Məhkəmə qərarları › İş №2(103)-2906/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2906/2025

23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2906/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(001)- 2888/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəi ilə məhkəməyə müraciət edərək Bakı şəhər 32 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1281 reyestr nömrəli icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin, eyni zamanda hərrac prosesinin nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(001)- 2888/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, eləcə də qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən iddiaçıya aidiyyəti üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hazırda iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(001)- 2888/2025 saylı qərardadının əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında ona illik 32 (otuz iki) faiz hesablanmaqla 36 (otuz altı) ay müddətinə 43000 (qırx üç min manat) manat kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli 4233/2023 nömrəli kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə İddiaçı məxsus olan ünvan 1 ünvanında 8 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 72.90 kv.m ümumi, 42.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2A saylı mənzil "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2023-cü il tarixli, 4233/2023-İP nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Lakin sonradan "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ödənilməyən borca görə ipoteka predmeti olan ünvan 2 ünvanında 8 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 72.90 kv.m ümumi, 42.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2A saylı mənzilə tutma yönəldilməsini tələb etmişdir. Bakı şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1281 reyestr nömrəli icra qeydinə əsasən, ipoteka predmeti olan ünvan 2 ünvanında 8 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 72.90 kv.m ümumi, 42.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2A saylı mənzilə tutma yönəldilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 8 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 72.90 kv.m ümumi, 42.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2A saylı mənzilin qiyməti və kredit borcunun məbləği ilə bağlı mübahisələr mövcuddur. Belə ki, əmlakın qiymətinin və ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsi mümkün deyil. Ona görə də, icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin, eyni zamanda hərrac prosesinin nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəblə, tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edilərək, Bakı şəhər 32 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ1281 reyestr nömrəli icra qeydinin ləğv olunması tələb edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2888/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2888/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(001)- 2888/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan respublikası Mülki Prossesual Məcəlləsinin 167.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.2-ci maddəsinə əsasən tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir 167.1.4-ci maddəsinə əsasən birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir; 167.2-ci maddəsinə əsasən hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona istinad etmişdir ki, iddiaçı mənzilin qiymətləndirilməsini həyata keçirən orqanın rəyindən, kredit müqaviləsi üzrə tələb edilən borc məbləğindən və hərracın keçirilməsinin nəticələrindən narazı olmasına baxmayaraq, o, iddia tələbində cavabdeh qismində yalnız Bakı şəhər 32 saylı Notariat Ofisini qeyd etmişdir. Halbuki, iddia tələbinin həmin hissələrinə Bakı şəhər 32 saylı Notariat Ofisi cavab verməli olan tərəf deyil. Bakı şəhər 32 saylı Notariat Ofisi ilə əlaqədar olmayan bir neçə tələbi ona qarşı birləşdirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, məhkəmənin iddia ərizəsinin geri qaytarmasına əsas kimi gətirdiyi hal hazırki işin halları baxımından mövcud deyil. Yəni, iddiaçının tələbində qoyduğu məsələ biri digəri ilə əlaqəli olmaqla bağlı olan tələblərdir. Lakin yalnız həmin tələbə cavab verməyən orqan kimi Bakı şəhər 32 saylı Notariat Ofisinin qoyulması iddianın geri qaytarılması üçün əsas ola bilməz. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, prosesual qanunvericilin tələblərinə əsasən məhkəmə zəruri hesab edərsə, iddianın mümkünlüyünə tərəflərin iştirakı ilə baxa və iddianın mümkünlüyünü istisna edən halları tərəflərlə birlikdə müzakirə edərək aradan qaldırılmasını müzakirə edə bilər. Bundan başqa, kollegiyası qeyd edir ki, qanunvericilik iş üçün əhəmiyyətli olan sənədlərin işin təqdim edilməsi, eyni zamanda iddiaya cavab verilməli olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi üçün məhkəmənin hazırlıq iclası yekunlaşana qədər iş üzrə tərəflərə şərait yaratmışdır. Bu hallara riayət edildiyi halda iddiaçı tərəfindən digər cavabdehlərin də işə cəlb edilməsi mümkün ola bilər. O cümlədən ümumiyyətlə iddiaya cavab verməli olmayan şəxsə qarşı yönələn tələblər üzrə birinci instansiya məhkəməsi iddiaya cavab verilməli olan cavabdehin əsl cavabdehlə əvəz edilməsini, yaxud da digər proses iştirakçısı kimi prosesə cəlb edilməsini iddiaçıya təklif edə bilər. Belə olan halda iddiaçı cavabdehin əvəz edilməsini və ya cəlb edilməsini qəbul etməzsə, bu iddianın təmin edilməməsi üçün əsas ola bilər. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar birbaşa olaraq məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hal kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(001)-2888/2025 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(001)- 2888/2025 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar