Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2928/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Yusif oğlunun Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Yusif oğlu Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 382 saylı, xx.xx.2008-ci il tarixli, müqaviləyə əsasən, "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal Y/sdə yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasının qeyri-yaşayış mərtəbəsində sahəsi 521.3 metr kvadrat olan sahə ona satılmışdır. Hüquqlarının rəsmiləşdirilməsi və qeydiyyata alınması üçün tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müracət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarxili Çıxarış təqdim edilmişdir. Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən binanın 512 kvadrat metr qeyri-yaşayış hissəsində onun mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsindən Texniki Pasport da ona təqdim edilmişdir. Təqribən 2 ay öncə o, bu əmlaka baş çəkməyə gedən zaman özünü Cavabdehxan oğlu kimi təqdim etmiş şəxs tərəfindən üzərində onun mülkiyyət hüquqları qeydə alınmış ünvan 1 ünvanında yerləşən həmin sahəsi 512 kvadrat metr olan qeyri-yaşayış sahəsinin 30 kvadrat metrə qədər olan hissəsində qanunsuz söküntü və tikitnti işləri apararaq ona məxsus olan əmlakın bir hissəsini zəbt etdiyini və hasarladığını görmüşdür. O, cavabdehdən təcili olaraq əmlakda tikdiyi daş hasarı sökərək ərazini boşaltmağı tələb etmişdir. Bunun əvəzində cavabdeh bildirmişdir ki, guya həmin ərazini "xxxx" MMC-dən dəyərini ödəməklə almışdır. Ondan dediklərini təsdiqləyəcək hər hansı bir sənədin müqaviləni, maliyyə arayışını tələb etsə də, cavabdeh heç bir sənəd təqdim etməmişdir. Dəfələrlə ondan ərazini boşaltmağı tələb edilsə də, Cavabdehxan oğlu nəinki ərazini boşaltmır hətta, ona məxsus olan həmin əmlakın pəncərələrini, qapısını sökmüş, elektrik xəttlərini sıradan çıxarmış, obyektin qarşısındakı tamet döşəmələri sökərək yararsız hala gətirmişdir. Nəticədə ona təqribən 5621.56 manat maddi zərər də dəymişdir. Onun tərəfindən həmin zərərin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və zərərə dair akt alınmışdır. Hesab edir ki, Cavabdehxan oğlunun qanunsuz əməllərinə son qoyulmalı, tikdiyi qanunsuz tikili öz hesabına sökülərək, ərazi boşaldılmalı və ona dəymiş maddi zərər ödənilməldir. Qeyd edilənlərə əsasən ona məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 512 kvadrat metr olan qeyri-yaşayış sahəsində Cavabdehxan oğlu tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülərək ərazi tam boşaldılması; Cavabdehxan oğlunun həmin əmlakda qanunsuz fəaliyyətinin dayandırılması; cavadehin qanunsuz olaraq ona məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində apardığı söküntü və tikinti işlərinə görə dəymiş 5621.56 manat maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Yusif oğluna məxsus ünvan 3 ünvanında yerləşən 512 kv.m qeyri-yaşayış sahəsinin 35 kv.m sahəsində, Cavabdeh tərəfindən inşa edilmiş (eni 5,8m, uzunluğu 6,0m ölçüdə mişar daşı ilə hörülmüş arakəsmə) qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50 %, yəni 50 (əlli) manatı İddiaçı Yusif oğlundan, qalan 50 %, yəni 50 (əlli) manat məbləğində pul vəsaitinin isə Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən tikili iddiaçıya məxsus sahədə yerləşmir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində "xxxx" Mənzil Tikinti Kooperativinin sifarişi ilə icraçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il, 15.01 2006-cı il və xx.xx.2007-ci il tarixli müqavilələr əsasında inşa edilmişdir. Cavabdeh 3 saylı 12 mərtəbəli yaşayış binasının müqavilələr əsasında icraçıya məxsus qeyri-yaşayış mərtəbəsindən xx.xx.2014-cü il tarixli 1369 saylı müqavilə ilə "xxxx" MMC-dən 1 kv.m 1500 manatdan olmaqla 52500 manat ödəyərək 35 kv.m qeyriyaşayış sahəsi almış və həmin dövrdə sənədlərin sürətlərini "xxxx" MTK-nın sədri X5 təqdim etmişdir. Əlavə olaraq həmin sənədlərin surətlərini xx.xx.2021-ci ildə məhkəməyə təqdim etmişdir. Bundan başqa, xx.xx.2014-cü il tarixli, 1369 nömrəli müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC inşa etdiyi Yeni ünvan 4 ünvanında yerləşən 12 ümumi sahəsi 35 kv.m olan qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə sifarişçi Cavabdeh satmağı, sifarişçi isə bu müqavilə ilə nəzərədə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı qeyri-yaşayış sahəsinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsində göstərilən ünvanda, ümumi sahəsi 35 kv.m olan qeyri-yaşayış sahəsinin qiyməti tərəflərin razılığı ilə 1 kv.m üçün 1500 manat, cəmi 52500 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli 02/6-50 saylı maliyyə arayışından görünür ki, Yeni Yasamal yaşayış sahəsi D.Bünyadzadə küçəsi 3 saylı binanın kürsülük mərtəbəsi yerləşən ümumi sahəsi 35 kv.m olan qeyri-yaşayış sahəsinin tam dəyəri Cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 512 kvadrat metr olan qeyri-yaşayış sahəsində Cavabdehxan oğlu tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülərək ərazinin tam boşaldılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, ekspert rəyi ilə ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus 512 kv.m qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun göstəriciləri ilə baxış zamanı əldə edilmiş məlumatlar üzləşdirilərkən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin, eni 5,8 m, uzunluğu 6,0 m ölçüdə hissəsində Cavabdeh tərəfindən mişar daşı ilə arakəsmə hörülərək tikinti işləri aparılmışdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizası sualları düzgün cavablandırmamış, bəzi sualların cavabını isə ümumiyyətlə müəyyən edə bilməmişdir. Belə ki, ekspert iş üzrə zəruri olan sənədləri tələb etməmiş, yalnız iddiaçının Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun göstəricilərinə əsaslanaraq rəy vermişdir. Görünən odur ki, MTK sədri Yaqut Əhədova özəlləşdirmənin həyata keçirilməsi üçün İddiaçıa saxta plan-sxem təqdim etmiş və həmin sənədlər də DƏDRX-ə verilmişdir. Halbuki, həmin ərazinin ANT İnşaat tərəfindən təqdim edilmiş ilkin planında həm Cavabdeha həm də İddiaçıa məxsus qeyri-yaşayış sahələri aydın şəkildə görünür və üst-üstə düşmür. Məhkəmə qeyd etmişdir ki, Cavabdeha məxsus qeyri-yaşayış sahəsinin hansı mərtəbədə yerləşdiyi məlum deyil, halbuki, tərəfimizdən təqdim edilmiş maliyyə arayışında bu haqda qeyd mövcüddur. Bundan başqa, ANT İnşaat tərəfindən məhkəməyə məktub ünvanlanmış və həmin qeydlər orada da öz əksini tapmışdır. Məhkəmə iddiaçıya çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin heç birini tələb etməmişdir. Ümumiyyətlə bizdə olan məlumata görə, iddia verildikdən sonra İddiaçı özünə məxsus mübahisəli sahəni başqa şəxsə satmış və qətnamə çıxarkən o, artıq mülkiyyətçi deyildir. Mübahisə edilən tikili iddiaçıya məxsus sahədə yerləşmir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində "xxxx" Mənzil Tikinti Kooperativinin sifarişi ilə icraçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il, 15.01 2006-cı il və xx.xx.2007-ci il tarixli müqavilələr əsasında inşa edilmişdir. Cavabdeh 3 saylı 12 mərtəbəli yaşayış binasının müqavilələr əsasında icraçıya məxsus qeyri-yaşayış mərtəbəsindən xx.xx.2014-cü il tarixli 1369 saylı müqavilə ilə "xxxx" MMC-dən 1 kv.m 1500 manatdan olmaqla 52500 manat ödəyərək 35 kv.m qeyri-yaşayış sahəsi almış və həmin dövrdə sənədlərin sürətlərini "xxxx" MTK-nın sədri X5 təqdim etmişdir. Əlavə olaraq həmin sənədlərin surətlərini xx.xx.2021-ci ildə məhkəməyə təqdim etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən cavabdehin vəkili V.Mirzəyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli, 382 nömrəli müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC inşa etdiyi Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsində yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasının qeyri-yaşayış mərtəbəsində (2-ci kürsülük mərtəbəsi) ümumi sahəsi 521.3 kv.m olan qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə sifarişçi İddiaçı satmağı, sifarişçi isə bu müqavilə ilə nəzərədə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı qeyriyaşayış sahəsinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsində göstərilən ünvanda 2-ci kürsülük mərtəbəsində yerləşən ümumi sahəsi 521.3 kv.m olan qeyri-yaşayış sahəsinin qiyməti tərəflərin razılığı ilə 1 kv.m üçün 500 manat, cəmi 260650 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixli 39/08 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən 3 saylı 12 mərtəbəli yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilmişdir. Həmin binanın qeyriyaşayış mərtəbəsində (2-ci kürsülük mərtəbəsi) yerləşən ümumi sahəsi 521.3 kv.m olan qeyri-yaşayış sahəsinin tam dəyəri İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 3 ünvanında yerləşən 512 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin hüquqi subyekti İddiaçıdur. Barat Consultancy MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 3 ünvanında yerləşən İddiaçı məxsus qeyriyaşayış sahəsinə dəymiş ziyanın dəyəri 5621.56 manat təşkil edir. xx.xx.2014-cü il tarixli, 1369 nömrəli müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC inşa etdiyi Yeni ünvan 4 ünvanında yerləşən 12 ümumi sahəsi 35 kv.m olan qeyriyaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə sifarişçi Cavabdeh satmağı, sifarişçi isə bu müqavilə ilə nəzərədə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı qeyri-yaşayış sahəsinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsində göstərilən ünvanda, ümumi sahəsi 35 kv.m olan qeyriyaşayış sahəsinin qiyməti tərəflərin razılığı ilə 1 kv.m üçün 1500 manat, cəmi 52500 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli 02/6-50 saylı maliyyə arayışından görünür ki, Yeni Yasamal yaşayış sahəsi D.Bünyadzadə küçəsi 3 saylı binanın kürsülük mərtəbəsi yerləşən ümumi sahəsi 35 kv.m olan qeyri-yaşayış sahəsinin tam dəyəri Cavabdeh tərəfindən ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur. Məhkəmə Ekspertiza Mərkəzinin 10/4337 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus 512 kv.m qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun göstəriciləri ilə baxış zamanı əldə məlumatlar üzləşdirilərkən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin eni 5,8m, uzunluğu 6,0m ölçüdə hissəsində Cavabdeh tərəfindən mişar daşı ilə arakəsmə hörülərək tikinti işləri aparılmışdır. Lakin həmin tikili iddiaçının maraqlarına toxunub-toxunmamasının müəyyən olunması tikinti ekspertinin səlahiyətlərinə aid olmayıb hüquqi xarakter daşıdığından bu məsələ məhkəmə tərəfindən müəyyən oluna bilər. Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilədə ayrılmış sahənin yerləşdiyi mərtəbə göstərilmədiyini və müqaviləyə sxem əlavə olunmadığını nəzərə alaraq, ünvan 3 ünvanıhda yerləşən ayrılmış ümumi səhəsi 35.0 kv.m olan 3 saylı qeyri-yaşayış sahəsinin ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan (mülkiyyət hüququna dair çıxarış və sahəsinin texniki pasportu nəzərə alınmaqla) 512 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılan tikinti işləri nəticəsində İddiaçı Yusif oğluna maddi ziyanın dəymədiyi üçün tədqiqat aparılmamışdır. Hüquqi dəyərləndirmə: Birinci instansiya məhkəməsi İddiaçı Yusif oğluna məxsus ünvan 3 ünvanında yerləşən 512 kv.m qeyri-yaşayış sahəsinin 35 kv.m sahəsində, Cavabdeh tərəfindən inşa edilmiş (eni 5,8m, uzunluğu 6,0 m ölçüdə mişar daşı ilə hörülmüş arakəsmə) qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi ilə bağlı qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılmışdır. Belə ki, kollegiya qeyd edir ki, ilk növbədə, İddiaçı iddia qaldırdığı zaman mübahisəli sahənin mülkiyyətçisi olub-olmaması aydınlaşdırılmalıdır. Bu məqsədlə, İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsli çıxarışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Lakin, 51 saylı notariat ofisinin xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiqlənmiş 4Ə- 1166 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sorğuya cavab məktubuna əlavə edilmiş alqı-satqı müqaviləsi və çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, həqiqətən də, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən X1, xx.xx.2021-ci il tarixində isə X3 adına çıxarış verilmişdir. İddiaçı isə bundan 6 (altı) gün sonra xx.xx.2022–ci il tarixdə yəni artıq mülkiyyətçi olmadığı halda birinci instansiya məhkəməsində hazırki mübahisə ilə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İşin qeyd edilən hallarına və Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən kollegiya vurğulayır ki, xx.xx.2021-ci il tarixində isə X3 adına çıxarış verildiyindən, həmin tarixdən İddiaçı həmin əmlaka dair hər hansı bir hüququ qalmamışdır. xx.xx.2021-ci il tarixindən mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ Həsənov İlhama keçdiyindən, iddiaçının həmin əmlaka hüququ qalmadığı halda həmin tarixdən sonra, yəni xx.xx.2021-ci il tarixində İddiaçı ünvan 6 ünvanda yerləşən qeyriyaşayış sahəsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Başqa sözlə, İddiaçı həmin əmlakın mülkiyyətçisi olmadığı halda onun boşaldılması, oradakı qanunsuz tikilinin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasını araşdırmamış və nəticədə, əslində mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmayan qeyri yaşayış sahəsindəki tikilinin sökülməsi, cavabdehin həmin ərazidən çıxarılmasına dair qətnamə qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyərinin hər birindən 50% olmaqla iddiaçı və cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, hazırda iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlilə yuxarıda sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddiaçının subyektiv hüququ olmadığına görə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının cavabdehin çıxarılmasını və tikilinin sökülməsini tələb etdiyi əmlakın mülkiyyətçisi olmaması səbəbindən iddia qaldırmaqda subyektiv hüququ olmadığından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı Yusif oğlundan, tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2928/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2928/2022
10.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver