllənin 384.0.1-384.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər. Bu baxımdan kollegiya qeyd edir ki, apelyatorun tələbi aydın şəkildə göstərilməmiş, məhkəmədən xahişinin nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Halbuki şikayət ilə yuxarı instansiya məhkəməsinə müraciət edərkən apellyator ilk olaraq qətnamənin tam və ya qismən ləğv edilməsi və yaxud dəyişdirilməsi ilə bağlı tələbini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş «Apellyasiya şikayətinin forması» başlıqlı Əlavə 2-yə uyğun şəkildə, yəni 12-ci qrafada dəqiq və aydın qeyd etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-554/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və Cavabdeh1 qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəlləsinin 402.2.1-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-554/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Cavabdeh1 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar