Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-291/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsnova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil3, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 və nümayəndəsi Vəkil1 iştirakları ilə, iddiaçı "A.R. & KO” MMC-nin Cavabdeh1 qarşı borc tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/2021 saylı mülki iş üzrə 05.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı "A.R. & KO” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "A.R. & KO” MMC Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, 13 nömrəli ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin dəyərinin ödənilməmiş qalan 877238 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq "A.R. & KO” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: notariat işinin surətinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, 13 nömrəli ünvanda yerləşən əmlak kompleksi mənzil mülkiyyət hüququ əsasında "A.R. & KO” MMC-yə məxsusdur (ı.cild.səh.319-342); Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən, "A.R. & KO” MMC-nin 12.05.2014-cü il tarixə olan vəziyyətdə X19 20 pay və Şahid2 Əlicəfər oğlu 280 pay nizamnamə kapitalında maya miqdarına malik olmaqla təsisçiləri olmuşlar (ı.cild.səh.334); 12 may 2014-cü il tarixli 1 saylı əmrə əsasən Nümayəndə təsisçilər tərəfindən "A.R. & KO” MMC-nin direktoru təyin edilmişdir (ı.cild.səh.335); "A.R. & KO” MMC-nin təsisçilərinin 27 may 2014-cü il tarixli ümumi yığıncağının qərarına əsasən, MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1686,5 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin 1.1028 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1 satılması və əmlakın satılmasının MMC-nin direktoru Nümayəndə həvalə edilməsi qərara alınmışdır (ı.cild.səh.336); 29 may 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı "A.R. & KO” MMC Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1686,5 kv.metr təşkil edən qeyriyaşayış sahəsini (əmlak kompleksi kimi müəssisəni) həmin qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin) 1.1028 ha torpaq sahəsi ilə birlikdə alıcı Cavabdeh1 mülkiyyətinə vermişdir (ı.cild.səh.322); Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən "A.R. & KO” MMC-nin 22.04.2016-cı il tarixdən hal-hazıradək Nümayəndə 280 pay və Şahid1 20 pay nizamnamə kapitalında maya miqdarına malik olmaqla təsisçiləridir (ı.cild.səh.20). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64, 93-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisəli əmlak kompleksinin Cavabdeh1 satılması "A.R. & KO” MMC-nin təsisçiləri dəyişilənə qədər başa çatmış və müəssisə yeni təsisçilərə artıq mövcud vəziyyətdə keçmişdir. Nümayəndə mübahisəli əmlak kompleksinin Cavabdeh1 satılmasından sonra təsisçi olduğuna görə iddiaçı həmin əmlak kompleksi ilə əlaqədar iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Ona görə də, hazırki iddia tələbi də əsassız hesab olunmalı və rədd edilməlidir. İddiaçı "A.R. & KO” MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-120/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsinin ləğv olunması və İddiaçı MMC-nin Cavabdeh1 qarşı “pul” tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 88, 106, 144, 357, 372, 385, 386, 387, 389, 425, 427, 430,567, 598, 646; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52; Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, hazırki mülki iş üzrə iddiaçı Nümayəndə deyil, İddiaçı MMC-dir. Məhkəmənin Nümayəndə iddiaçı zənn etməklə, subyektiv hüququnun olmamasına istinad etməklə iddanı rədd etməsi tamamilə əsassızdır və qanunsuzdur. Məhkəmə belə qənaətə gələn zaman hüquqi şəxs anlayışı ilə hüquqi şəxsin təsisçisi anlayışını qarışdırmış, iddiaçının və satıcının təsisçi deyil, hüquqi şəxs olmasına diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi 1 ilə yaxın müddətdə məhkəmə araşdırmasını davam etdirdikdən sonra belə qanunsuz qətnamə qət etməsi iddiaçının prosessual hüquqlarının pozulmasına və məhkəmə süründürməçiliyinə səbəb olmuşdur. Göründüyü kimi, alqı-satqı müqaviləsinin tərəfləri “A.R. & KO"' MMC və Cavabdeh1dur. Bundan əlavə, mübahisəli əmlakın alqı-satqı dəyərinin müqavilədə 100000 manat göstərilməsinə baxmayaraq faktiki olaraq əmlakın dəyərinin ******* ABŞ dolları olması və əmlakın ******* manata satılmasının razılaşdırıldığı işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh1 mübahisəli əmlakın alqı-satqı dəyərinin ******* ABŞ dolları olduğunu etiraf etdiyindən iddiaçı olaraq sübut etmə vəzifəsindən azadıq. Cavabdehin etirafı məhkəmə iclasının video çəkilişində və məhkəmə protokollarında qeyd edilmişdir. Cavabdeh məhkəmə iclasında öz etirazının əsası kimi iki halı - əmlakın dəyəri olan 2 500 000 ABŞ dollarını tam ödəməsini və əmlakı aldığı zaman "A.R. & KO” MMC-nin təsisçisinin Nümayəndə olmamasını göstərmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh1 cavabdeh Nümayəndə qarşı “pul tələbi və qeyri-yaşayış sahəsindən çıxarılma”ya dair idaia tələbi ilə Suraxanı Rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsində də göstərmişdir ki, “iddiaçı Cavabdeh1 cavabdeh Nümayəndə ilə bağladığı 29 may 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, cavabdehə məxsus, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1686,5 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini (əmlak kompleksi kimi müəssisəni) 1.1028 ha torpaq sahəsi ilə birlikdə faktiki olaraq ******* ABŞ dollarına almışdır”. Məhkəmənin gəldiyi qənaətə görə "A.R. & KO” MMC-nin öhdəliklərini və vəzifələrini təsisçilər daşımış və yalnız təsisçilərin hazırki iddianı qaldırmaq hüququ olmuşdur. Halbuki, məhkəmə nəzərə almamışdır ki, hüquqi şəxsin əvvəllər əldə etmiş olduğu hər hansı bir tələb hüququnun, onun təsisçisinin kim olmasından asılı olmayaraq, həmin tələb hüququnun yaranmış olduğu andan sonra hüquqi şəxsə rəhbərlik edən istənilən şəxs tərəfindən hüquqi şəxsin adından irəli sürmək hüququ vardır. Yəni hətta Nümayəndə "A.R. & KO” MMC-yə uzun illərdən sonra da təsisçi və ya direktor təyin edilərdisə, onun "A.R. & KO ” MMC-nin ödənilməyən aktivlərini "A.R. & KO ” MMC-nin adından tələb etmək hüququ olmuş, "A.R. & KO” MMC öz əmlakını satan zaman Rəhilə Əsədulazadənin "A.R. & KO” MMC-nin təsisçisi olmaması "A.R. & KO” MMC-ni satdığı əmlakın pulunu tələb etməkdən məhrum etməmişdir. Göründüyü kimi məhkəmə belə qənaətə gəlməkdə səhv etmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə əsassız və qanunazidd qətnamə qəbul etmişdir. Əslində isə məhkəmə "A.R. & KO” MMCnin iddia tələbinin əsaslı olmasını, iddia tələbinin cavabdehin etirafı ilə tam olaraq sübuta yetirilməsini görmüş, iddia tələbinin başqa əsasla rədd edilməsinin mümkün olmamasını başa düşüb, iddiaçının hazırki tələblə məhkəmədə çıxış etmək üçün subyektiv hüquqa malik olmamasını əsas gətirmişdir. Məhz bu baxımdan məhkəmə öz qətnaməsində məhkəmə iclasında tədqiq edilən heç bir sübuta qiymət verməmiş, cavabdehin iddianı qismən etiraf edərək satılan əmlakın dəyəri qismində ******* ABŞ dolları ödəmək öhdəliyinin olmasını göstərməsinə, lakin etirazının əsası kimi həmin məbləği ödəməsi barədə gətirdiyi dəlillərə toxunmamışdır. Halbuki, cavabdehin məhkəmə iclasında satılan əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlillər heç biri öz təsdiqini tapmamış, cavabdeh öz etirazının əsaslandığı halları bu hissədə sübut edə bilməmişdir. Məhkəmə isə bu barədə öz qətnaməsində göstərməmiş, cavabdehin aldığı əmlakın dəyərini ödəyibödəməməsinin sübuta yetirilib-yetirilməməsinə toxunmadan qeyri-müəyyən bir qətnamə qəbul etmişdir. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 nömrəli ünvanda yerləşən əmlak kompleksinin müqavilə bağlanan dövr üçün real bazar dəyəri də ******* - ******* ABŞ dollarıdır. Bu əmlak Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən təyin edilən və "xxxx" MMC tərəfindən verilən qiymətləndirmə rəyi ilə də təsdiq olunmuşdur. Hazırda iddiaçı "A.R. & KO” MMC Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 nömrəli ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin dəyərinin ödənilməmiş qalıq borcunu - 877238 ABŞ dolları məbləğində pulu tələb edir ki, həmin məbləğ 29 may 2014-cü il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq hal-hazıradək ödənilməmişdir. Bundan əlavə, Cavabdeh1 iddia ərizəsinə etirazında qeyd etmişdir ki, guya R.Əəsədullazadəyə 91.000 ABŞ dolları borcu qalmışdır. Halbuki, həmin borcun hazırki əmlakla əlaqəsi yoxdu, həmin borc 09.10.2017-ci il tarixli kredit müqaviləsinə əsasən verilmişdir. Bu fakt Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, 30.05.2019-cu il tarixli qətnaməsi və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1681/2021 saylı, 12.03.2021 -ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəmə tərəfindən işə baxılarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1; 386.1; 389.1; 425.1; 425.2; 427.2; 430.1; 442.1; 144.1; 567; 598.1; 646.1; 646.2-ci maddələrinin; MPM-nin 88; 106.3 və 217ci maddələrinin tələbləri pozulmuş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hakim səhv hüquqi nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; Azərbaycan Resublikaı Vergilər Nazirliyi Kommersiya Hüquqi X4 Çıxarışa əsasən, "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndədır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 19.03.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, ev 17, 126 saylı mənzil ‘Akhundovskiy” MTK üzvlərinin ümumi iclasının 8 saylı, 08.1 i.2018-ci il tarixli protokolundan çıxarışa, 510 saylı, 08.11.2018-ci il tarixli maliyyə arayışına əsasən 27.11.2018-ci il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, ev 13, 21 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının 6 saylı, 10.11.2015-ci il tarixli protokolundan çıxarışa, 269 saylı, 10.11.2015-ci il tarixli maliyyə arayışına əsasən 24.11.2015-ci il tarixdə Şahid4 adına ilkin qeydiyyatdan keçmişdir. Lakin, 50 saylı DNK-nın 4Ə/866 reyestr nömrəli 10.09.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2021-ci il tarixli qərardadına əsasən mühasibatlıq və qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizası təyin edilmiş və 18.08.2021-ci il tarili Property MMC tərəfinfən verilmiş rəyə əsasən Bakı şəhəri. Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13N ünvanında yerləşən, mülkiyyətdə olan 1,1028 ha (110,28 sot) torpaq sahəsi üzərində 1686,5 kv.m sahəli əmlak kompleksi kimi müəssisənin hazırkı tarixə olan bazar dəyəri ******* manat və likvid dəyəri ******* manat müəyyən edilmişdir;- Azərbaycan Respublikası Auditorlar Palatasının 04.10.2021-ci il tarixli rəyinə əsasən istər satıcı, istərsə də alıcı, arasında əmlak kompleksinin alqı-satqısına dair aparılmış əməliyyatlar mühasibatlıqda rəsmiyyətə salınmamışdır.Yəni, pulun verilməsinə dair məxaric sənədi sənəddə pulun alınmasına dair imza edilməməsi, əlavə xərclərin çəkilməsinə dair sənədlərin olmaması, tərəflərin həmin sənədləri imzalamamsı və bu kimi hallar satıcı və alıcı arasında sonda narazılıqlara səbəb olmuşdur. Buda cəmiyyətdə əldə "Mühasibat uçotu haqqında" 29.06.2004-cü il tarixli 7İ6- Q saylı Azərbaycan Respublikasının Qanunun pozulması kimi, qiymətləndirilməlidir. Satıcı iddia etdiyinə əsasən 877239.00 ABŞ dolları, məbləğində hazır ki, dövrə borclu olduğu göstərmişdir. Alıcı isə 2529395.00 ABŞ dolları məbləğındə əmlaka görə satıcıya pul ödənilmişdir. Sonda satıcının ona 29395.00 ABŞ dolları məbləğində artıq ödənilməsi göstərilmişdir. Artıq ödənilmiş məbləği onunla izah etmişdir ki, Rəhilə tərəfindən ona dəfələrlə deyilmişdir ki, ondan aldığı mənzilləri ucuz qiymətə satmışdır. O. da həmin 29395.00 ABŞ dolları məbləğində pulu Rəhiİəyə zərəri ödəmək məqsədi ilə kompensasiya etdiyini göstərmişdir. İstər satıcı, istərsədə alıcı tərəfləri arasında "Daşınmaz Əmlakın Alqı-Satqısına dair" 29.05.2014-cıi il tarixlə bağlanılmış müqavilə reallığı əks etdirmir. Yəni, əmlak Kompleksinin real bazar dəyəri 2500000.00 ABŞ dolları məbləğində aralarında razılaşdırma olsa da, müqavilədə məbləğ 100000.00 manat göstərilmişdir. Bu da alqı satqı müqaviləsində məbləğin dəfələrlə az göstərilməsi ilə nəticələnmişdir. 126 saylı mənzil tərəflər arasında mübahisə mövzusu olduğu üçün mənzilin faktiki sahibi X8 izahatı alınmalı və qeyd edilın məsələdə kimin haqlı, kimin haqsız olduğuna aydınlıq gətirilməlidir.Təqdim edilmiş məhkəmə sənədlərindən və aparılmış auditor araşdırlmasından görünür ki, cəmiyyətin təsisçisi Şahid2 alqı-satqı ilə aparılmış bütün əməliyyatlarında sonuncu özü iştirak etmişdir. Alıcı Yaşarın bildirdiyinə görə bütün əməliyyatlarda haqq hesabı Şahid2lə aparmış və onun satıcıya heç bir borcu olmamışdır. Bu barədə Şahid2 dindirilməlidir. Rzayevin nümayəndəsi R.Əsədullayev alqısatqıda direktor kimi iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.11.2021-ci il tarixli qərardadına əsasən əlavə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Auditorlar Palatasının 01.02.2022-ci il tarixli rəyinə əsasən, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 20.10.2012-ci il tarixli ********** saylı qeydiyyat nömrəli seriyası RX Ns-si ******* olan çıxarışa əsasən (reyestr nömrəsi **********69-12301) Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 13N ünvanda olan "xxxx" MMC-yə məxsus ümumi sahəsi 1686,5 kv.m, torpaq sahəsi 1.1028 ha olan əmlak kompleksi kimi müəssisə (qeyri yaşayış sahəsi) "xxxx" MMC-nin adından çıxış edən qanuni təmsilçi Nümayəndə tərəfindən 29 may 2014-cü il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, İnşaatçılar prospekti, ev 6, mənzil 10-da yaşayan Cavabdeh1 100000 (bir yüz min) manata Bakı şəhəri, 54 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Bu barədə notarius tərəfindən reyestrdə 4Ə/98 nömrə ilə qeyd aparılmışdır. Rəsmiyyətdə əmlak 100000 manata satılsada əslində satıcı və alıcı əmlakın ******* ABŞ dollarına (o vaxtki kurs ilə ******* manat) satılmasını razılaşıblar. Bunu hər iki tərəf, iddiaçı və cavabdeh audit yoxlamasına verdikləri izahatlarındada təsdiq ediblər.Cavabdeh1 audit yoxlamasına verdiyi izahatında bildiribki satıcı "xxxx" MMC ilə aralarında qeyri rəsmi razılaşdırılmış ******* ABŞ dolları məbləği tam ödəmişdir. Cavabdeh1 auditə verdiyi izahatında bildirirki o borcun bir hissəsini şirkətdən zərər çəkmiş 28 nəfər şəxsə 810000 manat dəyərində avtomobil, Axundovski MTK-dan Nümayəndə qızma dəyəri 504000 manat olan 309-310 nömrəli mənzillər, Axundovski MTK-dan Nümayəndə dəyəri 262460 manat olan 126 nömrəli mənzil, Asifə verilmiş dəyəri 130000 dollar olan S-63 markalı Mersedes avtomobili, Yenə Asifə verilmiş dəyəri 55600 manat olan 3 ədəd avtomobil verməklə əmlak vasitəsilə ödəmiş, bir hissəsini isə şirkətin təsisçisi Razi Rzayevə 60000 manat, ƏDV-yə görə yenə Razi Rzayevə 18000 manat, Asifə 75000 dollar, Nümayəndə isə 8500 manat nağd olaraq ödədiyini göstərmişdir. Bundan əlavə o alqı-satqı müqaviləsinə görə müqavilədə göstərilən 100000 manat məbləğində pulun satıcıya ödənilməsi üçün notariusun depozit hesabına ödədiyini bildirir. Beləliklə o izahatında satıcıya ******* manat ödənişlərin edildiyi dövrlərin kursu ilə ******* ABŞ dolları ödənildiyini göstərmişdir. Cavabdeh1 bildirmişdirki onda izahatında gösdərdiyi ödənişlərə dair hər hansı rəsmi ödəniş sənədi yoxdur. İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə audit yoxlamasına izahat verərək bildirib ki, Cavabdeh1 tərəfindən aldığı əmlak kompleksinə görə şirkətə həyat yoldaşı Şahid1 zərər çəkmiş şəxslərə 765825 manat (dollar hesabıyla 976817) ödədiyini (minik maşını və nağd pul ilə), birdə Axundovski MTKdan dəyəri 504000 manat olan (dollar hesabıyla 642857) iki mənzil verdiyi barədə izahat vermişdir. Ümumilikdə Cavabdeh1 aldığı əmlak kompleksinə görə şirkətə ******* manat dollar hesabıyla ******* dollar ödəmişdir. Onun haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zamanı ondan istintaqa şikayət edəcəyimi bildirdikdə mənə borcundan 5000 dollar, manat hesabıyla 8500 manat verərək ödəniş qəbzi aldı. Beləliklə hal-hazırki tarixədək Cavabdeh1 şirkətə manat hesabıyla 681675 manat, dollar hesabıyla 875326 dollar borcu qalmışdır. Əgər ödənişi danmaq fikrim olsaydı aldığı əmlak kompleksinə görə zərər çəkənlərə ödədiyi 765825 manat və verdiyi 504000 manat dəyərində olan mənzillərin də onun tərəfindən verildiyini danardı. Çünki həmin ödənişlərində bizə verilməsi rəsmiləşdirilməmişdir və şirkətin bir qanuni təmsilçisi kimi buna görə Cavabdeh1 heç bir ödəniş sənədi verməmişdir. Ona yalnız 2018-ci ildə aldığı 5000 dollara görə qəbz vermişdir. Beləliklə auditin nəticəsi olaraq audit yoxlamasına təqdim edilən iş materiallarında Cavabdeh1 tərəfindən "xxxx" MMC-dən aldığı əmlak kompleksinə görə etdiyi ödənişlərin satıcı tərəfindən ödənilməsini təsdiq edən rəsmi sənədlərə rast gəlmədi. Cavabdeh1 audit yoxlaması zamanı verdiyi izahatında bildirdiki onun şirkətə ödədiyi ödənişlərə görə ( əmlaka və nağd pula görə) rəsmi sənədi yoxdur. Buna görədə cavabdehin şirkətə ödədiyini iddia etdiyi məbləğlərin audit yoxlaması ilə həqiqiliyini müəyyən etmək olmadı. Nəticə olaraq Cavabdeh1 "xxxx" MMC-dən aldığı əmlak kompleksinə görə razılaşdırılmış ******* ABŞ dollarını, manat hesabıyla ******* manatı tam ödədiyini, iddiaçının qanuni təmsilçisi Nümayəndə isə cavabdehin şirkətə dollar hesabıyla 875326 manat hesabıyla 681675 manat borclu qaldığını iddia edirlər. Bu yalnız məhkəmə istintaqı yolu ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə tələbinin 877238 dollar olduğunu, Cavabdeh1 əməlləri ilə bağlı korrupsiya idarəsinə, baş prokurorluğa, banditizm idarəsinə müraciət etdiyini, mülki iş olduğundan şifahi şəkildə məhkəməyə müraciət etməli olduğu cavabını aldığını, sözügedən üçüncü mənzili satmadığını,Yaşara qaytardığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 kompleksin qiymətinin ******* azn olduğunu, iki mənzilə görə 504000 azn ,maşınlara görə 765825 azn ödənildiyini, qalıq borcun 692675 azn , əlavə xərclərə görə qalıq borcun 691575 azn (882238 dollar) olduğunu, 2018-ci ildə 5000 dollar ödənildiyindən 877238 dollar borcun qaldığını, Razi adlı şəxsin bu işə adiyyatının olmadığını, münasibətlərin hüquqi şəxs olan "xxxx" MMC ilə fiziki şəxs arasında olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə izahatını məhkəməyə təqdim etmiş və izahatında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə İdarəsində istintaq edilən cinayət işi üzrə 2012-ci ildə həyat yoldaşı Şahid1 günahsız olaraq həbs olunmuşdur. Onu da qeyd edir ki, sonradan o, bəraət almışdır. Göstərdiyi müddətdə Şahid1 860000 manat borcu var idi. İstintaq İdarəsi tərəfindən cinayət İşi üzrə vurulmuş zərərin əvəzi olaraq zərərçəkmiş şəxslərdən 4 mənzillər verildi və həmin zərərçəkmişlər aşağıdakılardır: 1) X20 (20730 manat borcun əvəzi olaraq); 2)X14 (18162 manat borcun əvəzi olaraq); 3)X6 (25203 manat borcun əvəzi olaraq); 4)X15 (38321 manat borcun əvəzi olaraq). Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən X1 25000 manat, X11 isə 5500 manat məbləğində pul şəxsən onun tərəfindən verilmişdir. Beləliklə də, Şahid1 borclu olduğu 860000 manatın əvəzi olaraq verilmiş mənzillərin dəyərini təşkil edən ( 20730 + 18162 + 25203 + 38.32 ) həmin borcdan çıxılaraq, 84000 manata yaxın borc Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ödənilmişdir. Bundan sonra zərərçəkmiş şəxslərə 776000 manat məbləğində ödənilməmiş borc qalmışdır. Bu borcdan da, o, Nailə Abdullayeva və Vüsal Əliyevə cəmi 33000 manat məbləğində pul vermişdir.Cavabdeh1 və qudası Ravildən ona təklif gəldi ki, obyektini Cavabdeh1 alsın, lakin nağd pulu olmadığı üçün həmin pulun əvəzinə ona nəqliyyat vasitələrini versin, o isə həmin vasitələri zərərçəkmişlərə versin. Bu münvanla o, obyektinin torpağını ******* dollara satıb. Bunlan başqa, ona Axundovski’ MTK-dan 2 mənzil (504,000 manat dəyərində) verdi. Həmin mənzillərə və nəqdiyyat vasitələinə görə özlərinin yazdıqları haqq-hesab kağızını da verdi. Beləlilkə 23.11.2013-cü il tarixdə Cavabdeh1 ona 691,675 manat, (dolların satışı 0,78 manat kursu ilə) 881,1465 ABŞ dolları məbləğində borc qaldı. Beləliklə, Cavabdeh1 izahatında göstərdiyi kimi, həyat yoldaşının 860000 manat borcunu o tam ödəməmişdir. Belə ki, göstərdiyi 4 mənzil (cəmi dəyəri 84000 manat) Korrupsiya İdarəsi tərəfindən və 2 nəfərə şəxsən verdiyi puldan əlavə və zərərçəkənlərə verdiyi maşınların dövlət qeydiyyat nişanlarının alınması və s. xərclər də onun tərəfindən ödənilmişdir. 2014-cü İldə həyat yoldaşı Şahid1 ilə həbsxanada görüşən zaman Cavabdeh1 bildirdi ki, əgər obyekti öz adına keçirəsə, həmin mənzili banka girov qoyub qardaşı Rəhmandan pul götürüb onun şirkətinə olan borcu qaytaracaqdır. Lakin illər keçsə də, Cavabdeh1 vədinə əməl etmədi. Hətta 25.05.2017-cİ il tarixdə Cavabdeh1 yenə onu aldadaraq, girovda olan mənzilləri yüklülükdən azad etmək üçün 400000 manat məbləğində pulun tələb olunduğunu bildirdi və ona məxsus mənzilin satışından əldə etdiyi 376000 manatı ondan borc almağa nail oldu. Sonradan eşitib ki, Cavabdeh1 şirkətinə 800000 ABŞ dollarından çox və şəxsən ona 376.0 manat borcu olduğu halda, oğluna 130000 ABŞ dolları dəyərində avtomobil alıb. Bu barədə məlumat əldə etdikdən sonra o, Cavabdeh1 onun barəsində şikayətlə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə gedəcəyini bildirdi. Cavabdeh1 isə oğluna aldığı avtomobili 130000 ABŞ dollarına sataraq, həmin vəsaiti ona verdi. Notariusda 376000 manat borcdan (221000- 130000 ABŞ dolları) 91.0 ABŞ dolları məbləğində borcu qaldı. Bu barədə qanuni qüvvəsini almış və artıq icraya yönəldilmiş məhkəmə qətnaməsi vardır. Halbuki, Cavabdeh1 izahatında şəxsən ona borclu olduğu notarial qaydada verdiyi pulu Şirkətin borcuna hesablayır. Qeyd edilən borc Cavabdeh1 şəxsən ona olan borcudur, bu borcun şirkətinə hər hansı aidiyyatı yoxdur. Bunun əksi olsaydı, yəni borc şirkətə aid olsaydı, o halda onun məbləği 376000 azn (0,7840 kursu ilə) - 479,591 dollar təşkil edərdi. Həmin məbləğdən də 130000 ABŞ dolları çıxıldıqda, qalıq borc 349591 ABŞ dolları olardı. Göründüyü kimi, onun tərəfindən Cavabdeh1 376000 manat məbləğində borc verilmişdir. Bu da (1,7 kursu ilə) 376000 manat 1.7 kursu ilə 221000 ABŞ dollarıdır, ondan da 130000 ABŞ dolları çıxdıqda 91000 (221.000-130,000) ABŞ dolları təşkil edir. Əlavə olaraq, bu barədə Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır və icraya yönəldilmişdir. Cavabdeh1 ona göstərdiyi 3 ədəd avtomobili 2 dəfə qeyd edir. Belə ki, X3 3 ədəd avtomobil verdi (49500 manat pula görə). O, Mehparə Mirzəyeva ilə Mehriban xanım Əliyevanın qəbulunda olduqdan sonra Mehparə Mirzəyevaya mənzil verilməsi tapşırıldı, 3 ədəd avtomobil isə həyat yoldaşı Şahid1 adına salındı. Mehparə Mirzəyeva həmin 3 ədəd avtomobili şirkətdən heç aparmamışdır. Bütün bunlar Mehparə Mirzəyevanın hakimə ünvanladığı məktubda Öz əksini tapmışdır . Bunlardan başqa, Şahid4 adına olan 3-cü mənzili satmamış, heç o şəxsi tanımır. 126 saylı mənzil eyni vaxtda, yəni 13.06.2014-cü ildə həm ona, həm də Həmidov Ələkbərə satılmışdır. Cavabdeh1 qızının və qızının qohumunun mənzili olduğunu deyərək onu qaytarmasını xahiş etdi və söz verdi ki, sonra ona başqa mənzil verəcəkdir. Məhkəmə tərəfindən DƏDRX-nə verilən sorğuya cavabdan görünür ki, o, etirazı 2014-cü ildə vermiş, lakin mənzil 2015-ci ildə ilkin müqavilə ilə Şahid4 adına rəsmiləşdirilib. Əgər həmin mənzili 2014-cü ildə etiraz etdiyi müddətdə satmış olsaydı, həmin tarixdə Şahid4 adına rəsmiləşərdi, daha 1 il müddət keçdikdən sonra yox. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkil tərəfindən yazılan və onun heç bir məlumatı olmayan çıxışında 2018-ci ildə 5000 ABŞ dolları verdiyini qəbul etmir, lakin vəkili qəbul edir. Axtarışda olan, Ölkəyə daxil olmasına məhdudiyyət qoyulan Samir adlı şəxsin dediyinə görə, borcun əvəzi olaraq 3 ədəd avtomobil verilmişdir. Lakin həmin bu 3 ədəd avtomobilin Mehparə Mirzəyevanın avtomobili olduğunu bildirmir. Cavabdeh1 hal-hazırda həyat yoldaşının sürdüyü 144 dövlət qeydiyyat nişanlı MG maşınının Cavabdeh1 hələ 2012-ci ildə yoldaşının adına oğlu üçün almış və 05.06.2012-cİ ildə oğlu həbs olunarkən həmin avtomobil də oğlunda olmuşdur, yəni həmin avtomobilin həmin borca heç bir aidiyyatı yoxdur. Birinci instansiya məhkəməsində hakimin Cavabdeh1 40000 manat məbləğində pulun necə və nə zaman verildiyini soruşsa da, H.Yaşar bildirmişdir ki, məlumatı yoxdur, bunları vəkil yazmışdır. Bütün bunlar göstərir ki, H.Yaşar ödəmədiyi pulları hər vasitə ilə, saxta şahidlər vasitəsi ilə guya ödədiyini bildirmək istəyir.Yasamal rayon Məhkəmsində işə baxılarkən Cavabdeh1 bildirmişdir ki, guya 75000 ABŞ dolları məbləğində pulu dostu Şaiqin ofisində Şahid1 vermişdir və buna guya şahidlik edən Öz həmkəndlisi X9 olmuşdur. Halbuki, həmin şəxs pulun verildiyini görməmiş, məbləğin nə qədər olması barədə heç bir məlumatı yoxdur, ümumiyyətlə Şahid1 tanımır, heç vaxt görməyib. Ə.Məmmədov həmin Şirkətdə təchizatçı işlədiyini bildirsə də, guya həmin vaxt çay gətirdiyini bildirmişdir. Böyük bir Şirkətdə katibənin deyil, maşınların təchizatçısının çay gətirməsi nə dərəcədə realdır? Hakim məhkəmə iclasında elektron lövhə vasitəsilə guya şahidin tanıması üçün Şahid1 şəxsiyyət vəsiqəsinin (vəsiqədə şəxsin adı, soyadı və ata adı və şəkli göstərilməklə) nümayiş etdirmiş və həmin şahid də təbii olaraq onu guya tanıdığını bildirmişdir. Halbuki, heç bir tanışlığı yoxdur və həmin şəxsi heç vaxt görməmişdir. 5000 ABŞ dollarına görə qəbz alan Cavabdeh1 nəyə görə 75000 ABŞ dolları müqabilində heç bir qəbz almamış və nə səbəbdən ofisi olduğu halda, evini tanıdığı halda, hansısa bir dostunun ofisində vermişdir? Beləliklə Cavabdeh1 şirkətinə təqribən 877000 ABŞ dollarına yaxın borcu qaldı. Eyni zamanda məhkəmə qətnaməsi ilə Cavabdeh1 ona 91000 dolları borcu var. Cavabdeh1 "xxxx" MMC-yə rəsmi olaraq heç bir məbəğ ödəməmişdir. Cavabdeh1 bildirmişdir ki, borc əvəzi olaraq ona 2 mənzil (504000 manat-642000 ABŞ dolları) və avtomobillərə görə 765825 manat vermişdir. Əlavə xərclərin olduğunu deyərərək ona verdiyi kağızda 691675 manat (yəni 0,7840 kursla 881.000 ABŞ dolları) borcu qalmışdır. Cavabdeh1 2018-ci İldə 5000 ABŞ dolları ödədiyindən onun 877000 ABŞ dolları borcu var. Onun iddia etdiyi 18.0 manat vergi üçün 60000 manat Raziyə, 70000 ABŞ dolları Asifə (Şaiq vasitəsi ilə), Samir vasitəsi ilə verilən (Samir hal-hazırda axtarışdadır) heç bir məblğ verilməmişdir.2014-cü il əmlak satılan zaman təsisçilərin ümumi yığıncağı keçirilməmiş, əmlakın satılmasına dair iclas protokolu tərtib edilmişdir.2014-cü ilin may ayının 12-də "A.R. & KO” MMC-nin direktoru təyin edilmişdir.Bu günə qədər direktor da odur.Əmlak satılan zaman yəni 2014cü ilin may ayının 29-da "A.R. & KO” MMC-nin direktoru o olmuşdur.Cavabdeh1 şirkətə və ona ödədiyini iddia etdiyi (həyat yoldaşı Asif də) məbləğlər barədə aralarında heç bir təhvil-təslim aktı olmayıb heç bir mədaxil qəbzi verməmişdir.Yalnız sonuncu 5000 ABŞ dolları məbləğə görə qəbz yazıb vermişdir.lakin, bir insan kimi həqiqətən ödədiyi avtomobillərə və 2 mənzilə görə verdiyini qəbul edir və dəfələrlə məhkəmələrlə göstərmişdir. Cavabdeh1 guya nağd ödədiyini iddia etdiyi 18000 manat (rüsum haqqı), dostu Şaiqin yanında verdiyini iddia etdiyi 75000 ABŞ dolları, Razi adlı şəxsə verdiyi 60000 manat məbləğində pulun heç biri onlara çatmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil1 tərəflər arasında əvvəlcə barışığa razılıq olduğunu, cavabdehin 91000 verməyə razı olduğunu, iddiaçının sonradan barışıqdan imtina etdiyini, Yaşar tərəfindən üç mənzilin verildiyini, iddiaçı tərəfindən hər üç mənzilin satıldığını, iş materiallarında MTK-nın sənədlərinin olduğunu, MTK tərəfindən müqavilədə texniki yanlışlığın olduğunun qeyd edildiyini, mənzilin mübahisəsinin heç vaxt olmadığını, qarşı tərəfin sübutlar qarşısında aciz qaldığından verilən mənzilləri və maşınları azaltdığını, Nümayəndə ümumiyyətlə iddia qaldırmağa subyektiv hüququnun olmadığını, obyekt satıldığı dövrdə əsas təsisçisi X10 olmuşdur, əmlakı Niyazinin satdığını, Nümayəndə direktor olsa da, onun əmlak barədə sərəncam vermək hüququnun olmadığını, ******* dolların tam iddiaçıya ödənildiyini, cavabdehin heç bir borcunun olmadığını, bunun sənədlərlə öz əksini tapdığını, apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, barışığın mümkün olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-390; 398, 425,421-442, 560, 567, 597-601, 646-649-ci , Mülki Prosessual Məcəlləsinin 77, 81- 82, 88, 106, 372, 385 – 390 -cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, subyektiv hüququnun olmamasına istinad etməklə iddanı rədd etməsi tamamilə əsassızdır. Nə qədər ki, mülki iş üzrə iddiaçı Nümayəndə deyil İddiaçı MMC-dir və birinci sonuncunun yalnız qanuni təmsilşisidir. Qeyd edilən səbəbdən və məhkəmənin müvafiq ekspertizalar təyin etməməsi əsası ilə apellyasiya hədləri çərçivəsində apellyasiya instansiya məhkəməsi mümkün qədər mahiyyəti üzrə araşdırma aparsada borcun məbləğinin müəyyən edilməsi istiqamətində təkzibedilməz sübutlar müəyyən etməmişdir. Qeyd edilən məcrada aşağıdakı mülki məcəllənin normalarının tələbləri xüsusi ilə nəzərə alınmalıdır: 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. [80] 91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. 91-2.2. Cəmiyyətin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola bilər. 91-2.3. Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. 96.1. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. 96.2. Əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 418.2. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun. 566.1. Öhdəliyin icrasının gedişi barədə kreditorun borcludan məlumat almaq hüququ vardır. 566.2. Öhdəliyin icrası barədə məlumatı aşağıdakılar verməlidirlər:566.2.1. bu Məcəllə və ya müqavilə üzrə bu vəzifənin tapşırıldığı şəxs;566.2.2. borclunun işlərini tamamilə və ya qismən həyata keçirən şəxs;566.2.3. gəlir və xərclərlə bağlı idarəetmə barədə hesabat verməli olan şəxs. 566.3. Əgər məlumat verməli olan şəxs məlumatı yalnız böyük xərc çəkməklə verə bilərsə, xərci kreditor çəkir. 566.4. Verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsas olduqda, kreditorun tələbi ilə borclu və ya vəkil edilmiş şəxs məlumatın vicdanla tərtib olunduğuna yazılı surətdə inandırmalıdır. Məhkəmə mübahisəsi əmələ gəldikdə, bu cür yazılı inandırmanın sübutetmə qüvvəsi vardır. Məcəllənin 441.1- 441.4-cü maddələrinə əsasən: - Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Diqqətə çatdırılmalıdır ki, ödənilməli məbləğin qarşılığında iddiaçının əmlak satılması şərtləndirilmiş və alqı-satqı zamanı pul vəsaitlərinin ödənilməsi tam həyata keçirməmiş, danışığın şərtləri ilə iddiaçının pul vəsaitlərinin bir qisminin qəbul etdiyi lakin hüquqi şəxsin hesabına mədaxil etməyərək audit rəyinə əsasən "Mühasibat uçotu haqqında" 29.06.2004cü il tarixli 7İ6-Q saylı Azərbaycan Respublikasının Qanunun tələblərinin pozmulması təsbit edilmiş, cavabdehin satılan əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlillər iddiaçının tələb etdiyi hədlərdə öz təsdiqini tapmamış və bununlada cavabdeh öz etirazının əsaslandığı halları bu hissədə sübut edə bilməmiş, lakin iddiaçı cavabdehin öhdəliyini icra etməsini tələb etsədə əmlakın dəyərinin tərtib edilən balans üzrə hesab (təyinatı) üzrə pulun mədaxil edilməməsi və hüquqi şəxsin balansının mülki dövriyyəsi üzrə mədaxil-məxaric əməliyyatıarının müəyyən edilməməsi, habelə məbləğin bir hissəsinin ödənildiyinin iddiaçı tərəfindən etiraf edilməsi səbəbindən borcun qalığının müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya hesab edir ki, iddiaçı hüquqi şəxs olaraq qanunvericiliyə və nizamnaməsinə uyğun əmlakın satıldığı zamanından cəmiyyətin fəalyyətin təftiş etməli və hesabatlılığı təmin edib rəsmiləşdirilməni (sənədləşdirməni) aparmaqla ilk növbədə (balans, pay, mənfəət və sair üzrə) məxaric edilən əmlakın cəmiyyətə münasibətdə mülki hüquqi statusun və mədaxil edilməli olan məbləğin təyinatın müəyyən etməli və bundan sonra cəmiyyətə olan qalığ borcu dəqiq müəyyən etməklə məhkəməyə yenidən müraciət edə bilər. Əks halda, yuxarıda qeyd edilən əsaslarla və iddiaçının qanuni təmsilçisinin cavabdehlə olan digər borc münasibətləri müstəvisində, habelə tərəflərin dayanıqlı sübutetmə imkanlarından kənar cəhdlərinə əsasən iddianın yalnız cavabdehin “etirafı” və bunun sübut edə bilməməsi əsası ilə qəti mövqeyin nümayiş etdirilməsi dispozitiv imkandan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Kollegiya hesab edir, daşınmaz əmlakpul vəsaitlərinin dövriyyəsi üzrə sübutlar rəsmi və təkzibedilməz sübutlarla təmin edilməli və hər-hansı şübhələrdən kənar sənədləşmə ilə təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin, qətnamə ləğv və iddia borcun məbləğinin sübut edilməməsi əsası ilə rədd edilməlklə iş üzrə yeni qətnamə qəbul edilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "A.R. & KO” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/21 saylı işi üzrə 05.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "A.R. & KO” MMC-nin Cavabdeh1 qarşı “borc” tələbinə dair iddiası rədd edilsin. Qiymətləndirmənin dəyəri olan 700 (yeddi yüz manat) məbləğində pul vəsaiti iddiaçı "A.R. & KO” MMC-dən və Cavabdeh1 tutularaq "xxxx" MMC Qiymətləndirmə Şirkətinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-291/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-291/2022
14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver