Məhkəmə qərarları › İş №2(103)-2924/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2924/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2924/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (cinayət qanuni ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(010)-2514/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vərərək) mərhum X7 24 aylıq əmək haqqı 27480 manat, qəbir daşı 1000 manat, yas üçün 2400 manat, analizlər üçün 1150 manat və mənəvi zərərə görə 14000 manat, ümumilikdə 46030 manat pul məbləğinin Cavabdeh tutulması barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, X7 müalicəsinə sərf edilmiş 1150 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat pul vəsaitinin və 36,50 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78, 88, 107; Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndi, 60-cı maddəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097, 1115, 1118.1, 1122; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı; Avropa Məhkəməsinin "Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərarı; Avropa Məhkəməsinin "Həsənov Azərbaycana qarşı” və "İsgəndərov və başqaları Azərbaycana qarşı” işləri üzrə qəbul etdiyi müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixli qərarları; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008- ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə istinadən qeyd edilmişdir ki, cavabdeh Vahid Əsədovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirdiyindən, bununla bağlı iddiaçı tərəfindən müalicə üçün pul vəsaiti ödənildiyindən və cinayət hadisəsi nəticəsində şəxs vəfat etdiyindən cavabdeh vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçı vurulan zərərin məbləğini sübut etmək üçün çeklər və laborator müayinələrinin nəticələrini təqdim etmişdir. İddiaçının təqdim etdiyi sənədlər əsasında X7 müalicəsi üçün 1150 manat məbləğində pul vəsaiti xərcləndiyindən və iddiaçının həyat yoldaşının sağlamlığına vurulmuş ağır xəsarətlərin müalicəsi üçün maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə ədalət prinsipini rəhbər tutaraq, iddiaçının həyat yoldaşının müalicəsi üçün çəkilən 1150 manatı ağlabatan hesab edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cavabdeh qeyri-hüquqi hərəkəti, cinayət əməli törətməsi nəticəsində iddiaçının həyat yoldaşına ağır xəsarət yetirdiyindən, onun fiziki əzab çəkməsi şübhəsizdir və deməli zərərçəkənin, yəni iddiaçının mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həyat yoldaşının baş vermiş cinayət hadisəsi nəticəsində xəstəxanaya müraciət etməsini və onun ölümü nəticəsində fiziki əzab çəkməsi barədə dəlillərini inandırıcı qəbul edir. Zərərçəkən bunu 14000 manat dəyərində qiymətləndirir. İddia tələbinin mərhumun 24 aylıq əmək haqqı kimi 27480 manat pul vəsaitinin tutulması, qəbir daşı üçün 1000 manat və yas mərasimi üçün 2400 manat pul vəsaitinin tutulması hissəsinə münasibətdə həmin məbləğ ölənin sağlığında öz dolanacaqları üçün alan və ya almaq hüququna malik olan şəxslər üçün tutulmalı və həmin məbləğin orta aylıq qazancdan (gəlirindən) faizlər şəklində müəyyənləşdirilməli olduğundan və bununla bağlı iddiaçı tərəfindən sübut təqdim olunmadığından iddia tələbi qalan hissədə təmin oluna bilməz. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - X19 Services” MMC-nin 12 fevral 2019-cu il tarixli 12/k nömrəli əmrinə əsasən, X10 şərq texnikasına texniki xidmət üzrə sexin palner və mühərriklər üzrə aviatexniki ilə bağlanmış əmək müqaviləsinə 12 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1 -ci hissəsinin "e” bəndinə əsasən (vəfat etməsi ilə əlaqədar) xitam verilmişdir; - 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X10 30 yanvar 2019-cu ildə vəfat etmişdir; - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-397/2020 nömrəli 03 iyun 2020-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 126.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir;- "X19 Services” MMC-nin arayışına əsasən, X10 01 iyul 2008-ci il tarixindən MMC-də şərq texnikasına texniki xidmət üzrə sexin P və M üzrə aviatexniki vəzifəsində işləmişdir və 12 fevral 2019-cu il tarixində vəfatı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində aylıq əmək haqqı zərərli amillər nəzərə alınmaqla 1145 manat təşkil etmişdir;- "Medservis” X22 tərəfindən verilmiş 02 fevral 2019-cu il tarixli çıxarışa əsasən, 1966-cı il təvəllüdlü X7 hemodializ+katetr üçün 27 yanvar 2019-ci ildə 550 manat, hemodializ üçün 28 yanvar 2019-cu ildə 300 manat, hemodializ üçün 29 yanvar 2019-cu ildə 300 manat, cəmi 1150 manat məbləğində pul ödənilmişdir;- ödəniş qəbzinə əsasən, X9 görə X3 60 manat məbləğində pul ödənilmişdir;- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 11 nömrəli 30 yanvar 2019-cu il tarixli rəyinə əsasən, mərhum V.M.Əsədovun meyitinin müayinəsi zamanı dalağın, mədəaltı vəzin, sol böyrəyin, yoğun bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin (döş qəfəsi ilə sərhəddə) sol yarısının bir ədəd, döş qəfəsinin ön səthinin (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları, sol said və döş qəfəsi nahiyələrin (döş sümüyü nahiyəsində) kəsilmiş səthi yaraları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici- kəsici əşya (alət), ola bilsin ekspertizaya təqdim edilmiş (şərti 1 və 2 kimi təsvir edilmiş bıçaqların) təsirindən, kəsilmiş yaralar isə iti kənarlı əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən 20 yanvar 2019cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə dalağın, mədəaltı vəzin, sol böyrəyin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağız zərər vurmanın əlamətlərinə malikdir, digər deşilmiş-kəsilmiş yaralar həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, kəsilmiş səthi yaralar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum V.M.Əsədovun ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş poliorqan çatmamazlığı olmuşdur. İlkin meyit əlamətlərinə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 24 saat əvvəl baş vermişdir;- "Tibbi ərazi X5” X20 X16 X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 28 iyun 1966-cı il təvəllüdlü X1 cərrahiyyə şöbəsinə 20 yanvar 2019-cu il tarixdə saat 12:30-da "döş qəfəsinin sol yarısının ön və arxa, döş qəfəsinin sağ yarısının ön səthinin kəsilmişdeşilmiş yarası” diaqnozu ilə qəbul edilmişdir. 20 yanvar 2019-cu il tarixdə "laparotomiya. Splenektomiya. Sol tərəfi nefrektomiya. Mədəaltı vəzin yaralarının tikilməsi. Sol plevra boşluğunun bulan üsulu ilə drenə olunması. Yaraların birincili işlənməsi. Qarın boşluğunun sanasiya və drenə olunması” cərrahı əməliyyatı icra edilmişdir. Kliniki diaqnoz: "Döş qəfəsinin sol yarısının ön və arxa səthinin və döş qəfəsinin sağ yarısının ön səthinin kəsilmiş-deşilmiş yaraları. Döş qəfəsinin sol yarısının arxa səthinin yarasından böyük piyliyin eventerasiyası” 25 yanvar 2019-cu il tarixdə "Relaparotomiya. Eventerasiyanın ləğvi. Mədəyə sero-seroz tikişlərin qoyulması. Qarın boşluğunun sanasiya və drenə edilməsi” cərrahi əməliyyatı həyata keçirilmişdir. Xəstə X16ndən hər hansı prosedur üçün digər xəstəxanaya göndərilməmişdir;- "Medservis” X17 məktubuna əsasən,X10 27 yanvar 2019-cu il tarixində 3 saylı ŞKX-sını tərəfindən klinikaya müraciət olunmuş və tibb personalı tərəfindən X9 həmin xəstəxanada 27 yanvar 2019-cu il tarixində səyyar hemodializ və müvəqqəti kateterin qoyulması, 28 yanvar 2019 və 29 yanvar 2019-cu il tarixlərində isə səyyar hemodializ xidmətləri göstərilmişdir;- "Tibbi ərazi X5” X20 X6 X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən X10 xx.xx.2019-cu il tarixində təcili tibbi yardım ilə X3 gətirilmiş, elə həmin tarixdə də təxliyyə olunmuşdur;- Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1670/2023 saylı 19 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Nümayəndə cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2514/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1119, 1122.1, 1127; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh 20 yanvar 2019-cu il tarixdə saat 11:00 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə ünvan 1 ünvanında yerləşən avtomobil yuma məntəqəsinin qarşısından keçib telefonla danışarkən nalayiq ifadələr işlətdiyinə görə kənarda dayanmış X10 ona avtobus dayanacağında qadınlar olduğunu bildirib söyüş söyməməsini dedikdə aralarında yaranmış mübahisə zamanı Vahid Əsədovu əlləri ilə vuraraq yerə yıxmış, daha sonra Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi 10 ünvanında yerləşən “Elşən” marketə gedib oradan dörd ədəd mətbəx bıçağını götürüb hadisə yerinə qayıdaraq əlində olan bıçaqlarla qəsdən Vahid Əsədovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla ona sol said və döş qəfəsi nahiyələrinin kəsilmiş səthi yaraları olmaqla sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən, döş qəfəsinin ön səthinin (cəmi 2 ədəd) deşilmiş- kəsilmiş yaraları olmaqla həm ümimilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, dalağın, mədəaltı vəzin, söl böyrəyin, yoğun bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin (döş qəfəsi ilə sərhəddə) sol yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirdikdən sonra hadisə yerindən getmiş, X18 rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb sonuncuya tibbi yardım göstərilməsinə baxmayaraq, 30 yanvar 2019-cu il tarixdə saat 14 radələrində almış olduğu xəsarətlər nəticəsində baş vermiş poliorqan çatmamazlığı səbəbindən ölmüş, bununla da o, qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan hüquqlarını müdafiə etdiyi şəxs onun həyat yoldaşı Vahid Əsədovun ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. X2 Ərazi Bölmələrinin İdarəetmə Birliyi X20in tabeliyindəki 3 nömrəli Şəhər Klinik Xəstəxanasında əməliyyat olunmuşdur. X14 vəziyyəti pisləşdiyi üçün 30 yanvar 2019-cu il tarixdə saat 15 radələrində həmin xəstəxanada vəfat etmişdir. İddiaçı cinayət işi üzrə X7 hüquqi varisi olmuşdur.İddiaçı və onun ailəsi hadisədən bərk sarsılmış uzun müddət hadisənin təsirindən çıxa bilməmişlər. Nə mülki iş üzrə cavabdeh şəxs, nədə ki onun qohumları iddiaçı və onun ailəsi ilə maraqlanmamışdır. X10 hadisə olan günə qədər X19 Servis MMC-də işləmiş və 1300 manat maaşı ilə ailəni dolandırmışdır.X7 vaxtsız ölümü ailəsi üçün çox sarsıdıcı zərbə olmuşdur. Cavabdeh və onun ailəsi tərəfindən yas yerinə və hətta qəbir daşının götürülməsinə belə köməklik olunmamışdır. Qəbr daşına 1000 manat xərc çəkilmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2(010)-2514/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, mərhum cavabdehin yetirdiyi bıçaq zərbəsi nəticəsində deyil, həkim səhvi nəticəsində ölmüşdür və bu fakt hazırda Sabunçu rayon prokurorluğunda araşdırılır. Cavabdehin anası tərəfindən iddiaçıya ərinin ölümü ilə əlaqədar 500 manat yardım edildiyini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-1670/2023 nömrəli qətnaməsindən cavabdehin anası Nümayəndə İddiaçı maddi yardım kimi 500 manat pul vəsaitini vermişdir. Eyni xüsusat Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı Ayaz Osmanovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından da görünür. Həmin qətnaməni məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə onu nəzərə almamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək, hüquqlarını müdafiə etdiyi şəxsin mərhum həyat yoldaşının cavabdehin onu bıçaqlaması nəticəsində vəfat etdiyini, bu səbəbdən də mərhumun xəstəxana xərcləri, yas yerinə, qəbir daşına çəkilən xərclərin, həmçinin iddiaçının keçirdiyi psixoloji sarsıntı ilə əlaqədar mənəvi zərərin məbləğinin, həmçinin mərhumun ölən günə qədər mülki helikopter sürücüsü olduğunu və aylıq maaşının da 1145 manat təşkil etdiyini, mərhumun ölümü ilə ailənin ailə başçısının və ailənin yeganə qazanc gətirəninin itirildiyini, iddiaçının və onun 2 övladının işləmədiyini qeyd etmiş bu səbəbdən də iddia tələblərində tam haqlı olduğunu bildirmiş, iddia ərizəsində məhz mərhumun 24 aylıq əmək haqqının istənilməsinin hüquqlarını müdafiə etdiyi şəxsin istəyinə uyğun mərhum ölməsə idi ailəsini saxlama xərci kimi müəyyən edildiyini, həmçinin qarşı tərəf iddiaçıya 500 manat pul ödəsə də sonradan Suraxanı Rayon Məhkəməsinə mülki qaydada müraciət edərək həmin 500 manatı tələb etdiyini, iddianın da təmin edilmədiyini , qəbir daşının qiymətinə münasibətdə isə ona nə qədər xərc çəkilməsi ilə bağlı konkret arayış tərtib edə bilmədiklərini, lakin iddiaçının 1000 manat xərc çəkdiyini qeyd etmiş apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd edilən hissəsində əsaslı olduğunu, cavabdehin iddiaçının mərhum həyat yoldaşını öldürməsi ilə bağlı cinayət işi üzrə hazırkı dövrə kimi 4 dəfə ekspertiza keçirildiyini, 5-ci dəfə ekspertiza keçiriləcəyini, daha sonra hakim səhvi ilə bağlı Baş Prokurorluğua müraciət etdiklərini, Prokurorluğun da bu müraciət əsasında iş materiallarını Suraxanı Rayon Prokurorluğuna göndərdiyini, onların müraciət etməsinin əsas səbəbinin iddiaçıda olan tibbi sənədləri götürmək olduğunu, buna da nail olduqlarını və həmin sənədlərdən də açıq aydın mərhumun ölüm səbəbinin peritonit xəstəliyi ilə əlaqədar olduğunu, həmin səbədləri də Baş Prokurorluğa təqdim etdiklərini, Prokurorluğun da bu sənədlər əsasında müvafiq sorğular gönədirdiyini, həmin sorğular əsasında mərhumun xəstəlik tarixinin saxtalaşdırıldığının işdə çoxlu sayda həkim səhvini örtbasdır edən halların mövcud olduğunu, lakin bütün bunlara baxmayaraq Suraxanı Rayon Prokurrorluğunda iddiaçının həkimlərdən narazılığının olmadığını, onun mərhum ərini yaxşı müalicə etdiklərini bildirdiyinin, bu halın özünün də kifayət qədər şübhəli məqam olduğunu, belə ki, iddiaçının özəl xəstəxanaya müraciət edib, 1150 manat pul ödəyərək ərinin müalicəsi üçün xüsusi aparat gətizdirdiyini, halbuki dövlət xəstəxanasında həmin aparatın və digər lazımi vasitələrin mövcud olduğunu bildirmiş, bu səbəbdən də iddia tələbinin bu hissəsinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsini əsassız hesab etdiyini qeyd etmişdir. Mənəvi zərərlə bağlı məsələyə münasibətdə isə cavabdedhin anasının iddiaçıya yas xərcləri və s. üçün 500 manat ödəniş etdiyini, hazırkı mərhələdə də iddiaçının tələb etdiyi mənəvi zərərin cavabdehin anasının ona verdiyi 500 manatla əvəzləşdirilməli olduğunu, cavabdehin özünün də 2-ci qrup əlil olduğunu, anasının da ağır xəstəlikdən əziyyət çəkdiyini və əlilliyinin olduğunu, nə oğlanın nə də anasının həmin mənəvi zərəri ödəməyə imkanının olmadığını, həmçinin iddiaçı tərəfin mərhumun aylıq 1145 manat maaş alması ilə bağlı niyə məhz 2 ilin xərcinin ödənməsini istədikləri ilə bağlı birinci instansiya məhkəməsində də iddiaçının nümayəndəsinə sual verdiyini, lakin suala hər hansı cavab ala bimədiyini qeyd etmiş, həmçinin iddiaçının ailə başçısını itirməyə görə pensiya da aldığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissələrdə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilmiş müddəaları nəzərə alınmalıdır: 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı;1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq;1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir:1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək;1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək;1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük;1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiº pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.1122.3. Ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarı, aşağıdakı hallar istisna olmaqla, sonralar yenidən hesablanmamalıdır:1122.3.1. ailə başçısı öldükdən sonra uşaq doğulması;1122.3.2. ölmüş ailə başçısının uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan şəxslərə əvəz ödənişi təyin edilməsi və ya əvəz ödənilməsinə xitam verilməsi.1122.4. Əvəz miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 10.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 11.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətlərinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 21, 23; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76.1, 77.1, 80-82, 119, 217.4, 385-390-cı maddələrinə, mülki hüququn ümumi prinsiplərinə və mülki icraatın vəzifələrinə müvafiq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin hüquqa zidd (sağlamlığa ağır zərərvurmaya aid cinayət) əməlləri nəticəsində iddiaçının əri xəstəxanaya yerləşdirilmiş və 10 gün sonra tibb müəssisəində vəfat etmişdir. Kollegiya hesab edir ki, cavabdehin cinayət məsuliyyətinə əsas olan qeyd edilən əməllərin bilvasitə olaraq zərərçəkənin ölməsinə səbəb olmuşdur. Zərərçəkən ümumi xəstəliklərlə bağlı deyil, məhz cinayət əməlləri nəticəsində tibb müəssisəsinə yerləşdirilmiş və cinayət mühakimə icraatı üzrə qəbul edilmiş qərarla təqsirli hesab edilən cavabdehin əməlləri nəticəsində zərəçəkmişin ölümünə səbəb olduğu müəyyən edilmiş və artıq mülki icraat çərçivəsində bu halların müzakirəsi yolverilməzdir. Ona görə, cavabdehin şikayətinin tibb müəssisəsinin təqsiri üzrə zərərçəkmişin ölməsi barədə dəlilləri əsassızdır və hazırki iş üzrə əhəmiyyət kəsb etmir. Cavabdehin 500 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair dəlilləri, təsdiq edildiyi təqdirdə belə, iddiaçının tələbini və dəymiş zərərin əvəzini əhatə etmədiyindən əsassızdır. Belə ki, iddiaçının tələbləri üzrə dəymiş zərərin mövcudluğu hamıya bəlli olan haldır. Lakin sübutetmə imkanının olmaması səbəbindən iddiaçının təqdim etdiyi dəlillərə qiymət verilməməsi insan hüquqlarının pozulmasına şərait yaradan hal kimi, yoverilməzdir. Kollegiya hesab edir ki, sübutların mümkünsüzlüyü iddiaçıdan asılı olan hallara aid deyil və iddianın rədd edilməsi üçün deyil, onun ağlabatan mühakimələr əsasında minimal-mütənasiblik meyyarlarına və qismən təqdim edilmiş sübutlara müvafiq qismən təmin edilməsinə - şəxsin ölməsi ilə əlaqədar əmək haqına görə 13740 manat, qəbir daşı üçün 500 manat, yas mərasiminin keçirilməsi üçün 1200 manat, analizlər üçün 1150 manat və mənəvi zərərin əvəzi olaraq 5000 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi üçün əsasdır. Belə ki, tələb edilən məbləğ əmək haqqı hissədə sübut təqdim edilmiş, lakin onun məbləğinin tam olaraq ailə ehtiyacları üçün zəruri olması müəyyən edilmədiyindən, habelə qəbir daşı və yas mərasiminin keçirilməsi üçün də təkzibedilməz sübutlar təqdim edilmədiyindən, bu hissələrdə tələb edilən məbləğin yarısının tutulmasını kollegiya hamıya bəlli olan adətlər müstəvisində mütənasiblik və ağlabatanlıq meyyarlarına müvafiq hesab edir. Tibbi xidmətlər üzrə sübut təqdim edildiyindən bu hissədə tələbin tam edilməsini kollegiya təkzibedilməz hesab edir. Mənəvi iztirablara müvafiq insanın yaxın qohumunun ölməsinin cavabdehin cinayət əməlləri ilə səbəbli əlaqə səciyyəsini nəzərə alaraq, kollegiya mənəvi zərərin əvəzi olaraq 5000 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsini ədalətli hesab edir. 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 13.Beləliklə, İddiaçı apellyasiya şikayəti qismən təmin, Cavabdeh apellyasiya şikayəti isə rədd edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, X7 ölməsi ilə əlaqədar əmək haqına görə 13740 manat, qəbir daşı üzrə 500 manat, yas mərasiminin keçirilməsi üçün 1200 manat , analizlər üçün 1150 manat və mənəvi zərərin əvəzi olaraq 5000 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməli, şikayətlərin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərclərinin onu ödəyən şəxsə aid edilməsini əsaslı hesab edir. 14.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti rədd edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. X7 ölməsi ilə əlaqədar əmək haqına görə 13740 manat, qəbir daşı üzrə çəkilən xərclərə görə 500 manat, yas mərasiminin keçirilməsi üçün çəkilmiş xərclər üzrə 1200 manat , analizlər üçün 1150 manat və mənəvi zərərin əvəzi olaraq 5000 manatın Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar