Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2896/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının etibarnamə əsasında nümayəndəsi X10 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X12 cavabdehlər “Oksigen” Klinik Xəstəxanasına və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Oksigen” Klinik Xəstəxanası və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında oğlu İddiaçı düzgün diaqnoz təyin edilməməsi, əsassız olaraq əməliyyat edilməsi və müayinələrdən keçirilməsi nəticəsində vurulmuş maddi ziyana görə 4.000 (dörd min) manat, mənəvi ziyana görə 10.000 (on min) manat və iddia qaldırmağa görə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi 1 və 2 saylı Sumqayıt şəhər xəstəxanalarında, sonda Dəri Zöhrəvi xəstəxanasında stasionar müaləcələr almış, xx xxx 2019-cu ildə o, Sumqayıt Unikal Klinikasında müayinə edilmiş, oranın həkimlərinin göstərişi ilə onu müayinə üçün Qanköçürmə institutuna, müayinədən sonra isə “Oksigen” Klinik Xəstəxanasına göndəriblər. Klinikanın həkimi Ramin İbrahimov xx.xx.2019-cu ildə onu müayinə etmiş, müayinə nəticəsində onun qarın boşluğunda 10 ədəddən artıq müxtəlif ölçülərdə-böyüyü 5.6 mm, kiçiyi 3.7 mm ölçüsündə limfa düyünlərinin olması barədə diaqnoz qoymuşdur. Müayinəyə görə 290 manat pul ödəmişdir. Bundan sonra səhhətinin ağır olmasından həyəcanlanaraq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gedib X15un qəbulunda olmuşdur. “Oksigen” Klinik Xəstəxanasının və Unikal Klinikasının verdiyi diaqnozları və digər tibbi sənədləri ona təqdim etmişdir. Sənədlərə baxandan sonra Yaqub həkim yenidən onu Ultrasəs müayinəsindən keçirmiş, “sağtərəfli körpücüküstü nahiyyədə 2.3x13 mm ölçüdə limfa düyünü” olması barədə diaqnoz qoymuşdur. Həmin nahiyyəni əməliyyat edib düyündən nümunə götürülməsini dedilər. X15 əməliyyatın 10-20 dəqiqəyə kimi davam edəcəyinin deyəndən sonra razılaşmışdır. Lakin əməliyyat 2 saat 30 dəqiqə davam etmiş və X15 çıxaraq demişdir ki, əməliyyat etdiyi nahiyədə limfa düyünü yoxdur. Professordan düyün yoxdursa nə üçün əziyyət verib heç nədən onu əməliyyat etdiyini soruşmuşdur. Halbuki, Yaqub həkim onu UZİ müayinəsindən keçirməklə diaqnoz qoymuş və professor diaqnozla tanış olmuşdu. Bundan sonra X15 Yaqub həkimi çağıraraq ona izah etmişdir ki, əməliyyat etdiyi körpücüküstü nahiyyədə limfa düyünü yoxdur. O, yenidən X7 həkimin yanına gəlmiş, tibbi sənədləri ona göstərib onda limfa düyünün olmamasını və əsassız əməliyyat edildiyini bildirmişdir. Sənədləri nəzərdən keçirəndən sonra İskəndər həkim ATU-nun cərrahiyə şöbəsinin müdiri Qalib həkimə zəng vurmuş, onun məsləhəti ilə həmin şöbənin müalicə həkimi professor Elçin Ağayevin yanına getmişdir. Elçin həkim tibbi sənədlərə baxandan sonra onu yenidən müayinələrdən keçirməklə, analizlər götürmüşdür. Elçin həkim onun qarın nahiyyəsindən 2 yerdən deşib əməliyyat etməklə 2 yerdən limfa düyün nümunələrini götürəcəkdi. Bu əməliyyatı 1.500 manata edəcəyini, həmin məbləğin 300 manatını hörmət edəcəyini söyləmiş, 1.200 manata razılaşmış və analizlərə görə 90 manat ödəniş etmişdir. xx.xx.2019-cu il tarixdə həkim onu əməliyyat edərkən əlavə olaraq qara ciyərindən də nümunə götürəcəyini, nümunəyə görə haqqı 1.200 manata daxil etməyəcəyini, ona bunu hədiyyə edəcəyini demişdir. Əməliyyat zamanı Elçin həkimin köməkşisi ondan “Oksigen” klinikasının verdiyi diski də götürmüşdür. Əməliyyat 3 saata qurtarmışdır. Elçin həkim qaraciyərdən götürdüyü nümunəni yoxlatdırmaq üçün vermişdir. Demişdir ki, qarın boşluğunda 3 ədəd limfa düyünü müəyyən edib, amma normada olduqlarına görə nümunənin götürülməsinə ehtiyac olmamışdır. Bundan sonra ödədiyi 1.200 manatdan 500 manatı ona qaytarmışdır. Əməliyyatdan sonra Elçin həkimə də irad olaraq həqiqətən düyün yox idisə onda nə üçün əməliyyat apardığını bildirmişdir. Cavabında demişdir ki, X8 verdiyi diaqnoza əsasən əməliyyat edib, diaqnozda da düyünlərin olması göstərilib, ona görə də əməliyyat etmişdir. Ona görə də əməliyyat zamanı diski də götürdü ki, mütəxəsisslərə təqdim etsin. Diskə mütəxəsislər baxanda limfa düyünlərinin olmaması müəyyən olunmuş və bundan sonra əməliyyatı dayandırmışdır. Ona görə də atası X6yıdıb X3 qəbulunda olmuşdur. Ona demişdir ki, verdiyi diaqnoz əsasında oğlunu ATU-nun Tədris Cərrahiyyə Klinikasında 2 dəfə əməliyyat ediblər, lakin onda limfa düyünləri aşkar olunmamışdır. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən iddiaçı X12 yazılı vəsatət verərək, onun əsl iddiaçı (oğlu) İddiaçı ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilərək iddiaçı X12 əsl İddiaçı ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “Oksigen” Klinik Xəstəxanasına və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh X14 və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası ona düzgün diaqnoz təyin etməmələri, diqqət ayırmamaları, əsassız olaraq 2 dəfə əməliyyat olunması nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Hesab edir ki, heç bir lüzum olmadan cavabdehlər tərəfindən əsassız diaqnoz verilməsi, səhv təyinatlar verilməsi, səhv labaratoriya nəticələri, səhvən 2 dəfə əməliyyat edilməsi onun sağlamlığına zərər vurulması və bundan sonra sağlamlıq durumu ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab, əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Ekspertiza rəyindən aydın olur ki, linfa düyünlərinin ölçüsü on dəfədən artıq şişirdilmişdir, yəni 5,6 mm əvəzinə 56 mm həkim rəyində qeyd edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 150/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X5 iddiaçının verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 150/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının etibarnamə əsasında nümayəndəsi X16 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq “Oksigen” Klinik Xəstəxanasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən “Oksigen” Klinik Xəstəxanasının nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “Oksigen” Klinik Xəstəxanası tərəfindən verilmiş Epikrizdən görünür ki, xx.xx.2019-cu ildə aparılan intraoperasion geniş təftiş zamanı qaraciyəraltı nahiyyədə böyümüş limfa düyünləri aşkar edilmədi. Bundan sonra intraoperasion təftiş dayandırıldı və KT müayinəsinin plyonka və diski klinikanın radioloq mütəssislərinə göndərildi.Onların rəyinə əsasən 1-ci raporda qeyd olunan böyük ölçüdə patoloji limfa düyünləri aşkar edilmədi və buna görədə limfa düyünlərinin təftişi dayandırıldı. Qaraciyərin sirroza bağlı morfostrukturunu öyrənmək üçün sağpaydan bioptat götürülməklə əməliyyat yekunlaşdırıldı. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçdi və xəstə kafi vəziyyətdə ambulator müalicəyə göndərildi. Aparılan müalicə: Ceftriakson 1.0 g, ringer 400 ml, NaCl 0.9%-400.0,analgin 4,0 metronidazol 100,0 ml. İş matеriallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 560/KEŞ nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2019cu il tarixdə “Oksigen” X4 X1 müayinəsindən keçirilmiş və müayinə zamanı onda çoxsaylı patoloji baxımdan böyümüş limfa düyünlərinin olduğu müəyyən edilmişdir. İnstrumental tədqiqat baxımından vizualizə olunan nahiyələrdə müəyyən edilmiş patologiyalar öz təsdiqini tapmışdır. Lakin dəqiq diaqnozun təyin edilməsi üçün biopsiyanm aparılması məsləhət görülmüşdür. 2. İddiaçı müəyyən olunan çoxsaylı patoloji baxımdan böyümüş limfa düyünlərinin morfoloji xüsusiyyətlərinin aydınlaşdırılması üçün bioptanın operativ yolla götürülməsinə tibbi göstəriş vardır. 3. İddiaçı aparılmış instrumental müayinə (KT) görüntüləri mövcud olduğundan onun üzərində operativ müdaxilənin aprılmasına əks göstəriş olmamışdır. 4. İddiaçı aparılmış müayinələr və diaqnozun dəqiqləşdirilməsi üçün üzərində icra edilmiş cərrahiyyə əməliyyatı (biopsiyanm götürülməsi) taktiki cəhətdən düzgün seçim olmuşdur. 5.7 İnstrumental müayinələr zamanı daxili orqanlarda hər hansı patoloji görüntülər müəyyən edildiyi halda diqnostik biopsiyanm aparılması tibbi göstəriş hesab edilir. 6. Qalınlaşmış iltihablı toxuma və ya limfa düyünün təyin edilməsi ultrasəs müayinəsinin informativliyindən asılıdır. Patologiyanın dəqiqləşdirilməsi isə biopsiyanm götürülməsi ilə təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllnin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı cavabdehdən sağlamlığının bərpa olunması üçün xərclədiyi 4.000 manat maddi ziyanın, 10.000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları, yəni onun sağlamlığında yaranmış fəsadların cavabdehlərin təqsiri üzündən baş verməsi barədə sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bundan başqa iddiaçı Hikmət Hüseynov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2896/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2896/2021
09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver