Məhkəmə qərarları › İş №2(103)-2914/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2914/2025

04.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2914/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması,əsassız varlanma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X19 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı MTK-nın vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(103)-698/2025 nömrəli 21 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Zolfi Baxşali "Dərnəgül” MTK-nın sədri C.Nəbiyevə yazılan xx.xx.2020-ci il tarixli ərizəsində göstərir: Hörmətli Cəbrayıl müəllim, vətəndaş X16 tərəfindən onun adına verilmiş 09 noyabr 2018-ci il tarixli AR-1 №7000028 nömrəli etibarnaməyə əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül əsəbəsi 3095-ci məhəllə, 16 mərtəbəli 7 bloklu binanın 4-cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı mənzilə dair MTK ilə X16 ilə arasında bağlanmış 164 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə xitam verib, həmin mənzilə dair eyni şərtlərlə yeni müqavilənin həyat yoldaşı Cavabdeh ilə bağlanmasını sizdən xahiş edirəm.

2. Bakı Nikah Evi tərəfindən verilən AZ-İ seriyalı, 488349 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X29 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında həmin tarixdə 640 № ilə qeyd edilmişdir.

3. İddiaçı MTK tərəfindən verilən 164/A saylı, xx.xx.2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Zolfi Baxşali Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu kompleksin, 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m, olan 38 saylı 1 otaqlı mənzil üçün 27320 manat kassaya mədaxil edilmişdir.

4. İcraçı İddiaçı MTK ilə sifarişçi Cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli, 164/A saylı müqavilədən görünür ki, icraçı 1 otaqlı, ümumi satış sahəsi 62 kv.m olan mənzilin ümumi qiyməti 80600 manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə bağlandığı tarixədək mənzilin ümumi dəyərindən ümumilikdə 27320 manat ödənilmişdir. Mənzilə dair ödəniləcək qalıq məbləğ 53280 manat isə 34 ay müddətində sifarişçi tərəfindən ödənilir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X14 adına qeydiyyatdan keçmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1388/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı MTK-dan 33143 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X11 ödənilməsi qət edilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 739/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı MTK-nın Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2557/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı MTK-nın apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-739/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı MTK-nın Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamənin Apellyasiya instansiyası məhkəməsinin mövqeyi hissəsində göstərilir: İş materialları ilə müəyyən edilir ki, Zolfi Bakhshali MTK-ya müraciət edərək, sözügedən mənzilin Cavabdeh adına rəsmiləşdirilməsini xahiş etmiş, sonradan mənzilə dair müqavilə də, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənzilə görə ödənilməmiş hər hansı məbləği Zolfi Bakhshalidən deyil, mənzili əldə etmiş şəxsdən, yəni Cavabdeh tələb edə bilər.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 33143 manat pul məbləğinin və iddiaçı tərəfindən ödənilmiş 190 manat pul məbləğində dövlət rüsumunun İddiaçı MTK-nın xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK (icraçı) və X15 (sifarişçi) arasında 164 saylı xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzili sifarişçiyə satmağı, sifarişçi isə müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. X22 həmin mənzilə görə ümumilikdə 28820 manat pul məbləğində ödəniş etmişdir. Belə ki, X15 cavabdeh Zolfi Bakshaliyə 3 il müddətinə, AR-1№7000028 saylı xx.xx.2019-cu il tarixli etibarnamə vermişdir. Harunova Aybəniz cavabdeh Zolfi Bakshaliyə həmin etibarnaməni ona görə vermişdir ki, Zolfi Bakshali etibarnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzili Harunova Aybənizin qonşusu adına rəsmiləşdirsin. Zolfi Bakhshali həmin etibarnamə əsasında İddiaçı Mənzil Tikinti Kooperativinə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq İddiaçı MTK və Harunova Aybənizin arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə xitam verilməsi və sözügedən mənzilə dair eyni şərtlərlə yeni müqavilənin Cavabdeh ilə bağlanmasını xahiş etmişdir. Beləliklə, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 164/A nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə bağlanıldıqdan sonra Cavabdeh tərəfindən İddiaçı MTK-ya hər-hansı bir ödəniş edilməmişdir. Bir müddət sonra, X15 MTK-ya müraciət edərək Zolfi Bakshalinin onu aldatdığını və ona hər-hansı bir ödəniş etmədiyini bildirərək, MTK-dən köməklik göstərilməsini xahiş etdi. İddiaçı MTK isə X11 hər-hansı bir köməklik göstərə bilməyəcəyini və X5rşı məhkəməyə müraciət etməsini məsləhət vermişdir. Beləliklə, Zolfi Bakshali həmin mənzili Cavabdeh adına rəsmiləşdirmişdir, cavabdeh isə həmin mənzili başqa şəxsə satmışdır. Hal-hazırda həmin mənzil X14 mülkiyyətindədir. Bu səbəbdən, X8 Bakshalı və İddiaçı MTK-nə qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 girişli binanın, 4-cü, 9-cu mərtəbəsində yerləşən ümumisahəsi 62 kv.m olan 38 saylı 1 otaqlımənzil üçün İddiaçı MTK-nə ödənilmiş 28820 manatı, təmir üçün çəkilmiş 3000 manat, həmçinin 28820 manatı özlərində 42 ay saxlayaraq gecikdirdikləri vaxt üçün illik 5 faiz, yəni 5043 manat əldən çıxmış faydanı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 111 manatın MTK və Zolfi Bakhshalidən müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi e-2(001)-1388/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı MTK-dan 33143 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X11 ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı MTK- nın vəkili və nümayəndəsi ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Beləliklə, birinci instansiya məhkəməsinin həmin qanunsuz qətnaməsi qüvvəyə minmişdir. Bildirir ki, Binəqədi Rayon Məhkəməsinin həmin qətnaməsinə əsasən, İddiaçı MTK X11 33143 manat pul məbləği ödəmişdir. Lakin, işin hallarında da göründüyü kimi, Cavabdeh əsassız olaraq varlanmışdır. Belə ki, X6 təqdim etdiyi etibarnamə əsasında, sözügedən mənzil üzrə müqavilənin cavabdeh ilə bağlanmasına nail olmuş, cavabdeh isə İddiaçı MTK- ya hər-hansı bir pul məbləği ödəməmişdir. Baxmayaraq ki, Harunova Aybəniz qızının, onunla İddiaçı MTK arasında bağlanmış 164 saylı xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsindən və həmin mənzil üzrə yeni müqavilənin Cavabdeh ilə bağlanmasından, yəni İddiaçı MTK-nin hər-hansı bir təqsiri olmamasından məlumatı olmuşdur, o məhkəməyə müraciət etdiyi iddia tələbində İddiaçı MTK-da cavabdeh qismində qoymuşdur. İddiaçı MTK-nin vəkili və nümayəndəsi isə məhkəmə iclaslarında iştirak etməməsi səbəbi ilə işin halları düzgün araşdırılmamış və düzgün olmayan qətnamə çıxarılmışdır. Nəticə etibarı ilə, Cavabdeh əsassız varlanmış, X15 tərəfindən cavabdehin yoldaşı Zolfi Bakshali verilən etibarnamədən istifadə edərək onu aldatmış, İddiaçı MTK-nə sözügedən mənzilə görə nəinki hər-hansı bir pul məbləği ödəməmiş, eləcə də mənzili sataraq gəlir əldə etmişdir. Onu da bildirim ki, Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin 20-ci bəndində qeyd edilmişdir ki, Zolfi Bakshalinin nümayəndəsi məhkəmə iclaslarında onun sözügedən mənzilə dair başqa şəxslə müqavilə bağlandığından xəbərinin olmadığını, mənzil etibarnamə əsasında deyil, MTK-ya ilkin ödəniş etməklə əldə etdiyini və daha sonra cavabdeh Acalova Asyelin adına rəsmiləşdirdiyini bildirmişdir. Halbuki, Cavabdeh tərəfindən "xxxx" MTK-ya hər-hansı bir ödəniş edilməmiş, Zolfi X2 verdiyi etibarnaməyə əsasən İddiaçı MTK-nə ərizə ilə müraciət etmişdir, yəni cavabdehin Harunova Aybənizin həmin mənzil barədə müqavilə bağladığından məlumatı olmuşdur, yəni o əgər mənzili əldə etmək istəyirdisə, Aybəniz Harunovaya mənzilin pulun ödəməli idi. Həmçinin cavabdeh və Harunova Aybəniz MTK-ya birlikdə gəlmişlər və Harunova Aybəniz müqavilənin ləğv edilməsinə etiraz etməmişdir və daha sonra cavabdeh tərəfindən aldadıldığı ona məlum olmuşdur. Görünür ki, cavabdehin yoldaşı Zolfi Bakshali ilə, ona verilmiş etibarnamədən sui-istifadə etməklə əsassız olaraq varlanmaq məqsədi olmuşdur. Qeyd edir ki, İddiaçı MTK-nin nümayəndəsi və vəkili tərəfindən Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüş və qətnamənin icrası məcburi olduğundan, İddiaçı MTK X11 33143 manat pul məbləği ödəmişdir. Bu səbəbdən, İddiaçı MTK-nə vurulmuş zərərin əvəzinin cavabdehdən tələb edilməsi əsası yaranmış və cavabdeh tərəfindən iddiaçıya 33143 manat pul məbləğinin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz verilərək göstərilmişdir ki, X15 ilə İddiaçı MTK arasında 12 noyabr 2019-cu il tarixli 164 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən MTK Bakı şəhəri Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli 7 bloklu binanın 4-cü blokunda 9-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.m. olan 38 saylı 1 otaqlı mənzili A.Harunovaya satmağı, A.Harunova isə müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəfələr arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəfləri mənzilin hər kv.metrinin dəyərini 1300 manata, mənzilin ümumi qiymətinin 80600 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar. A. Harunova razılaşdıqları kimi 12 noyabr 2019-cu il tarixdə 24180 manat ödəniş etmiş, ona bu barədə kassa mədaxil orderi verilmişdir. Daha sonra eyni mənzilə görə MTK ilə Zolfi Bakhshali arasında 25 yanvar 2020-ci il tarixli, 164/A saylı müqavilə bağlanmışdır. Zolfi Bakhshaliyev mənzilə görə 27320 manat ilkin ödəniş etməklə MTK-da aldığı, daha sonra arvadı Cavabdeh adına rəsmiləşdirmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, MTK-nın eyni mənzilə dair Z.Bakhshali ilə müqavilə bağlamaqla əvvəlki müqaviləni ləğv etmək barədə iradəsi aşkardır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, A.Harunova MTK-ya müqavilə üzrə öhdəliklərin icrası qaydasında ödədiyi 28820 manatı tələb etməkdə haqlıdır. Məhkəmə həmin məbləğin müştərək qaydada həm MTK-dan, həm də Zolfi Bakhshalidən tutulmalı olması barədə iddiaçının tələbini əsaslı hesab etməmişdir. Beləki, iddiaçı ilə Zolfi Bakhshalı arasında mübahisə predmetine dair hər hansı öhdəlik münasibətlərinin yaranmsı işin halları ilə müəyyən edilmir. Beləki, Mülki Məcəllənin 386-cı maddəsinin tələbi baxımından, tərəflər arasında hər hansı öhdəlik münasibətlərinin yaranması üçün ya tierefier arasında müqavilə münasibətləri olmalı, ya zərər vurulması, ya da əsassız varlanma halının olması müəyyən edilməlidir. Yekun olaraq məhkəmənin bu qətnaməsinə əsasən, A.Harunovanın iddiası qismən təmin edilmiş, mənzilə görə ödənilmiş pul vəsaitinin əvəzi kimi 28820 manat, havelə əldən çıxmış fayda kimi 4323 manat olmaqla, ümumilikdə 33143 manat pul vəsaitini "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Həmçinin həmin qətnamə ilə müəyyən edilmişdir ki, iş materialllarında olan "Dərnəgül MTK tərəfindən verilmiş 25 yanvar 2020-ci il tarixli 164/A saylı kassa medaxil orderindən görünur ki, Zolfi Baxşəli Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, 16 mərtəbə, 7 bloklu kompleksin 4-cu blokunda (9-cu mətrəbəsində yerləşən ümumi sahəsi, 62 kv.m. olan 38 saylı 1 otaqlı mənzil üçün 27320 manat kassaya mədaxil etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-739/2024 saylı qətnaməsindən görünür ki, məhkəmə İddiaçı (MTK) Zolfi Bakhshaliyı qarşı pul tələbinə dair iddiasının dəlilləri ilə razılaşmamışdır. Qətnamə ilə müəyyən edilmişdir ki, "İddiaçı tələbini əsassız varlanmaya dair maddi hüquq normaları ilə əsaslandırmağa çalışsa da, İşin müəyyən olunan hallarına görə, o qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə "xxxx" MTK-dan 33143 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X11 ödənilmısi qət edilmiş pulu teleb edir. Məhkəmə hazırki tələb üzrə iddiaçının "... X7 təqdim etdiyi etibarnamə esasında, sözügedən mənzil üzrə müqavilənin öz adına bağlanmasına nail olmuş, iddiaçı "xxxx" MTK-nə hər hansı bir pul məbləği ödəməmiş, eləcə də, mənzili sataraq gəlir əldə etmişdir" arqumentinə münasibətdə qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin e-2 (001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamənin əsaslandırma hissəsində (29 bənd) məhkəmə məsələyə qiymət verərək göstərmişdir ki, " mübahisəli məbləğin müştərək qaydada həm MTK-dan, həm də Zolfi Bakhshalıdın tutulmalı olmasi barədə iddiaçının tələbini əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh Zolfi Bakhshalı arasında mübahisə predmetinə dair hər hansı öhdəlik münasibətlərinin yaranması işin halları ilə müəyyən edilmir..."(Qətnamənin 6-cı səh.) Daha sonra qətnamədə qeyd edilir: "Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamə üzrə iddiaçıının üzərinə həvalə edilmiş 33143 manat pul məbləğinin cavabdehdən tutulması üçün Azərbaycan Respublikasımın 1091.1-ci və 1091.2-ci maddələrinin dispozisiya şərtlərinin cavabdehə münasibətdə mövcudluğu müəyyən edilmir." Beləliklə məhkəmə qət etmişdir, ki iddiaçı "xxxx" Mənzil Tikinti X9rşı pul tələbinə dair iddiası təmin ediməsin.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2557/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)- 739/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İlk növbədə bildirmək istəyir ki, Zolfi Bakhsahalı mənim həyat yoldaşımdır və onunla aralarında nikah 06 aprel 2009-cu ildə bağlanılmışdır. Həyat yoldaşı Zolfi Bakhshalı "xxxx" MKT -nın sədri Cəbrayıl Nəbiyevə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək X15 tərəfindən onun adına verilən 19 noyabr 2018-ci il tarixli etibarnaməyə əsaslanaraq Bakı şəhəri Binəqədi rayonu Dernegül qesebesi 3095-ci mehelle 16 mertebeli 7 bloklu binanın 4-cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəisi 62 kv.m. olan 38 saylı 1 otaqlı mənzilə dair MTK ilə X15 arasında bağlanmış 164 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləye xitam verib həmin mənzilə dair eyni şərtlərlə yeni müqavilənin həyat yoldaşı Cavabdeh ilə bağlanmasını xahiş etmişdir. "xxxx" MTK, VÖEN **********, 25 yanvar 2020-ci il tarixli 164/A nəmrəli kassa mədaxil Orderindən görünür ki, Zolfi Baxşali Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli 7 bloklu kompleksin 4-cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m. olan 38 saylı 1 otaqlı mənzil üçün 27320 manat kassaya mədaxil etmişdir. Həmçinin 25 yanvar 2020-ci il tarixdə onunla "xxxx" MTK arasında Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi, 30985-ci məhəllə, 16 mərtəbəli 7 bloklu binanın 4-cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m. olan 38 saylı 1 otaqlı mənzilin mənə verilməsi (alqı-satqısı) ilə bağlı müqavilə bağlanılmışdır. Həmin müqavilənin 2.1 .-ci bəndindən görünür ki, Müqavilənin 1. 1-ci məndində göstərilən 1 otaqlı ümumi satış sahəsi 62 kv.m. olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 1.300 manat olmaqla mənzilin ümumi qiyməti ise 80600 manat təşkil edir. Həmin müqavilənin 2.2.-ci bəndindən görünür ki, bu müqavilə bağlandığı tarixədək mənzilin ümumi dəyərindən ümumilikdə 27300 manat ödənilmişdir. Mənzilə dair ödəniləcək qalıq məbləğ 53280 manat təşkil edir. Ödəniləcək məbləğ 53.280 manat pul vəsaiti isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə (əlavə 1) uyğun olaraq 34 ay müddətində ödəyir. Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmiş və mənzili 29 dekabr 2021-ci ildə X4. "xxxx" MTK-nın 29 dekabr 2021-ci il tarixli 143 saylı Maliyyə arayışından görünür ki, X21 həqiqətən "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi Rayonu Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli 525 mənzilli saylı 1 otaqlı, ümumi sahəsi 62 kv.m. ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(103)-698/2025 nömrəli 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 27320 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MTK-ya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh 156 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MTK-ya ödənilməsi qət edilmişdir. (hakim X32)

12. Məhkəmə iddia tələbini qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, Cavabdeh bu ödənişləri faiz ödənişlər olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh səs yazısında əks olunan etirafı təzyiq altında verdiyini bildirsə də, məhkəmə onun izahatına tənqidi yanaşır və ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Belə ki, səs yazıdan görünür ki, cavabdehlə yanaşı onun qohumları da həmin görüşdə iştirak edirlər. Həmçinin cavabdehə hər hansı təzyiq, hədə-qorxu tətbiq edildiyi halda bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək hüququ olduğu halda, bunu etməmişdir, əksinə iddiaçının bank kredit müqaviləsi üzrə olan borcunu iki ay ərzində ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki cavabdehin dəlilləri subyektiv mülahisəzlərdən ibarətdir və hər hansı şəkildə öz təsdiqini tapmır. Hazırki halda iddiaçının tələb etdiyi 5220 manat əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, cavabdeh İsmayıl Hüseynovun əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. Məhkəmə iddiaçının cavabdehə verdiyi mobil telefona görə 2000 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, yenə də iddiaçı tərəfindən təqdim edilmiş səs yazısında cavabdehin telefonu götürdüyü və iki telefona dəyişdiyi, qaytaracağı ilə bağlı etirafı olsa da, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehə məhz hansı telefonun verildiyi, onun natura və ya dəyərinin qaytarılması ilə bağlı aralarında hansı razılığın olduğu, hansı müddətdə, qaydada və şərtlərlə qaytarılmalı olduğu iddia ərizəsində göstərilməmiş, bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, sübutetmə yükü bu hissədə iddiaçının üzərinə düşür və onun tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, MPM-nin 121.1 -ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia ərizəsində iddiaçı tərəfindən 200 manat ödənildiyi göstərilsə də, qəbzdən məlum olur ki, 100 manat məbləğində pul ödənilib. Digər tərəfdən iddiaçı iddia ərizəsini özü imzalayıb, məhkəmə prosesində nümayəndə və vəkillə təmsil edilməyib, mülki işin materiallarında etibarnamə və order mövcud deyil. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, tələb bu hissədə təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 1096-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə verilən etirazın məzmununa yğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Cavabdeh tərəfindən tutulan pulun MTK ödənilməməsi ilə bağlı heç bir sübut mövcud olmadığı halda birinci instansiya məhkəməsi iddiaçının söz yığımından ibarət tələbi üzrə əsassız olaraq 27320 manat məbləğində pul vəsaitinin ondan qanunsuz tutmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında İddiaçı MTK-nın vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin eilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırki apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi və iddianın tam rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

25. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

26. Hazırki mübahisə üzrə iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

27. Bu baxımdan iddia tələbinə uyğun olaraq İddiaçı MTK 27320 manat məbləğində pulun cavabdehə verilməsini və cavabdehin hazırda iddiaçıya 27320 manat borcunun qalmasını sübut etməli idi.

28. İşin faktiki hallarına əsasən 16. X15 ilə(sifarişçi) İddiaçı MTK(icraçı) arasında xx.xx.2019-cu il tarixli, 164 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 bloklu binanın, 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzil üçün 27320 manat (bu barədə MTK tərəfindən 164, 164/01, 164/02 saylı kassa mədaxil orderi verilmişdir), sayğacın quraşdırılması üçün isə 1500 manat (bu barədə MTK tərəfindən qəbz verilmişdir) ödəniş etmişdir. Daha sonra X10 Zolfi Bakhshaliyə verdiyi xx.xx.2018-ci il tarixli etibarnamə əsasında Zolfi Bakhshali həmin mənzili xx.xx.2020-ci il tarixdə öz adına rəsmiləşdirir. Rəsmiləşdirmə isə A.Harunovun adından etibarnamə əsasında Zolfi Baxşali tərəfindən İddiaçı MTK-ya yazılmış ərizəsi əsasında həyata keçirilir. Bundan sonra MTK ilə Zolfi Baxşali arasında xx.xx.2020-ci il tarixli, 164/A nömrəli müqavilə bağlanır və Zolfi Baxşali tərəfindən 27320 manat ödənilməsinə dair MTK kassa mədaxil orderi tərtib edir. Eyni gündə MTK ilə Zolfi Baxşali arasında müqaviləyə xitam verilməsi barədə razılıq əldə edilir və yenidən həmin mənzilin arvadı Cavabdeh adına rəsmiləşdirilməsi barədə MTK-ya ərizə təqdim edir. Bunun davamı olaraq MTK ilə Cavabdeh arasında müqavilə bağlanır və müqavilə üzrə qalıq borcun 53280 (80600-27320) olduğuna dair ödəniş cədvəli tərtib edilir.

29. Daha sonra Harunova Aybəniz İddiaçı MTK-ya və Zolfi Bakhshali-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia edir ki, MTK qanunsuz olaraq onun cavabdeh Zolfi Bakhshali-yə verdiyi etibarnamə əsasında mənzili sonuncunun adına rəsmiləşdirmiş, hansı ki, etibarnamə əsasında öz xeyrinə əqd bağlaya bilməzdi. Buna baxmayaraq onun müqavilə üzrə ödənişlərini geri qaytarmamışdır.

30. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1388/2023 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı MTK-dan 33143 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X11 ödənilməsi qət edilir. Həmin qətnamə ilə müəyyən edilir ki, eyni mənzilə görə MTK ilə Zolfi Bakhshali arasında X1 adına vermiş olduğu AR-İ seriyalı, №7000028 nömrəli, xx.xx.2018-ci il tarixli etibarnamə əsasında xx.xx.2020- ci il tarixli, 164/A saylı müqavilə bağlansa da, eyni tarixdə Zolfi Bakhshalinin müraciəti əsasında MTK tərəfindən həmin müqaviləyə xitam verilmişdir.

31. Hazırda iş materialları ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MTK ilə sifarişçi Cavabdeh arasında 164/A saylı müqavilə bağlanır və mübahisəli mənzil Cavabdeh adına rəsmiləşdirilir. ( Zolfi Bakhshalinin arvadı) Müqavilənin 2.2-ci bəndində isə müqavilə bağlandığı tarixədək mənzilin ümumi dəyərindən ümumilikdə 27320 manat ödənildiyi göstərilir. İddiaçı isə iddia edir ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1388/2023 saylı qətnaməsi ilə qətnamə qanuni qüvvəsini aldıqdan sona icra edilmiş və X11 33143 manat ödəniş edilmişdir. Halbuki, Zolfi Bakhshali və onun arvadı Cavabdeh tərəfindən mübahisəli mənzilə görə MTK-ya ödəniş edilməmişdir.

32. İddiaçı MTK tərəfindən Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddia qaldırılsa da, həmin iddia təmin edilmir, qətnamədən apellyasiya şikayəti verilir və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə, müqavilənin MTK ilə Cavabdeh arasında bağlanmış olması əsas göstərilməklə, MTK-ya Zolfi Bakhshalidən yox, Cavabdehndn pulu tələb etmək hüququnun olması izah edilir.

33. Cavabdeh tərəf isə mənzilə görə onun əri Zolfi Baxşali tərəfindən 27320 manatın ödənilməsini təsdiq edən kassa mədaxil orderinin olduğunu əsas gətirməklə iddianı qəbul etmir.

34. Mənzilə görə ödənişlər tam yerinə yetirildikdən sonra mənzil Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X3 və hazırda onun xüsusi mülkiyyətindədir.

35. Beləliklə, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş mənzil hissə-hissə ödənilməsi şərtilə əvvəlcə Aybəniz Harunovaya satılmış və A.Harunova mənzilə görə ümumilikdə 27320 manat, sayğac quraşdırılmasına görə 1500 manat MTKya ödəniş etmişdir. Daha sonra Zolfi Baxşali A.Harunovanın etibarnamə üzrə nümayəndəsi kimi MTK-ya ərizə ilə müraciət etmiş və MTK ilə Harunova Aybəniz arasında bağlanmış müqavilənin öz adına keçirilməsinə nail olmuşdur. Göründüyü kimi Harunova Aybəniz ilə Zolfi Baxşali arasında payın alqı-satqısına dair müqavilə bağlanmamış, Zolfi Baxşali sadəcə təmsilçi qismində çıxış edərək müqaviləni öz adına rəsmiləşdirmişdir, halbuki təmsilçinin təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlamaq səlahiyyəti olmamışdır. Bu rəsmiləşdirmə isə formal olaraq yeni müqavilənin bağlanması və yeni kassa mədaxil qəbzinin (27320 manat ödənilməsinə dair) verilməsi qaydasında həyata keçirilmişdir. Halbuki, X23 Aybənizlə mənzilin pay haqqının alqı-satqısına dair müqavilə bağlamaq niyyəti olmuş olsaydı, mənzilə görə əvvəlki payçının ödədiyi məbləği (27320 manat) də ona ödəməli və ya onlar arasında digər öhdəlik münasibətləri var idisə öhdəliyin əvəzləşdirilməsi və.s formada rəsmiləşdirməli idi. Və ya Zolfi baxşali təmsilçi qismində təmsil edilənin adından müqaviləyə xitam verilmə səlahiyyətini həyata keçirdirdisə, təmsil edilənin MTK-ya ödədiyi pulu alıb tapşırığın mahiyyətinə uyğun olaraq təmsil etdiyi şəxsə ödəməli idi. Bunun davamı olaraq eyni gündə, ehtimal edilir ki, Zolfi Baxşali təmsiliçi qismində şəxsən özü barəsində əqd bağlamaq səlahiyyəti olmadığını anlayaraq, MTK ilə onun arasında bağlanmış müqaviləyə xitam verilməsi barədə razılaşmış və həmin müqaviləyə xitam verilərək onun arvadı Cavabdeh ilə MTK arasında yeni müqavilə bağlanmışdır. Hansı ki, faktiki olaraq (çünki əgər MTK ilə Zolfi Baxşali arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdirsə, bu zaman mənzilə dair hüquq münasibətləri əvvəlki vəziyyətə avtomatik olaraq qayıtmışdır) Zolfi Baxşali yenə də təmsilçi kimi öz xeyrinə, yəni arvadı ilə müqavilə bağlamışdır. Müqaviləyə əlavə edilən ödəniş cədvəlindən isə müəyyən edilir ki, müqavilə üzrə ümumi borcdan 27320 manatın artıq ödənildiyi nəzərə alınaraq, qalıq borcun 53280 manat olduğu öz əksini tapmışdır. Bundan sonra isə mənzilə görə ödənişlər Zolfi Baxşali tərəfindən aparılmışdır.

36. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1388/2023 saylı qətnaməsi ilə isə MTK-dan mənzilə görə ödənilən 27320 manat, sayğaca görə ödənilən 1500 manat, əldən çıxmış fayda qismində 4323 manat ona görə tutulmuşdur ki, MTK müqaviləyə xitam verilmə qaydalarını pozmuşdur. Hansı ki, MTK müqaviləyə xitam verilən zaman əvvəlki payçının ödədiyi pay haqqının qaytarılmalı(və ya tərəflərin razılığı ilə digər formada əvəzləşdirmə) olması ilə bağlı qanunvericiliyin tələbini təmin etməmişdir.

37. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan əldə etdiyi 27320 manat məbləğində pulu müvafiq olaraq İddiaçı MTK–ya qaytarmalıdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(103)-698/2025 nömrəli 21 fevral 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar