Məhkəmə qərarları › İş №2(103)-29/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-29/2021

04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-29/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - Bakı şəhəri İddiaçı nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə Bakı şəhəri İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 49 nömrəli qeyri-yaşayış binasının Cavabdeh2 tam mülkiyyətində olmasına dair cavabdeh tərəfindən verilmiş Seriya RX ******* saylı, xx xxx 2016-cı il tarixli çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçınə xx xxxxxxxx 2007-ci tarixdə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yeni layihə əsasında bərpa etdiyi mövcud pavilyonun onun adına rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmiş, İddiaçı başçısının xx xxxxxxx 2007-ci tarixli 328 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli 18/03-8/5974 saylı məktubu nəzərə alınaraq həmin pavilyon onun adına rəsmiləşdirilmişdir. Cavabdeh2 İddiaçınə xx xxxxxxxx 2012-ci tarixdə ərizə ilə müraciət edərək, adına rəsmiləşdirilmiş pavilyonun qarşılıqlı razılıq əsasında X9 adına sənədləşdirilməsini xahiş etmiş, bu müraciət əsasında İddiaçı başçısının xx xxxxxxxx 2012-ci tarixli 246 nömrəli sərəncamı verilərək, həmin sərəncamın birinci bəndində “İddiaçı başçısının xx xxxxxxx 2007-ci tarixli 328 nömrəli sərəncamının 2-ci bəndinə qismən dəyişiklik edilərək “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X9 adına rəsmiləşdirilsin” kimi oxunması nəzərdə tutulmuşdur. “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2007-ci il tarixli 586 nömrəli Fərmanının icrası ilə bağlı İddiaçı rəhbərliyi tərəfindən 2015-ci ilin noyabr ayında rayon ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrinin qorunub saxlanması və mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi barədə İddiaçı Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırıq verilmiş, araşdırmalar nəticəsində rayon ərazisində bir neçə faktlarla yanaşı Atatürk adına olan istirahət parkının ərazisində yerləşən “Şaurma” adlı qeyri-yaşayış sahəsi ilə bağlı pozuntular müəyyən edilmişdir. Buna görə də, İddiaçı başçısının xx xxxxxx 2016-cı tarixli 01 nömrəli sərəncamı ilə Nəsimi RİH Başçısının xx xxxxxxx 2007-ci tarixli 328 nömrəli və xx xxxxxxxx 2012-ci tarixli 246 nömrəli sərəncamları etibarsız hesab olunmuş, Cavabdeh2 tərəfindən qanunsuzluğun həyata keçiriləcəyi ehtimalı nəzərə alınaraq sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı RİH-nin sərəncamlarının surətləri Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2016-ci il tarixdə göndərilmişdir. Lakin sənədlər xx.xx.2016-cı il tarixdə geri qaytarılmış, Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı xx xxx 2016-cı il tarixli çıxarışa əsasən isə, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İddiaçı sadalanan faktlarla bağlı xx.xx.2016-cı il tarixli 1/2-412 nömrəli məktubu ilə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək qanunsuz çıxarışın ləğv edilməsini xahiş etmiş, həmin qurum tərəfindən göndərilmiş xx.xx.2016-cı il tarixli məktubda hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi göstərilmişdir. Cavabdeh2 xx xxxx 2016-cı il tarixdə İddiaçınə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxx 2016-cı tarixli 01 nömrəli sərəncamın (inzibati aktın) ləğv edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak 2007-ci ilədək mövcud olmamış, faktiki olaraq yeni daşınmaz əmlak kimi inşa olunmuş, bu zaman həmin daşınmaz əmlakın inşa edilməsi üçün qanunamüvafıq qaydada torpaqayırma sənədləri tərtib edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası xx xxxxx 2017-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ilə razılaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası xx xxxxxx 2017-ci il tarixli qərarla iddiaçının kassasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi xx xxx 2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binasını tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmiləşdirərkən qanunvericiliyin tələblərini nəzərə almamış, həmçinin Cavabdeh2 müraciəti əsasında İddiaçı başçısının xx xxxxxxx 2007-ci tarixli 328 nömrəli sərəncamının birinci bəndində dəyişiklik edilərək həmin qeyri-yaşayış sahəsininin başqa bir vətəndaşın - X9 adına rəsmiləşdirilməsinə əhəmiyyət verməmişdir. Beləliklə cavabdeh, qeydiyyat orqanı olaraq, İddiaçı başçısının sərəncamının ilkin redaktədə olub-olmamasını yoxlamayaraq qeyri-yaşayış sahəsini ixtiyarı olmayan şəxsin adına rəsmiləşdirmiş, qeyri-yaşayış sahəsi ilə bağlı RİH-nin sərəncamlarının surətlərinin ona xx.xx.2016-ci il tarixdə göndərilməsinə baxmayaraq Cavabdeh2 tərəfindən təqdim olunmuş sənədlərin həqiqiliyinə şübhə etmədən, xx.xx.2016-cı il tarixdə sənədləri geri qaytarmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin rəisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş edən Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yeni layihə əsasında bərpa etdiyi pavilyon İddiaçı başçısının xx xxxxxxx 2007-ci tarixli 328 nömrəli sərəncamı ilə adına sənədləşdirilmiş, sonradan həmin əmlak mülkiyyət hüququ üzrə adına qeydə alınmış, iddiaçı təşkilat isə qanunsuz olaraq müvafiq sərəncamı ləğv etməklə mülkiyyət hüququna müdaxiə etmişdir. İddiaçı artıq 2 ilə yaxındır ki, mülkiyyətində olan qeyri-yaşayış binasına dair xx xxx 2016-cı il tarixdə verilmiş çıxarışın ləğv edilməsi barədə müxtəlif məhkəmələrdə iddialar irəli sürmüş və çıxarışın etibarsızlığı barədə qaldırdığı iddia üzrə iddia müddətini ötürmüşdür. Lakin birinci instansiya məhkəməsi nə işin hallarına, nə iddiaçının iddia müddətini ötürmüş olmasına, nə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən eyni iddia tələbinin mümkünsüz sayılmasına əhəmiyyət vermədən qanunsuz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, nəticəsinin işin hallarına uyğun gəlmədiyini irəli sürən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, mübahisəsi gedən əmlak Cavabdeh2 adına qeydə alındığı zaman qanunvericiliyin tələbləri pozulmamış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyat aparılmışdır. Məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi X4, habelə Cavabdeh2 nümayəndəsi (vəkili) Habil İsgəndərov apellyasiya şikayətlərinin məzmununa uyğun izahatlar vermiş, Cavabdeh2 nümayəndəsi eyni zamanda iddiaçının subyektiv hüququnun olmadığını və “çıxarışın etibarsız hesab olunması” tələbinə mülki mühakimə icraatı qaydasında baxılmasının yolverilməzliyini irəli sürərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Bakı şəhəri İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı başçısının xx xxxxxxx 2007-ci tarixli 328 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli 18/03-8/5974 saylı məktubu nəzərə alınaraq Nəsimi rayonu, A. Bakıxanov və R. Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yeni layihə əsasında bərpa etdiyi mövcud pavilyon Cavabdeh2 adına rəsmiləşdirilmiş, Cavabdeh2 İddiaçınə xx xxxxxxxx 2012-ci tarixdə ərizə ilə müraciət edərək, həmin pavilyonun qarşılıqlı razılıq əsasında X9 adına sənədləşdirilməsini xahiş etdiyindən İddiaçı başçısı xx xxxxxxxx 2012-ci tarixli 246 nömrəli sərəncam vermiş, həmin sərəncamın birinci bəndində “İddiaçı başçısının xx xxxxxxx 2007ci tarixli 328 nömrəli sərəncamının 2-ci bəndinə qismən dəyişiklik edilərək həmin bəndin “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X9 adına rəsmiləşdirilsin” kimi oxunması nəzərdə tutulmuş, İddiaçı başçısının xx xxxxxx 2016-cı tarixli 01 nömrəli sərəncamı ilə isə Nəsimi RİH başçısının xx xxxxxxx 2007-ci tarixli 328 nömrəli və xx xxxxxxxx 2012-ci tarixli 246 nömrəli sərəncamları etibarsız hesab olunmuşdur. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, Cavabdeh2 Bakı şəhəri İddiaçınə qarşı “İddiaçı başçısının xx xxxxxx 2016-cı il tarixli 01 nömrəli inzibati aktının (sərəncamının) ləğv edilməsi” barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə rədd edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ilə, apellyasiya instansiyasının aktı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sözügedən məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, “....mübahisəsi gedən əmlak 2007-ci ilədək mövcud olmamış, faktiki olaraq yeni daşınmaz əmlak kimi inşa edilmiş, bu zaman həmin daşınmaz əmlakın inşa edilməsi üçün qanunamüvafiq qaydada torpaqayırma sənədləri tərtib edilməmişdir”. Bununla yanaşı iş materiallarından aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən bununla bağlı xx xxx 2016cı il tarixdə müvafiq çıxarış verilmişdir. İddiaçı işin məhz qeyd olunan hallarına əsaslanaraq hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürmüş, etibarsız hesab olunmuş və etibarsızlığı məhkəmə qərarı ilə təsdiq edilmiş sərəncam əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydiyyatın qanunsuz olduğunu iddia etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi həmin tələblə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 139-cu maddəsinin mənasına görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır (maddə 139.2.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3.). Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinə Cavabdeh2 mülkiyyət hüquqlarının xx xxx 2016-cı il tarixdə qeydə alınmasına əsas olmuş Nəsimi RİH başçısının xx xxxxxxx 2007-ci tarixli 328 nömrəli sərəncamının etibarsız hesab edilməsinə, bundan əvvəl isə həmin sərəncama dəyişiklik edilərək əmlakla bağlı hüquqların ümumiyyətlə başqa şəxsə keçirilməsinə və bu hallarla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məlumat verilməsinə baxmayaraq, həmin qurum məsələni araşdırmamış və qanunvericilyin tələblərini pozaraq hər hansı hüquqi əsas olmadan N.Nəsirova çıxarış vermişdir. Kollegiya, N. Nəsirovun iddia tələbi üzrə iddia müddətinin ötürülməsi arqumentinə də qiymət verərək qeyd edir ki, iş materiallarından iddiaçının vaxtında məhkəməyə müraciət etdiyi, lakin sonradan Cavabdeh2 “İddiaçı Başçısının xx xxxxxx 2016-cı il tarixli 01 nömrəli inzibati aktının ləğv edilməsi” predmetli iddia qaldırdığı, beləliklə də iddia müddətinin axımının kəsildiyi aydın olur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, hazırkı apellyasiya baxışı zamanı Cavabdeh2 İddiaçınə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “İddiaçı başçısının xx.xx.2016-cı il tarixli 01 saylı sərəncamının qismən etibarsız hesab edilməsi” barədə iddia qaldırdığı, lakin həmin tələbin də təmin edilmədiyi müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1391/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar